Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3374/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “barəsində iddia verilən şəxsin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “barəsində iddia verilən şəxsin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X1 İdarəsinin DYPŞ-nin əməkdaşı Mehman Kamillinin qanunsuz olaraq tərtib etdiyi 24 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib etdiyi protokol və ondan əmələ gəlmiş inzibati məsuliyyət səbəbindən müddəti ötmüş cəriməyə görə avtomobilini müvəqqəti duracağa yerləşdirməsinlər deyə məcbur qalıb ödədiyi 792 (yeddi yüz doxsan iki) manat (600 (altı yüz) manat cərimə məbləği və 192 (yüz doxsan iki) manat dəbbə pulu olmaqla) məbləğində cərimənin Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialındakı olan bank hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nın müvafiq maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, mülki məhkəmə icraatı qaydasında inzibati xətaya dair mübahisələrə baxmaq (inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə və s.) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “barəsində iddia verilən şəxsin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3374/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3374/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver