Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3242/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri X1rşı nikah haqqında şəhadətnamənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri X1rşı nikah haqqında şəhadətnamənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Mülki Prosesual Məcəllənin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçılar nikah akt qeydinin bərpa olunmasına nail olmaq istəyirlər, lakin bunun üçün mülki prosessual qanunvericilikdə nəzərədə tutulmuş xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasına məhkəməyə müraciət etmişlər ki, bu da qeyd olunan tələbə müvafiq icraat çərçivəsində baxılmasını mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, bu növ tələblərə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. İddiaçılara izah olunur ki, nikah akt qeydinin bərpası barədə ərizə ilə mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri X1rşı nikah haqqında şəhadətnamənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçılara izah olunsun ki, onlar nikah akt qeydinin bərpası barədə ərizə ilə mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3242/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3242/2025
06.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver