Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3234/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Arı̇ f oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Arı̇ f oğlu cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən İddiaçı Arı̇ f oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işinin istintaqı 2020-ci ildə tamamlanaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən həmin cinayət işinə açıq məhkəmə iclasında baxılaraq 21 fevral 2020-ci il tarixli, 1(021)-2/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İddiaçı 20 oktyabr 2018-ci il tarixdən 22 oktyabr 2018-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxladığı 02 (iki) gün təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan mərhum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək” barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəli 21 fevral 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmdən müdafiəçisi vasitəsi ilə verdiyi apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli, 1(104)- 19/2021 saylı hökmü ilə İddiaçı müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(021)-2/2020 saylı hökmünün ləğv edilməsi, iş üzrə yeni hökmün çıxarılması, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən İddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal azad edilməsi, hökm elan edildikdən sonra qüvvəyə minməsi qərara alınmışdır.” Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsəninin Cinayət xx.xx.2022-ci il tarixli, 1(102)-157/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəarət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısının protestinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə də o, dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri olan Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin, ibtidai araşdırmaya prosessual rəhbərlik edən Bərdə rayon prokurorunun, Bərdə Rayon Məhkəməsinin, birinci instansiya məhkəmədə dövlət ittihamını müdafiə etmiş ittihamçı prokurorun qanuna zidd hərəkətləri nəticəsində qanunsuz olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, qanunsuz olaraq istintaq müddətində 2 gün “cinayət törətməkdə şübhəli şəxs” qismində saxlanılmış, qanunsuz olaraq 4 ay barəsində “polis nəzarətinə vermə haqqında” qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz olaraq məhkəmə hökmü ilə 1 il 3 ay 10 gün həbsdə saxlanılmaqla azadlıqdan mərhum edilmişdir. Qanunsuz olaraq azadlıqdan mərhum edilməyi barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(021)-2/2020 saylı hökmü dövlətin - Azərbaycan Respublikasının adından çıxarılmışdır və qanunsuz olaraq həbsdə olmağı 1-2 ay deyil, uzun müddət-təxminən 16 ay çəkmişdir. Dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, o cümlədən də Bərdə Rayon Məhkəməsinin sözügedən qanuna zidd hərəkətləri – qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, daha sonra isə 1 il 3 ay 10 gün qanunsuz olaraq azadlıqdan mərhum edilməklə həbsdə saxlanılmağın nəticəsində ona ciddi mənəvi və maddi ziyan vurulmuşdur. Belə ki, həmin qanuna zidd əməllər nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, əsəbləri pozulmuşdur, azadlığı əlindən alınmışdır. Keçirdiyi iztirab, iztirab, sarsıntı və əzablardan indiyədək də özünə gələ bilməmişdir. Ondan başqa ailə üzvləri, xüsusən də anası sarsıntı keçirmiş, əzab çəkmiş, məhrumiyyətlərə və maddi ziyana məruz qalmışlar. Odur ki, vurulmuş mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzimdarlığı Agentliyi tərəfindən ona 50000 manat təzminat ödənilməsini tələb etməyi ədalətli olar. Qanunsuz olaraq azadlıqdan mərhum edilməyi nəticəsində 1 il 4 ay (fevral 2020 - may 2022-ci il) ərzində qazanc əldə etməkdən də mərhum olduğu üçün aylıq təxminən 800-850 manat qazancını da itirmişdir. Belə ki, məhkəmə qərarı ilə həbs edilməklə azadlıqdan mərhum edildiyi 21 fevral 2020-ci il tarixədək Bərdə Ticarət Mərkəzində (keçmiş kolxoz bazarı) kiçik ticarətlə, yəni kənd təsərrüfatı məhsullarının alışısatışı ilə məşğul olurmuş və aylıq qazancı 800 manatdan aşağı olmurmuş. Bu səbəbdən ona vurulmuş maddi zərərin miqdarı ən azı 13000 manat təşkil edir. Odur ki, vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh tərəfindən ona 13000 manatın ödənilməsi tələb etməyi də əsaslı və ədalətlidir. Bundan başqa qanunsuz olaraq həbs edilərək azadlıqdan mərhum edilməklə həbsxanada olduğu 1 il 3 ay 10 gün müddətdə pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsinin hazırlanması da daxil olmaqla vəkilin yardımından istifadə etməyə və ailə üzvlərinin onunla görüşmək, ərzaq təminatını həll etmək, şikayətlər etmək və s. bu kimi məsələlərə 2000 manat şəxsi pul vəsaiti xərclənmişdir. Bu xərcin də maddi zərər kimi ödənilməsini cavabdehdən tələb etməyi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən, İddiaçı Arı̇ f oğlu qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə azadlıqdan məhrum edilməyi ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 50000 manat və vurulmuş maddi ziyana görə 15000 manat, cəmi 65000 manatın cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı Arı̇ f oğlu məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olamadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən dövlət xəzinədarlığı dövlət büdcəsinin kassa icrasını həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il, 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə”nin 1-ci hissəsi ilə X1 dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İddiaçı Arı̇ f oğlunun “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh kimi cəlb oluna bilməz.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(104)-19/2021 saylı hökmnə əsasən İddiaçı müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 1(021)-2/2020 saylı hökmün ləğv edilməsi, iş üzrə yeni hökmün çıxarılması, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən İddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməsi, iş üzrə maddi sübut olan 0,983 qram çəkidə heroin, ümumi qalıq 0,210 qram .əkidə ağ kristalik maddə, 2 (iki) ədəd 5ml-lik, 2 (iki) ədəd 2ml-lik, 1 (bir) ədəd 2,5mllik birdəfəlik şprislərin və bir ədəd üzərində «Novokain» sözü yazılmış 5ml-lik baş sissəsi sınıq şüşə flakon təqsirli olan şəxslər müəyyən olunanadək Bərdə RPŞ-də saxlanılması, iş üzrə 32 manat 40 qəpik məhkəmə xərci dövlət büdcəsinin hesabına ödənilməsi, hökm elan edildikdən dərhal sonra qüvvəyə minməsi hökm edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 1 (102)-157/2022 saylı qərarına əsasən dövlət ittihamçı trəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Arı̇ f oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(104)-19/2021 saylı hökmünə əsasən İddiaçı Arı̇ f oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. İddiaçı Arı̇ f oğlu 15 ay 10 gün müddətində həbsdə saxlanılmışdır. Hazırda İddiaçı Arı̇ f oğlu cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 15000 (əlli min) manat, mənəvi zərərin əvəzi kimi 50000 (əlli min) manat məbləğində zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. İddiaçı Arı̇ f oğlu cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyindən 65000 manat məbləğində pulun verilməsini tələb etməsinə baxmayaraq, Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyi həmin ödənişin verilməsi ilə bağlı iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.
13. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
14. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyi İddiaçı Arı̇ f oğlunun iddiasına cavab verməli olan şəxs olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da, onun Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyindən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
20. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
21. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
22. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
23. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
24. Məhkəmə iclaslarında İddiaçı Arı̇ f oğlu iştirak etmədiyindən cavabdehin əsl cavabdehlə əvəz olunması təklifi mümkün olmamış və işə iddiaçının məhkəməyə ünvanladığı teleqram əsasında mahiyyəti üzrə baxılmışdır.
25. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ n Dövlət Xəzı̇ nədarlığı Agentliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov