Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3260/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borc verdiyi 1.500 manatın, ödədiyi 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh uzun illərdir ki, tanıyır. Cavabdeh ilə o, 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman tanış olmuşdur və həmin vaxtdan cavabdeh ilə münasibəti olub. Cəzalarını çəkdikdən sonra da cavabdeh ilə mülki həyatda da tanışlığı davam etmişdir. Cavabdeh ƏliyevRuslan Əli oğlu 2021-ci ildə ona müraciət edərək, maddi sıxıntıları olduğunu deyərək, ondan borc pul istəmişdir. İddiaçı olaraq o, cavabdehə inanaraq öz adına Ekspress Bankdan 1.500 manat kredit götürmüşdür. Cavabdeh həmin krediti banka özünün ödəyəcəyini söz versə də, onun banka olan borcunu ödəməmişdir. Cavabdehdən dəfələrlə pulu ödəməyini xahiş və tələb etsə də, cavabdeh onun ona olan etibarından istifadə edərək borcunu ödəməkdən boyun qaçırtmışdır. Bu səbəbdən də aralarında yaranan borc üstündə mübahisəyə görə şikayətçi olaraq o, Cavabdeh Bakı şəhəri, Xətai rayon, 36-cı Polis Bölməsinə şikayət etmişdir. Polis bölməsində onların izahatlarını almışdırlar. Cavabdeh ona borclu olduğu 1.500 manat məbləği orada aldığını izahatında etiraf etmişdir. Bakı şəhəri Xətai Rayon 36-cı Polis Bölməsinin sahə inspektrou, polis mayoru Asəf Zeynalov ona bildirdi ki, Cavabdeh ona borcu olduğunu etiraf edir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır, bu səbəbdən də “pul” tələbinə dair məhkəməyə müraciət etməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli Ərizədən görünür ki, İddiaçı şikayət ərizəsi yazaraq bildirmişdir ki, o, tanışı Cavabdeh borc məqsədilə Ekspress Bankdan öz adına 1.500 manat məbləğində olan pulu kredit yolu ilə götürüb vermiş, Cavabdeh həmin pulu banka özü ödəyəcəyini söz versə də, lakin bu günə kimi ödəməyib və hal-hazırda da ödəməkdən yayınır. İş materiallarında olan Cavabdeh Xətai RP-nin 36-cı PB-yə verdiyi izahatından görünür ki, o, İddiaçı 1.500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, Xətai RPİ-nin 36-cı PB tərəfindən tərtib edilən Arayışdan görünür ki, İddiaçı şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərək izahatı alınmış, həmçinin Cavabdeh da izahatı alınmış, o, izahatında İddiaçı ilə Cəzaçəkmə Müəsissəsində tanış olduqlarını və mülki həyatda da tanışlıqlarının davam etməsini, maddi sıxıntıları olduğu üçün ona İddiaçı öz adına 1.500 manat pul bankdan götürüb verdiyini, krediti ödəyəcəyinə söz versə də, imkansızlıqdan ödəyə bilmədiyini və qısa müddətdə ödəyəcəyinə söz verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı mövcud məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 35.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində borc pul almış, həmin məbləği o, Ekspress Bankdan götürmüşdür. Cavbdeh bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdeh ona borclu olduğu 1.500 manat məbləği Xətai RPİnin 36-cı PB tərəfindən aldığı izahatında etiraf etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə öz adına 1.500 manat məbləğində pul vəsaitinin kreditə götürməsi və cavabdehin hələ də o borcu ödəməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Dövlət Rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı iddia qiymətinin 1%-i təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumu ilə bağlı hissədə də əsaslıdır və iddianın qaldırılması üçün ödənilən 35 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1.500 (min beş yüz) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3260/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3260/2022
25.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver