Məhkəmə qərarları › İş №2(006)-3302/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3302/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3302/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, digər İddiaçı3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “evin faktiki sahəsi barədə məlumatın cavabdeh tərəfindən tanınması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “evin faktiki sahəsi barədə məlumatın cavabdeh tərəfindən tanınması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hazırlanmış şəxsi məlumat hissəsində göstərilən faktiki sahəsinin 152.819 kv.m olması barədə məlumatın "xxxx" MMC tərəfindən tanınması və həmin məlumatlar əsasında kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə təqdim edərək, cavabdeh olaraq göstərilən "xxxx" MMC-nin əsl Cavabdeh MMC ilə əvəz olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə təklifi qəbul etməyib, iddia tələbinə verilən formada baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə təklifi qəbul etməyib, iddia tələbinə verilən formada baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə təklifi qəbul etməyib, iddia tələbinə verilən formada baxılaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia tələbinin “iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hazırlanmış şəxsi məlumat hissəsində göstərilən faktiki sahəsinin 152.819 kv.m olması barədə məlumatın Cavabdeh MMC tərəfindən tanınması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu tələb hüquqi əhəmiyyətə malik deyil və tələbə mahiyyəti üzrə baxılması hər hansı hüquqi nəticəyə səbəb olmayacaqdır. İddia tələbinin “kompensasiyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, kompensasiya tələbinin nədən ibarət olmasının dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən iddiaçı tərəfə verilmiş bütün suallar mahiyyəti üzrə cavablandırılmamış, tələbin dəqiqləşdirilməsinin zəruri olmasının iddiaçı tərəfin diqqətinə çatdırılmasına baxmayaraq, onlar tələbə olduğu formada baxılmasını təkid etmiş və bildirmişlər ki, kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul olunduqdan sonra onların özləri kompensasiyanın formasını, məbləğini və digər halları müəyyən edəcəklər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011- ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 114.1 və 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir (qəbzin nömrəsi: 27076). Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “evin faktiki sahəsi barədə məlumatın cavabdeh tərəfindən tanınması və s.” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbz №: 27076) İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar