Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3447/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun avtomobil almaq fikri olduğunu bilən tanışı X8 zəng vuraraq bildirmişdir ki, Bakı şəhər DYP İdarəsinin Adil adlı əməkdaşının qayınanası avtomabil satır, hal-hazırda onlarda büdcəsinə uyğun maşın vardır. O, həmin maşına X4 və X5 iştirakı ilə baxış keçirib, Cavabdeh ilə razılaşaraq cavabdehdən xx.xx.2021-ci il tarixdə **-UB-*** dövlət nişanlı Changan markalı avtomobili 2500 manat ilkin ödəniş etməklə almışdır və Arzu ona minik avtomobilinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yol vərəqəsini vermişdir. Avtomaşını aldıqdan sonra cərimə borclarını tam şəkildə ödəmiş, bəzi yerlərində problemlər olduğu üçün təmir etdirmişdir. Həmin avtomobili o, Renta Car üçün almışdır. Atmomaşın “Renta Car” yararsız olduğundan satmaq məcburiyyətində qalmışdır. Cavabdeh Arzu xanıma bildirmişdir ki, avtomaşına alıcı tapıb satacaq və onlar öz aralarında razılığa gəlmişlər. Həmin avtomobili Cavabdeh razılığı ilə X2. O, 2500 manat ödədiyi ilkin ödənişini cavabdehin ofisində yanında almışdır. Sonra cavabdeh Arzu onun xəbəri olmadan X6 avtomaşını axtarışa verərək almışdır. Hüseyn ondan ilkin ödənişini tələb edəndə bildirmişdir ki, pulunu Səbinədən alsın, həmin avtomaşını Səbinəyə pulsuz vermişdir. Elə bu səbəbdən Hüseyn onların hər ikisini cavabdeh qismində cəlb etməklə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı 21 fevral 2023-cu il tarixli qətnaməsi ilə avtomobilin alınması üçün ödənilmiş 2300 manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və 48 manat dövlət rüsumunun ondan alınaraq iddiaçı X9 verilməsi qət olunmuşdur. O, bundan sonra dəfələrlə cavabdehdən ödədiyi 2500 manat pulunu tələb etsə də, lakin o, pulunun geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, ilkin olaraq avtomobilə görə 300 manat beh vermişdir. Avtomobilə görə Rəvan adlı şəxsə 1700 manat pul vermişdir. Ümumilikdə avtomobili 2300 manata almışdır. Cavabdehə pulu isə Rəvan adlı şəxs vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçını əvvəlcədən tanımamış və ondan avtomobilə görə pul almamışdır. O, avtomobili Adil adlı polis əməkdaşına 500 manat avtomobilə görə cəriməni ödəmək şərtilə və 20 ay müddətinə aylıq 600 manat olmaqla dost olaraq vermişdir. Bir müddət sonra avtomobili Səbinə almaq istədiyini bilmiş və onunla müqavilə bağlanılmışdır. İddiaçı ilə müqavilə bağlandıqdan sonra 10 gündən sonra avtomobili istəmədiyini və başqa şəxsə satmaq istədiyini bildirmişdir. Daha sonra isə iddiaçı avtomobili satmaq istədiyi şəxslə yəni X13 ilə yanına gələrək iddiaçı ilə bağlanmış müqaviləni dəyişməyini istəmişdir. Daha sonra ona məlum olmuşdur ki, iddiaçı avtomobili 2300 manata X2. X1 aldıqdan sonra Hüseynə 1100 manat pul qaytarmışdır. Bu münasibətlərdə ilkin olaraq tərəfindən avtomobil Adilə verilmişdir. Adil öz növbəsində xalasıoğluna, xalasıoğlu isə icarə avtomobil kimi istifadə üçün başqa şəxsə vermişdir. Halbuki, icarə avtomobili kimi verilməsini istəmədiyini Adilə bildirmiş, Adil isə ona hər ay ödənişi ödəyəcəklərini bildirmişdir. Daha sonra iddiaçı yanına gələrək avtomobilin həmin vaxta olan cərimələrini ödənilməklə onunla müqavilə bağlanmış. Cərimənin məbləği təxminən 500-600 manat olmalı idi. Avtomobilin ilkin olaraq Adilin sonradan isə Səbinənin istifadəsində olmasına görə ona ümumilkdə 1500 manat pul verilmişdir, bunlardan 500 manat pulu Adil vermiş, 1000 manat pulun isə daxilində təxminən 500-600 manat avtomobilin cərimələri ödənilməklə Səbinənin istifadəsinə verilməsinə razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, iş üzrə cavabdehi tanımaqla ondan icarəyə avtomobil əldə etmişdir. Həmin avtomobilə görə ona 500 manat ilkin ödəniş edərək və hər ay 600 manat olmaqla 20 ay müddətinə ödəməklə aralarında razılıq əldə olunmuşdur. Daha sonra avtomobil 15-20 gün istifadəsində olduqdan sonra ödənişdə çətinlik olmuş və Tərxan adlı qohumu avtomobili satmaq barədə təklif etmişdir. Oda öz növbəsində avtomobili icarəyə veməyi istədiyini bilədirmişdir. Tərxandan sonra avtomobil kimə satılması barədə məlumatı olmamışdır. Avtomobilə görə tərəfindən ilkin olaraq 500 manat cavabdehə vermişdir. Avtomobil Tərxana verildikdən sonra ondan 1000 manat alaraq cavabdehə ödəmişdir. Əlavə olaraq avtomobilin cəriməsi olmuş və həmin puldan 500 manat cəriməyə çıxılmışdır. Cavabdehə ödədiyi 500 manatı tələb etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X13 izahatında bildirmişdir ki, avtomobilin mülkiyyətçisi kimi İddiaçı tanımışdır. Sonra onu cavabdehin yanına apararaq avtomobilə görə hər ay 600 manat olmaqla 20 ay müddətinə ödəyəcəyini bildirilmişdir. Lakin, avtomobilə ilkin olaraq 2300 manatı iddiaçıya ödəməklə almışdır. Avtomobilin sənədlərində müəyyən problemlər olduğuna görə iddiaçıya geri qaytarmaq istəyəndə telefon zənglərinə cavab vermədiyindən cavabdehin yanına gedərək avtomobili ona qaytarmışdır. Daha sonra iddiaçıya və cavabdehə qarşı avtomobilə görə ödədiyi ödənişin geri qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçıdan onun xeyrinə 2300 manat pulun tutulması barədə qətnamə çıxarılmışdır. Həmin puldan iddiaçı ona ödəniş etməmişdir. Həmin ödədiyi məbləğdən cavabdeh ona hər hansı məbləği geri qaytarmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır. Avtomobil alqı-satıqısı işə məşğul olan şəxsdən avtomobili əldə edərək iddiaçıya göstərmiş və avtomobili bəyəndikdən sonra ilkin olaraq iddiaçı tərəfindən beh ona verilmişdir. Sonra isə cavabdehin yanına gedərək iddiaçı avtomobilə görə qalan ödənişi cavabdehin özünə vermişdir. İddiaçı tərəfindən avtomobilə görə cərimələr kart vasitəsilə ödənilmişdir. İddiaçını cavabdehlə o və Rəvan adlı şəxs tanış etmişdir. Avtomobilə görə ona verilən behin məbləğini tam olaraq xatırlamasa da, 200-500 manat civarında olmuşdur. Avtomobilə görə qalan ödənişi iddiaçı tərəfindən cavabdehə ofisində verilmişdir. Həmin pul verilən zamanı çöldə olduğuna görə görməmişdir. Adil adlı şəxsi tanımır, yalnız Tərxan adlı şəxsi tanımışdır. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Changan minik markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X11r. İş materiallarında olan etibarnamədən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər X16 tərəfindən Cavabdeh ondan da KRZ MMC-yə ötürülmüşdür. Həmin etibarnamədə həmçinin göstərilmişdir ki, həmin etibarnamə daşınmaz əmlak istisna olmaqla həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakını idarə etməyi, daşınar əmlaklara istifadə hüququna dair etibarnamələrin verilməsi barədə etibarnamələr verməsi və sairə haqqında verilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş ödəniş cədvəlindən görünür ki, o, 20 ay ərzində 600 manat məbləğində pulu ödəməyə razı olmuşdur. İş materiallarından görünür ki, KRZ MMC tərəfindən təsdiq edilməklə və cavabdeh tərəfindən imzalanmış İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Chanqan markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə yol vərəqi, sonradan isə, yəni xx.xx.2021-ci il tarixdə X16 tərəfindən X3 ötürülmüş səlahiyyətlərlə İddiaçı təsisçisi olduğu "xxxx" MMC-yə bütün daşınar əmlakları idarə etməyi və istifadə etməyə dair etibarnamələrin verilməsinə dair 2 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, avtomobil alınması üçün ödənilmiş 2300 manat hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş 48 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “Changan” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair şifahi müqavilə bağlanmış, ödəniş qrafiki razılaşdırılmış, İddiaçı həmin avtomobilə dair yol vərəqi və daşınar əmlakın idarə edilməsi və istifadə hüquqlarına dair etibarnamələrin verilməsinə dair etibarnamə verilmişdir. Bununla da, cavabdehin nəqliyyat vasitəsini iddiaçının istifadəsində olmasına razılıq verməsi işin mübahisəsiz halıdır. Münasibətlərin mahiyyətindən görünür ki, razılaşmalar əvəzli xarakter daşımış, cavabdeh tərəfindən ümumilikdə 1000 manat pulun (nəqliyyat vasitəsinin yığılmış cərimələrinin ödənilməsi və ilkin ödənişin edilməsi) müqabilində nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi hüququnu iddiaçıya vermişdir. Cərimələrin iddiaçı tərəfindən ödənildiyini cavabdeh etiraf etməklə qəbul etmiş, ilkin ödənişi isə vasitəçilər tərəfindən edilməsi ilə yekunda nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı sənədələri və açarları İddiaçı vermişdir. Bununla da, alqı-satqı münasibətlərinin əsasını təşkil edən əlamətlər, yəni satıcının əşyanı verməsi, alıcının isə əşyanı qəbul etməklə ödənişin edilməsi öz əksini tapmışdır. Sonradan iddiaçı həmin avtomobili Hüseyn Orucova satmış, o, isə Cavabdeh qaytarmışdır. Hüseyn Orucov iddiaçıya ödədiyi məbləğlə məhkəməyə müraciət etməklə, geri almışdır. Məhkəmə iclasında şahid ifadələri, cavabdehin izahatı və təqdim edilmiş sənədlər ilə müəyyən olunur ki, Cavabdeh “Changan” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı idarə edilməsinə və istifadəsinə verilməsi üçün avtomobilin cərimələrinin ödənilməsi ilə birlikdə 1000 manat pul qəbul etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib hesablanmaqla cavabdehdən tutulraq iddiaçıya ödənilməli, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3447/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3447/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver