Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3440/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi X3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda, digər Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adına Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilmiş 15.*8.2*24-cü il tarixli (vərəsəlik işinin nömrəsi: V-57/2*22, reyestrdə 2V-1*9№ ilə qeyd olunmuşdur) “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və ləğv edilməsinə, Cavabdeh1 arasında Salyan rayon Qızlağac Ərazi İdairəsinin *1.*4.1996-cı il tarixli *1 nömrəli nikah akt qeydi əsasında təsdiq olunmuş, *1.*4.1996-cı il tarixli, İV-ЖГ №377**5 nömrəli nikah haqqında şahadətnamənin və *1.*4.1996-cı il tarixli mərhum X14 ilə X12 adına *1.*4.1996-cı il tarixli, 4AZ-İ seriyalı qeydiyyata alınmış nikah akt qeydinin etibarsız hesab edilməsinə dair qətnəmə qəbul edilməsini, Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisininin xüsusi notariusu və Cavabdeh1 barəsində “xüsusi qərardad”ın elan edilməsinə və aidiyyatı üzrə AR Baş Prokurorluğa məlumat verilməsinə və araşdırma nəticəsinin məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğulları *1.*8.1966-cı il təvəllüdlü X14 11.*2.2*22-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 (əvvəlki adı ünvan 1 ünvanında yerləşən, X1* məxsus mənzil üzərində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinə müraciət etmiş və onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V- 57/2*22, reyestrdə 2V-1*9№ ilə qeyd olunmuşdur) 15.*8.2*24-cü il tarixində verilmişdir. “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-dən çıxarışa, eyni zamanda AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 2 ünvanladığı 22.*6.2*24-cü il tarixli, 3-1635/7-12-9*8/24 saylı məktuba əsasən mərhum oğulları X14 ilə 15.1*.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızının nikahı 2*.12.1991-ci ildə Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır, X14 ilə 15.1*.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızının nikahının pozulması 21.1*.2**5-ci ildə Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən həyata keçirilmişdir. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 2 ünvanladığı 22.*6.2*24-cü il tarixli, 3-1635/7-12-9*8/24 saylı məktubda qeyd olunmuşdur ki, mərhum oğlu X14 ilə Hüseynova (Sayadova) Gülgün Zakir qızının nikahı *1.*4.1996-cı ildə Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır. Hansı ki, həmin tarixdə X14 15.1*.1971-ci il təvəllüdlü Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə 2*.12.1991-ci il tarixindən nikahda olmuşdur, yəni həmin zaman (*1.*4.1996-cı ildə) Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə nikahda olmuşdur və onların nikahı pozulmamışdır. Belə ki, Salyan rayonu Qızılağac kənd icra nümayəndəliyi qanunun tələblərini pozaraq 2*.12.1991-ci il tarixindən qeydiyyata alınmış (Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə X14) nikah pozulmadığı halda X14 ilə Hüseynova (Sayadova) Gülgün Zakir qızının nikahı *1.*4.1996-cı ildə nikahını qeydiyyata almışdır. Bundan əlavə, adı qeyd olunan Hüseynova (Sayadova) Gülgün Zakir qızının şəxsiyyətini təsdiq edən fakt yoxdur, əslində həmin şəxsin adı, soyadı (şəxsiyyət vəsiqəsinə əsasən) Cavabdeh1dır (Fin:xxxxxxx, AA*******). Bu bir daha saxta iş görülməsini təsdiq edən faktdır. Bakı şəhəri 29 saylı Notariat Ofisi bu saxtalığı bildiyi halda Cavabdeh1 ünvan 3 ünvanında yerləşən, X1* məxsus mənzil üzərində “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə (vərəsəlik işinin nömrəsi: V57/2*22, reyestrdə 2V-1*9№ ilə qeyd olunmuşdur) vermişdir. Halbuki, cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə № 566, 22.*5.2*24-cü il tarixli məktubla müraciət olunaraq, *1.*8.1966-cı il təvəllüdlü, 11.*2.2*22-ci ildə vəfat etmiş X7 nikah yaşına çatdığı gündən vəfat etdiyi günə qədər ailə vəziyyəti barədə və nikahdan və nikahdan kənar olub-olmaması barədə ətraflı məlumat verilməsini, ən əsası X7 X17 ilə nikahın rəsmiləşdirilməsi barədə dəqiq məlumatın verilməsi xahiş olunmuşdur. Hansı ki, X17 adı altında şəxs yoxdur. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin ünvan 2 ünvanladığı 22.*6.2*24-cü il tarixli, 3-1635/7-12-9*8/24 saylı məktubunda da həmin şəxsin adı X6 qeyd olunmuşdur (saxtalığa yol verilərək). İddiaçı tərəfin vəkil və nümayəndəsi qismində çıxış edən X4 tərəfindən Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinə 16.*4.2*25-ci il tarixli, 4276/1627 saylı vəkil sorğusu ünvanlamışdır. Ədliyyə Nazirliyi ünvan 4avab olaraq №1229 saylı, 22.*4.2*25-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisində 11.*2.2*22-ci ildə vəfat etmiş X7 vərəsəsi olan arvadı - Cavabdeh1 arasında Salyan rayon Qızlağac Ərazi İdairəsinin *1.*4.1996-cı il tarixli *1 nömrəli nikah akt qeydi əsasında təsdiq olunmuşdur və bununla bağlı *1.*4.1996-cı il tarixində İV-ЖГ №377**5 nömrəli nikah haqqında şahadətnamə verilmişdir. Həmin sənədin təsdiq olunmuş kserosurəti vərəsilik işində mövcuddur.” Həmin sənəd saxta olaraq yerləşdirilmişdir. Belə ki, həmin sənədin təsdiq olunmuş kserosurəti vərəsəlik işində mövcud deyildir. Göründüyü kimi, Cavabdeh1 AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinə saxta *1.*4.1996-cı il tarixində İV-ЖГ №377**5 nömrəli nikah haqqında şahadətnamə təqdim etmişdir. Bundan əlavə, İddiaçı1 qəhrəman ana olduğu üçün (12 övladı olduğu üçün) ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı1 dövlət (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin *2.*3.1994-cü il tarixli, 2**/17 nömrəli sərəncamına əsasən) tərəfindən hədiyyə olunmuşdur. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilinin başqasına özgənkiləşdirilməsinə dair hər hansı bir sənəd mövcud olmadığı təsdiq edilmişdir. İddiaçı1 ilə onun oğlu X14 arasında hər hansı bağışlama, alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mövcud deyildir. Odur ki, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 3 ünvanında yerləşən, X1* məxsus mənzil üzərində Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilmiş 15.*8.2*24-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, eyni zamanda 11.*2.2*22-ci ildə vəfat etmiş X7 vərəsəsi olaraq notariat orqan tərəfindən şəhadətnamə verilmiş - Cavabdeh1 arasında Salyan rayon Qızılağac Ərazi İdairəsinin *1.*4.1996-cı il tarixli *1 nömrəli nikah akt qeydi əsasında təsdiq olunmuş, *1.*4.1996-cı il tarixli, İV-ЖГ №377**5 nömrəli nikah haqqında şahadətnamənin, eyni zamanda eyni tarixdə mərhumla X12 *1.*4.1996-cı il tarixli, 4AZ-İ seriyalı adına qeydiyyata alınmış nikah akt qeydinin etibarsız hesab edilməsi zərurəti mövcuddur. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.*6.2*25-ci il tarixli qərardadı ilə iddia ərizəsinin cavabdeh Salyan rayon Qızılğac kənd icra nümayəndəliyinə qarşı olan “nikah haqqında şəhadətnamənin və nikah akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair hissəsində (iddia ərizəsinin nəticə hissəsinin 3-cü bəndində göstərilmiş tələb) iş üzrə icraata xitam verilməsi qərara alınmış, qərardad mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin *3.1*.2*25-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır.
4. Bundan sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Salyan rayon Qızılğac kənd icra nümayəndəliyini də cavabdeh qismində göstərib, Cavabdeh1 ilə mərhum X14 arasında bağlanmış nikahın (Salyan rayon Qızılağac Ərazi İdarəsinin *1.*4.1996-cı il tarix ilə qeydiyyata alınan) etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adına AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilmiş 15.*8.2*24-cü il tarixli (vərəsəlik işinin nömrəsi: V-57/2*22, reyestrdə 2V-1*9№ ilə qeyd olunmuşdur) “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilərək, ləğv edilməsinə dair qətnəmə elan edilməsini, AR Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisininn xüsusi notariusu və Cavabdeh1 barəsində “xüsusi qərardad”ın elan edilməsinə və aidiyyatı üzrə AR Baş Prokrurorluğa məlumat verilməsinə və araşdırma nəticəsinin məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda, digər Cavabdeh1 iddianı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Nəsimi rayon qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair keçiriləcək məhkəmə baxışı iclasını nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 21.*7.2*22-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X14 11.*2.2*22-ci il tarixdə vəfat etmişdir.
9. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2*24-cü il tarixli şəhadətnamədən görünür ki, 11.*2.2*22-ci il tarixdə vəfat etmiş-X7 vərəsələri: 1) ünvan 6 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1, 2) Oğlu- Cavabdeh2 3) Qızı Cavabdeh3dır. Və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27.*2.2*24-cü il tarixdə X1* verilmiş **8*11**4398-*53*1-*93216 reyestr nömrəli, 1124*285*1 qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv/m olan mənzildən ibarətdir. Qeyd: Miras əmlakın digər vərəsələr: İddiaçı2 düşən 1/5 hissəsi, İddiaçı1 düşən 1/5 hissəsi açıq saxlanılmışdır.
10. İV-ЖГ №377**5 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X14 ilə X16 *1.*4.1996-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Sayadova” soyadı verilmişdir.
11. X14 ilə Sayadova (Hüseynova) Gülsüm Zakir qızı arasında bağlanmış nikah *1 aprel 1996-cı il tarixli *1 nömrəli nikahın bağlanması haqqında akt qeydi ilə təsdiq olunmuşdur.
12. X14 ilə Sayadova (Əliyeva) Nailə Cəlal qızı arasında bağlanmış nikah 2* dekabr 1991-ci il tarixli 25 nömrəli nikahın bağlanması haqqında akt qeydi ilə təsdiq olunmuşdur. 21 oktyabr 2**5-ci il tarixli 346 nömrəli nikahın pozulması haqqında akt qeydi ilə aralarındakı nikahın pozulması təsdiq edilmişdir.
13. ünvan 8 ünvanlanmış *5 dekabr 2*25-ci il tarixli 4299 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən 15 avqust 2*24-cü il tarixində 11.*2.2*22-ci il tarixində vəfat etmiş X7 vərəsələrinə - arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3-hər birinə 1/5 payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə vəfat etmişin valideynləri İddiaçı1 və İddiaçı2 çatası 1/5 pay isə açıq saxlanılmışdır. İddiaçılar qeyd olunan şəhadətnamənin ləğvi tələbi ilə məhkəməyə müraciət edərək bildirirlər ki, mərhumun iki nikahı olmuşdur və bu fakt Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin nikahlar 1991-ci və 1996-cı illərdə Salyan rayon Qızılağac kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. 1991-1996-cı illər Azərbaycan Respublikasında postsovet keçidinin dövlət institutlarının zəifləməsi, iqtisadi kollaps, hərbi qarşıdurmalar və dövlətçilik sisteminin mərhələli şəkildə yenidən formalaşması ilə səciyyələnən mürəkkəb transformasiya dövrü olmuşdur. Bu baxımdan mərhumun Əliyeva (Sayadova) Nailə Cəlal qızı ilə faktiki birgə yaşamaması və aralarında real nikah münasibətlərinin mövcud olmaması nəzərə alınmaqla, həmin nikahın hüquqi nəticə doğurması mümkün deyil və bu iddia əsassızdır. Həmin nikah 21.1*.2**5-ci il tarixində Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən rəsmən ləğv edilmişdir və mirasın açıldığı tarixə mərhumun yeganə və qanuni həyat yoldaşı Cavabdeh1 hesab olunur. İddiaçılar əlavə olaraq iddia edirlər ki, Cavabdeh1 şəxsiyyətini təsdiq edən məlumatlarda uyğunsuzluq vardır. Belə ki, 1996-cı ilə aid nikah haqqında şəhadətnamə kiril əlifbası ilə tərtib edilmiş və arvadın adı “КУЛСУН” kimi yazılmışdır, “Elektron Notariat” X1 isə məlumat səhvən “Gülgün” kimi daxil edilmişdir. Hər iki sənəddə doğum tarixi xx.xx.1972-ci il kimi qeyd olunmuşdur ki, bu da təqdim olunan sənədlərin eyni şəxsə-Cavabdeh1 aid olduğunu birmənalı şəkildə təsdiq edir. Elektron Notariat X1 məlumatlar fiziki şəxslər tərəfindən daxil edildiyindən və gündəlik iş yükünün yüksək olması nəzərə alınmaqla, texniki səhvlərin baş verməsi mümkündür. Konkret halda “Gülgün” adının səhvən daxil edilməsi də bu qəbildən olan texniki yanlışlıqdır. Belə uyğunsuzluqlar yarandıqda vətəndaş müraciəti əsasında məlumatların düzəldilməsi qanunauyğun və praktikada tətbiq olunan adi prosedurdur. Qeyd olunan texniki yanlışlıq artıq aradan qaldırılmış, sistemdə müvafiq düzəliş aparılmışdır. Həmin düzəlişi təsdiq edən sənəd məhkəməyə təqdim ediləcəkdir. Bu məsələ ilə əlaqədar olaraq iddiaçıların irəli sürdükləri “saxtakarlıq” iddialarının isə heç bir hüquqi və faktiki əsası yoxdur. Miras əmlakına daxil olan ünvan 9 ünvan: ünvan 10lakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli məktubla təsdiqlənir.) ünvanlarında yerləşən yaşayış sahələrinə gəldikdə isə, bu əmlakların mərhum X1* məxsus olması 12.*7.1994-cü il tarixli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Həmin sənədə əsasən mərhum "xxxx" MТK ilə bağladığı əvəzləşmə müqaviləsinə, maliyyə arayışına, eləcə də protokoldan çıxarışa əsasən qeyd olunan mənzil onun faktiki istifadəsində olmuşdur. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların əldə edilməsi üçün notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu edilmiş və həmin idarə tərəfindən verilmiş “hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestr arayışına əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. İddiaçılar bildirirlər ki, ünvan 12 ünvanında yerləşən yaşayış sahəsi dövlət tərəfindən İddiaçı1 hədiyyə edilmişdir.Həmçinin onlar qeyd edirlər ki, Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilmiş məlumata əsasən həmin mənzil heç kimin adına özgəninkiləşdirilməmişdir. Lakin bu yanaşmanın izahı olduqca sadədir. Sorğu verildikdə, daşınmaz əmlak haqqında məlumat faktiki olaraq bu gün rəsmləşmiş ünvana uyğun təqdim ediblər. Bu səbəbdən hazırkı sorğuya cavabda həmin əmlakın əvvəlki sahiblik tarixçəsi əks olunmaya bilər. Əgər iddiaçılar və ya onların nümayəndəsi sorğunu vərəsəlik işində olan sənədlərdə (12.*7.1994cü il tarixli qeydiyyat vəsiqəsində) göstərilmiş köhnə ünvana uyğun sorğu etsəydilər, mənzilin mərhumun adına hansı hüquqi əsasla və hansı tarixdən keçməsi barədə tam və aydın məlumat əldə etmiş olardılar. Notarius tərəfindən aparılan vərəsəlik işində hüquq müəyyənedici sənədlər mərhuma məxsus olmuşdur. İddiaçılar isə sadəcə həmin ünvanda faktiki yaşayırdılar və yaşayış faktı onların mülkiyyət hüququnu təsbit etmir. Məhz bu səbəblə, iddiaçıların payı indiyədək açıq saxlanılmış, onlara notarius tərəfindən rəsmi məktublar göndərilmiş, dəfələrlə notariat ofisinə dəvət edilərək həmin payların rəsmləşdirilməsi üçün müraciət etmələri təklif olunmuşdur. İddia ərizəsində iddiaçıların hörmətli vəkil nümayəndəsi guya “saxtakarlıq faktlarının mövcud olması”, “saxta işlərin görülməsi” kimi tamamilə əsassız iddialar irəli sürərək barəsində xüsusi qərarın çıxarılmasını xahiş edir. Bu kimi əsası olmayan və sübut olunmamış ittihamlar onun nüfuzuna, peşəkar fəaliyyətinə və iş reputasiyasına ciddi zərbə vurur.
14. 143641 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 7 saylı evin 7 otaqlı 14 saylı mənzilin 5 otağı X7 xüsusi mülkiyyət hüququ 12.*7.1994-cü il tarixdə 2*5 nömrəli reyestr kitabının 3*214-cü səhifəsində qeydə alınmışdır.
15. X14 ilə "xxxx" MMC arasından bağlanmış 22 mart 2*17-ci il tarixli əvəzləşdirmə müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros., Ruhulla Axundov, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə və ya “Kirayəçi”yə məxsus olan 46 kv.m mənzilin hüquqmüəyyənedici sənədlərində göstərilmiş ümumi sahəsinə 15% əlavə etməklə təmirli ümumi sahəsi 5* kv.m mənzil “Mülkiyyətçi”yə və ya “Kirayəçi”yə verməyi öhdəsinə götürmüşdür.
16. 12 noyabr 2*22-ci il tarixli maliyyə arayışından görünür ki, 1A binası, 2-ci girişi, 11-ci mərtəbəsində, ümumi sahəsi 5*,* kv.m, yaşayış sahəsi 2*,6 kv.m. olan 1 otaqlı, 2 saylı mənzilin pay dəyəri payçı X15 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 1* may 2*24-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 7 ünvanında yerləşən yaşayış binası sökülmüşdür. Yerində inşa edilmiş yaşayış binasında yerləşən ünvan 13 ünvanına yeni qaydalarla ünvan 14vanı təyin edilmişdir.
18. "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 15 ünvanlanmış məktubdan görünür ki, “Mülkiyyətçi” X14 ilə 22 mart 2*17-ci il tarixdə "xxxx" MMC arasında bağlanmış əvəzləşmə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Abbas Zamanov 11/13 ünvanda yeni inşa edilmiş hündürmərtəbəli 1 A yaşayış binasının 2-ci girişində 12ci mərtəbəsində ümumi sahəsi 5*,6 kvm olan 2 saylı mənzil 2* may 2*22-ci il tarixdə “Mülkiyyətçi” X1* aktla təhvil verilmiş və onunla *5 sentyabr 2*2*-ci il tarixdə yaşayış sahəsinin idarə edilməsinə və kommunal xidmətin göstərilməsinə dair 16 saylı müqavilə bağlanmışdır. Qeyd olunan tarixdən mərhumun anası İddiaçı1 tərəfindən hər ay bu günə kimi mənzil üzrə 15 manat kommunal və sayğac üzrə qaz, su, enerji sərfiyyatı ilə əlaqədar ödəniş həyata keçirilir.
19. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışa əsasən X7 Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 11,13,17,19, mənzil 2 (Yeni qaydalarla: AZ 1**7, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, giriş 13, M11, m2) xüsusi mülkiyyət hüququ 1124*285*1 qeydiyyat nömrəsi ilə 27 fevral 2*24-cü il tarixdə qeydiyyata alınmışdır.
20. Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 11,13,17,19, mənzil 2 (Yeni qaydalarla: AZ 1**7, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, giriş 13, M11, m2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 1/5 hissə pay, Cavabdeh3 adına 1/5 hissə pay, 1/5 hissədə Cavabdeh1 pay olmaqla adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 2* avqust 2*24-cü il tarixdə qeydiyyata alınmış, X1* aid 2/5 hissə açıq qalır.
21. Ədliyyə Nazirliyi Dövlət notariat arxivinin 19.*6.2*25-ci il tarixli 3-16-5/2-424*8/2*25 nömrəli məktubu ilə Bakı şəhəri 13 saylı dövlət notariat ofisində 14 iyun 1994-cü il tarixdə 3-M/3- 1*71 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti təqdim edilmişdir.
22. Ədliyyə Nazirliyi Vətəndaşlıq X9 11.*7.2*25-ci il tarixli məktubu ilə Sakit Sayadovun doğumu və ölümü, Sayadova (Əliyeva) Nailə Cəlal qızı ilə nikahı və bu nikahın pozulması, Sayadova (Hüseynova) Gülsüm Zakir qızı ilə nikahı, həmçinin övladları Nəzrin Sayadlı və Cavabdeh2 doğumu, habelə valideynləri İddiaçı2 və Sayadova (Yahyayeva) Arifə Miryəhya qızının doğumu, bacı-qardaşları Lətifə Sayadovanın, Natiq Sayadovun, Cəmalə Sayadovanın, Ülviyyə Sayadovanın, Müşfiq Sayadovun, Xasay Sayadovanın, Fəxrəndə Sayadovanın, Cahan Sayadovanın, Orxan Sayadovun və Alxan Sayadovun doğumu haqqında müvafiq akt qeydləri məhkəməyə təqdim edilmişdir.
23. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.*1.2*26-cı il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 7, 14 saylı mənzilin X7 adına qeydiyyatdan keçməsinə əsas olmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 7, 14 saylı (7 otaqlı) mənzil 14.*6.1993-cü il tarixli **525* nömrəli orderə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının *6.*6.1994-cü il tarixli 4*9/195 nömrəli sərəncamına, Bakı şəhəri 13 saylı DNK-da 3-M/3-1*21 reyestr nömrəsi ilə təsdiq edilmiş 14.*6.1994-cü il tarixli mənzillərin əvəzsiz olaraq verilməsi barədə müqaviləyə əsasən 12.*7.1994-cü il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 3M-A/1-38 reyestr nömrəli 22.*1.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı 13.*5.1998-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 3M-A/1-15 reyestr nömrəli 25.*1.2***-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı 1*.*5.2***-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 3M-A/1-185 reyestr nömrəli 26.*5.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı 18.*8.2**7-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə müəyyən etdi ki, X14 ilə Cavabdeh1 arasında nikah bağlanmış və bağlanmış nikah haqqında *1.*4.1996-cı il tarixli *1 nömrəli akt qeydi tərtib edilmişdir. X14 11.*2.2*22-ci il tarixdə vəfat etmiş və onun vərəsələri arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı Cavabdeh3 olmuş, X7 vəfatından sonra ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv/m olan mənzil miras qalmış, miras əmlaka dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin 1/5 hissədə payı müəyyən olunmuş, miras əmlakın digər vərəsələr İddiaçı2 düşən 1/5 hissəsi, İddiaçı1 düşən 1/5 hissəsi açıq saxlanılmışdır.
25. Hazırda iddiaçılar mərhum oğulları X7 Cavabdeh1 Zakir qızı ilə nikaha daxil olarkən başqa şəxslə nikahda olduğunu əsas gətirəərək nikahın, bunun nəticəsinə uyğun olaraq da qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun nəticələrinin etibarsız hesab edilməsini, Cavabdeh1 Zakir qızı isə iddianın əsassız olduğunu və iddia tələbinin rədd edilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçılar vəkili-nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda, digər Cavabdeh1 izahatlarının dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
27. Məhkəmə Cavabdeh1 ilə mərhum X14 arasında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçılar nikahın etibarsız hesab edilməsini tələb edirlərsə, yəni özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirlərsə, onlar tələbinin hüquqi əsasını, habelə özlərinin bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmalarını sübuta yetirməlidir.
28. Hazırki mübahisə üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsi, həmçinin Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin şəxslərin maraq dairəsindən asılı olaraq iki qrupa bölmək olar. Birinci qrupa nikahın etibarsız hesab olunmasında şəxsi marağı olan şəxslər (ər-arvad, yetkinlik yaşına çatmayan ərarvad, onların valideynləri (onları əvəz edən şəxslər), ikinci qrupa isə hakimiyyət səlahiyyətlərini yerinə yetirən başqa şəxslərin hüquqlarını müdafiə edən orqanlar (icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) aid edilə bilər. Qüvvədən düşmüş məcəllədə həmçinin prokurorun nikahın etibarsızlığını tələb etmək hüququ nəzərdə tutulmuşdur.
29. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ilə mərhum X7 nikahının etibarsız hesab edilməsi barədə iddia ilə müraciət etməkdə subyektiv hüquqları yoxdur.
30. Məhkəmə qeyd edir ki, X14 ölmüş elan edilənə kimi, nə özü, nə də nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxslər tərəfindən nikahın etibarlılığı mübahisələndirilməmişdir. Mövcud iddia tələbi üzrə iddiaçıların nikahın etibarsız sayılmasını tələb etmək hüquqları olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
31. Həmçinin, qeyd edilməlidir ki, hazırkı işdə müəyyən edilir ki, Sayadov Sakit ilə Sayadova (Əliyeva) Nailə Cəlal qızı 2*.12.1991-ci il tarixdə nikaha daxil olmuş və bu nikahın pozulması 21.1*.2**5-ci il qeydə alınmışdır. Göründüyü kimi Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin tələbi baxımından başqası ilə nikahda olan şəxslə bağlanan nikah etibarsız sayılsa da həmin nikahın etibarsız sayılmasına səbəb olan Sayadov Sakit ilə Sayadova (Əliyeva) Nailə arasında bağlanmış nikahın 21.1*.2**5-ci ildə pozulması ilə, nikahın bağlanmasına mane olan hallar aradan qalxmış və Sayadov Sakit ilə Cavabdeh1 arasında olan və *1.*4.1996-cı il tarixdə rəsmiləşdirilmiş nikah etibarlı hala gətirilmişdir. Göründüyü kimi 21.1*.2**5-ci ildən Sayadov Sakit ilə Cavabdeh1 arasında nikahın etibarsızlığı üçün maneə hesab edilən şərtlər aradan qalxmış və nikahın etibarlı hesab edilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, Sayadov Sakit ilə Cavabdeh1 arasında nikah etibarlı hala gətirildikdən sonra da, ailə münasibətləri mərhum Sakit Sayadovun vəfat etdiyi 11.*2.2*22-ci il tarixə kimi davam etmişdir.
32. İddiaçıların Sayadov Sakit ilə Cavabdeh1 arasında nikahın bağlanmasın dair nikah haqqında şahadətnamə və nikah aktı qeydindəki Cavabdeh1 adı ilə bağlı uyğunsuzluğuna dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, Ədliyyə Nazirliyi Vətəndaşlıq X9 11.*7.2*25-ci il tarixli məktubu ilə təqdim edilmiş X21 (Hüseynova) Gülsüm Zakir qızı ilə nikahı haqqında akt qeydində “Gülgün” deyil “Gülsüm” qeyd olunmuşdur, göründüyü kimi “Elektron Notariat” X1 “Gülgün” adının göstərilməsi texniki səhv olmuşdur. Bu nikahın etibarsızlığı üçün əsas ola bilməz.
33. İddiaçının 15.*8.2*24-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilərək, ləğv edilməsi tələbinə münasibətdə ilk növbədə məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur
34. İddiaçı1 iddia ərizəsində miras əmlakın Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin *2.*3.1994-cü il tarixli, 2**/17 nömrəli sərəncamına əsasən ona hədiyyə olunduğunu bildirsə də, işdə olan vərəsəlik işinin materiallarında olan sənədlərdən müəyyən olunur ki, miras əmlak olan ünvan 9 ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 7) 12.*7.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum X1* məxsus olmuş, "xxxx" MТK ilə bağladığı əvəzləşmə müqaviləsinə, maliyyə arayışına, eləcə də protokoldan çıxarışa əsasən qeyd olunan mənzil onun faktiki istifadəsində olmuşdur. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında 15 avqust 2*24-cü il tarixli şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestr arayışına əsasən tərtib olunmuşdur.
35. Bundan əlavə, məhkəmə qeyd edir ki, Sayadov Sakit ilə Sayadova (Əliyeva) Nailə arasında 2*.12.1991-ci il tarixdə bağlanmış nikah 21.1*.2**5-ci il tarixində Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən rəsmən ləğv edilmişdir və mirasın açıldığı tarixə mərhumun yeganə və qanuni həyat yoldaşı Cavabdeh1 hesab olunmuşdur.
36. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən vərəsəlik şəhadətnaməsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçılar tərəfindən sübuta yetirilməmişdir.
37. Məhkəmə iddiaçıların cavabdeh 29 saylı Notariat Ofisininin xüsusi notariusu və Cavabdeh1 barəsində xüsusi qərardad qəbul edilməsi tələbinə münasibətdə qeyd edir ki, xüsusi qərardadın qəbul edilməsi işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər.
38. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh 29 saylı Notariat Ofisininin xüsusi notariusu və Cavabdeh1 hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən göstərilən dəlillərə istinadən iddia tələbi əsassız olduğundan, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
40. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 12. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir; Maddə 25.1. Bu Məcəllənin 1*-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır; Maddə 26.1.Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 1*.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsayetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa-yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsanikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
41. *1 iyun 2*2*-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi: Maddə 17. Nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir; ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; Maddə 48. Nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. Maddə 49. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Maddə 51. Bu Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 34*.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 116*. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 3* iyul 2**8-ci il tarixli Qərarı: “...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2*14-cü il tarixli Qərarı: “...Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2* oktyabr 2*11-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12*3.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2*11-ci il tarixli Qərarlar). Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə-təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks ətdirən əqdlərə əsaslanır. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipi mülki qanunvericiliyin digər prinsipi olan müqavilə azadlığı prinsipi ilə birbaşa əlaqəlidir. Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Eyni zamanda, vəsiyyət edən mirasdan məcburi pay almaq hüququndan məhrum etməni öz sağlığında məhkəmə qaydasında həyata keçirə bilər. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır. Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir.
45. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2*16-cı il tarixli 8- 2/2*16 nömrəli Qərarı: 11.1. Nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. 11.2. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: ➢ nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 1* və 11-ci maddələri); ➢ nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12- ci maddəsi); ➢ nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); ➢ nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). 11.3. Nikah istər məhkəmə qaydasında, istərsə də müvafiq icra hakimiyyəti orqanında pozulduqdan sonra ər-arvad onun etibarsızlığı barədə iddia qaldıra bilməzlər. Lakin bu zaman nikahın qanunla qadağan olunmuş qohumlar arasında və ya ikisindən birinin başqası ilə pozulmamış nikahda olduğu şəxslə bağlanması halı istisnalıq təşkil edir (Ailə Məcəlləsinin 27.4-cü maddəsi). Göstərilən iki halda nikah məhkəmə qaydasında pozulmuşdursa onun etibarsızlığı məsələsinə baxıla bilər. Əgər nikah müvafiq icra hakimiyyəti orqanında pozulmuşdursa və bundan sonra nikahın pozulması barədə akt qeydinin ləğvi və nikahın etibarsızlığı barədə məsələ qaldırılmışdırsa, məhkəmə bu iki tələbə bir icraatda baxa bilər.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 1*4.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 1*6.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cavabdeh3 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2**6-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
48. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
49. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
50. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
51. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.
d) Nəticə:
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 29 saylı Notariat Ofisinə və Salyan rayon Qızılağac kənd İcra nümayəndəliyinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova