Məhkəmə qərarları › İş №2(006)-3284/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3284/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3284/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı Cavabdeh MTK-ya qarşı cinayət işinin açılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı cinayət işinin açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, konstitusyon hüququnun qorunmasını və Cavabdeh MTK tərəfindən, ünvan 1 ünvanında yol kənarında yerləşən kordinatlan (X: 400786.586, 400785.785, 400791.075, 400791.976, Y: 4472399.414, 4472402.254 4472403.773, 4472403.933) və sahəsi 14.9 kv.m. olan bir mərtəbəli xüsusi mülkü onun razılığı olmadan və kopensasiya ödənmədən söküldüyünə görə, Cavabdeh MTK-ya qarşı AR Cinayət Məcəlləsinin 186-cı maddəsinə görə cinayət işinin açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbinin əsasını iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin söküntüsündən irəli gələn mübahisə təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə məhkəmə icraatı qaydasında baxıla bilməz. İddia ərizəsi və tələbindən görünür ki, iddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, tərkibində cinayət əməli olduğunu iddia edərək, cavabdeh barəsində cinayət işinin açılmasını tələb edir. İddiaçının ərizəsinə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalısı yolverilməzdir. Göründüyü kimi, iddiaçının tələbi törədilməsi ehtimal olunan cinayətlə bağlı olduğundan, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya müvafiq ibtidai istintaq orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı cinayət işinin açılması tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçıya qaytarılsın. İddiyaçıya izah edilsin ki, müvafiq ibtidai istintaq orqanına müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar