Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3380/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4410 manat əsas borcun və əlavə onun çəkdiyi 500 manat xərclərin ümumilikdə 4910 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində əvvəldən tanıdığı Əsgərova Ülviyyə adlı xanımın vasitəsilə tanımışdır. O, tanıdığı Ülviyyə ilə birlikdə onun yanına gəlmiş və onun ağır vəziyyətdə olduğunu, tanıdığı Ülviyyə bildirmişdir. Tanıdığı Ülviyyə ilə birlikdə onun 6000 manat pula ehtiyacı olduğunu bildirmişdir. Ona kömək etməsini xahiş etmişdir. O, Fərqanəyə bildirmişdir ki, hal-hazırda pulu yoxdur. Sonradan 4000 manat pulu düzəltdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Fərqanə Ülviyyə ilə birlikdə 28 May metrosunun yaxınlığında əlyazması ilə verdiyi pulu aldığını etiraf edərək ondan 4000 min manat pulu almışdır. Sonradan Fərqanə ağır vəziyyətdə olduğuna görə yenidən xx.xx.2022-ci il tarixində 2000 manatı almışdır. Aldığı 2000 manatı da öz əlyazması ilə yazılı olaraq təsdiq etmişdir. Göstərmişdi ki, hissə-hissə onun pulunu ödəyəcəkdir. Lakin müxtəlif vaxtlarda müxtəlif məbləğ olmaqla ümumilikdə 1590 manat pul vermişdir. Hal-hazırda cavabdehin ona 4410 manat pul borcu vardır. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh pul verməyi bu və ya digər formada imtina etmişdir. Bu səbəbdən də o, cavabdeh barəsində Nəsimi rayon 22-ci polis bölməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır və 22-ci polis bölməsinə edilən müraciətdə məhkəməyə müraciət tövsiyə olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, 2500 manat pulu hissə-hissə olmaqla qaytara biləcəkdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 2000 manat 160 manat hər ay ödəmək şərtilə almışdır. xx.xx.2022-ci il tarixdə isə 4000 manat almasını qeyd etmişdir. Qəbzdə həmçinin götürülmüş borcdan müxtəlif vaxtlarda ödəmələrin olması əks olunmuşdur. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Cavabdeh barəsində ərizə mülki xarakterli olmasını nəzərə alaraq, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 6000 manat borc almış, lakin borc məbləğini aralarında razılaşdırılmış müddətdə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini protokola qeyd edilməklə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3380/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3380/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver