Məhkəmə qərarları › İş №2(006)-3277/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3277/2024

04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3277/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Azərbacan Respublikası Vəkillər X1rşı təyin olunmuş vəkilin başqa vəkillə əvəz olunmasına dair Vəkillər Kollegiyasına göstəriş verilməsi, Vəkillər Kollegiyasının və vəkilin hərəkətlərinə hüquqi qiymət verilərək cəza verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Mövlamov X2 Respublikası Vəkillər X1rşı təyin olunmuş vəkilin başqa vəkillə əvəz olunmasına dair Vəkillər Kollegiyasına göstəriş verilməsi, Vəkillər Kollegiyasının və vəkilin hərəkətlərinə hüquqi qiymət verilərək cəza verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil” müddəası isə iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Məhkəməyə təqdim edilmiş müraciətdən görünür ki, Mövlamov X2 Respublikası Vəkillər Kollegiyasına qarşı hər hansı iddia irəli sürməmiş, müvafiq müraciətini şikayət formasında məhkəməyə təqdim etmişdir. İddiaçı müvafiq müraciətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(009)-782/2024 nömrəli qərardadı ilə ona dövlət büdcəsi hesabına təyin olunmuş vəkilin başqa vəkillə əvəz olunmasına dair Vəkillər Kollegiyasına göstəriş verilməsini, Kollegiyanın və təyin olunmuş vəkil X4 hərəkətlərinə hüquqi qiymət verərək cəza müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi göstərilən müraciətə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Hazırki məqamda mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb irəli sürülməmişdir. İzah olunur ki, vətəndaş başqa vəkillə əvəz olunmasına dair, habelə bunun üçün əsaslar olduğu təqdirdə vəkil barəsində intizam icraatı çərçivəsində araşdırmanın aparılması üçün Vəkillər Kollegiyasına müraciət etmək hüququna malikdir. Eyni zamanda qeyd olunur ki, hərəkətlərə hüquqi qiymət verilərək cəza təyin edilməsi mülki məhkəmə icraatı çərçivəsində həll olunan məsələ deyildir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizənin hansı orqana müraciət etməli olması orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddələsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən hazırkı ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərbacan Respublikası Vəkillər X1rşı təyin olunmuş vəkilin başqa vəkillə əvəz olunmasına dair Vəkillər Kollegiyasına göstəriş verilməsi, Vəkillər Kollegiyasının və vəkilin hərəkətlərinə hüquqi qiymət verilərək cəza müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Təyin olunmuş vəkilin başqa vəkillə əvəz olunması, habelə bunun üçün əsaslar olduğu təqdirdə vəkil barəsində intizam icraatı çərçivəsində araşdırmanın aparılması üçün Vəkillər Kollegiyasına müraciət etmək hüququnun olması ona izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar