Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3384/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun, Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) "kredit borcunun tutulmasının dayandırılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlu Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) "kredit borcunun tutulmasının dayandırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kiber cinayətkarların qurbanı olduğundan, istintaq araşdırması getdiyi üçün ona çatası 4742 manat krediti almadığından, pensiya kartından kredit borcunun tutulmasının dondurulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2023-cü ildə "Kapital Bankın" Sumqayıt filialından 7200 azn kredit alaraq 2024-cü ilin aprel ayına qədər hər ay 210 azn olmaqla, 7 ay ərzində 1470 azn ödəmişdir. Yerdə qalan 6445 azn kredit borcunu bağlamaq və yenidən əlavə olaraq 5000 azn nəğd pul almaq üçün həmin Sülh küçəsində yerləşən Kapital Bakın Sumqayıt filialına müraciət etmişdir. Bankda növbəsini gözləyərkən baş ofisdən Rəşad İsmayılov adlı əməkdaş ona zəng edərək tez bir zamanda 12000 azn online kredit verəcəyini bildirir. O, onun təklifinə razılıq verir. Rəşad ondan pensiya kartının axırıncı 4 nömrəsini (1772) istəyərək, əvvəlki 6445 manat kreditinin və komissiya haqqının çıxılmasından sonra 30 dəqiqə ərzində əlinə çatacaq 4742 azn pulun pensiya kartına köçürüləcəyini bildirdi. O, dediyi vaxtdan sonra pensiya kartını yoxlamış ancaq, pul köçürülməmişdir. Sonra dəfələrlə həmin (+994 123101151; +994 1********) nömrələrə zəng etsə də cavab verilməmişdir. Sonrakı günlər şənbə-bazara düşdüyü üçün əlaqə saxlaya bilməmişdir. Bazar ertəsi 22 aprel 2024-cü ildə yenidən Kapital Banka müraciət edir, əməkdaşlar araşdıraraq bildirdilər ki, baş ofisin əməkdaşı Rəşad İsmayılov sizə ayrılan 4742 azn krediti pensiya kartına yox, məhz o biri debit kartınıza köçürüb, pul karta oturmamış sistemdən dələduzlar tərəfindən oğurlanıb. Nəticədə onun həm köhnə, həm də yeni kredit borcu qalıb. "Bildirdilər ki, bu düzgün deyil, bir adamın adında 2 kredit vermək olmaz". Sonra ona "Ödəniş kartı üzrə çıxarış" cədvəli verdilər ki, o, polis və prokurorluq orqanlarına şikayət etsin. O, da polis və prokurorluq orqanlarına şikayət etmişdir. Bu iş üzrə cinayət işi açılmışdır. Hal-hazırda kibercinayətkarlığa qarşı şöbədə istintaq gedir. Bu işlə əlaqədar 10 may 2024-cü ildə Sumqayıt şəhər məhkəməsinə kreditin dondurulması üçün müraciət etsə də ərizə geri qaytarılmışdır. Hadisə Sumqayıt filialında baş versə də Kapital bankın ünvanı Bakı şəhəri Nəsimi rayon məhkəməsin də baxılmalıdır. Ona görə də iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərməyi qərara alir. O, kiber cinayətkarların qurbanı olduğu, istintaq araşdırması getdiyi üçün, ona çatası 4742 manat kredit pulunu onun günahı olmadan almadığı üçün, pensiya kartından kredit borcunun tutulmasını dondurmağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlu yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı izahat təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya kartından kredit borcunun ödənilməsi məqsədi ilə aparılan tutulmaların dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbinin əsaslandırması kimi, kibercinayətkarların qurbanı olduğunu, bankın əməkdaşının səhvi ucbatından götürülən kreditin onun günahı olmadan dələduzlar tərəfindən oğurlandığını bildirir. Belə ki, götürülən kredit vəsaitinin bir hissəsi onun digər kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməli, digər hissəsi isə onun pensiya kartına köçürülməli idi, lakin bankın əməkdaşı tərəfindən pensiya kartına deyil, onun digər debet kartına köçürülmüş, həmin kartdan isə kredit vəsaiti dələduzlar tərəfindən oğurlanmışdır. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) bağlanmış GTGK7409841B299 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21.7 % olmaqla 48 ay müddətinə 11900 (on bir min doqquz yüz) AZN məbləğində kredit verilmişdir. Həmçinin Bank tərəfindən həmin kredit müqaviləsinə əsasən kreditdən istifadə edilməsi və ödənilməsi üçün Müştərinin, yəni İddiaçı adına 410100H**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açılmışdır. Sözügedən kredit müqaviləsinin 2.2-ci yarımbəndinə əsasən kredit İddiaçı cari hesabına köçürmə yolu ilə verlmişdir. Bağlanmış GTGK7409841B299 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsin: 2.10-cu yarımbəndinə əsasən bu Müqavilə imzalandığı andan Müştəri ilə Bank arasında bağlanmış aşağıdakı müqavilə(lər) üzrə ödənilməmiş ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) bu Müqavilə üzrə Müştəriyə verilmiş kredit vəsaiti hesabına və Bank tərəfindən Müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilir, bununla da Tərəflərin qarşılıqlı razılığı ilə həmin müqavilə(lər)yə xitam verilir: - xx.xx.2023-cü il tarixli, GTGK3651939B243 saylı Kredit müqaviləsi üzrə 6433.03 manat qalıq borc (Kredit müqaviləsinin 2.10.1-ci yarımbəndi). Nəzərə alınmalıdır ki, Bank tərəfindən müqavilə şərtlərinə əsasən sözügedən kredit cari hesabına köçürüldükdən sonra yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə akseptsiz silinmə aparılana kimi, cari hesabında köçmüş kredit vəsaiti “Birbank” mobil tətbiqi vasitəsi ilə iddiaçının Bankda olan digər kart hesabına köçürülmüş və həmin kart hesabından pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan elektron pul kisəsi M10 platfoirmasında olan hesaba köçürülmüşdür. Həmin köçürmə əməliyyatı iddiaçının istifadəsində olan +**********99 mobil nömrəsinə 3D Secure kodunun göndərilməsi və təsdiq edilməsi yolu ilə həyata keçirilmişdir (3D Secure kodunun göndərilməsini təsdiq edən müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyat məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, 3D Secure kodunun göndərilməsi, həmin kodun təsdiq edilməsi yolu ilə, yəni bank hesab sahibinin sərəncamına əsasən aparılmışdır. İddiaçı həmin əməliyyatın onun tərəfindən aparılmamasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, belə əməliyyat iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən aparılmışdırsa belə, həmin əməliyyatın aparılması iddiaçının təqsiri ucbatından baş vermişdir. Belə ki, həmin əməliyyatın aparılması üçün tələb olunan məxfi saxlanılmalı olan məlumatların və təhlükəsizlik kodlarınının üçüncü şəxsə verilməsinə və ya üçüncü şəxs tərəfindən həmin məlumatların əldə edilməsi üçün şəraitin yaradılmasına görə məsuliyyəti iddiaçı, yəni bank hesab sahibi daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış GTGK7409841B299 nömrəli xx.xx.2024-cü il tarixli Kredit Müqaviləsinin 4.1-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Bildiririk ki, İddiaçı Cavabdeh ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********11 mobil nömrə ilə Birbank mobil tətbiqindən xx.xx.2024-cü il tarixdə Samusung SM-A125F cihazında, daha sonra isə Samsung SM-A042F cihazlarında qeydiyyatdan keçmiş və təyinatı üzrə istifadə etmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını başqa cihaza dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodların iddiaçının +**********11 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur (təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. İddiaçının kredit borcunun ödənilməsi məqsədi ilə əmək haqqısından tutulmaların aparılması ilə əlaqədar məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı ilə Bank arasında bağlanmış GTGK7409841B299 nömrəli xx.xx.2024-cü il tarixli Kredit Müqaviləsinin 4.2-ci yarımbəndinə əsasən Bank Müştərinin əsas, faiz və digər borclarını, habelə Müştərinin Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən hesabından tuta (silə), o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitlərini Bankın elan etdiyi məzənnəyə və Tarif dərəcələrinə əsasən konvertasiya edərək silə bilər. Həmçinin, İddiaçı oğlu qeyd olunan kreditin rəsmiləşdirilməsi zaman kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsini imzalayaraq bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) mənim kart hesabıma köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1ci maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən məhkəmədən, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pensiya kartından kredit borcunun ödənilməsi məqsədi ilə aparılan tutulmaların dayandırılması və s. tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "kredit borcunun tutulmasının dayandırılması tələbinə dair" iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Cavabdeh ASC ilə Abdulla Şı̇ rvan Tahı̇ r oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTGK7409841B299 saylı kredit müqaviləsinin və müqaviləyə əlavə ödəniş qrafikinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Abdulla Şı̇ rvan Tahı̇ r oğluna 48 ay müddətinə, illik 21.7% hesablanmaqla 11900 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinin surətindən görünür ki, Abdulla Şı̇ rvan Tahı̇ r oğlu qeyd olunan 11900 manat məbləğində kredit xətti ayırmağı xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabıma köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. Bu sifarişdə göstərilən bütün məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət verir və istənilən mənbələrdən bu barədə istənilən məlumatı yoxlamağa icazə verir. Həmçinin onu da başa düşür ki, bu sifarişi qəbul etməklə Bank göstərilən məbləğdə və şərtlərlə kredit verilməsinə dair öz üzərinə heç bir öhdəlik götürmür. Ona kredit veriləcəyi təqdirdə, müqavilə üzrə xidmət haqları tutulmaq şərtilə müvafiq kredit məbləğinin Cavabdeh ASC tərəfindən ona verilmiş PAN-ı 5103********1772 olan ödəniş kartına köçürülməsini xahiş edir. Bu Ərizəni imzalamağı müvafiq nağdsız hesablaşmanın aparılması üçün tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab edilsin. Ödəmə qabiliyyətinin yoxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkzələşdirilmiş Kredit Reyestrindən haqqında olan bütün məlumatların alınmasına (məlumatların təqdim edilməsinə) razılıq verir. Bu razılıq kredit alındığı halda yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir. Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ərizəsində xx.xx.2024-cü il tarixdə Kapital Bakın Sülh küçəsində yerləşən Sumqayıt filialına müraciət etdiyini, bankda növbəsini gözləyərkən baş ofisdən Rəşad İsmayılov adlı əməkdaş ona zəng edərək 11900 azn online kredit verəcəyini bildirir. O, onun təklifinə razılıq verir. Rəşad ondan pensiya kartının axırıncı 4 nömrəsini istəyərək, əvvəlki 6445 manat kreditinin və komissiya haqqının çıxılmasından sonra 30 dəqiqə ərzində əlinə çatacaq 4742 azn pulun pensiya kartına köçürüləcəyini bildirmişdir. O, dediyi vaxtdan sonra pensiya kartını yoxlamış ancaq, pul köçürülməmişdir. O, kibercinayətkarların qurbanı olduğunu, bankın əməkdaşının səhvi ucbatından götürülən kreditin onun günahı olmadan dələduzlar tərəfindən oğurlandığını bildirir. Belə ki, götürülən kredit vəsaitinin bir hissəsi onun digər kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməli, digər hissəsi isə onun pensiya kartına köçürülməli idi, lakin bankın əməkdaşı tərəfindən pensiya kartına deyil, onun digər debet kartına köçürülmüş, həmin kartdan isə kredit vəsaiti dələduzlar tərəfindən oğurlanmışdır. Cavabdeh ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və əməliyyyatlara dair hesablardan çıxarışdan görünür ki, sorğu olunan vəsait Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun adına olan 4169 73** ****5831 nömrəli plastik karta köçürülmüş, həmin kart hesabından isə M10 (İD **********2) hesabına köçürülmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 5(060)-358/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünü “Socar" şirkətinin meneceri X1 adı ilə təqdim edən şəxs “Socar" şirkətinə investisiya yatırıb gəlir əldə etməyi ona təklif edib özünün şəxsiyyət vəsiqəsini və guya Mərkəzi bankdan aldıqları lisenziyanın surətininin fotosunu ona göndərmiş, o həmin şəxsi həqiqətən də Socarın əməkdaşı kimi qəbul edərək ona özünün email ünvanını və şəxiyyət vəsiqəsini göndərmiş, bunan sonra həmin şəxs “SMART TRADE LTD” şirkətində onun email ünvanı ilə səhifə açıb onu neft-qaz və dünya valyutaları alqı-satqısı birjasına qoşmuş, daha sonra onun həmin sistemdəki hesabına onlar tərəfindən 150 dollar pul yatırılmış, daha sonra ona +**********27 mobil nömrəsinin votsapı iə yazan Maksim Kuznetsov adlı şəxs internet vasitəsi ilə onunla birgə *Any Desk” proqramında gündəlik birjanın qarafıkini nizamlayaraq valyutaların və məhsulların alqısatqısında iştirak etmiş, bundan sonra Maksim dünya bazarında kofeninin qiymətinin kəskin qalxdığını deyərək ona 400 manat investisiya yatırmağı və bir gün sonra həm qoyduğu pulu və əlavə 100 dollar gəlir götürəcəyini bildirmiş, o həmin vəsaiti yatırmış və bir gün sonra həmin 400 manat onun ABB kart hesabına geri qayıtmış, həmçinin şirkət hesabında guya 100 dollar qazancı yaranmışdır. Həmin şəxslər onu bu minvalla aldadıb inandırdıqdan sonra o, telegram kanalında şirkətin rəhbəri kimi təqdim edilən Aliksey adlı şəxslə tanış olmuş, Alksey adlı şəxs ona platin və poladium materiallarına investisiya yatırmaq üçün 10000 dollar səvyyəsində qazanc nəzərdə tutan işə 4000 dollar yatırmasını istəmiş, o isə həmin 4000 dolları pulu onların istəyi ilə-6400 manat olmaqla hissə-hissə öncədən 16 rəqəmini bildirdiyi 4169 7388 3178 5831 kapitalbank birbank kart hesabına köçürmüş, bundan sonra onlar balansın sürətlə qalxdığını bildirib xx.xx.2024-cü il tarixdə teleqram kanalında müzkirə apardıqdan sonra gəlirləri çıxarılmasını xx.xx.2024-cü il tarixədək uzatmağı təklif etmişlər. Lakin o razılıq verməmişdir. Nahardan sonra isə Maksim adlı şəxs ona votsapla yazaraq təcili hesaba əlavə 1000 dollar da yükləməsə balansın sıfara düşəcəyini bildirmiş, o qorxduğu üçün 1700 manat pul taparaq yenidən birbank kart hesabına yükləmiş, xx.xx.2024-cü il tarixdə isə onun Kapitalbankdan onlayn qaydada əvvəlki kreditini bağlamaq üçün sifariş verdiyi və X5 adlı əməkdaşının təqaüd kartına göndərməli olduğu, lakin nədənsə 4169*******5831 nömrəli Kapital bank birbank kartına köçürülmüş 11100 manat kreditlə birlikdə ümumilikdə 19200 (on doqquz min iki yüz) manat pul vəsaitinin kartından çıxarılıb ələ keçirildiyini aşkar etmişdir. Faktla əlaqədar 3-cü PB-də təhqiqat araşdırması aparılır. Araşdırma materialına əlavə edilmiş hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2024-eü il tarixdə, saat 14:52-də İddiaçı 4169 7388 3178 5831 nömrəli Kapital bank birbank kartından 995 manat pul çıxaraq 541124*******9329 nömrəli kart hesabına, 1405 manat M10 hesabına, 1000 manat M10 hesabına, 3000 manat 541124*******9329 nömrəli kart hesabına, xx.xx.2024-cü il tarixdə isə 4169*******5831 nömrəli Kapital bank birbank kartından 11090 (on bir min doxsan) manat M10 hesabına köçürtməklə, cəmi 19200 (on doqquz min iki yüz) manat pulu ələ keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Bu Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı verən "xxxx" ASC müştəri Abdulla Şı̇ rvan Tahı̇ r oğluna 48 ay müddətinə, illik 21.7% hesablanmaqla 11900 manat məbləğində kredit hesabı açır. Kredit Müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştəri ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödənişi bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməsini öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı həmin müqavilə üzrə kredit borcunun tutulmasının dayandırılmasını xahiş etmişdir. Halbuki, hesab kartından məbləğin bankın səhvi nəticəsində məxaric edilməsinə dair heç bir mötəbər sübut tədim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmamışdır, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən və iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının pulların ötürülməsi ilə bağlı məlumatları ötürməməsi ilə bağlı göstərdikləri cavabdeh tərəfin izahatlarında və təqdim etdikləri sənədlərin məzmunu ilə təkzib edildiyindən iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan əlavə Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdehlər tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesablarının təhlükəsizliyinin banklar tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında olan əməliyyyata dair hesabdan çıxarışdan görünür ki, vəsait Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun adına olan 4169 73** ****5831 nömrəli plastik karta köçürülmüş, həmin kart hesabından isə M10 (İD **********2) hesabına köçürülmüşdür. Həmin pulların çəkilməsi üçün kənar şəxslər tərəfindən əməliyyatlar aparılmalıdır. Həmin əməliyyatların aparılması üçün bir sıra fərdi məlumatların ötürülməsi lazımdır. Məlumatlar təqdim edilməsə idi həmin əməliyyatlar aparıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun Cavabdeh ASC-yə qarşı "kredit borcunun tutulmasının dayandırılması tələbinə dair" iddiası rədd edilməlidir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abdulla Şı̇ rvan Tahı̇ r oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) "kredit borcunun tutulmasının dayandırılması tələbinə dair" iddia tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3384/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3384/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver