Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3211/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qzının katibliyi, İddiaçı Qasımov Sahı̇ b Davud oğlunun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Qasımov Sahı̇ b Davud oğlunun Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı “qazın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qasımov Sahı̇ b Davud oğlu Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı “qazın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ ndən 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Qasımov Sahı̇ b Davud oğlunun mülkiyyətindədir. İddiaçı bu mənzildə ailəsi ilə birlikdə yaşayır. 09 mart 2020-ci il tarixində Cavabdeh İB ilə abonent qismində iddiaçı arasında 01-64 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmiş, mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Həmin ünvan həm faktiki, həm də rəsmi olaraq fərdi yaşayış evi olmasına, iddiaçının ailə üzvləri ilə birgə orada yaşamasına baxmayaraq, cavabdeh “qazdan istifadəyə görə” ödənişi hesablayarkən sözügedən ünvanı qeyri-yaşayış sahəsi kimi qeydiyyata almış və buna uyğun olaraq hesablama aparmışdır. Ancaq bu səhvdir, çünki qeyd edilən ünvandakı ev qeyri-yaşayış sahəsi deyildir və heç vaxt kommersiya məqsədilə istifadə edilməmişdir. 2016-cı ildən cavabdeh qurumun əməkdaşları tərəfindən bildirilmişdir ki, iddiaçının yaşadığı ünvan 3 ünvanının təyinatı əhali yox, qeyri-əhalidir, yəni ofis kimi fəaliyyət göstərir. Buna görə də istehlakçı tərəfindən istifadə olunan qazın tarifində dəyişiklik edilərək hesablanmışdır. Daha sonra isə 2020-ci ildə yenidən dəyişiklik edilərək bildirilmişdir ki, əslində bu ünvandakı mülkiyyətin təyinatı ofis deyil, yaşayış sahəsidir. İddiaçı isə həmin illər ərzində qazın qiymətini ikiqat ödəmişdir. Bunun da səbəbi mülkiyyətin təyinatının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə dəyişdirilməsi olmuşdur. İddiaçının hesablamalarına əsasən, yuxarıda qeyd edilən səbəbdən cavabdeh quruma ödədiyi artıq vəsait toplam olaraq təxminən 320 (üç yüz iyirmi) manat civarındadır. 2020-ci ildən isə ondan alınan ödənişin qanunsuz olması bəlli olub. Həmin 320 (üç yüz iyirmi) manat artıq ödəmə sonradan nə borcların hesablanmasında nəzərə alınıb, nə də borclarla əvəzləşdirmə aparılmamışdır. Buna görə də iddiaçı hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ ərizə ilə məhkəməyə müraciət edərək, eyni predmet barəsində eyni əsaslar üzrə eyni məhkəmənin, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6478/2021 saylı qanuni qüvvəsini almış qətnaməsinin mövcud olmasını nəzərə alaraq, hazırki mülki iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qasımov Sahı̇ b Davud oğlu iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixə hesablanan “borcun” silinməsi və Azərbaycan Respublikasının qanununa və Nazirlər Kabinetinin qaydalarına uyğun şəkildə hesabat göstəriciləri ilə başlanılmasını, Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ nin işçilərindən 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü nəzərə alaraq, iddiaçının tələblərinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qasımov Sahı̇ b Davud oğlu iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, 32 ünvanında yerləşən fərdi yaşayış evində qazdan istifadəyə görə 2017-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək ödədiyi məbləğin yarısının, həmçinin, artıq hesablanmış 756 m3 qaz həcminə görə ödənilmiş 151,2 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qasımov Sahı̇ b Davud oğlu iddia ərizəsinə əlavə təqdim edərək, əvvəlki tələblər saxlanılmaqla, iddiaçıya 2021-ci il üçün əlavə hesablanmış 1223 m3 qazın iddiaçının abonent saldosundan silinməsi və 2017-2020-ci illər ərzində iddiaçının faktiki istifadəsindən əlavə dəyərini ödədiyi 2569 m3 qazın, xx.xx.2022-ci ildən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qasımov Sahı̇ b Davud oğlu iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçıya 2021-ci il üçün əlavə hesablanmış 1223 m3 qazın iddiaçının abonent saldosundan silinməsi və 2017-2020-ci illər ərzində iddiaçının faktiki istifadəsindən əlavə dəyərini ödədiyi 2569 m3 qazın, xx.xx.2022-ci ildən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qasımov Sahı̇ b Davud oğlunun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaq, Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Qasımov Sahı̇ b Davud oğlu ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2020-ci il tarixli 0164 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli SOCAR**********30560046X01485 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli SOCAR********************768 saylı xidməti yazıya əsasən **********00020 saylı hesab kodu əhali tarifindən qeyri-əhali tarifinə, xx.xx.2020-ci il tarixli SOCAR**********31420054X00477 saylı xidməti yazıya əsasən isə istehlakçı hesabı yenidən əhali tarifinə keçirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, abonent saldosu təhlil olunarkən əhali abonenti kimi 2010-cu ildən qeydiyyatda olmasına baxmayaraq, 02.2017-ci il tarixindən 02.2020-ci il tarixinədək istehlak edilən təbii qazın dəyərinin Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən əhali istehlakçıları üçün müəyyən edilən limit və bir kub-metr üçün 0,10 manatla deyil, illik qaz sərfi Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş qeyri-əhali abonentləri üçün müəyyən edilmiş bir kub-metr üçün 0,20 manatla hesablanaraq abonent hesabına daxil edildiyi, bu hesabata dair İB tərəfindən sənəd təqdim edilmədiyi müəyyən olunmuşdur. Araşdırma zamanı 2020-ci ilin oktyabr ayında sonuncu dəfə İBnin nümayəndəsi tərəfindən qaz sayğacına sonuncu dəfə baxış keçirildiyi, həmin tarixə sayğac göstəricisinin abonent saldosunda 483 m3 qeyd olunduğu, Agentliyin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixində yerində baxış keçirilərkən isə sayğac göstəricisinin 3061 m3 olduğu məlum olmuşdur. Göründüyü kimi, 2020-ci ilin noyabr ayından bu günədək İB-nin nümayəndəsi tərəfindən qaz sayğacına baxış keçirilməmiş, sayğacın üzərində qalan 2578 m3 qaz sərfi abonent hesabına daxil edilməmişdir. Mülki işin materiallarında olan Qasımov Sahı̇ b Davud oğlunun adına olan (abonent kodu: **********00020) abonentin saldosundan görünür ki, onun sərf edilmiş təbii qaza görə 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər 472,40 manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 472,40 AZN (dörd yüz yetmiş iki manat, qırx qəpik) borc və 20 AZN (iyirmi manat) ödənilmiş dövlət rüsumunun Cavabdeh Azərbaycan X5 Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Cavabdeh İB tərəfindən verilmiş etirazdan görünür ki, cavabdehin 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər 472,40 manat istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə (debitor borc) borcu vardır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı, X3, X9, X4 ünvan 5B-də qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, elektron baza məlumatlarında axtarış zamanı hüquqi ünvanı ünvan 4yd edilən ünvanda təsərrüfat subyektinin (obyektinin) qeydiyyatının olması barədə məlumat aşkar edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi X1 xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ünvan 5 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinə dair abonent saldosu təhlil olunarkən məlum olur ki, abonent İddiaçı (kod: **********00020) Cavabdeh İB-də əhali abonenti kimi 2010-cu il tarixindən qeydiyyatda olmasına baxmayaraq, qaz paylayıcısı tərəfindən 2017-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək, yəni 3 il ərzində həmin ünvanda istehlak edilən təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən əhali istehlakçıları üçün müəyyən edilən hər bir kub metri üçün 10 qəpik deyil, qeyri-əhali abonentləri üçün Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş hər bir kub metr üçün 20 qəpiklə hesablanmışdır. Belə ki: - 2017-ci ilin fevral ayına istehlak olunan qaz 161 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 32,20 manat, hesablanmalı olan məbləğ 16,10 manatdır; - 2017-ci ilin mart ayına istehlak olunan qaz 83 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 16,60 manat, hesablanmalı olan məbləğ 8,30 manatdır; - 2017-ci ilin aprel ayına istehlak olunan qaz 311 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 62,20 manat, hesablanmalı olan məbləğ 31,10 manatdır; - 2017-ci ilin may ayına istehlak olunan qaz 7 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1,40 manat, hesablanmalı olan məbləğ 0,70 manatdır; - 2017-ci ilin iyun ayına istehlak olunan qaz 16 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 3,20 manat, hesablanmalı olan məbləğ 1,60 manatdır; - 2017-ci ilin iyul ayına istehlak olunan qaz 7 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1,40 manat, hesablanmalı olan məbləğ 0,70 manatdır; - 2017-ci ilin avqust ayına istehlak olunan qaz 5 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1 manat, hesablanmalı olan məbləğ 0,50 manatdır; - 2017-ci ilin sentyabr ayına istehlak olunan qaz 9 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1,80 manat, hesablanmalı olan məbləğ 0,90 manatdır; - 2017-ci ilin oktyabr ayına istehlak olunan qaz 18 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 3,60 manat, hesablanmalı olan məbləğ 1,80 manatdır; - 2017-ci ilin noyabr ayına istehlak olunan qaz 236 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 47,20 manat, hesablanmalı olan məbləğ 23,60 manatdır; - 2017-ci ilin dekabr ayına istehlak olunan qaz 203 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 40,60 manat, hesablanmalı olan məbləğ 20,30 manatdır; - 2018-ci ilin yanvar ayına istehlak olunan qaz 172 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 34,40 manat, hesablanmalı olan məbləğ 17,20 manatdır; - 2018-ci ilin fevral ayına istehlak olunan qaz 156 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 31,20 manat, hesablanmalı olan məbləğ 15,60 manatdır; - 2018-ci ilin mart ayına istehlak olunan qaz 192 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 38,40 manat, hesablanmalı olan məbləğ 19,20 manatdır; - 2018-ci ilin aprel ayına istehlak olunan qaz 129 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 25,80 manat, hesablanmalı olan məbləğ 12,90 manatdır; - 2018-ci ilin may ayına istehlak olunan qaz 16 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 3,20 manat, hesablanmalı olan məbləğ 1,60 manatdır; - 2018-ci ilin iyun ayına istehlak olunan qaz 2 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 0,40 manat, hesablanmalı olan məbləğ 0,20 manatdır; - 2018-ci ilin iyul ayına istehlak olunan qaz 1 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 0,20 manat, hesablanmalı olan məbləğ 0,10 manatdır; - 2018-ci ilin avqust ayına istehlak olunan qaz 5 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1 manat, hesablanmalı olan məbləğ 0,50 manatdır; - 2018-ci ilin sentyabr ayına istehlak olunan qaz 10 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 2 manat, hesablanmalı olan məbləğ 1 manatdır; - 2018-ci ilin oktyabr ayına istehlak olunan qaz 20 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 4 manat, hesablanmalı olan məbləğ 2 manatdır; - 2018-ci ilin noyabr ayına istehlak olunan qaz 50 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 10 manat, hesablanmalı olan məbləğ 5 manatdır; - 2018-ci ilin dekabr ayına istehlak olunan qaz 20 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 4 manat, hesablanmalı olan məbləğ 2 manatdır; - 2019-cu ilin yanvar ayına istehlak olunan qaz 5 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 1 manat, hesablanmalı olan məbləğ 0,50 manatdır; - 2019-cu ilin fevral ayına istehlak olunan qaz 1 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 0,20 manat, hesablanmalı olan məbləğ 0,10 manatdır; - 2019-cu ilin mart-oktyabr aylarına istehlak olunan qaz 0 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 0 manat, hesablanmalı olan məbləğ 0 manatdır; - 2019-cu ilin noyabr ayına istehlak olunan qaz 101 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 20,20 manat, hesablanmalı olan məbləğ 10,10 manatdır; - 2019-cu ilin dekabr ayına istehlak olunan qaz 546 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 109,20 manat, hesablanmalı olan məbləğ 54,60 manatdır; - 2020-ci ilin yanvar ayına istehlak olunan qaz 456 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 91,20 manat, hesablanmalı olan məbləğ 45,6 manatdır; Cəmi: istehlak olunan qazın həcmi 2938 m3 olmuş, qaz paylayıcısı tərəfindən hesablanmış məbləğ 587,60 manat, hesablanmalı olan məbləğ 293,80 manatdır. Cavabdeh İB-nin komissiyasının rəyinə əsasən 2022-ci ilin may ayında abonent İddiaçı hesabından 66,60 manat məbləğ silinmişdir. İddia ərizəsində qeyd edilən 756 m3 qaz həcminin İddiaçı hesabına artıq yazılması ilə bağlı bildirilmişdir ki, bu məsələ abonent İddiaçı deyil, həmin ünvanda yaşayan abonent Səidə Qasımovaya (kod: **********00011) aiddir. X6 abonent saldosundan məlum olur ki, qaz paylayıcısı tərəfindən 2019-cu ilin oktyabr ayında 756 m3 qaz həcmi (151,20 manat məbləğ) onun hesabından silinmişdir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı Qasımov Sahı̇ b Davud oğlunun mülkiyyətindədir. İddiaçı ailəsi ilə birlikdə həmin evdə qeydiyyatda olmaqla yaşayır. İddiaçı özünə məxsus olan həmin evdə qazdan istifadə etməsi ilə bağlı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ ndə 2010-cu ildən etibarən əhali abonenti kimi qeydiyyata alınmışdır. Sonradan, 2017-ci ilin fevral ayında heç bir hüquqi və qanuni əsas olmadan iddiaçı cavabdeh tərəfindən qeyri-əhali abonenti tarifinə keçirilmişdir. Belə ki, sözügedən fərdi yaşayış evi ofis kimi fəaliyyət göstərməməsinə, hər hansı təsərrüfat subyektinin (obyektinin) ünvanı kimi qeydiyyata alınmamasına baxmayaraq, iddiaçıya məxsus evdə istehlak edilən təbii qazın dəyəri cavabdeh tərəfindən qeyri-əhali abonentləri üçün Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən 1 m3 üçün müəyyən edilmiş 0,20 manat dəyərlə hesablanmış və bu hal 2020-ci ilin fevral ayına kimi davam etmişdir. Həmin tarixdən iddiaçı yenidən əhali abonenti tarifinə keçirilmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə tərəflər arasında 0164 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, iddiaçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və cavabdeh tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının sərf edilmiş təbii qaza görə 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər 472,40 manat məbləğində borcu yaranmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 472,40 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh bank hesabına ödənilməsi qət edilmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı müvafiq ərizə ilə məhkəməyə müraciət edərək,
1. Ona 2021-ci il üçün əlavə hesablanmış 1223 m3 qazın abonent saldosundan silinməsi və
2. 2017-2020-ci illər ərzində iddiaçının faktiki istifadəsindən əlavə dəyərini ödədiyi 2569 m3 qazın, xx.xx.2022-ci ildən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin “iddiaçıya 2021-ci il üçün əlavə hesablanmış 1223 m3 qazın iddiaçının abonent saldosundan silinməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsində göstərilən dövr üzrə iddiaçının abonent saldosunda göstərilən məlumatlara birinci və ikinci instansiya məhkəmələri tərəfindən müvafiq qaydada hüquqi qiymət verilmiş və hazırda hər iki məhkəmə tərəfindən qəbul edilmiş qətnamələr qanuni qüvvəsini almışdır. Həmin qətnamələr iddia tələbinin hazırda qiymət verilən hissəsi üçün preyudisial xarakter daşıdığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbinin “2017-2020-ci illər ərzində iddiaçının faktiki istifadəsindən əlavə dəyərini ödədiyi 2569 m3 qazın, xx.xx.2022-ci ildən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən mübahisələndirilən dövr ərzində sərf edilmiş qaza görə ödənilmiş artıq məbləğin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi qismində X2 cəlb edilmiş və o, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Rəyə əsasən müəyyənləşdirilmişdir ki, cavabdeh tərəfindən heç bir əsas olmadan 2017-ci ilin fevral ayından başlayaraq 2020-ci ilin fevral ayınadək sərf edilmiş təbii qazın hər kub-metrinə görə iddiaçıya hesabatlar qeyri-əhali abonenti tarifinə uyğun olaraq 0,20 manatla təqdim edilmişdir. Mütəxəssisin rəyinə əsasən, həmçinin, müəyyən edilir ki, 2017-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayı da daxil olmaqla iddiaçı tərəfindən 183,50 manat məbləğində artıq ödəniş olunmuş, 2022-ci ilin may ayında onun hesabından 66,60 manat silindiyinə görə, 116,90 manat dəyərində olan qaz iddiaçı tərəfindən istehlak edilməmiş, lakin dəyəri ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya cavabdeh tərəfindən 116,90 manat dəyərində pulsuz qaz verilməli, tələb qalan hissədə təmin edilməməlidir. Tələbin təmin edilməyən hissəsi ilə bağlı qeyd olunmalıdır ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər iddiaçı tərəfindən istehlak edilən təbii qazın həcmi və buna görə onun cavabdeh qarşısında yaranmış borc məbləği ilə əlaqədar hazırki iş üçün preyudisial xarakterdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğundan, 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin sonuna kimi olan iddiaçı tərəfindən istehlak edilən qazın həcmi və ona müvafiq yaranmış borc məbləği hazırki mülki işdə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Buna görə də məhkəmə tələbin 2017-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayınadək (oktyabr ayı daxil olmaqla) olan hissəsini araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məhkəmə tərəfindən müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə olmadığı dövrdə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilmədən və heç bir əsaslı səbəb olmadan ona məxsus abonent kodu əhali kateqoriyasından qeyri-əhali kateqoriyasına keçirilmiş, nəticədə iddiaçı istehlak etdiyi qazın həcmindən artıq (əhali tarifi: 1 m3 - 0,10 manat, qeyri-əhali tarifi: 1 m3 - 0,20 manat) ödənişlər etmiş, bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda iddiaçının 116,90 manat dəyərində olan qazı istehlak etmədiyi halda həmin məbləğdə pulu cavabdehə ödədiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində faktiki istifadəsindən əlavə dəyərini ödədiyi qazın 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə tələb qoysa da, iddianın məzmunundan aydın olur ki, o, artıq ödədiyi pul dəyərində olan qazı hazırda cavabdehdən tələb edir. İddiaçıya cavabdeh tərəfindən 116,90 manat dəyərində pulsuz qaz verilməsi mahiyyət etibarilə iddiaçının iddia tələbinin məzmununa uyğundur və iddia tələbindən kənara çıxma hesab edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş “mülki iş üzrə icraata xitam verilməsinə dair” ərizə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi cavabdehin bildirdiyi kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6478/2021 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş eyni predmet barəsində eyni əsaslar üzrə deyildir. Belə ki, həmin qətnamə ilə iddiaçı tərəfindən sərf edilmiş təbii qaza görə onun cavabdehə yaranmış debitor borcunun cavabdeh tərəfindən tələb edilməsi məsələsi araşdırılmış və müvafiq hüquqi qiymət verilmişdir. Həmin tələbin əsasını vaxtaşırı ödənişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri təşkil etmişdir. Hazırki iddia tələblərinin əsasını isə əsassız varlanmadan irəli gələn münasibətlər təşkil edir. Buna görə də məhkəmə hazırki iddia ərizəsini mahiyyəti üzrə baxmağa qəbul etmiş, mülki iş üzrə icraata xitam verilməsinə dair ərizənin isə əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə, həmçinin, cavabdeh tərəfindən verilmiş “iddia müddətinin tətbiqinə dair” ərizəyə aşağıdakı hüquq normaları ilə qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə müvafiq olaraq, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Məcəllənin 375.1-375.2-ci maddələrində qeyd edilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sözügedən Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məcəllənin 380-ci maddəsində qeyd edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 384.0, 384.0.4-cü maddələrinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, yuxarıda qeyd edilən normaların hazırki mülki iş üzrə iddia tələbinə tətbiqindən müəyyən edilmişdir ki, cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının mülkiyyətində olan pul vəsaiti hesabına əsassız varlanmış və iddiaçının pula olan mülkiyyət hüququ pozulmuş, belə ki, məhrum olma halı baş vermişdir. İşdə olan digər materiallara əsasən müəyyən edilir ki, hazırki iddia tələbinin əsasını təşkil edən faktlar iddiaçıya xx.xx.2020-ci il tarixində məlum olmuş və o, həmin faktları qeyd etdiyi ərizə ilə həmin tarixdə cavabdehə müraciət etmişdir. Bununla da, iddia müddətinin axımı başlanmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı həmin faktlara istinadən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, bununla da iddia müddətinin axımı kəsilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, beləliklə, iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı hazırki iddia tələbi ilə isə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmiş, bununla da görünür ki, iddiaçının əsassız varlanmaya görə cavabdehdən tələb etmə hüququ üzrə iddia müddəti keçməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının iddia tələbinə sahiblikdən məhrumetmə ilə əlaqədar mülkiyyət hüququnun pozulması kimi qiymət verildikdə mülki qanunvericiliyin müvafiq normasına görə, belə tələbə iddia müddəti şamil edilə bilməz. Hər iki hala əsasən müəyyən edilir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır və təmin edilməməlidir. Son olaraq, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Qasımov Sahı̇ b Davud oğluna Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ tərəfindən 116,90 (yüz on altı manat doxsan qəpik) manat dəyərində pulsuz qaz verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı Qasımov Sahı̇ b Davud oğluna Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ tərəfindən 116,90 (yüz on altı manat doxsan qəpik) manat dəyərində pulsuz qaz verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova