Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-340/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X16 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X14, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili X17, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə İlkin iddia üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətini cəlb etməklə ilkin iddia üzrə Cavabdeh qarşı «pul» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxx» ASC D-2364 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır, ünvan 1 məhəllə ünvanda fəaliyyət göstərir, Baş direktoru X6r, 260921 ədəd adi, adlı səhmi, hazırda 42 səhmdarı vardır. İddiaçı, «xxxxxxxxxxxxxx» ASC-nin səhmdarlarından biridir. Cavabdeh «xxxxxxxxxxxxxx» ASCnin səhmdarlarından biri olmaqla eyni zamanda xx.xx.2008-ci il tarixindən xx.xx.2016-cı il tarixədək «xxxxxxxxxxxxxx» ASC-nin X26 olmuşdur. 2015-ci ilin fevral ayında «xxxxxxxxxxxxxx» ASC-də aparılan növbəti səyyar vergi yoxlaması ərəfəsində cavabdeh iddiaçıya ASC-nin vergiyə təxminən 158,000 manat borcunun olduğunu demiş, lakin hazırda kassada həmin məbləğdə nağd vəsaitin olmadığını, bu səbəbdən «xxxxxxxxxxxxxx» ASC-nin vergi borcunun vaxtında ödənilmədiyi təqdirdə şirkətə, eləcə də X26 kimi özünə də böyük problemlər yaranacağını bildirmiş və iddiaçıdan vergiyə ödəməli olduğu borc məbləği miqdarında şirkətin kassasına vəsait qoymaq üçün borc pul istəmişdir. İddiaçı xx xxxxxx 2015-ci il tarixdə cavabdehə həmin dövrdə ASC-nin idarə heyətinin sədr müavini vəzifəsində işləyən, eyni zamanda iddiaçının yaxın qohumu olan X12 vasitəsilə 80.000 manat pul göndərmişdir. xx xxxxxx 2015-ci il tarixli aktın surətindən də görünür ki, xx.xx.2015-ci il tarixdə 80.000 manat X12 tərəfindən cavabdehə iddiaçının adından təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Bundan sonra 2015-ci ilin avqust ayında cavabdeh vergiyə olan qalıq borcu miqdarında 78.000 manat yenə iddiaçıdan borc pul istəmişdir. İddiaçı isə xx.xx.2015-ci il tarixdə cavabdehə yenə də X12 vasitəsilə o günə olan imkanı daxilində əlavə olaraq 40,000 manat borc pul göndərmişdir. 31.08,2015-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə 40.000 manat X12 tərəfindən cavabdehə iddiaçının adından təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Bir müddət sonra cavabdeh iddiaçıdan ASC-nin vergiyə olan 158.000 borcunu tamamlamaq üçün əlavə olaraq 38.000 manat borc pul istəmişdir. Lakin, iddiaçı bu dəfə cavabdehə pul verməkdən imtina etmiş və ona bildirmişdir ki, cavabdeh də iddiaçı kimi səhmdardır, qalan 38.000 manat vergi borcunu da öz hesabına ödəməlidir. Sonra da 158.000 manat vergiyə ödənilmiş olan puldan iddiaçıdan borc aldığı 120.000 manat pulu iddiaçıya qaytarmalı, özünün də kassaya qoyduğu 38.000 manatı ASC-dən alar. Bundan bir neçə ay sonra iddiaçı şəxsi vəsaiti hesabına, lakin ASC-nin adına aldığı «xxxxxxxxxxxxxxxxxx» markalı avtomobilini ASC-nin adından çıxarıb başqa firmanın adına rəsmiləşdirmək istədiyini cavabdehə zəng vuraraq ona bildirmişdir. O da iddiaçıya cavab vermişdir ki, öz maşınınızdır, necə istəyirsiz, elə də edin. 1 gün keçəndən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, avtomobil müəssisənin balansındadır, qalıq dəyəri 38.000 manat görsənir, iddiaçı həmin məbləği kassaya qoymalı, kassa düz olsun, maşını da şəxsi firmanın adına keçirilsin. Müəssisənin kassasında əksik yaranmaması üçün iddiaçı 38.000manat pulu X12 vasitəsi ilə cavabdehə göndərmişdir. Lakin, iddiaçını aldatmışdır. Belə ki, cavabdeh 38.000 manatı götürdükdən sonra maşının ASC-nin adından başqa firmanın adına keçirilməsinə razılıq verməmiş, 38.000 manat pulu da qaytarmamışdır. Bu hərəkətini də onunla izah etmişdir ki, 38.000 manat pulu ASC-nin vergi borcunun çatışmayan hissəsinin ödənilməsinə yönəltmişdir. xx xxxxxx 2016-cı il tarixdə «xxxxxxxxxxxxxx» ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçirilmiş, ümumi yığıncağın qərarı ilə «xxxxxxxxxxxxxx» ASC-nin 2015-ci il tarixinə maliyyə-təsərrüfat fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş, əldə olunan xalis mənfəətin səhmdarlar arasında malik olduqları səhmlərə uyğun dividend şəklində bölüşdürülməsi, «xxxxxxxxxxxxxx» ASC-nin Direktorlar (Müşahidə) Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib və yenidən formalaşdırılması, «xxxxxxxxxxxxxx» ASC-nin İdarə Heyətinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, mövcud qanunvericiliyə və cəmiyyətin Nizamnaməsinə uyğun olaraq cəmiyyətin kollegial orqanı olan idarə heyətinin ləğv olunması və tək başçı (Baş direktor) icra orqanı ilə əvəz edilməsi, kollegial orqan olan idarə heyətinin səlahiyyətlərinin Baş direktora verilməsi, cəmiyyətin Baş direktorunun X1, sabiq İdarə X7 Əliyev ilə Baş direktor X10 arasında cəmiyyətə məxsus hüquqi sənədlərin, 1 (bir) ədəd dairəvi möhürün və künc ştampın təhvil-təslim işlərinin aparılması qərara alınmışdır. 2017-ci ilin fevral ayında «xxxxxxxxxxxxxx» ASC-nin xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılmış və müəyyən olunmuşdur ki, auditlə əhatə olunan dövr ərzində cəmiyyətin maliyyələşməsi üçün səhmdar İddiaçı kassaya mədaxil edilmiş 91300 manat vəsait geri qaytarılmamışdır, kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib olunmuş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir, müxtəlif xərclər adı ilə kassa məxaric orderi tərtib olunmaqla silinmiş 21145,46 manat (şübhəli əməliyyatlar), 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş 27348,45 manat xalis gəlir dividend kimi səhmdarlara bölüşdürülərək verilməmişdir, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən hesablanmış 87223,34 manat ziyan mövcuddur. Daha sonra 2018-ci ilin sentyabr ayında «xxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2008-ci il tarixdən 01.08,2016-cı il tarixinədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılmış, yoxlama zamanı, o cümlədən müəyyən olunmuşdur ki, cavabdehə xx.xx.2015-ci il tarixdə verilmiş 80.000 manat və xx.xx.2015-ci il tarixdə verilmiş 40.000 manat məbləğlərində borc pul vəsaiti Cəmiyyətin xəzinəsinə mədaxil edilməmiş, habelə Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi də göstərilməmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, xx xxxxxx 2015-ci il tarixinə Cəmiyyətin xəzinəsində 92856,55 manat məbləğində kassa qalığı olmuşdur, xx xxxxxx 2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87215 manat X26 Cavabdeh adına məxaric edilmiş və həmin tarixdə nağd yolla «xxxxxxxxxxx» ASC-nin Xətai filialı vasitəsilə «Əmək haqqından gəlir vergisi» təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. Müəyyən olunur ki, aktlara əsasən İddiaçı adından X12 (idarə heyətinin müavini) tərəfindən Cavabdeh verilmiş 80.000 manat məbləğində nağd vəsait xəzinəyə mədaxil edilmədən, Cəmiyyətin xəzinəsində olan qalıq hesabına Bakı şəhər Vergilər Departamentinə 87215 manat məbləğində pul ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən Məharət Hüseynlidən akta əsasən qəbul edilmiş 40.000 manata uyğun olaraq isə heç bir mədaxil-məxaric əməliyyatı aparılmamışdır. Müəyyən edilmişdir ki, Cavabdeh X3 xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktalara əsasən qəbul etdiyi 120.000 manat və maşının ASC-nin adından başqa müəssisənin adına keçirilməsi üçün iddiaçıdan X5 (idarə heyətinin müavini) vasitəsilə əlavə aldığı 38.000 manat məbləğində, ümumilikdə iddiaçıdan almış olduğu 80.000 + 40.000 + 38.000 = 158.000 manat məbləğində nağd pul vəsaiti Cəmiyyətin kassasına mədaxil edilməmiş, Cavabdeh tərəfindən ələ keçirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan səhmdarlarından biri olduğu ASC- nin vergi borcunun ödənilməsinə yönəldilməsi məqsədilə alınmış, lakin həmin təyinat üzrə sərf edilmədən, rəsmiləşdirilmədən, ASC-nin kassasına mədaxil-məxaric edilmədən qanunsuz olaraq ələ keçirilmiş 120.000 manat məbləğində pul vəsaiti və ASC-nin adında olan, lakin şəxsi vəsaiti hesabına alınan avtomobilin digər firmanın adına rəsmiləşdirmək üçün verdiyi 38.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 158.000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı hesab edir ki, ondan aldatma yolu ilə ələ keçirdiyi 158000 manat məbləğində pul vəsaitini özündə qanunsuz saxlamaqla ondan faydalandığına görə həmin məbləğin faizləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh 158.000 manat məbləğində pul vəsaitinin və həmin pul vəsaitinin 80.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, 40.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üçün, 38.000 manat hissəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün, iş üzrə qəbul ediləcək qətnamənin çıxarıldığı günə olan bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faizlərinin, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində əsassız olaraq iddia edir ki, güya “xxxxxxxxxxxxxx” ASC-nin 158000 manat vergi borcuna görə və həmin vergi borcunun bağlanması üçün xx.xx.2015-ci il tarixində 80000 manat və xx.xx.2015-ci il tarixində 40000 manat pulu ASC-nin kassasına qoymaq üçün sədr müavini olan kürəkəni Məharət Hüseynli ilə göndərmiş və o da Akt tərtib etməklə qeyd olunan məbləğləri Cavabdeh təhvil vermişdir. Daha sonra güya Cavabdeh olmayan 158 000 manat vergi borcunun qalan 38000 manat pulu ondan istəmiş, lakin o bundan imtina etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şəxsi vəsaiti hesabına lakin ASC-nin adma aldığı “xxxxxxxxxxxxxxxxxx” markalı avtomobili başqa firmaya rəsmiləşdirmək istədikdə balansda əskiklik yaranmasın deyə ASC-nin kassasına ondan nədənsə 38 000 manat pulun qoyulması tələb edilmiş, o da yenə kürəkəni M.Hüseynli ilə 38000 manat (nədənsə Akt tərtib etmədən) pulu Cavabdeh vermişdir. O da güya cavabdeh İddiaçı özündən uydurduğu 158000 manat vergi məbləğinin qalan qalığı 38000 manat pulu qalıq vergi borcunun ödənməsinə yönəltmişdir. Daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etmişdir ki, 2017 ci ilin fevral ayında “xxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2013-cü il tarixindən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit (özəl) yoxlaması aparılmış və auditlə güya ASC-nin maliyyələşməsi üçün ondan kassaya mədaxil edilmiş 91300 manat vəsait geri qaytarılmamış, kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib edilmiş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən hesablanmış 87223.34 manat ziyanlılıq və sair mövcuddur. Və daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etmişdir ki, ASC-nin 01.01. 2008-ci il tarixdən 01.08. 2016-cı il tarixinədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditi (özəl) aparılmış və bu dəfə güya eyni dövr üçün müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci tarixdə verdiyi 80000 manat və xx.xx.2015-ci il tarixində verdiyi 40000 manat pul ASC-nin kassasına mədaxil edilməmiş, balansda təsisçilərlə hesablaşma bölməsində borc kimi göstərilməmişdir. ASC-nin kassasında xx.xx.2015-ci tarixə 92856.55 manat kassa qalığı olmuş və xx.xx.2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87215 manat X26 Cavabdeh adına məxaric edilmiş və həmin tarixdə nağd qaydada “xxxxxxxxxxx” ASC-nin Xətai filialı vasitəsi ilə “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində özünün göstərdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil edir, belə ki, İddiaçı kürəkəni ASC-nin hazırda baş direktoru M.Hüseynli ilə birləşərək eyni dövr üzrə keçirdiklər xx.xx.2017-ci il və sentyabr 2018-ci il tarixli özəl audit rəylərində müəyyən edilmiş göstəricilər arasında ciddi uyğunsuzluqlar vardır. İkincisi, xx.xx.2017-ci il tarixli Auditor hesabatı qarşılıqlı iddia üzrə iddiaçı olaraq Cavabdeh tərəfindən mübahisələndirilmişdir və Bakı apellyasiya məhkəməsinin icraatındadır. Bundan başqa, heç vaxt "xxxxxxxxxxxxxx” ASC-nin Ə. X19 sədri olduğu və həmin dövrdə ASC-yə 158000 manat vergi hesablanmamışdır. İlkin iddia ərizəsində etiraf olunduğu kimi ASC-nin həmin vaxt kassasında 92856.55 manat kassa qalığı olmuş və ondan da 87215 manat məxaric edilərək rəsmi şəkildə nağd olaraq Cavabdeh tərəfindən “xxxxxxxxxxx” ASC-nin Xətai filialı vasitəsi ilə “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bala şəhər Vergilər Departamentinə ödənilmişdir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, ASC-nin təsisçiləri tərəfindən müəssisənin hesabına maliyyə vəsaitlərinin qoyulmasının qanunvericiliklə müəyyən edilmiş qaydası vardır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı güya ASC-də heç bir iclas keçirilmədən, maliyyə vəsaitinin təyinatı göstərilmədən və s. hallar protokollaşdırılmadan tələb etdiyi küllü miqdarda maliyyə vəsaitlərini iltizam belə almadan və İdarə Heyətinin sədr müavini olan kürəkəni M. Hüseynli ilə Ə. Əliyev arasında ASC-nin firma blankında Akt tərtib etməklə güya Ə. Əliyevə vermişdir. Bu hal da birinci yoxlamada deyil, ikinci yoxlamada üzə çıxmışdır. Qeyd edilənlərdən göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kürəkəni “xxxxxxxxxxxxxx” ASC-nin baş direktoru X12 əlbir olaraq “pul tələbinə dair” əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız və heç bir sübuta və konkret fakta əsaslanmadan ümumi şəkildə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pul tələbi irəli sürmüşdür. Qeyd edilənlərin əksinə olaraq, ASC-nin mühasibi olmuş X11 öz xətti ilə tərtib edilmiş və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı səlahiyyətli nümayəndəsi X13 imzaladığı iltizamlarla sübut olunur ki, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107011 manat pul almış və həmin götürülmüş məbləğlər həmin dövrdə ASC-ni X26 olmuş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə ödənildiyinə görə onun qarşısında qeyd edilən məbləğdə borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin dövrdə çox vaxt ölkə xaricində olduğu üçün onun adından səlahiyyətli nümayəndəsi X18 çıxış etmiş və həmin dövrdə İddiaçı söz vermişdir ki, ölkədə olduğu vaxtlarda alınmış pullara görə kassa məxaric orderlərinə imza edəcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmişdir. Qeyd edilən hal, hətta İddiaçı iddia ərizəsində istinad etdiyi xx.xx.2017-ci il tarixli Auditor hesabatında da öz təsdiqini tapmışdır. Belə ki, həmin hesabatda qeyd verilmişdir ki, “kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib edilmiş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir”, bu da bir daha sübut edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-də yaranmış vəziyyətdən sui-istifadə edərək Cavabdeh qarşısında yaranmış 107011 manat pul borcunu ödəməkdən yayınmaq və əlavə varlanmaq həvəsinə düşmüşdür. Göründüyü kimi hal-hazırda Cavabdeh qarşı iddia irəli sürməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırda “xxxxxxxxxxxxxx” ASC-nin baş direktoru olan kürəkəni X8 ilə əlbir olaraq öz qanunsuz əməllərini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yol verdikləri qanunsuzluqları pərdələməyə cəhd edir və onun hüquqlarını kobud şəkildə pozmuşlar. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh olan 107011 manat məbləğindəki borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun da ödənilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X21 ilkin iddia ərizəsini müdafiə etdi, imzaların həqiqətəndə Cavabdeh tərəfindən çəkilməsini ekspertiza rəylərindədə aydın göründüyünü, bizim tərəfimizdən pulun kassaya qoyulması üçün verildiyini, lakin onun tərəfindən pulun mənimsənildiyi audit yoxlaması ilə də təsdiqini tapdığını və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, qarşılıqlı iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək, ilkin iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X25 qarşılıqlı iddia ərizəsini müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə, ilkin iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda o, ilkin iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh İddiaçı heç bir pul məbləği almamış və ona heç bir pul borcu da yoxdur. İddia ərizəsində göstərilmişdir ki, guya 2015ci ilin fevral ayında “xxxxxxxxxxxxxx” ASC-də aparılan növbəti Səyyar Vergi yoxlaması ərəfəsində ASC-nin Vergiyə 158000 manat borcu olması ilə əlaqədar xx.xx.2015-ci ildə Cavabdeh Məharət Hüseynli vasitəsi ilə 80000 manat, 2015-ci ilin avqust ayında vergiyə olan qalıq borcuna görə 40000 manat, bir müddət sonra isə ASC-nin hesabında olan “Mersedes” markalı maşını balansdan çıxarmaq üçün 38000 manat pul vermiş, həmin pullar Cavabdeh tərəfindən mənimsənilmişdir. İddiaçının qeyd etdikləri əsassız və qanunsuzdur, yalandır. Əvvəla, 2015-ci ilin Səyyar Vergi yoxlaması zamanı ASC-nin vergiyə cəmi 87 215 manat məbləğində borcu olmuş və cavabdeh xx.xx.2015-ci il tarixli 20 nömrəli qəbzlə həmin məbləği ASC-nin kassasından məxaric orderi ilə götürərək tam ödəmişdir. Bu dövrdə ASC-nin nə borcu qalmamış, nə də 158000 manat borcu olmamışdır. İkincisi, vergi orqanı ilə bütün danışıqları İddiaçı özü aparmışdır, belə olan halda, Cavabdeh niyə pul verilmişdir. Bu həqiqəti əks etdirmir. Üçüncüsü, 2015-ci ilin avqust ayında aparılan vergi yoxlaması dövründə isə 87223,43 manat vergi borcu olmuş, həmin pul da cavabdeh tərəfindən kassadan götürülməklə 2015-ci ilin oktyar ayında ödənilmişdir. İddiaçının cavabdehə bu məqsədlə 40000 manat verməsi həqiqəti əks etdirmir. xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən Audit yoxlama Aktında 2015-ci ildə iki dəfəyə vergiyə olan borcun 87215 və 87223,34 manat məbləğində kassadan ödənişin edilməsi öz təsdiqini tapmışdır. 2018-ci il tarixli “X27” MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən Audit yoxlama Aktında 2015-ci ildə iki dəfəyə vergiyə olan borcun 87215 və 87223,34 manat məbləğində kassadan ödənişin edilməsi yenə də öz təsdiqini tapmışdır. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə 80000 manat və 40 000 manat cavabdehə pul verilməsinə dair tərtib edilmiş aktlar saxtadır, cavabdehin xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilmişdir. Aktdan da bu görünür. Belə ki, 40000 manat pulun göndərilməsi qeyd edilmişdir. Kimə göndərildiyi göstərilməmişdir. Aktların yazılış forması düzgün deyil, təhvil təslimdə heç kim iştirak etməmişdir. Bundan başqa, M.Hüseynli öz imzası qarşısında işarə qoyub imza etmişdir. Əgər özü tərtib etmiş olsaydı, imzası qarşısında işarə qoymazdır. Bundan başqa, bu sənədlərin heç biri qeydiyyatdan keçməmiş və təsdiq olunmamışdır. Əgər faktiki qeyd olunan pullar borc verilmiş olsaydı, ya bunun üçün qəbz alınardı, ya notarial qaydada təsdiq olunmuş müqavilə olardı. Bu sənədlərin heç biri yoxdur. Bu sənədlər cavabdehin mülahizəsinə görə Məhərat Hüseynli tərəfindən saxta tərtib edilmişdir, ona görə ki, M.Hüseynli bu sahədə təcrübəlidir. Belə ki, “xxxxx” Kosmetika və Parfumeriya Şirkətinin sahibi X2 aldaraq dələduzluq yolu ilə özünü vəkil təqdim edərək həmin Şirkətdə ona məxsus olan 25% payı başqasına satıb mənimsəmişdir. “Kargüzarlıq haqqında Təlimatın” 77-ci maddəsinin tələbinə görə Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd olunan. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli aktlarda isə bu tələblərin heç birinə əməl edilməmişdir. Maşınla bağlı 38000 manat cavabdehə pul verməsini isə ümumiyyətlə təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmədə izahatı zamanı ilkin iddia üzrə Cavabdeh bildirmişdir ki, 107011 manat pulu İddiaçı etibarnamə ilə çıxış etmiş nümayəndəsi X15 vermiş, T.Fəxrətov həmin pulları aldığını imzası ilə təsdiq etmişdir. Həmin sənədlər də əlavə olunur. Məhkəmə prosesində Cavabdeh nümayəndəsi və vəkilinin izahalarına uyğun izahat verərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Məharət Hüseynli izahat verərək qeyd etdi ki, aktlar onun iştirakı ilə qeyd olunan tarixdə həm onun özü, həm də Cavabdeh tərəfindən bir yerdə imzalanmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün 40000 manat məbləğində pulu ASC-nin kassasına qoyulması üçün göndərmiş və akt X12 və Cavabdeh arasında tərtib edilmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli aktın surətindən görünür ki, X12 80000 manat məbləğində pulu İddiaçı adından Cavabdeh “xxxxxxxxxxxxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün vermişdir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin xx.xx.2018-ci il tarixli auditor hesabatından müəyyən olunur ki, audit yoxlaması zamanı xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə 80000 və 40000 olmaqla, ümumilikdə 120000 manat məbləğin “xxxxxxxxxxxxxx” ASC-nin xəzinəsinə mədaxil edilmədiyi və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilmədiyi müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 4292/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X9 cavabdeh "xxxxxxxxxxxxxx" ASC-yə qarşı "xxxxxxxxxxxxxx" ASC-nin xx xxxx 2018-ci il tarixli "Səhmdarların ümumi illik yığıncağının" 03 saylı Protokolunun 3-cü məsələ üzrə qəbul edilmiş qərarının və həmin qərar əsasında keçirilərək tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli özəl Audit Hesabatının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, xx xxxxxx 2015-ci il tarixli Təhvil-təslim aktında "Təhvil aldı" və xx xxxxxx 2015-ci il tarixli Aktda "Aldım" qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 142 manat təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/30 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarının çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il tarixli təhvil-təslim aktındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Ekspertiza tədqiqatının dəyəri 115,30 manat təşkil edir. İş materiallarından göründüyü kimi, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə 80000 manat və xx xxxxxx 2015-ci il tarixdə 40000 manat olmaqla, ümumilikdə 120000 manat məbləğində pul vəsaitini X5 vasitəsilə “xxxxxxxxxxxxxx” ASC-nin vergi borcunun ödənilməsi üçün Cavabdeh vermişdir. Həmin məbləğlər Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxx” ASC-nin xəzinəsinə mədaxil edilməmiş və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən “xxxxxxxxxxxxxx” ASC-nin vergi borcunun ödənilməsi məqsədilə Cavabdeh ümumilikdə 120000 manat pul vəsaiti verilmiş, lakin Cavabdeh tərəfindən həmin pul vəsaiti təyinatı üzrə istifadə edilməmişdir. Bu hallar xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktlar, eləcə də "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin xx.xx.2018-ci il tarixli auditor hesabatı ilə təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli aktlarla Cavabdeh verilmiş 120000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili aktların saxta olması və Cavabdeh xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, xx xxxxxx 2019-cu il tarixli və 5/30 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri ilə bu dəlil təkzib olunur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia ərizəsində İddiaçı tərəfindən şəxsi vəsait hesabına alınan avtomobilin digər firmanın adına rəsmiləşdirmək üçün 38.000 manat məbləğində pul vəsaitini Cavabdeh verilməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia bu hissədə təmin oluna bilməz. Habelə, ilkin iddia tələbinin hesablanmış faizlərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən pul vəsaitindən faydalanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən ilkin iddia həmin hissədə də təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə razılaşmır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı, İddiaçı “xxxxxxxxxxxxxx” ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107011 manat pul almasını və həmin pulun Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə ödənilməsini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 120.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia rədd edilməli və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia isə təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 257,30 (iki yüz əlli yeddi manat otuz qəpik) manat ilkin iddia üzrə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbləri qismən təmin edilsin. Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbləri qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 257,30 (iki yüz əlli yeddi manat otuz qəpik) manat ilkin iddia üzrə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-340/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-340/2020
24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver