Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-346/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh6 nümayəndəsi (vəkili) Vəkil, qarşılıqlı iddia üzrə 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qəzalı vəziyyətdə olan yaşayış sahəsinin və ərazinin boşaldılaraq sökülməsi, mülkiyyətçilərin daha geniş, təmirli yeni mənzillərlə və kirayə haqqı ilə təmin edilmələri və s.” tələbinə dair ilkin iddia ərizəsi; iddiaçılar Cavabdeh3 qızının, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 cavabdeh İddiaçı MMC-nə, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, FHN X2 Dövlət Agentliyinə qarşı “mülkiyyət hüquqlarının qorunması, ümumi paylı mülkiyyətdə olan yaşayış evinin həqiqi sahəsinə uyğun olan mənzillə (mənzillərlə) İddiaçı MMC tərəfindən təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi paylı mülkiyyətində olan ümumi sahəsi 273.2 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin qəzalı vəziyyətdə olması səbəbindən həmin evdə yaşayan sakinlərin mənzildən çıxarılması, ərazinin və evin tam boşaldılaraq sükülməsi üçün MMY-yə təhvil verilməsi: MMC-nin hesabına mülkiyyətçilərə həmin evin sahəsindən 15 faiz artıq olan, həmin ərazidə inşa ediləcək binadan təmirli mənzil(lər)lə təmin edilməsi və həmin mənzil(lər) onlara təhvil verilənə qədər aylıq kirayə haqqının ödənilməsi qarşılığında evin və ərazidə olan digər tikililərin sökülməsi; Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin ətrafında və ya həmin evə bitişik olan cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərdən cavabdehlər və digər şəxslərin çıxarılaraq həmin tikililərin cavabdehlərin öz hesabına sökülməsi və ərazinin boşaldılması; Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı fərdi yaşayış evinə dair dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh3 qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hesabına onlara ünvan 1 saylı evin sahəsindən, sahəsi 468,5 kv.m götürülməklə və təsviri İddiaçı MMC-nin tərtib etdiyi planda göstərilən 20 faiz artıq olan, həmin binalarda inşa ediləcək təmirli mənzil təmin edilməsi və həmin mənzil onlara təhvil verilənə qədər aylıq kirayə haqqının ödənilməsi qarşılığında evin və ərazidə olan digər tikililərin İddiaçı MMC-nin sökülməsi; iddiaçı və ünvan 1 saylı evin mülkiyyətçilərdən biri olan Cavabdeh3 qızının yaşı 87-ni keçdiyini və onun üçün ayrıca mənzilə ehtiyacı olduğunu nəzərə alaraq, cavabdehin hesabına iddiaçılara veriləcək mənzillərin hesabına ayrıca mənzilin verilməsi; İddiaçı MMC-nin xx xxxx 2019-cu il tarixli iddia ərizəsi üzrə cavabdeh qismində göstərilən Cavabdeh1 ilə İddiaçı MMC arasında birincinin faktiki yaşadığı evin (bu ev iddiaçıların mülkiyyətində olan ünvan 1 saylı evdən fərqlidir, ünvanlar eyni olsa belə) sökülməsi və mənzilin cerilməsi üzrə ayrıca müqavilənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestrinə əsasən ümumi sahəsi 273.2 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin qəzalı vəziyyətdə olması səbəbindən həmin evdə yaşayan sakinlərin mənzildən çıxarılması, ərazinin və evin və onunla əlaqəli bütün tikililərin tam boşaldılaraq aşağıdakı şərtlər qarşılığında sökülsün: İddiaçı MMC tərəfindən X5 divarın qalınlığı nəzərə alınmaqla ərazidəki B1 binasında ümumi sahəsi 64,79 m2 olan hazır təmirli mənzillə təmin edilməsi; İddiaçı MMC tərəfindən Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 hər birinin həmin ərazidə tikiləcək binasında divarın qalınlığı nəzərə alınmaqla – ümumi sahəsi 83,84 m2 olan təmirli mənzillərlə təmin edilsin və hazırkı ev təhvil verildiyi gündən hesablanmaqla, yeni mənzillə təmin ediləcəkləri günə qədər hər birinə, hər ay 200 manat kirayə haqqı ödənilməsi; İddiaçı MMC tərəfindən Cavabdeh1 tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 və 63,97 m2 olan təmirli mənzillərlə təmin edilsin və hazırkı ev təhvil verildiyi gündən hesablanmaqla, yeni mənzillə təmin ediləcəyi günə qədər Cavabdeh1 hər ay 400 manat kirayə haqqı ödənilməsi; cavabdeh mülkiyyətçilərinin əldə etdikləri yeni əmlaklara dair gələcəkdə çıxarışlarla təmin edilmələri üçün İddiaçı MMC tərəfindən tədbirlərin görülməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı fərdi yaşayış evi söküldükdən sonra ona dair dövlət qeydiyyatı (reyestr nömrəsi **********91-10301) və çıxarışları ləğv edilsin və bu barədə müvafiq hərəkətlərin aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 məhkəməyə qarşılıqlı iddia ərizəsindəki iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin hesabına iddiaçılara ünvan 1 saylı evin müqabilində inşa ediləcək binalarda biri 88,86 kv.m sahəsi olan, digəri isə 90 kv.m həyətyani sahənin bazar dəyərinə uyğun olan təmirli mənzillərlə təmin edilməsi; onun mənzili təhvil verdiyi gündən yeni mənzillərlə təmin ediləcəyi günə qədər 400 manat həcmində kirayə haqqının hər ay ona və oğlunun ailəsinə (cəmi 800) manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 öz izahatında qarşılıqlı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini, ilkin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə etdi və izahatında göstərdi ki,Bakı şəhərininin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazilər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına əsasən digər icra hakimiyyəti orqanları ilə yanaşı, həmçinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ə\razi planlaşdırılma sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2016-cı il tarixli 197 saylı sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli şəhərsalma əsaslandırılması barədə məktubuna əsasən, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin xx xxxxxx 2016-cı il tarixli 34/10523 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri Hüseynqulu Sarabski, Bəsti Bağırova və Ağadadaş Qurbanov ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək xx xxxxxx 2016-cı il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən Hüseynqulu Sarabski, Bəsti Bağıroba və Ağadadaş Qurbanov ünvanlarında yerləşən yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, sakinlərin təcili olaraq mənzillərdən çıxarılması, qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi, ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması tələb olunmuşdur. Eyni zamanda aktda o da qeyd olunmuşdur ki, binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli 182 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq, İddiaçı MMC-nin müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli razılaşma məktubunu, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2016-cı il tarixli 197 saylı və xx xxxxx 2017-ci il tarixli 98 saylı sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli ekspertiza rəyini nəzərə alaraq Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri yaşayış binalarının tikintisinə əcazə verilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə qəzalı vəziyyətə düşmüş mülkiyyətlərində olan, ümumi sahəsi 273.2 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin İddiaçı MMC-nin hesabına sökülməsi, əvəzində yaşayış evinin ümumi sahəsinə 15 faiz əlavə edilməklə həmin ərazidə inşa edilən yeni yaşayış binasından, təmirli vəziyyətdə yeni mənzillərin verilməsi, mənzil təhvil verilənə qədər hər bir mülkiyyətçiyə onun payına və ailə üzvlərinin sayına uyğun olaraq onlara kirayə haqqının ödənilməsi təklif edilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh6 nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh xx xxxx 2019-cu il tarixli iddia ərizəsində iddiaçıları mülkiyyət hüququndan məhrum etmək ilə bağlı tələb irəli sürür. Cavabdeh öz iddia ərizəsində göstərdiyi normativ hüquqi aktlara da düzgün və tam istinad etməyib. ünvan 1 saylı evin ətrafında və ya həmin evə bitişik olan cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərdən cavabdehlərin və digər şəxslərin çıxarılaraq həmin tikililərin cavabdehlərin öz hesabına sökülməsi və ərazilərin boşaldılması; ünvan 1 saylı fərdi yaşayış evinə dair dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi. Göründüyü kimi qərara əsasən müvafiq ərazidə söküntü tikinti şirkətinin hesabına aparılmalıdır. İddiaçı MMC iddiaçıların qanuni istidafəsində 468.5 km.m sahənin götürərək orada çox mərtəbəli bina tikərək o binadakı mənzilləri sərbəst özgəninkiləşdirərək gəlir əldə etməyi planlaşdırır. Belə ki, iddiaçıların evin və həyətin planı şirkət tərəfindən tərtib edilmişdir. İddiaçılara isə onlardan götürdüyü 468.5 kv.m sahə əvəzinə 273.2 kv.m sahəsi olan mənzil (mənzillər) təklif edir. Belə ki, iddiaçıların yaşayış və mülkiyyət hüququ ünvan 1 saylı fərdi yaşayış evinin 468.5 kv.m sahə qəbul olunmaqla təmin oluna bilər. Çünki 30 ildən çox iddiaçılar qeyd edilən sahədən istifadə etməklə özlərinin yaşayış hüququnu həyata keçirmişlər. Cavabdeh1 məhz iddiaçıların yaşadığı 475 kv.m yaşayış sahəsinin mülkiyyətçisi kimi göstərilir. Lakin reallıqda məsələ fərqlidir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi anası Cavabdeh3 qızı, digər hissəsi isə Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda eyni şəxsdən satınalınmışdır. Torpaq sahəsinin həmin şəxslərə məxsus hissələri arasında divar tikilmiş və hər biri özünə məxsus sahədə ayrıca olaraq ev tikmişdir. Bu tikililər ayrı-ayrılıqda yerləşir və sözügedən divarla ayrılır. Onların eyni konstruksiya mövcud deyildir. Eyni zamanda bu evlərin giriş-çıxışı da ayrıdır. Sonda ilkin iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh6 nümayəndəsi (vəkili) Vəkil ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 ilkin və qarşılıqlı iddia ərizələrinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh5, 3-cü şəxs FHN X2 Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh5, 3-cü şəxs FHN X2 Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbləri isə əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 50/51 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ½ hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 qızının, 1/10 hissə Cavabdeh4 Murşud oğlunun, 1/10 hissə Cavabdeh5, 1/10 hissə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 460 nömrəli reyestr kitabının 43161 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2016-cı il tarixli 197 saylı sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli şəhərsalma əsaslandırılması barədə məktubuna əsasən, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018ci il tarixli 182 saylı “Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq, İddiaçı MMC-nin müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2016-cı il tarixli razılaşma məktubunu, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2016-cı il tarixli 197 saylı və xx xxxxx 2017-ci il tarixli 98 saylı sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxxxx 2018-ci il tarixli ekspertiza rəyini nəzərə alaraq Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri yaşayış binalarının tikintisinə icazə verilmişdir (sənədlər iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti başçısının Asif Əsgərovun ilə İddiaçı MMC -nin direktoru Musa Musayevin arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi; 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatmailə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş X7, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 42,44,46,48,50 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında akta əsasən, həmin binaya baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən İddiaçı MMC-yə ayrılmış sahə Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 42,44,46,48,50 saylı ünvanlarda yerləşir. Qeyd olunan ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhənq daşından, dam örtükləri acaç konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda kecici çatlar, ağac konstruksiyalarında cürümələr, beton konstruksiyalarında mühafizə qatının dacılması, tökülməsi, armatur millərinin acıqda qalaraq korroziya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcüd tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evlərivə mənzillərin mövcüd evləri və mənzillərin mövcüd vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhləkilidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadə cəhətdən məqsədəuyğun hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin xx xxxxxx 2016-cı il tarixli 34/10523 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri Hüseynqulu Sarabski, Bəsti Bağırova və Ağadadaş Qurbanov ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək xx xxxxxx 2016-cı il tarixli müvafiq akt tərtib etmişlər. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyətinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 1/13 sayli Ayrıc Aktindan görünür ki, İddiaçı MMC-yə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017 il tarixli 98 saylı Sərəncamı ilə Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində 1.6039 hektar yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi üçün verilib. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1997-ci il tarıxli 1453 saylı Sərəncamına əsasən, D.Qurbanov küçəsi 50-də yaşayan Cavabdeh3 qızı yaşayan şəxsin mülkidə olan əlavə tikintilərin qeydiyyata alınmasına razılıq verilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 50/51 saylı ünvanda yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli RX ******* saylı çıxarışa əsasən dövlət mülkiyyətində olan 304,6 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 273.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətindədir. Lakin iş materiallarında olan çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı ünvanda yerləşən Cavabdeh1 qanuni istifadəsində olan evin altında və ətrafındakı yerləşən torpaq sahəsinin sərhədləri ayrı-ayrılıqda göstərildiyindən Cavabdeh1 məxsus olan sahənin ümumi ölçüsü nə qədər təşkil etməsi müəyyən etmək mümkün olmadı. Eyni zamanda çıxarış üzrə mülkiyyətdə olan tikililərin texniki pasporta əsasən Abullayev İkram şükür oğlunun mülkiyyətində və qanuni istifadəsində olan yaşayış və köməkçi sahələrinin ümumi sahəsi 48.6 kv.m və Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyət və qanuni istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsi 224.6 kv.m müəyyən olunur. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi ev 50/51 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ½ hissə Cavabdeh1, 1/10 hissə Cavabdeh2, 1/10 hissə Cavabdeh3 qızının, 1/10 hissə Cavabdeh4 Murşud oğlunun, 1/10 hissə Cavabdeh5, 1/10 hissə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 460 nömrəli reyestr kitabının 43161 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının İddiaçı MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi, binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatmailə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 42,44,46,48,50 saylı ünvanlarda yerləşənyerləşən yaşayış binaların normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası ilə əlaqədar mübahisəli evin istismar müddətinin bitməsi ilə bağlı onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitlərin ödənilməsi Bakı şəhər Nəsimi İcra Hakimiyyətinə həvalə edildiyindən, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsi İddiaçı MMC öz üzərinə götürdüyündən, İddiaçı MMC-nin hazırki tələblə məhkəmədə iddia irəli sürməyə subyektiv hüququ var. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ilkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlərə qarşı “mülkiyyət hüquqlarının qorunması, ümumi paylı mülkiyyətdə olan yaşayış evinin həqiqi sahəsinə uyğun olan mənzillə (mənzillərlə) İddiaçı MMC tərəfindən təmin edilməsi” tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativlərinin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri-yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzillərin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzillərin sökülməsi və ilkin iddia üzrə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 15%-dən artıq sahəsi əlavə edilərək ilkin iddia üzrə cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin ilkin iddia üzrə cavabdehlərin mənafeyini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahələri ilə təmin olunanadək onlara İddiaçı MMC-nin vəsaiti hesabına aylıq Cavabdeh1 400 manat, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 hər birinə hər ay 200 manat olmaqlakirayə haqqı ödənilməli, həmçinin X9 hazır təmirli mənzillə təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə İddiaçı MMC-nin tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdehlərin qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan suiistifadə hesab olunur. Məhkəmə hesab edir ki, ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə cavabdehlərin mülkiyyətlərində olan mənzillərin əvəzinə, həmin mənzillərin yerləşdiyi yerdə mülkiyyətlərində olan sahələrə 15%-dən artıq sahəsi əlavə edilməklə mənzil sahələri ilə təmin edilmələri ədalətlidir və qarşılıqlı iddia tələbi üzrə iddiaçıların hər hansı hüquqlarını məhdudlaşdırmır. Məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ilkin iddia üzrə cavabdehlərə mülkiyyətində olan mənzillərin əvəzinə, mübahisəli evlərin yerləşdiyi yerdə yeni, tam təmirli, mövcud sahələrdən artıq sahəyə malik mənzillərlə təmin edilməsi daha məqsədəmüvafiq hesab olunduğundan, qarşılıqlı iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Eyni Məcəllənin 246.5-ci maddəsinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının məzmunundan məlum olur ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi bina ümumi görünüşə xələl gətirir, qəzalı vəziyyətdə olmaqla mövcud şəhərsalma normalarına cavab verməyərək uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, həmin mənzilin yerləşdiyi bina iki mərtəbəlidir və bu mənada əhalinin yerləşməsi baxımından da səmərəsizdir. Sərəncamdan həmçinin müəyyən edilir ki, rayonların renovasiya olunması bir tərəfdən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, digər tərəfdən artan əhali sayının yerləşməsi kimi məqsədləri daşıyır. Xüsusilə qeyd edilməlidir ki, bu zaman mənzillərin sahiblərinə söküləcək əvvəlki mənzillərinin ümumi sahəsindən ən azı 15%-dən artıq sahəsi əlavə etmək şərti ilə həmin yerdə tikiləcək binada yeni mənzil təklif olunur, inşaat prosesinin getdiyi dövrdə isə onlar köçürülmə xərci və kirayə haqqı ilə təmin edilirlər. Göründüyü kimi cavabdehlərə məxsus mənzilin alınmasında əsas məqsəd uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşmüş binanın əvəzində daha müasir və çoxmərtəbəli yeni binanın inşası, buna zərurət isə qəzalı binaların ölkə üçün sosial və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb etməsi olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normasına əsasən isə bu məqsədlər dövlət ehtiyaclarına aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. «X1rşı» işi üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübutetmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitiMPM-nin 124.1-cimaddəsinəəsasən, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi paylı mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestrinə əsasən ümumi sahəsi 273.2 m2 olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı evin qəzalı vəziyyətdə olması səbəbindən həmin evdə yaşayan sakinlərin mənzildən çıxarılması, ərazinin və evin və onunla əlaqəli bütün tikililərin tam boşaldılaraq aşağıdakı şərtlər qarşılığında sökülsün: - İddiaçı MMC tərəfindən Cavabdeh3 qızının divarın qalınlığı nəzərə alınmaqla ərazidəki B1 binasında ümumi sahəsi 64,79 m2 olan hazır təmirli mənzillə təmin edilsin; - İddiaçı MMC tərəfindən Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 hər birinin həmin ərazidə tikiləcək binasında divarın qalınlığı nəzərə alınmaqla – ümumi sahəsi 83,84 m2 olan təmirli mənzillərlə təmin edilsin və hazırkı ev təhvil verildiyi gündən hesablanmaqla, yeni mənzillə təmin ediləcəkləri günə qədər hər birinə, hər ay 200 manat kirayə haqqı ödənilsin; - İddiaçı MMC tərəfindən Cavabdeh1 tikiləcək binada divarın qalınlığı nəzərə alınmaqla ümumi sahəsi 64,79 m2 və 63,97 m2 olan təmirli mənzillərlə təmin edilsin və hazırkı ev təhvil verildiyi gündən hesablanmaqla, yeni mənzillə təmin ediləcəyi günə qədər Cavabdeh1 hər ay 400 manat kirayə haqqı ödənilsin; Cavabdeh mülkiyyətçilərinin əldə etdikləri yeni əmlaklara dair gələcəkdə çıxarışlarla təmin edilmələri üçün İddiaçı MMC tərəfindən tədbirlərin görülməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 50/51 saylı fərdi yaşayış evi söküldükdən sonra ona dair dövlət qeydiyyatı (reyestr nömrəsi **********91-10301) və çıxarışları ləğv edilsin və bu barədə müvafiq hərəkətlərin aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitiilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 qızının, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nə, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, FHN X2 Dövlət Agentliyinə qarşı “mülkiyyət hüquqlarının qorunması, ümumi paylı mülkiyyətdə olan yaşayış evinin həqiqi sahəsinə uyğun olan mənzillə (mənzillərlə) İddiaçı MMC tərəfindən təmin edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-346/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-346/2020
06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver