Məhkəmə qərarları › İş №2(006)-3336/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3336/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3336/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3610 (üç min altı yüz on) manat əsas borc və vəkilə ödənilmiş hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində vəsait, cəmi 3816 (üç min səkkiz yüz on altı) manat pul alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, səyyar ticarətlə məşğul olur, məktəblərə, uşaq bağçalarına gedərək mallarını satırdı. Bu zaman Cavabdeh ilə tanış olmuş, ona da nisyə mallar satmışdır. Cavabdeh xadimə kimi işləmişdir. Cavabdeh maaş kartını ona vermiş və müxtəlif vaxtlarda ondan nisyə mallar almışdır. Lakin son zamanlarda nisyə aldığı malların pulunu qaytarmamış, ondan maaş kartını geri istəmişdir. Bundan əlavə Zərnigardan pulunu tələb edəndə sonuncu borc pulundan imtina etmiş, ona hədə-qorxu gəlmiş, evinə polis gətirəcəyini demişdir. Cavabdeh 3.616 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildimişdir ki, iddiaçını Şamaxinkada gözəllik salonundan tanıyır.Gözəllik salonuna mal gətirir, müştərilər malları götürürdü. Mallar salonda qalır, gəlib aparırdı. Qiymətləri ilə özü danışırdı. Cavabdeh pulu vermədiyi üçün dükanın qarşısında dalaşmışlar.Onların arasında olan mübahisə 3 ildir ki, gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildimişdir ki, İradəni tanıyır. Belə ki, yoldaşı tərəfdən qohumdur. İradə mağazaya mal gətirib satırdı. Zərnigarı isə tanımır.Pulla bağlı cavabdehlə mübahisələri düşmüşdür. İddiaçı 2800 manat dəyərində mal götürüb cavabdehə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3610 (üç min altı yüz on) manat əsas borc və vəkilə ödənilmiş hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində vəsait, cəmi 3816 (üç miri səkkiz yüz on altı) manat pul alınıb İddiaçı verilməlidir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1 -ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nın 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı iddiası təmin edilsin. Cavabdeh 3610 (üç min altı yüz on) manat əsas borc və vəkilə ödənilmiş hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində vəsait, cəmi 3816 (üç min səkkiz yüz on altı) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natəvan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar