Məhkəmə qərarları › İş №2(006)-3325/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3325/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3325/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı verilən iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2163/2017 saylı qətnaməsi ilə İddiaçı ½ hissəsinə payı tanınmış ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2163/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsilə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51 saylı üvin 54 mənzilinə iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1241/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə isə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən, məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2.1 və 153.3- 153.6-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı verilən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar