Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3358/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx.xx.2022-xx.xx.2022 tarixində ümumi 6.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2022-ci il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət (2 il 4 ay) keçməsinə baxmayaraq o, borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdeh 6.000 (altı min) manat məbləğində pul, iddiaçıya vurulmuş maddi ziyana görə 890 (səkkiz yüz doxsan) manat və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaçının tələbini qismən qəbul etdiyini və 6.000 manat məbləğində pulun iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan AR DİN Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə baxılmış, müraciətdə qeyd olunan faktlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 8.Mülki işin materiallarında olan Bakıə şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən İddiaçı müraciəti əsasında toplanılmış HK-1/424-2025 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 9.Mülki işin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10.Mülki işin materiallarında olan Qaradağ rayon Polis İdarəsinin rəisinə ünvanlanan raportdan görünür ki, aparılmış ilkin araşdırma zamanı İddiaçı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olması müəyyən edilmiş, İddiaçı müraciəti əsasında toplanmış materialın istintaq aidiyyatı üzrə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 6.000 manat məbləğində borc pul verilmiş və cavabdeh həmin pulu 2022-ci ilin 31 dekabr tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 6.000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. 12.Hazırda iddiaçı həmin borc pulu, həmçinin borcun qaytarılması gecikdirildiyi üçün əldən çıxmış fayda kimi 890 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 16.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddaçı İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində pul əlbəəl şəkildə verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, razılaşma şifahi qaydada həyata keçirilmişdir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında pulun borc kimi verilməsinə dair şifahi qaydada bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə əvvəlki məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən ona 6.000 manat məbləğində borc pul verilməsini etiraf etmişdir. Belə olan halda hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanma halı olmuşdur. 18.Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 19.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 20.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Məhkəmə iddia tələbinin 6.000 manat məbləğində borc pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə cavabdeh tərəfindən tam şəkildə etiraf edildiyindən həmin hissədə əsaslı hesab edilməklə təmin edilməlidir. 22.Məhkəmə iddia tələbinin əldən çıxmış fayda olaraq 890 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 23.Belə ki, cavabdeh borcu 2022-ci ilin 31 dekabr tarixə kimi ödəməyi öhdəsinə götürsə də, hazırki vaxtadək pulu qaytarmaqdan boyun qaçırmışdır. Qanunvericiliyin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya borcun gecikdirilməsinə dair illik 5 faiz hesablanmaqla ödənilməli olan məbləğ tələb olunan həddə deyil, öhdəliyin icra edilməli olduğu vaxtdan iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilən vaxtadək 775 manat təşkil etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməklə 775 manat (2 il 7 aya münasibətdə illik 5 faiz hesablanmaqla) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 24.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddia tələbinin təmin olunan hissəsi 6775 manat həcmində olduğundan, həmin məbləğə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu 87.75 manat məbləğində hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçının özünə aid edilməlidir. 25.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6.000 (altı min) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 775 (yeddi yüz yetmiş beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,75 (səksən yeddi manat, yetmiş beş qəpik) manat olmaqla, ümumilikdə 6.862,75 (altı min səkkiz yüz altmış iki manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün 775 (yeddi yüz yetmiş beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,75 (səksən yeddi manat, yetmiş beş qəpik) manat olmaqla, ümumilikdə 6.862,75 (altı min səkkiz yüz altmış iki manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3358/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3358/2025
12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver