Məhkəmə qərarları › İş №2(006)-3317/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3317/2024

15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3317/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı X6 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nin İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən üçüncü şəxs İddiaçı Cavabdehnə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə müstəqil tələb irəli sürərək, iddia tələbinin ona və uşaqlarına aid hissədə rədd edilməsini, onun və 2 azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X15 ilə birlikdə ünvan 1 ünvanda yaşayış hüquqlarının əvəzinə 30.000 manat kompensasiya və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi olaraq pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona və iki azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 2 ünvanda yaşayış hüquqlarının əvəzinə 30.000 manat kompensasiya və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi olaraq pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata götürülməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Eyni zamanda məhkəmə qərardadı ilə izah edilmişdir ki, İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Bu səbəbdən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı Cavabdeh MMC cavabdeh kimi iddiaçıya və qeyrilərinə qarşı “ünvan 2 ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, həmin evin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 kv. m. ümumi sahəsi olan təmirli yeni mənzilin X2 mülkiyyətinə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə bir neçə dəfə dəqiqləşdirmə vermişdir. İddiaçı özünə və uşaqlarına aid hissədə iddianı qəbul etmir. Bu günə qədər faktiki yaşadığı ünvana məhkəmə bildirişi gəlməmişdir. İddiaçı Cavabdeh MMC tələbini aşağıdakı kimi əsaslandırmışdır. 1. Binanın tikilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və onlara vəsaitlərin ödənilməsi iddiaçıya həvalə edilmişdir. 2. Evlərin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binaların tikilməsini və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. 3. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasına və Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına istinad edərək ilkin iddia tələbini əsaslandırmağa çalışmışdır. Lakin buna müvəffəq olmamışdır. İddiaçı hesab edir ki, iddiaçının hüquqi əsaslandırması düzgün olmadığından və bu səbəbdən də cavabdehlərin, o cümlədən İddiaçı və iki azyaşlı uşağının bütövlükdə hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran tələb irəli sürdüyünə görə iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının 1.1-ci bəndində göstərilir: “Ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-yə həvalə edilsin”. Adı çəkilən Sərəncamın 1.1-ci bəndində göstərilən “müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-yə həvalə edilsin” tələbi Cavabdeh MMC tərəfindən yerinə yetirilməmişdir. Bununla da qanunvericiliyin tələbi Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulmuşdur. Sərəncamın özündə belə hərəkətlərin edilməsi ardıcıllığı pozulmuşdur. Belə ki, qanunvericiliklə dövlət ehtiyacları üçün söküləcək binaların mülkiyyətçilərinə əvvəlcədən tərəflər arasında razılaşdırılan kompensasiya verilməli, sonrakı hərəkətlər isə sərəncamda göstərilən ardıcıllıq ilə həyata keçirilməlidir. Sərəncamın 1-ci bəndindən göründüyü kimi qeyd olunan ünvanda yerləşən binaların yerləşdiyi yerdə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədi ilə 4.2258 ha torpaq sahəsi istifadə hüququ əsasında Cavabdeh MMC-nin icarəsinə verilməsi qərara alınmış, müvafiq icarə müqaviləsi bağlanmışdır. Sərəncamın 1.1-ci bəndində isə ediləcək hərəkətlərin ardıcıllığı pozularaq mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-yə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh MMC isə sərəncamdan irəli gələn tələbləri yerinə yetirməyərək, cavabdehlərin yaşadıqları ev üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla evin boşaldılması və sökülməsi, həmin evin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 kv. m. ümumi sahəsi olan təmirli yeni mənzilin X2 mülkiyyətinə verilməsi tələbini qoymuşdur. Qalan cavabdehlər və İddiaçı barəsində tələbləri öz əksini tapmamışdır. Cavabdeh MMC-nin cəmiyyət olaraq belə bir subyektiv hüququ yoxdur. Əgər torpaq dövlət ehtiyacları üçün alınırsa əvvəlcədən mülkiyyətçilər və istifadəçilər ilə razılıq əldə etməklə kompensasiya ödəməli, bundan sonra göstərilən digər məsələlər həll edilməlidir. Bu halda iddiaçı səlahiyyətinə aid olmayan tələb irəli sürmüşdür. Torpaq Cavabdeh MMC-nin mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Torpaq cavabdehlərin istifadəsində olduğu halda, hazırkı vəziyyətdə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan ünvan onun daimi yaşayış sahəsidir. Hazırda iki azyaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq kirayədə yaşayır. Mübahisə olunan fərdi yaşayış evindən başqa yaşayış sahəsi yoxdur. Boşanmışdır. Hesab edir ki, Cavabdeh MMC-nin ona və uşaqlarına aid hissədə iddia tələbi rədd edilməli, ona iki azyaşlı uşaqları xx.xx.2002-ci il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə birlikdə qeyd olunan ünvanda yaşayış hüququnun əvəzinə 30.000 manat kompensasiya verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia tələbi ilə bağlı münasibət bildirmək istəmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli) İddiaçı o evdə hüquqlarının olduğunu, babasının evi olduğunu, çoxdan tikildiyini, evin kim tərəfindən tikilməsini bilmədiyini, 1987-ci ildə Siyəzən rayonunda anadan olduğunu, 3-4 yaşlarında Bakı şəhəri, Namiq Məlikov küçəsində yerləşən mənzilə köçdüklərini və mübahisə predmeti olan evdə heç vaxt yaşamadığını, sadəcə qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı “kompensasiya” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, İddiaçı həmin iddia tələbi ilə müstəqil tələb irəli sürmək hüququ izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-22/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh MMC-nin cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsindən ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi, iddiaçı Cavabdeh MMCnin “iddia ərizəsinin geri qaytarılmasına dair” vəsatətinin təmin edilməsi, iddiaçı Cavabdeh MMCnin cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2586/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki: İddiaçı cavabdehlər X4 və X3 (Bakı şəhəri 14 saylı notariat ofisi və Cavabdeh MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə X5 arasında ünvan 2 evə dair Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış 3M-1638 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası Daxli İşlər Nazirliyinin Yaşayış Yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Dəvəçi, Siyəzən şəhərində xx.xx.1987-ci ildə anadan olmuş, xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, ev 6A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Y.V.Çəmənzəminli küçəsi, 6A saylı ünvan MKİS-də olan sənədlər əsasında özbaşına tikili kimi olan həyət tipli yaşayış evidir. X6 bu ünvanda anadan olmuşdur və hal-hazırda həmin ev ailəsi ilə birlikdə onun istifadəsindədir. Nikahın pozulması haqqında akt qeydləri kitabına xx.xx.2021-ci il tarixdə 640 № ilə qeyd edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X8 arasında nikaha xitam verilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X10 şəxsiyyət vəsiqəsindən (AZE********) görünur ki, “anası” qrafasına Əmrahova Gülşən qeyd edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X12 şəxsiyyət vəsiqəsindən (AZE********) görünür ki, “anası” qrafasına Əmrahova Gülşən qeyd edilmişdir. İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə və satılmasına etiraz etmir. X6 ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında sahəsi 213 kv. m. olan 2 mərtəbəli fərdi yaşayış evinin ilkin alqı-satqısına dair şərtlər müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 180 (bir yüz səksən) manat dövlət rüsumu ödənilmişdir (qəbz №:**********). Beləliklə, məhkəmə müəyyən etdi ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-22/2024 nömrəli mülki işi üzrə iddiaçı Cavabdeh MMC tərəfindən cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbi ilə iddia qaldırmışdır. Həmin iş üzrə İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini, özü və iki uşağı üçün 30.000 manat kompensasiya və s. ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə e-2(006)-22/2024 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbi iddiaçı Cavabdeh MMC-nin cavabdeh X4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması və iddiaçı Cavabdeh MMC-nin iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Hazırkı (2(006)-3317/2024 nömrəli) mülki iş üzrə İddiaçı iddia tələbinin ona və uşaqlarına aid hissədə rədd edilməsini, Cavabdeh MMC-dən onun 2 azyaşlı övladları birlikdə ünvan 2 ünvanda yaşayış hüquqlarının əvəzinə 30.000 manat kompensasiya və dövlət büdəcəsinə ödənilmiş 180 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırkı mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X6, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Çünki mübahisəli mənzil ilə əlaqədar X6 ilə X5 arasında ünvan 4 ünvanında sahəsi 213 kv. m. olan 2 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısına dair ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə hazırkı iddia tələbinin “iddia tələbinin rədd edilməsi” hissəsinə münasibətdə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-22/2024 nömrəli mülki işi üzrə xx.xx.2024cü il tarixli qərardad ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçının vəsatətinə əsasən geri qaytarıldığına görə həmin işə mahiyyəti üzrə baxılmamışdır. Buna görə də İddiaçı iddia tələbinin “iddia tələbinin rədd edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində heç vaxt yaşamadığını, sadəcə olaraq həmin fərdi yaşayış evində qeydiyyatda olduğunu və evin tam sökülmədiyini bildirmişdir. İddiaçı mübahisə predmeti olan evin babasının evi olduğuna və həmin evdə qeydiyyatda olduğuna görə həmin ev üzərində hüquqlarının olduğunu hesab edir. Buna görə də Cavabdeh MMC-yə qeyd olunan evin sökülməsi və yerində yeni tikilinin tikilməsi öhdəliyi həvalə edildiyindən cavabdehdən 30.000 manat kompensasiya tələb edir. Mülki iş materiallarından məlum olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evi özbaşına tikilidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 həmin evdə ailəsi ilə birlikdə yaşayır (59 saylı mənzil-kommunal istismar sahəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən). İddiaçı isə X2 bacısı qızıdır. Hazırda isə qeyd olunan fərdi yaşayış evi X6 tərəfindən satılmışdır. Həmin ilkin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi İddiaçı tərəfindən mübahisələndirilmiş, lakin Nəsimi Rayon Məhkəməsinin 2(006)-2586/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində heç vaxt yaşamadığına görə onun qeyd olunan evdən istifadə hüququ yaranmamışdır. Həmçinin, iddiaçı tərəfindən həmin evdən istifadə hüququnun olduğuna dair məhkəməyə heç bir əsaslı sübut təqdim edilməmişdir. Yalnız formal mülahizələr irəli sürərək həmin evdə hüquqlarının olduğu bildirilmişdir. İddiaçı Cavabdeh MMC-dən kompensasiya tələb etməsi üçün onun subyektiv hüququnun olması zəruri məsələlərdən biridir. Məhkəmə hesab edir ki, iddiaçının ümumiyyətlə, cavabdeh cəmiyyətdən kompensasiya tələb etməsi üçün subyektiv hüququ mövcud deyil. Bu qəbildən olan mülki işlər üzrə mənzilin reyestrdə qeydiyyatı olmasa belə, iddiaçı sübut etməlidir ki, söküləcək fərdi yaşayış evinin sökülməsi onun hansı hüquqlarına və mənafelərinə xələl gətirir. Lakin iddiaçı həmin evə münasibətdə onun hansı hüquq və mənafelərinə xələl gətirilməsi və bu barədə subyektiv hüququnun olduğuna dair heç bir əsaslı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya X7 əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun, o cümlədən digər əmlak hüquqlarının, olduğunu təsbit edən sübut təqdim etməmişdir. Həmçinin, iddia ərizəsində “qeyd olunan ünvanın onun daimi yaşayış yeri olduğunu, həmin yaşayış yerindən başqa yaşayış yeri olmadığını” bildirsə də, məhkəmə iclasında “hazırda və bundan daha əvvəl (heç vaxt) qeyd olunan fərdi yaşayış evində yaşamadığını” demişdir. Bu da o deməkdir ki, iddiaçının həmin fərdi yaşayış evi üzərində istifadə hüququ da yoxdur. Əgər iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət və ya digər hüquqları yoxdursa, deməli Cavabdeh MMC-dən kompensasiya tələb etmək üçün subyektiv hüququ mövcud deyil. İddiaçı daha əvvəl həmin evdə qeydiyyatda olduğunu, aldadılması səbəbindən evin satılmasına və sökülməsinə dair ərizə ilə razılığını bildirdiyini ifadə edərək həmin evdə daha əvvəl qeydiyyatda olduğu üçün ev üzərində hüquqlarının olduğunu hesab edir. Məhkəmə bu hissədə qeyd edir ki, şəxsin fərdi yaşayış evində qeydiyyatda olması onun istifadə hüququnun olmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya X9). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar