Məhkəmə qərarları › İş №2(006)-3305/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3305/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3305/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «problemli kredit ödəyicisi kimi Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirimiş Kredit Reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, banklarla əməkdaşlıq edir, ehtiyacı olduqda müraciət edərək Cavabdehdan, “xxxx”dan kreditlər götürmüş və götürdüyü kreditləri vaxtı-vaxtlında ödəmişdir. Eləcə də mağazalardan kredit yolu ilə xeyli elektrik avadanlıqları, mobil telefonlar və digər avadanlıqlar alıb pulunu da vaxtlı-vaxtında ödəmişdir. xx xxxxxxx 2014-cü ildə Cavabdehdan götürdüyü Taksit kart borcuna gəlincə o, krediti tam ödədiyi qənaətindədir. Lakin həmin vaxtdan xeyli vaxt keçdiyindən bu barədə qəbzlər onda qalmamışdır. Hansısa yalnışlıq səbəbindən ona Cavabdeha 74,63 manat əsas borcunun, 64,59 manat cərimənin, ümumulikdə isə 139,22 manat borc öhdəliyinin mövcud olması göstərilmişdir. Bu borcla bağlı ona vaxtında heç bir məlumat verilməmiş və heç bir xəbərdarlıq olunmamışdır. Ona bu barədə məlumat verilsə idi, o, məsələni araşdırar, həqiqətən borcu qalıbsa dərhal ödəyərdi O, hazırda da həmin borcu ödəməkdən imtina etmir. Lakin onun günahı olmadığı halda onun adı problemli kredit ödəyicisi kimi Mərkəzləşdirimiş Kredit Reyestrinə salınmışdır və o, ehtiyacı olduqda banklardan kredit ala bilmir və nəticədə hüquqları pozulur. Yuxarıda göstərilənlərə əsasən onun adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirimiş Kredit Reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO “Cavabdeh" ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. LPO Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ləğv prosesində olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2014cü il tarixli, 776539 saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə, 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxxx 2014-cü il tarixli 776539 saylı kredit müqaviləsi üzrə 74.63 (yetmiş dörd manat 63 qəpik) manat əsas, 64.59 (altmış dörd manat 59 qəpik) manat cərimə, ümumi 139.22 (bir yüz otuz doqquz manat 22 qəpik) manat borc öhdəliyi mövcuddur. Qeyd olunan borcun ödənilməsinin təmin olunması ona tövsiyə edilmişdir. “xxxx” ASC-nin “Gənclik Mall” filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 95 saylı arayışdan görünür ki, İddiaçı “xxxx” ASC-dən xx.xx.2016-cı il tarixində 115GTKR162160502 müqavilə nömrəsi üzrə 800 azn, xx.xx.2016-cı ildə 118GTKR163440502 üzrə 1400 və xx.xx.2017ci ildə 118GTKR163440502 müqavilə nömrəsi üzrə 2700 azn kredit götürmüşdür, hal-hazırda həmin kreditlər üzrə heç bir borc öhdəliyi yoxdur. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-6696 saylı və xx.xx.2020-ci il tarixli, SF-12426 saylı Çıxarışlardakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 51-70015203-5 kredit hesabı üzrə kreditin qalıq məbləği 74,63 manat, faiz məbləği isə 113,41 manat təşkil edir. Ekran-unikal kodu 1401-********** olan, xx.xx.2020-ci il tarixli “mədaxil qəbzindən” görünür ki, İddiaçı tərəfindən LPO Cavabdeh ASC-nin hesabına 192,71 manat məbləğində ödəniş edilmişdir. Beləliklə araşdırılmış iş materiallarından görünür ki, "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 776539 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə, illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə, 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı LPO Cavabdeh ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 74,63 manat, faiz məbləği üzrə 113,41 manat məbləğində borcu vardır. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-6696 saylı və xx.xx.2020-ci il tarixli, SF-12426 saylı Çıxarışlara əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcdan başqa iddiaçının vaxtı keçmiş və ya ödənilməmiş kredit borclarının olduğu müəyyən edilməmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Azərbaycan Respublikası Maliyyə X1 Direktorlar Şurasının xx xxxxxx 2017-ci il tarixli 49/1 saylı qərarı ilə Cavabdeh ASC –yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx xxxxxx 2017-ci il tarixindən ləğv edilmişdir. Həmçinin Maliyyə X1 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Cavabdeh tərəfindən ləğv prosesində olmasına baxmayaraq bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməmiş, iddiaçıya borcunun mövcudluğuna dair vaxtında məlumat verilməmiş, bununla da iddiaçının kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyin yaranmasına suni olaraq şərait yaradılmışdır. Beləliklə cavabdeh Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, nəticədə İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, onun hüquqlarını pozmuş, borcalma nüfuzunun qorunmasına maneçilik törətmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adının problemli kredit ödəyicisi kimi Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar