Məhkəmə qərarları › İş №2(006)-344/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-344/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-344/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-c il tarixli 1(102)-1454/2023 saylı qərarı ilə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı onun Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edildiyi üçün və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi səbəbindən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 1.000.000 manat; işgüzar nüfuza vurulmuş zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 510.000 manat; yazıçı kimi fəaliyyəti ilə bağlı maddi zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək hər ay üçün 500 manat olmaqla ümumilikdə 25.000 manat; əldən çıxmış fayda qismində 31 may 2021-ci il tarixdən 16 may 2023-cü il tarixədək hər ay üçün hesablanmış "xxxx" MMC-dən alınmış 18 saylı 11 avqust 2023-cü il tarixli arayışa əsasən 260 manat təşkil edən aylıq əmək haqqı məbləği olmaqla ümumilikdə 6.110 manat, ümumilikdə yekun olaraq 1.541.110 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun 12 aprel 2005-ci il tarixli 10/105-5 saylı əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək müxtəlif vəzifələrdə işləmişdir. O, son olaraq 12 iyun 2014-cü il tarixdən 31 iyul 2017-ci il tarixədək Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmiş və Azərbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli, 10/75-11/449-k saylı əmri ilə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X2 24 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən səxs qismində cəlb edilmişdir. Qərara əsasən İddiaçı 12 iyun 2014-cü il tarixdən 11 sentyabr 2017-ci tarixədək olan müddətdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ibtidai istintaqını apardığı ********* nömrəli cinayət işi üzrə X7 barəsində 11 iyul 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edib, həmin ittihamı sonuncuya elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Vüqar Əsədov barəsində olan həmin işin icraatına xilam verilməklə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Vüqar Əsədovun bacısı X8 və arvadı X9 ilə dəfələrlə işlədiyi idarənin ünvan 1 ünvanda yerləşən inzibati binasındakı xidməti otağında görüşüb özünün Vüqar Əsədova qeyd edilən köməkliyi göstərmək, yəni onun əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, barəsində qanunsuz olaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək, yaxud işin məhkəmədə yekunu zamanı onu cəzadan azad etdirmək imkanına malik olmasını vəd vermişdir. O, X4 məxsus 39.716 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Natəvan Əsədova, Elnarə Əsədova və İmamverdi Hüseynovu təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli 10/75-11/449-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric olunduqdan sonra sahibkarlıq fəaliyyəti ilə əlaqədar X1 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən X11 özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Elşən Rəhimov barəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul vəsaitini ödətdirə biləcəyini yalandan bildirmişdir. Həmin məsələnin müsbət həlli üçün aldatma və etibardan sui-istifadə etmə yolu ilə Mahir Dadaşova məxsus 34.000 manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və İlyas Sadıqovu təkrarən təhrik etmişdir. 24 fevral 2020-ci il tarixli qərar ilə təqsirləndirilən şəxs İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 29 fevral 2020-ci il tarixli ittiham aktına əsasən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İddiaçı cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. İş üzrə ibtidai istintaq yekunlaşdırılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021ci il tarixli 1(101)-159/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4. 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə İddiaçı qəti oluraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum elmə ləğv edilmiş, CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Səbail rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə İddiaçı qəli olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi X17 oglu apellyasiya şikayəti verib iş üzrə tam və obyektiv araşdırma aparılmadığını, sübutların düzgün tədqiq edilmədiyini, həmçinin şərti məhkumetməni ləğv edərkən məhkəmənin səhv hüquqi nəticəyə gəldiyini qeyd edərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş elmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 1(103)-1194/2021 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi qərara alınmış və hökmdən CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, «qanunvericiliyin tələbindən görünür ki, şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hokm uzrə təyin edilmiş cəzaya əvvəlki hokm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir ki, hazırki halda işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 7(062)-21/2020 saylı qərarı ilə İddiaçı barəsində şərti məhkumetmənin ləğv edildiyini nəzərə almadan hazırki hökm üzrə cəzanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməkdə haqlı olmamış və bununla cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı dair 18 may 2021-ci il tarixli hökmü cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilməli, hökmdən Azərbaycan Respublikası CMnin 71.5-ci maddəsinə əsasən Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməsi və CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. CM-nin 67.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməlidir.» Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından: - dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini; - məhkum İddiaçı müdafiəçisi V.İ.Kərimov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həmin qərarın ləğv edilməsini və onun haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş M.F.Abbasovun barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə M.F.Abbasovun haqqında CM-nin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən məhkum olunmuş İddiaçı və müdafiəçisi - X21 oglu apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini, CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdirlər. Bakı Apellyasiva Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1619/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, M.A.Abbasov zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, bəmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, ona CM-nin 32.4, 312.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum elmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə M.A.Abbasovun üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından məhkum İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli 1(102)-1454/2023 saylı qərarı ilə məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, kassasiya şikayətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı cəza ilə qismən birləşdirilməklə cəza təyininə dair müddəalar xaric edilməklə dəyişdirilmiş və İddiaçı həbsdən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1454/2023 saylı qərarı ilə İddiaçı barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(101)-159/2021 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edilərək həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilsə də dövlət orqanlarının yol verdikləri səhv qanunsuz olaraq tutulmağı, nəticədə özünə və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1619/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə bəraət alaraq həbsdən azad edilməli olduğu halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1454/2023 saylı qərarı qəbul edilənədək, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək 7 ay 23 gün qanunsuz həbs edilmişdir. İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edildiyi və məhkəmə iclas zatında həbs edildiyi 18 may 2021-ci il tarixdən həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək o, ailə üzvlərindən uzaq qalmış, ailəsi həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. İddiaçı həbs edilərkən onun himayəsində 18 sentyabr 2006-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və 14 yanvar 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı olmuşdur. Hər dəfə oğlu və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Ailəsi dolanışıqlarının təmin edilməsi üçün qohumlardan borc götürmüşdür. O, həbsdə olarkən himayəsində olan həyat yoldaşı və 2 övladı maddi-mənəvi məhrumiyyətlərlə üzləşmişdirlər. Onun həbsdə olması ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Rüşvət verməyə təhrik etmə ilə bağlı iddialar onun şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışırlar. Bu da onun mənəvi sarsıntılar keçirməsinə səbəb olur. Həmçinin, 2022-ci ilin ikinci yarısında onun oğlu gözündə yaranmış problemlə bağlı əməliyyat olunmuşdur. Bu müddətdə o, bir ata kimi oğlunun yanında ola bilməmişdir və mənəvi sarsıntıya məruz qalmışdır. Bununla yanaşı, onun ətrafındakı bəzi dost-tanışları məhkəmənin bəraət hökmünə inanmamışdırlar, bu hadisə psixoloji baxımdan onu çox sarsıtmış, bu səbəblə bu günədək bu ruh halından çıxa bilmir. Bütün bunların əsasında maddi və mənəvi zərər çəkib. Həmçinin istintaq davam etdiyi müddətdə İddiaçı 12 mart 2019-cu il tarixdə və 02 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Bas Prokuroru yanında Korrupsiyaya qarsı Mübarizə Bas İdarəsi tərəfindən izahatı alınmış, 21 oktyabr 2019-cu il tarixdə sahid qismində dindirilmiş, 25 noyabr 2019-cu il tarixdə Alışov Cahangir və Fətəliyev Habil ilə İddiaçı üzləşdirilmiş, 26 noyabr 2019-cu il tarixdə Hüseynov İmamverdi ilə İddiaçı üzləşdirilmis, 27 noyabr 2019-cu il tarixdə Əsədova Natəvan və Əsədova Eİnarə ilə İddiaçı üzləşdirilmiş, 28 noyabr 2019-cu il tarixdə Sadıqov İlyaz və Dadaşov Mahir ilə İddiaçı üzləşdirilmiş, 17 yanvar 2020-ci il tarixdə Əsədov Vüqar ilə Abbasov Müşviq üzləşdirilmiş, 23 fevral 2020-ci il tarixdə İddiaçı şahid qismində dindirilmiş, 24 fevral 2020-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bütün bunlar onun əsassız səbəblərlə vaxtının alınmasına, həmçinin mənəvi-psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Odur ki, dövlət orqanının səhvi nəticəsində İddiaçı vurulmuş maddi və mənəvi zərər aşağıdakılardan ibarətdir: 1. Mənəvi zərər - İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarsı Mübarizə Bas İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 1.000.000 (bir milyon) manat. Diqqətə çatdırılmışdır ki, İddiaçı prokurorluq orqanlarında müxtəlf vəzifələrdə işləmiş, son olaraq 12 iyun 2014-cü il tarixdən 31 iyul 2017-ci il tarixədək Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində çalışmışdır. Həmçinin, İddiaçı qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2015ci il tarixli sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir. Odur ki, bütün bunlar nəzərə alınaraq İddiaçı rüşvət verməyə təhrik etmə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi onu mətbuat və televiziyada, sosial şəbəkələrdə qınaq obyektinə çevirmişdir. Onun barəsində yayılan ittihamedici görüntülər onu sözün əsl mənasında bütün ölkədə belə demək mümkündürsə «məşhur» etmişdir. Əsassız olaraq rüşvət verməyə təhrik etmə ilə təqsirləndirilməsi nəticəsinədə işgüzar nüfuzu ləkələnmişdir. Belə ki, İddiaçı barəsində müxtəlif saytlarda çoxsaylı xəbərlər yazılmışdır. «Hakim dələduz İddiaçı necə və niyə müdafiə edir?», «Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu», «Sabiq müstəntiq İddiaçı məhkəmə zalında həbs edildi», «Rüşvət və dələduzluq üstündə tutulan müstəntiqə bəarət verildi» başlıqlı xəbərlər onun işgüzar nüfuzunu ləkələmişdir. Məhz bu səbəbdən ictimai qınaq obyektinə çevrilmiş, çoxsaylı problemlərlə qarşı-qarşıya qalmışdır. Hətta bəraət aldıqdan sonra belə bəzi dost-tanışları məhkəmənin bəraət hökmünə inanmamışlar. Odur ki, onun işgüzar nüfuzuna dəymiş zərər ödənilməlidir. 2. İşgüzar nüfuza vurulmuş zərər - İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu it tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 510.000 (beş yüz on min manat). Bununla yanaşı İddiaçı yazıçı kimi də fəaliyyət göstərmiş, onun araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gələn prokurorluq orqanları əməkdaşlarının mürəkkəb, şərəfli və təhlükəli işindən, qarşılaşdıqları çətinliklərdən bəhs edən «-4», «Qan haqqı» kimi əsərləri vardır. Onun böyük miqyasda oxucu kütləsi var idi. Lakin İddiaçı rüşvət verməyə təhrik etmə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi və onunla bağlı mətbuatda yazılan xəbərlər nəticəsində oxucu kütləsi azalmış, onun əsərlərinə olan maraq itmişdir. Həmçinin istintaq zamanı dəfələrlə izahatı alındığı, şahid qismində dindirildiyi, üzləşdirmə və digər istintaq hərəkətlərinin həyata keçirilməsi üçün çağırıldığına görə yazıçı kimi fəaliyyətinə zaman ayıra bilməmiş, həbs edildikdən sonra isə ümumiyyətlə əsərlərinin satışını həyata keçirə bilməmişdir. Bu da bir yazıçı kimi onun maddi olaraq zərərə uğramasına gətirib çıxarmışdır. 3. Maddi zərər - X5 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək hər ay üçün 500 (beş yüz) manat olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat. İddia ərizəsinə "xxxx" MMC-dən alınmış 18 saylı 11 avqust 2023-cü il tarixli arayış əlavə edilmişdir. Arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən NKWS24.az saytında Jurnalist vəzifəsini tutmuş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 260 manat təşkil etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ağır cinayət törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildiyinə görə xx.xx.2021-ci il tarixli 12 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «d» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, İddiaçı işdən çıxarıldığı xx.xx.2021-ci il tarixdən etibarən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək aylıq əmək haqqı məbləği əldən çıxmış fayda, yəni qanunsuz olaraq həbs edilməklə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir qismində ona ödənilməlidir. 4. Əldən çıxmış fayda qismində xx.xx.2021ci il tarixdən 16 may 2023-cü il tarixədək hər ay üçün hesablanmış "xxxx" MMC-dən alınmış 18 saylı 11 avqust 2023-cü il tarixli arayışa əsasən 260 manat təskil edən aylıq əmək haqqı məbləği - ümumilikdə 6.110 (altı min yüz on) manat. Göründüyü kimi, İddiaçı barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verildiyi üçün mənəvi zərər, maddi zərər və əldən çıxmış fayda ona ödənilməlidir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı uzun müddət ailə üzvlərindən uzaq qalmış, ailəsi həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. Rüşvət verməyə təhrik etmə ilə bağlı iddialar onun şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışırlar. Bu da onun mənəvi sarsıntılar keçirməsinə səbəb olur. CPM-nin 58.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən 16 may 2023-cü il tarixədək hər ay üçün hesablanmış "xxxx" MMC-dən alınmış 18 saylı 11 avqust 2023-cü il tarixli arayışa əsasən 260 manat təşkil edən aylıq əmək haqqı məbləği ümumilikdə 6.110 (altı min yüz on) manat əldən çıxmış fayda qismində İddiaçı ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X13 məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4 və 312.2-ci maddələr ilə cinayət işinin başlanmasını, həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 1.000.000 manat, maddi ziyanın əvəzi olaraq isə 541.110 manat, ümumilikdə 1.541.110 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən müvafiq dövlət orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(101)-159/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3. 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-nin 178.2.2, 178.2.3. 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Səbail rayon məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Səbail rayon məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə İddiaçı qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbs edilməsi, «Həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi barədə göstəriş verilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 1(103)-1194/2021 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair 18 may 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli 1(102)-897/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə İddiaçı haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli 1(103)-1619/2022 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi F.İ.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, M.A.Abbasov zərər çəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və M.A.Abbasov həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, M.A.Abbasova CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 il 1 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə M.A.Abbasovun üzərində qəti olaraq 4 il 3 ay müddətin azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli 1(102)-1454/2023 saylı qərarından görünür ki, məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, kassasiya şikayətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-d il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsinə, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı cəza ilə qismən birləşdirilməklə cəza təyininə dair müddəalar xaric edilməklə dəyişdirilmiş, İddiaçı dərhal həbsdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-nin 11 avqust 2023-cü il tarixli 18 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə həmin MMC-nin nəzdində fəaliyyət göstərən News24.az saytında jurnalist vəzifəsini tutmuş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 260 manat təşkil etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ağır cinayət törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildiyinə görə xx.xx.2021ci il tarixli 12 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona bəraət verildiyindən yenidən "xxxx" MMC-yə işə qəbul olunmuş və "xxxx" MMC-də hüquqşünas vəzifəsinə təyin olunmuşdur. Hal-hazırki dövrə kimi eyni vəzifəni icra edir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 420 manat təşkil edir. Əmrlərdən çıxarışlar və s. arayışa əlavə edilmişdir. - "xxxx" MMC-nin 17 yanvar 2024-cü il tarixli 01 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə həmin MMC-nin nəzdində fəaliyyət göstərən News24.az saytında jurnalist vəzifəsini tutmuş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 260 manat təşkil etmişdir. Həmin ştatın aylıq vəzifə maaşı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək 420 manat olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ağır cinayət törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildiyinə görə xx.xx.2021-ci il tarixli 12 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona bəraət verildiyindən yenidən "xxxx" MMC-yə işə qəbul olunmuş və "xxxx" MMC-də hüquqşünas vəzifəsinə təyin olunmuşdur. Hal-hazırki dövrə kimi eyni vəzifəni icra edir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 420 manat təşkil edir. Əmrlərdən çıxarışlar və s. arayışa əlavə edilmişdir. Göründüyü kimi, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar qismən (müvafiq maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, müəyyən müddət ərzində əsassız yerə həbsdə saxlanılması, müəyyən müddət ərzində işdən kənarda qalması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 8.000 (səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 8.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya ödənilməli olan əmək haqqı ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirindən məhrum olmuşdur. İddiaçının həmin dövr ərzində gəlirindən məhrum olması nəzərə alınmaqla, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 3.360 manat (8 ay x 420 manat) təşkil edir. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə sübuta yetirilmədiyindən, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 8.000 manat məbləğində pul və əmək haqqı qismində ödənilməli olan 3.360 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 8.000 manat məbləğində pul və əmək haqqı qismində ödənilməli olan 3.360 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar