Məhkəmə qərarları › İş №2(006)-3397/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3397/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3397/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X1 914 saylı bağ sahəsinin qarşısından keçən 6kV gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları:

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3467/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3467/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin rəsmi qeydə alındığı ünvan ünvan 1ayəndəsinin şifahi vəsatəti təmin edilməli, hazırki mülki iş baxılması üçün cavabdehin hüquqi qeydiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə Tətbiq olunan normalar:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Məhkmənin müəyyən etdiyi hallar:

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatını mümkün hesab etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi şifahi vəsatət verərək hazırkı iddia tələbinin istehlakçının hüquqlarının pozulması ilə bağlı olmadığını bildirmiş və buna görə də mülki işin cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Binəqədi Rayon Məhkəməsi vəstətin dəlillərini əsaslı hesab etmiş və baxılması üçün mülki işi Nəsimi Rayon Məhkəməsinə göndərmişdir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə mülki iş materiallarını qanunvericiliyin normaları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi mülki işi ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır.

8. Belə ki, əgər aidiyyət qaydalarına riayət edilməklə məhkəmə iddia ərizəsini öz icraatına qəbul etmişdirsə, iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçının qeydiyyat ünvanı Bakı şəhəri Xətai rayonu ərazisindədir. Yəni iddiaçı istehlakçılarının hüquqları baxımından qanunvericiliyin müəyyən etdiyi normaları əsas götürərək Binəqədi Rayon Məhkəməsinə müraciət etməmişdir. Elə hesab etsəydi, Xətai Rayon Məhkəməsinə müraciət edərdi.

9. Məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsi aidiyyət qaydalarına uyğun olaraq iddia ərizəsini icraata qəbul etmişdir. Belə ki, iddiaçının hazırkı iddia tələbinin predmetini təşkil edən onun mülkiyyətində olan daşınmaz əmlaka – Bakı şəhəri, Binəqədi rayonu, X1 914 saylı bağ sahəsinə münasibətdə həmin bağ sahəsindən maneəsiz istifadə etmək hüququnun cavabdeh tərəfindən pozulması əsası ilə iddia tələbi irəli sürmüşdür. Yəni iddiaçı özünün daşınmaz əmlaka mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Bu məzmunlu iddia ərizəsi mülki prosessual qanunveriliyin normalarının tələbləri baxımından müstəsna aidiyyət qaydasında baxılmalı olan daşınmaz əşyanın olduğu yerə görə verilir.

10. Nəzərdən qaçırmaq olmaz ki, daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi sübutların olduğu yerdə tədiqiqini aparmaq və bununla da işlərə səmərəli və ağılabatan müddətdə baxılmasını təmin etməkdir.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi icraata qəbul edilərkən onun ərazi aidiyyəti ilə birlikdə məhkəmə aidiyyətinin də düzgünlüyünü yoxlanılmalıdır.

12. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39cu, 44-45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik xəttinin yerinin dəyişdirilməsi» tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar