Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-346/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 70.000 manat; İddiaçı1 vurulmuş maddi zərərə görə 43.NN0 manat; İddiaçı2 vurulmuş maddi zərərə görə 45.350 manat; İddiaçı3 vurulmuş maddi zərərə görə 17.600 manat; İddiaçı4 vurulmuş maddi zərərə görə 37.400 manat və İddiaçı5 vurulmuş maddi zərərə görə 159.000 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 may N7-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər». Bu bəyanat barədə daha ətraflı iddia ərizəsində qeyd olunan yönləndirici üzrə tanış olmaq mümkündür. Bəyanatdan məlum olub ki, Azerbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 03 may N7-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi İlə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bu haqda iddia ərizəsində qeyd olunan linklər üzrə daha ətraflı məlumat əldə etmək mümkündür. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti «Tərtər işi» adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debətlara səbəb olur. İddiaçılar da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətdə olarkən N7-ci ilin may və iyun aylarında saxlanılıb və işgəncələrə məruz qalıblar. İddiçılann qanunsuz azadlıqdan məhrum edilməsi və ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 3 hökmü - Tərtər Hərbi Məhkəməsinin 1(09N)-7/N9 saylı, 31 yanvar N9-cu il tarixli, Tərtər Hərbi Məhkəməsinin 1(09N)-9/N9 saylı, 13 mart N9cu tarixli və Tərtər Hərbi Məhkəməsinin 1(09N)-6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur. İddiçılardan 5-nin də - İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 zərəçəkrriş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X26, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X15 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X1 Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin (X30 oğlunun sədrliyi ilə) 31 yanvar N9-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İddiçılardan birinin - İddiaçı2 zərərçəkmiş şəxs qismində tanındığı ikinci cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X2, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X16, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X12, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X4 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X22 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 13 mart N9-cu tarixli hökmünə əsasən (X30 oğlunun sədrliyi ilə) X2 6 il, X16 6 il, X12 5 il 6 ay, X4 6 il, X22 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaçılardan birinin - İddiaçı5 zərərçəkmiş şəxs qismində tanındığı üşüncü cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X19 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci tarixli hökmünə əsasən (X30 oğlunun sədrliyi İlə) X19 1.000 manat cərimə və 5 il müddətinə azadlığın məhdudlaşdirılması cəzasına məhkum edilib. Birinci iddiaçı - İddiaçı1 N6-cı ilin aprel döyüşlərindən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün Bərdə korpusuna müraciət etmiş, həmin ilin avqust ayında N saylı hərbi hissənin ikinci taborunda sürücü kimi xidmətə başlamışdır. İlkin mərhələdə ona «Qazel» markalı avtomobilin idarə edilməsi həvalə olunmuşdur. Daha sonra «UAZ» markalı avtomobil verilib, hadisələr baş verənə qədər ikinci taborun komandiri, polkovnik-leytenant Seymur Hidayətovun sürücüsü kimi xidmətini davam etdirib. N7-ci ilin may və iyun ayının əvvəllərində Tərtər rayonunun Marquşevan və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasında ağır işgəncələrə məruz qalıb. O, mütəmadi olaraq taxta parçaları, plastik borularla döyülüb, bədənin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilib, uzun müddət dizüstə dayanmağa məcbur edilib və s. (31 yanvar N9-cu İl tarixli hökmün 206-207-ci səhifələri). Məhkəmətibbi ekspertizasının 24 may NN-ci il tarixli 1264 saylı rəyindən görünür ki, İddiaçı1 bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır (31 yanvar N9-cu il tarixli hökmün 412-ci səhifəsi). İkinci iddiaçı - İddiaçı2 3 illik müqavilə bağlayaraq N6-cı ildə aprel döyüşlərindən sonra müddətdən artıq hərbi qulluqçu olaraq aşbaz vəzifəsində xidmət keçmək üçün könüllü olaraq yaşadığı ərazi üzrə Bərdə korpusuna müraciət edib, 45 günlük kursdan sonra Tərtərdə yerləşən N saylı hərbi hissənin ikinci taborunda aşbaz vəzifəsinə təyinat alaraq xidmətə başlayıb. N7-ci ilin may ayının 5-31-i tarixlərində ermənilərə işləmək ittihamı adı altında Tərtər rayonunun Marquşevan kəndlərində və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasının ikinci mərtəbəsində, həmçinin dəhlizdə əynində olan paltarı cırıb soyundurularaq ağır işgəncələrə məruz qalıb. O, günün müxtəlif saatlarında, o cümlədən gecə vaxtı arada fasilələr verilməklə davamlı şəkildə müxtəlif predmetlər, şlanq, plastik boru, o cümlədən əl və ayaq zərbələri ilə davamlı şəkildə döyülüb, bədəninə elektrik cərəyanı verilib, uzun müddət dizüstə dayanmağa məcbur edilib və s. Daha sonra isə 31 may N7-ci ildə xidməti uyğunsuzluq adı altında hərbi xidmətdən tərxis edilib (31 yanvar N9-cu il tarixli hökmün 197-19N-ci səhifələri). Məhkəmə-tibbi ekspertizasının 11 may NN-ci İl tarixli, 1153 saylı rəyindən görünür ki, «İddiaçı2 bədənində sağ qaşaltı nahiyənin və hər iki bilək nahiyəsinin yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. Sözügedən hadisələrdən uzun müddət keçdiyindən və bu xəsarətlərlə bağlı heç bir tibbi sənəd olmadığından onların yetirilmə aləti və əmələ gəlmə müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir. Lakin saxlanılmış bəzi morfoloji əlamətlərə əsasən, sağ qaşaltı nahiyənin yarasının sağalmış izi olan çapıq toxumanın bərk küt əşyanın (əşyaların), digər xəsarətlərin isə yüksək hərarətin yerli təsirindən, qərarın təsviri hissəsində göstərilən tarixlərdə və piqmentasiya sahələri bərk küt əşyanın (əşyaların), digərləri isə elektrik naqillərinin yerli kontakt termiki təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə yetirilmələri də mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 411-ci səhifəsi). Üçüncü iddiaçı - İddiaçı3 xx.xx.2007-ci tarixdə öz istəyilə ehtiyat zabit hazırlıq kursuna getmiş, müvafiq təlimləri alıb kursu bitirdikdən sonra leytenant rütbəsi alıb xidmətə başlamışdır. Bir sıra hərbi hissələrdə xidmət etmişdir, N il ərzində birinci ordu korpusuna tabe olan hərbi hissələrdə, o cümlədən N2-N4-cü illərdə Ağdamda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. N7-ci ilin may ayında işgəncə hadisələri baş verandə kapitan rütbəsində ikinci ordu korpusunun tabeçiliyində olan N saylı hərbi hissənin 3-cü taborunda tabor komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində işləyib. 10 may N7-ci ildən etibarən may ayı boyunca N saylı köhnə hərbi hissədə müəyyən fasilələr verməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub, taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə maye tökülüb, bədəninə davamlı elektrik cərəyanı verilib və s. (31 yanvar N9-cu il tarixli hökmün 159-160-cı səhifələri). Məhkəmə-tibbi ekspertizasının 16 may NN-ci İl tarixli, 11N9 saylı rəyindən görünür ki, «İddiaçı3 Məhərrəm oğlunun hər iki mil-bilək oynağı, sol said, hər iki ayaq pəncəsi, sol diz və sol baldır nahiyələrində termik yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. Tibb sənədlərində bu xəsarətlər barədə hər hansı qeydiyyat olmadığı üçün həmin izlərin əmələgəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək münkün deyildir. Lakin saxlanılmış bəzi morfoloji əlamətlərə əsasən demək olar ki, onlar elektrik naqillərinin yerli kontakt termiki təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə yetirilmələri də mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 412-ci səhifəsi). Dördüncü iddiaçı - İddiaçı4 N7-ci ilin 7 mayında Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın istintaq təcridxanasında, 1 saylı Bakı istintaq təcridxanasında, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanıb. NN-ci ilin yanvar ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3 cü maddəsi ilə təqsirləndirilib. Tərtər Hərbi Məhkəməsinin NN-ci ilin martında çıxarılmış hökmü əsasında həmin maddə ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və NN-ci ilin may ayının 4-də cəzanın çəkilməsi müddətinin bitməsi səbəbilə azadlığa çıxıb. 05 may - 07 may N7-ci il tarixləri arasında N saylı köhnə hərbi hissədə müəyyən fasilələr verməklə, lakin davamlı şəkildə, ilk öncə əllərini və görməməsi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurulub, taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə maye tökülüb, bədəninə, xüsusilə ayaqlarına və cinsiyyət orqanına davamlı və dəfələrlə elektrik cərəyanı verilib və s. (31 yanvar N9-cu il tarixli hökmün 200-N-ci səhifələri). Nəticədə İddiaçı4 bu işgəncələr qarşısında yuxarıda qeyd olunan cinayət əməllərini ona istinad edilməsinə şərait yaradan «etirafedici» ifadəni imzalamağa məcbur qalmışdır. Məhkəmə-tibbi ekspertizasının 07 iyul N7-ci İl tarixli, 256/42 saylı rəyindən görünür ki, «İddiaçı4 bədənində başın arxa-təpə nahiyəsində aşkar edilmiş çapıq-piqmentasiya və piqmentsizləşmiş sahələr həmin nahiyələrdə olmuş qançır və sıyrıqların izləri ola bilər. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, müddəti ekspertizanın keçirildiyi vaxtdan təxminən 1-2 ay əvvələ uyğun gələ bilər. İstər birlikdə, istərsə də ayrı-ayrılqda isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir» (31 yanvar N9-cu il tarixli hökmün 41N-ci səhifəsi). Beşinci iddiaçı - İddiaçı5 N2-ci ildə Ali Hərbi məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə 4-cü tabor, 12-ci bölükdə motoatıcı tağım komandiri olaraq xidmətə başlayıb. 6 ay burada xidmət etdikdən sonra N saylı hərbi hissənin N-ci bölüyündə xidmətini davam etdirib. N6-cı ilin aprel döyüşlərində iştirak edib. Həmin il onu xidmətini davam etdirmək üçün N sayılı hərbi hissəyə göndəriblər, birinci taborun ikinci bölüyündə tağım komandiri vəzifəsinə təyin olunub. Daha sonra N saylı hərbi hissənin ikinci taborunun 6-cı bölüyündə bölük komandiri vəzifəsində xidmət edib. N5-ci ildə baş leyterant rütbəsini alıb. İddiaçı5 N7-ci ilin may ayının 6-dan 12-dək Tərtər rayonu Marquşevan kəndindəki N saylı hərbi hissənin köhnə qərargah binasında və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binasında amansız işgəncələrə məruz qalıb. Onu ermənilərə işləməsini etiraf etməsi tələbi ilə mütəmadi olaraq müxtəlif predmetlərlə, o cümlədən şlanq, plastmas boru, qamçı, eləcə də əl-ayaq zərbələri ilə döyüblər, xüsusilə ayağının altına çoxlu zərbələr endiriblər, bədəninin müxtəlif yerlərinə xüsusilə, sinəsinə, cinsiyyət orqanına, dodağına, ayağına elektrik cərəyanı veriblər, sağ ayağının baldırına N yerdən 100-lük mismar batırıblar, bir neçə dəfə huşunun getməsinə baxmayaraq ayıldıb yenidən işgəncəyə davam ediblər (31 yanvar N9-cu il tarixli hökmün 203-204-cü səhifələri). N7-ci ilin 14 mayında Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın hospitalında (iddiaçının vəziyyəti ağır olduğu üçün o DTX-nin hospitalına aparılıb, burada bir neçə dəfə əməliyyat olunub və müalicə edilib), istintaq təcridxanasında, 1 saylı Bakı İstintaq Təcridxanasında, Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılıb. NN-ci ilin yanvar ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilib. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən Əhməd Sarıyev) 0N aprel NN-ci il tarixli hökmü əsasında həmin maddə ilə 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və NN-ci ilin aprel ayının 14-də cəzanın çəkilməsi müddətinin bitməsi səbəbilə azadlığa çıxıb. Məhkəmə-tibbi ekspertizasının 24 iyun N7-ci il tarixli, 255/12 №-li rəyindən görünür ki, «İddiaçı5 bədənində döş qəfəsinin arxa səthində 7 ədəd, yuxarı sahələrdə 3 ədəd və aşağı ətraflarında 10 ədəd piqmentasiya sahələri aşkar edilmişdir, hansılar ki, həmin nahiyələrdə olmuş qançırların izləri ola bilər. Xarakterinə görə bu xəsarətlər bərk küt əşyaların təsirindən törənməklə, əmələ gəlmə müddətləri şəxsin məhkənə-tibbi ekspertizasından 1-2 ay əvvəl törənməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur» (31 yanvar N9-cu il tarixli hökmün 417-ci səhifəsi). Göründüyü kimi, şərti adı «Tərtər işi» adlanan cinayət işi çərçivəsində iddiaçılar qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilib və N7-ci ilin may - iyun aylarında, bəzən isə sonrakı tarixlərdə də onlara amansız işgəncələr verilib, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunublar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Onlar hər biri mənəvi ziyana görə ayrı-ayrılıqda 50.000 manat (cəmi 250.000 manat) tələb edir. Maddi ziyana görə isə iddiaçıların hər biri aşağıdakı təzminat məbləği tələb edirlər: Birinci İddiaçı1 xidmət dövrünün son ayı üzrə 673 manat əmək haqq alıb. Onun MAXE olaraq bağladığı müqavilənin müddəti N9-cu ilin avqust ayında bitəcəkdi. Ancaq, N7-ci ilin may ayında amansız işgəncələrə məruz qalmasından sonra N7-ci ilin avqust ayında hərbi xidmətə uyğunsuzluq bəhanəsi ilə tərxis edilib. Son əmək haqqını N7-ci ilin avqust ayında alıb. Beləliklə o, N7-ci ilin avqust ayından N9-cu ilin avqust ayına kimi, ümumilikdə 24 aylıq qazancından məhrum olub. Bu isə 16.152 manat edir (24 ay x 673 = 16.152). Eyni zamanda, iddiaçı növbəti 3 illik müqavilə bağlanmasından və N9-2022-ci illər arasında əldə edə biləcəyi potensial qazancından da məhrum olub. Bu isə, 24.22N manat edir (36 ay x 673 = 24.22N). O, hərbi xidmətdən tərxis olunduqdan sonra səhhətində yaranmış problemlərlə (bədənindəki yaralar, cinsəl problemlər, ürək xəstəliyi, davamlı əsəb pozuntuları və s.) bağlı müalicə almalı olsa da, maddi imkanın çatışmazlığı səbəbilə bunu həyata keçirə bilməyib. Hal-hazırda sırf cinsi xəsarətlərinin müalicəsinə 3.500 manat tələb olunur. Bəzi kiçik müalicə xərclərini özü təmin edə bilib. Bununla bağlı sənədləri məhkəməyə təqdim edəcək. İddiaçı hazırda başına gətirilən işgəncə səbəbilə taksi sürücülüyündən başqa digər növ əmək fəaliyyətləri ilə məşğul ola bilmir. Anası və atası onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə alıblar. Həyat yoldaşı və uşaqları psixoloji gərginlik keçirib; iddiaçının ümumi maddi ziyana görə tələbi 43.NN0 manat təşkil edir. İkinci İddiaçı2 müddətdən artıq hərbi xidmət hərbi qulluqçu kimi 3 illik müqavilə bağlayıb. Müqaviləsinin müddəti N9-cu ilin avqust ayına kimi idi. Aylıq əmək haqqı məbləği N90 manat təşkil edib. O, sonuncu dəfə N7-ci ilin aprel ayının əmək haqqını alıb. Beləliklə, amansız işgəncələr səbəbilə xidməti uyğunsuzluq adı altında tərxis olunması səbəbilə 15 aylıq qazancından məhrum olub. Bu isə 13.350 manat edir (15 ay x N90 = 13.350). Eyni zamanda, o, hərbi sistemdə qalıb xidmətini davam etdirmək istəyirdi. Bununla da, iddiaçı növbəti 3 illik müqavilə bağlanmasından və N9- 2022-ci illər arasında əldə edə biləcəyi potensial qazancından da məhrum olub. Bu isə, 32.040 manat edir (36 ay x N90 = 32.040). İddiaçı maddi imkan yetərsizliyi səbəbindən müalicəni ev şəraitində alıb. Hal-hazırda onda əsəb pozğunluğu, davamlı şəkildə əllərin əsməsi, yaddaş zəifliyi yaranıb. Anası və atası onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə alıblar. Həyat yoldaşı və uşağı psixoloji gərginlik keçirib; iddiaçının ümumi maddi ziyana görə tələbi 45.350 manat təşkil edir. Üçüncü İddiaçı3 2007-ci ildən 2027-ci ilə qədər müddəti olan müqavilə ilə zabit kimi xidmət etmişdir. Ona qarşı cinayət əməlindən öncə son əmək haqqını N7-ci ilin aprel ayında alıb və bu 1.N00 manat təşkil edib. N7-ci ilin may ayında aldığı əmək haqqının məbləği isə cəmi 200 manat olub ki, bu da nəticə etibarilə həmin ay üçün əmək haqqının 1600 manatlıq hissəsindən məhrum edilmə deməkdir. Məruz qaldığı işgəncələr səbəbilə səhhəti ilə bağlı N.000 manat məbləğində müalicə alıb. Bu məbləği yaxınlarından borc kimi əldə etdiyindən sonrakı müddətlərdə həmin borcun qaytarılması üçün bankdan kredit götürmək məcburiyyətində qalıb və bunun nəticəsində ona dəymiş maddi ziyan iki qat - yəni 16.000 manat civarında olub. 2020-ci il 44 gün davam edən Vətən müharibəsində iştirak edərək yaralanıb. Halhazırda 1N1 saylı hərbi hissənin mayor rütbəli zabiti olaraq Şuşada xidmət edir. İddiaçının ümumi maddi ziyana görə tələbi 17.600 manat təşkil edir. Dördüncü İddiaçı4 - hadisələr baş verən zaman iddiaçı MAXE olaraq xidmət müqaviləsi əsasında xidmət göstərirdi. Aylıq əmək haqqı məbləği 1.250 manat idi. Ən son əmək haqqını N7-ci ilin aprel ayında almışdır. İddiaçı həmin tarixdən etibarən NN-ci ilin avqust ayına qədər (N saylı hərbi hissədə yenidən xidmətə başlayana qədər) yəni, 16 aylıq faktiki qazancından məhrum olmuşdur. Bu isə 20.000 manat edir. Məruz qaldığı işgəncələrlə bağlı azadlığa çıxdıqdan sonra çəkdiyi müalicə xərcləri 1.500 manat təşkil edir. Valideynləri ağır psixoloji iztirab keçirib, xüsusilə anası 2 dəfə infarkt keçirdikdən sonra 26 oktyabr NN-ci ildə dünyasını dəyişib. Amansız işgəncələr səbəbilə imza etdiyi etirafedici ifadə ilə qanunsuz olaraq 1 il müddətində azadlıqdan məhrum olunub. Həbsi ilə əlaqədar, sələmçidən 15.000 manat borc alıb. Həmçinin azadlıqdan məhrum edildiyi üçün «Azərbaycan Beynəlxalq Bankı» Tərtər filialına və «Molbulak» BOKT-yə olan kredit borclarını vaxtında ödəyə bilməmiş və həbsi ilə əlaqədar səlahiyyətli dövlət orqanları bankı məlumatlandırmadığı üçün kredit borcu üzərinə 900 manat faiz yaranıb. Kreditlə əlaqədar sənədlərini məhkəmə iclasında təqdim edəcək. İddiaçının ümumi maddi ziyana görə tələbi 37.400 manat təşkil edir. Beşinci İddiaçı5 - zabit olaraq 200N-202N-ci illəri əhatə edən 20 illik müqavilə əsasında xidmət göstərirdi. Vəzifəsi üzrə aylıq əmək haqqı 1.200 manat təşkil edirdi. Son dəfə əmək haqqını N7-ci ilin aprel ayında alıb. Məruz qaldığı işgəncələrin onda yaratdığı psixoloji, fiziki və mənəvi sarsıntıları səbəbilə o, işə geri dönmək istəməmişdir. Belə ki, o azadlığa çıxdıqdan sonra Müdafiə Nazirliyindən nümayəndələr gəlib Xəlilova işə dönməsini təklif etmişlər. İddiaçı yaşadığı amansız işgəncələrdən sonra bildirmişdir ki, «siz məni elə hala saldınız ki, məni o formadan iyrəndirdiniz, mən xidmətində fərqlənmiş bir hərbçi idim, verdiyiniz qiymət bu oldu». Bundan sonra sənədlərini hazırlayıb xidməti uyğunsuzluq adı ilə təxris etmişlər. Kadrlar şöbəsi Xəlilovu təhdid edərək qarşısına şərt qoyub ki, ya hərbi biletdə yazacaqlar ki, tutulduğuna görə tərxis edilir, ya da sadəcə xidməti uyğunsuzluq səbəbini qeyd edəcəklər. O isə çarəsizlikdən xidməti uyğunsuzluğu seçmişdir. Heç şübhəsiz ki, ona qarşı bu cinayət baş verməsə idi, ömrünün geri qalanını hərb sahəsində keçirməyə razı idi. O, 11 illik (132 aylıq) qazancından məhrum olub. Bu isə 15N.400 manat edir (132 ay x 1.200 = 15N.400). İşgəncə səbəbilə 500 manat müalicəsinə xərcləyib. İddiaçının ümumi maddi ziyana görə tələbi 15N.900 manat təşkil edir. İddiaçılar müayinə və müalicə olunmaları ilə bağlı müvafiq sübutları məhkəmə iclasında təqdim edəcəklər. İddiaçılara fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilib, həbs edilib, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bu günədək azadlıqdadır. Zərər çəkmiş şəxs qismində tanındıqları cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış ediblər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçiriblər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra həbi hissələrin əraziləri (N saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilib. Bu səbəbdən də, onların gördüyü qanunazidd fəaliyyətə görə məsulyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir. İddiaçıların cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində onlara vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 6N-cı maddəsindən, İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın (bundan sonra Konvensiya) 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) presedent qərarlarından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 36-cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1001-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 199N-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N9-cu il, 29 yanvar 2020-ci il tarixli və 13 mart N9-cu il tarixli hökmlərindən, eləcə də bəzi iddaçılara münasibətdə CMnin 274-cü maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsi barədə qərarlardan irəli gəlir. Konstitusiyanın 6N-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konvensiyanın 5-ci maddəsinin 5-ci bəndinə görə, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya hebsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var (Steel və başqaları Birləşmiş Krallığa qarşı, 23 sentyabr 199N, paraq. N1, Neçporuk və Yonkalo Ukraynaya qarşı, 21 aprel N1, paraq. 22N-229). AİHM-in mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlib. AİHM-in «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 19N5-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. CPM-nin 7.0.36-cı bəndinə görə, zərər - cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin ... vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Məcəllənin 36.2-ci maddəsinə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş ... qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki, və maddi ziyan ödənilməlidir. 56.0.5. qanunsuz həbs olunmuş şəxs ... cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir; Məcəllənin 5N.3.1-ci maddəsinə görə, kompensasiya həmçinin (şəxsin) məhrum olduğu əmək haqqı... və başqa gəlirlərə görə verilir. 40.59.1.1. ...əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq; Həmin Məcəllənin N7.6.1N-ci macdəsinə əsasən zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq hüququ var. Məcəllənin N7.6.19cu maddəsinə görə, həmçinin zərər çəkmiş şəxs ... cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq hüququna malikdir. CPM-nin 1N9.0-cı maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi aşağıdakılarla müəyyən olunur: 1. məhkəmənin hökmü ilə; 2. cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə. Məcəllənin 191.1-ci maddəsinə əsəsən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Mülki Məcəllənin 1101-ci maddəsinin tələbinə əsasən ... cinayət məsuliyyətinə qanunsuz cəlb etmə... nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması (1-ci maddəsinin 5-ci bəndi) və şəxsin barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi (1-ci maddənin 7-ci bəndi) nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilməlidir. Sözügedən Qanunun 6-cı maddəsinə görə, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin ... hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 13. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyanın ödənilməsi: Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan bu Qanuna müvafiq olaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 fevral 200N-ci il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı İnsanın aradangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Qərara əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar və 13 mart N9-cu il tarixli və 29 yanvar 2020-ci il tarixli hökmlərində iddiaçılar zərərçəkmiş şəxs qismində proses iştirakçısı qismində göstərilib və onların N7-ci ilin may və iyun ayında qanunsuz həbsi və amansız işgəncələrə məruz qalması öz əksini tapıb. Eyni zamanda, iddiaçılardan ikisinə - İddiaçı5 və İddiaçı4 qarşı Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə başlanmış cinayət işinə cinayat təqibi gedişində CPM-nin 39.2-ci maddəsi ilə (təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda) xitam verilib. Bununla bağlı istintaq orqanı tərəfindən qəbul edilmiş qərarların surətlərinin əldə edilməsi üçün vəkil sorğusu verilib, həmin sübutlar əldə ediləcəyi təqdirdə məhkəməyə təqdim ediləcək. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq mülki işi baxılmamış saxlayıb, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ərizələrinə əsasən mülki iş onlara dair hissədə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq Məhkəmənin 2(006)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Sonradan, iddiaçılar İddiaçı5 və İddiaçı4 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 14 may N7-ci il tarixdə İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə itəqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ttiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. Eyni zamanda 17 may N7-ci il tarixdə Tərtər hərbi prokuroru olmuş Fuad Məmmədov tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. 12 avqust N7-ci il tarixdə İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 06 sentyabr N7-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı5 həbsdə saxlanılma müddəti 4 ay olmaqla 14 yanvar NN-ci il tarixədək, 22 dekabr N7-ci il tarixdə isə onun həbsdə qalma müddəti daha 4 ay olmaqla 03 iyun NN-ci ilə qədər uzadılmışdır. 29 yanvar NN-ci il tarixdə İddiaçı5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə davam edən iş üzrə ibtidai istintaq 15 fevral NN-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 30 mart NN-ci il tarixli hökmünə əsasən İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.N, 391.N və 391.N.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 mart NN-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 12 mart NN-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 1N aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Nəriman Nərimanlıya həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsinin ləğv olunması əsas götürülərək 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 07 may N7-ci il tarixdə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 29 avqust N7-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı4 həbsdə saxlanılma müddəti 04 yanvar NN-ci ilə qədər uzadılmışdır. 25 yanvar NN-ci il tarixdə İddiaçı4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar NN-ci il tarixdə İddiaçı4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. 15 fevral NN-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 02 aprel NN-ci il tarixli hökmünə əsasən İddiaçı4 CM-nin 331.3cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.N, 391.N və 391.N.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş, apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 02 aprel NN-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 13 mart NN-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 1N aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Rəhim Hüseynliyə həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsindən həmin Məcəllənin 329.2.1 və 329.2.2-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə iddiaçılar İddiaçı5 və İddiaçı4 qarşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin həm 274-cü, həm də müvafiq olaraq 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) və 329.2.1 və 329.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı5 əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 14 may N7-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 may N7-ci ildən 14 aprel NN-ci ilə qədər, yəni 11 ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı5 cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni N7-ci ilin may ayında baş leytenant rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq 200N-ci ildən hesablanmaqla 202N-ci ilə qədər 20 illik müqavilə əsasında N saylı hərbi hissədə xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını N7-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1200 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən N7-ci ilin 14 may tarixindən 11 ay müddtində, yəni 14 aprel NN-ci il tarixə qədər, habelə İddiaçı5 azadlığa çıxdıqdan sonra NN-ci ilin 17 may tarixində xidmətə uyğunsuzluqla ehtiyata buraxıldığından zabit kimi xidmətdə qalmalı olduğu 10 il 3 ay müddətində, yəni 20 illik müqavilənin bitdiyi xx.xx.202N-ci ilə qədər faktiki aylıq qazancından məhrum olub. Bu isə 175.200 manat edir (1.200 x 146 ay = 175.200). İddiaçı5 vurulmuş mənəvi zərərə görə isə 100.000 manat tələb edir. İddiaçı4 əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 07 may N7-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş 07 may N7-ci ildən 07 may NN-ci ilə qədər, yəni 12 ay ərzində həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı4 cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni N7-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını N7-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği N00 manat olmuşdur, iddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən N7-ci ilin 07 may tarixindən N7-ci ilin iyun ayına qədər, yəni 13 ay ərzində faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 10.400 manat edir (N00 x 13 = 10.400). İddiaçı4 vurulmuş mənəvi zərərə görə isə 100.000 manat kompensasiya tələb edir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı5 vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 175.200 manat, cəmi 275.200 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona, digər İddiaçı4 vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 10.400 manat, cəmi 110.400 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsindən aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 barələrində qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin müvafiq hökmlərini və buna müvafiq olaraq tətbiq olunmuş azadlıqdan məhrumetmə cəzasının qanunsuz olduğunu hesab edərək bu əsasda onlara vurulmuş maddi və mənəvi ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarından göründüyü kimi, iddiaçılar istintaq hərəkətlərinin aparılması və çıxarılan hökmlər ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişlər. Hesab edirlər ki, həmin iddia tələbləri rədd edilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyan aşağıdakı hallarda ödənilməlidir: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.N və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Lakin işin hallarından da göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 barələrində azadlıqdan məhrumetmə cəzasının qəbul edilməsi barədə qərarlar ləğv edilməmişdir. Bu səbəbdən, iddiaçıların vurulmuş ziyanın ödənilməsi barədə tələbin hüquqi əsası mövcud deyildir. Digər tərəfdən qeyd edirlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: «Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.» Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 200N-ci il tarixli 7 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçılar mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tərtər Hərbi Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 1207 saylı məktubundan görünür ki, xx.xx.N9-cu il tarixli 1(09N)-7/N9 saylı, xx.xx.N9-cu il tarixli 1(09N)-9/N9 saylı və xx.xx.2020-ci il tarixli 1(09N)-6/2021 saylı cinayət işləri Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 oktyabr 2021-ci il tarixli 01/756 saylı məktubuna əsasən 07 oktyabr 2021-ci il tarixli 1147 saylı məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş Tərtər Hərbi Məhkəməsinin 31 yanvar N9-cu il tarixli 1(09N)-7/N9 saylı hökmündən; Tərtər Hərbi Məhkəməsinin 13 mart N9-cu il tarixli 1(09N)-9/N9 saylı hökmündən; Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 1(09N)-6/2020 saylı hökmündən; Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, iddia ərizəsində iddiaçılar İddiaçı5 və İddiaçı4 qeyd etdikləri xüsusatlar doğrudur. Hər iki iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdikləri kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşlar. X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Psixoterapevtik müayinə haqqında Rəydən görünür ki, İddiaçı4 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı4 həm həbs müddətində, həm də həbs müddəti başa çatdıqdan sonra, getdikcə psixoloji vəziyyəti ağırlaşmış; yuxuları pozulmuş, yaxın və doğma insanları ilə münasibətdə aqressiv davranışları artmışdır. Hal-hazırda ünsiyyət sahəsində çətinlik yaşamaqdadır, emosional vəziyyəti stabil deyil, qəzəbli reaksiyalarına nəzarətində çətinliklər yaşayır. Həbs olunduğu dövrdə yaşadığı hadisələrin xatirələri onu narahat edir. Həmçinin, yaşadığı hadisələrin detallarını dəqiqliklə xatırayır və həmin hadisələri danışdıqda oyanıq emosional reaksiyalar verir. Bu psixi travmanın kəskin stres mərhələsində olduğunu və psixoloji cəhətdən təbii sağalma mərhələlərinin getmədiyini göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac var. X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Psixoterapevtik müayinə haqqında Rəydən görünür ki, İddiaçı5 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı5 aldığı işgəncələrdən sonra kəskin formada əsəb sistemi pozulub, tez-tez əsəbləşir, hirslənir, qorxulu yuxular gördüyü üçün tez-tez oyanır. Yuxusu natamamdır. Əhvalruhiyyəsi sabit deyil. Əsəbləşəndə aqressiv ola bilir. Emosional davamsızdır. Həyəcan, təşviş keçirir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac var. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında müstəntiq Rəhim Hüseynli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı4 Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibinin olmamasına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında müstəntiq Nəriman Nərimanlı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı5 Azərbaycan Respublikası CM-nin 329.2.1 maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibinin olmamasına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. "xxxx" ASC Şəki rayon filialından ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı5 aylıq maaşı ortalama 1200 manat təşkil edir. "xxxx" ASC-dən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı4 aylıq maaşı təxmini ortalama N00 manat təşkil edir. Bundan başqa, İddiaçı4 iş materiallarına əlavə edilmiş sərbəst izahatında qeyd etmişdir ki, 2002-2004-cü illərdə N saylı hərbi hissədə əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. N1-ci ilin aprelində Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə MAXE kimi xidmət etmək üçün müraciət etdi. Müraciəti müsbət qiymətləndirildi və 3 aylıq kursdan sonra N saylı hərbi hissədə təsərrüfat manqa komandiri aşbaz vəzifəsinə təyinat aldı. N5ci ilin sentyabrında ailə vəziyyəti ilə bağlı öz müraciəti əsasında Tərtərdə yerləşən N saylı hərbi hissəyə eyni vəzifədə keçdi. Xidmətini ikinci taborun dayaq məntəqəsində davam etdirdi. Ona qarşı cinayət əməlləri törədilərkən bu vəzifədə olmuşdur. N7-ci ilin əvvəlində (1-2 may tarixlərindən biri) taborda məlumat verildi ki, taborun bütün şəxsi heyəti Goran poliqonuna təlimə gedir. O da şəxsi heyətlə birlikdə poliqona getdi. Mayın 5-də tabor komandiri, kapitan X1N poliqonda taborun şəxsi heyətinə düzülüş verdi. Kapitan Süleymanov onun, baş leytenant Məmmədov Bəşirin və leytenant Təmkin Nizamioğlunun adını çəkdi, dedi önə çıxın, N saylı hərbi hissə komandiri Teymur Məmmədov sizi təltif etmək üçün çağırır. Onu otuzdurdular 07 markalı maşına. Sürücü MAXE idi, yanında oturan isə tanımadığı mayor idi. Sağ tərəfində oturan gizir idi, sol tərəfində oturan isə MAXE idi. Soruşdu ki, onu hara aparırlar? Heç biri heçnə demədi. Məmmədov Bəşir və Təmkin Nizamioğlunu birlikdə UAZ markalı avtomobilə otuzdurdular, kapitan Süleymanov da həmin maşında qabaq oturacaqda əyləşdi. Tərtərin Mərquşavan kəndinə artıq çatmışdılar, qarşılarına yolda qoyulmuş xüsusi bir post çıxdı, onlardan öndə UAZ saxladı, onun içində olduğu 07 markalı maşın isə UAZ-ın araxasında dayandı. Onların maşınında oturan mayor gedib UAZ-da oturan kapitan Süleymanovla nəsə danışdı, gəlib yanındakılara əmr verdi ki, maşından düşürün, gözlərini bağlayın. Maşından düşdülər, yanındakı gizir və MAXE onun kitelini və futbolkasını çıxartdı, futbolka ilə gözlərini bağladılar. Dedi ki, təltif budur? Mayor dedi ki, sən vətən xainisən, o da cavab verdi ki, vətən xaini sənsən. O da ona dedi ki, içərdə görərsən kimdi vətən xaini. Yenidən maşına otuzdurdular, Mərquşavanda köhnə hərbi hissəyə gəldilər çatdılar (bunu sonradan öyrəndi). Orada binaya girdilər, onu N saylı hərbi hissənin keçmiş komandiri, həmin dövrdə korpus komandirinin müavini polkovnik Qiyas Abbasov gördü, başını qaldırdı yuxarı, gözlərini açdı və sən nə gəzirsən burada dedi. Dedi: - Cənab polkovnik, mən də başa düşə bilməmişəm ki, niyə gətirilmişəm. Fəxri fərman veriləcək sizə, deyib, götürüb gətirdilər. Narazı şəkildə başını yellədi, asta səslə: - Gör kimləri bədbəxt edirlər- dedi və getdi. Maskalı şəxslər gözünü yenidən bağladı, onu qaldındılar ikinci mərtəbəyə, saldılar bir otağa, botinkalarını və əynində qalan paltarları çıxartdılar, əlləri, ayaqları bağlandı, bağlı olan gözlərini bir az da sıxdılar. Başladılar ona deməyə ki, sən vətən xainisən. Arxadan təpiklə vurdular, başı dəydi divara. Əlini bağlayarkən elə sıxmışdılar ki, ip dərisinin içinə girmişdi. Gecəni orada qaldı, nə yemək, nə də içməyə su verirdilər. Tualetə getməyə də icazə verilmirdi. Səhər qapının ağzından biri adını çəkdi, dedi ki gəl bura, dedi: - əlim, qolum gözüm bağlı necə gəlim ora?! Gəlib girdilər qoluna, sürüyərək köhnə hərbi hissə komandirinin otağına apardılar. Otağa girdi, oturdular ortada onu. Gözünü açdılar. MAXE Allaherdiyev Anar otaqda idi. Korpus komandiri Hikmət Həsənovu da gördü, əlində plastik boruyla oturmuşdu. Allahverdiyev Anara dedilər ki, danış, o da dedi ki, İddiaçı4 onun toyunda UAZ-ın içində düşmən tərəfin hərbiçilərilə içki içirdi. Bunu eşidən kimi şoka düşdü, dedi ki, yalan danışırsan, yalan danışma. Bunu deyən kimi, otaqdakı maskalılar, korpus komandiri daxil, təpiklə, borularla, bel sapıyla başına, bədəninə vurmağa başladılar. O qədər vurdular ki, başı ortadan yarıldı, qan gəlməyə başladı. Dedi ki, boynuna heçnə qoya bilməziniz, qanunda yoxdu belə bir şey. Onu gətirdilər eletrik verilən otağa. Orada ağzının içinə, boynuna, baldırına və cinsi orqanıma elektrik naqilini qoşub elektrik verdilər. Elektrik verən kimi sol ayağından ət parçası qopub düşdü. Bununla belə elektrik verməyə davam edirdilər. Bir ara plastik torbanı başına salıb, içinə su töküb boğurdular. Bir müddət belə işgəncədən sonra özündən gedib, nə deyib, nə ediblər ona heç nə xatırlamır. Gözünü açanda ona dedilər ki, Tərtər hərbi prokurorluğundadır. Orada kapitan rütbəsində müstəntiq var idi - Şahin Əsədov. Çox pis halda idi, başının da üstündə 3 maskalı və silahlı şəxs qoymuşdular. Müstəntiq dedi ki, Mərqüşəvanda dediklərini təkrarla. Dedi: - Özündə olmamışdır, xatırlamır. Onu maskalı şəxslər yenidən döyüləcəyi ilə və ailəsinin də məsuliyyətə cəlb ediləcəyi ilə bağlı hədələdilər. Nəticədə dediklərini təkrarladı və yazılan izahata imza atdı. İzahatı hazırda xatırlamır və bu izahatı öz iradəsinin əleyhinə imzalamışdır. Bundan sonra onu Tərtər hərbi məhkəməsinə gətirdilər. Hakim nə etdi, nə dedi anlamadı, bir kağız verdilər, imzalatdırdılar və hakim dedi ki, sənə 4 ay istintaq dövrü üçün həbs verilir. Onu döyə-döyə pilləkəndən aşağı endirdilər. Qolundan ayağının ucuna qədər bədəni döyülməkdən qaralmışdı. Onu üzü aşağı maşının döşəməsinə bağlayıb o vəziyyətdə Bakıya gətirdilər. Gecə idi, bir binaya, oranın da zirzəmisinə saldılar. Bir nəfər ona yaxınlaşıb dəyənəklə vurdu, satqın oğraş dedi. Liftə mindilər, 6-cı mərtəbəyə çatana qədər dayanmadan döydülər. Onu ikinci kameraya saldılar. Yerdə yatdı. Səhər yemək paylayan gəldi, vətən xaini deyib yeməyi önünə atdı, o qədər halsız idi ki, bir cümlə də deyə bilmirdi. O gün yenə komaya düşdü. Ayılanda gördü ki qolunu açıblar. Kameradakı kranta doğru getdi dayadı ağzı, paslı su gəlirdi, amma dayanmadan içdi. O gün səhərə qədər qan qusdu. Heçkimin ondan xəbəri yox idi. N7-ci il sentyabrın 1-ə qədər burada qaldı, artıq öyrənmişdi ki, bura Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasıdır. Sentyabr ayının 1-də onu Kürdəxanıda Bakı İstintaq Təcridxanasına gətirdilər. Orada da NN-ci il fevral ayının 23-ə qədər qaldı. Nə vaxt olduğunu xatırlamır, amma Kürdəxanı idi, müstəntiqlə vəkil gəlib evlə danışa biləcəyini dedilər. Zəng etdi evə, ilkin olaraq anası götürdü, qəhərdən danışa bilmədi, sonra yoldaşı götürdü, onunla birtəhər danışa bildi. Ondan uzun müddət xəbərsiz qaldığı üçün anası infarkt keçirmişdi. Daha sonra onu gətirdilər Gəncəyə apardılar. NN-ci il mart ayının 2-də onu Tərtər hərbi məhkəməsinə apardılar. Orada dedilər: - Səndən 274-cü maddəni götürürük, əsgərə təzyiq göstərmisən kimi qeyd edib, o maddəni verəcəyik sənə, bir il yatıb çıxarsan. Dedi: - ədalətsizlikdir bu, mən əsgərimlə həmişə yaxşı keçinmişəm. Dedilər: - yox, bir maddə ilə yatmalısan, ən uyğunu da budur. Hazırlıq iclasından sonra onu yenidən X7 göndərdilər. İkinci məhkəmədə, əsgər və şəxsi heyətdən hərbiçiləri şahid kimi dindirdilər. Hamısı bir nəfər kimi, onun lehində danışdılar. Hətta daha əvvəl əleyhinə ifadə vermələri üçün onlara təzyiq olunduğunu dedilər. Tez vaxtda ailəsilə qovuşdurulmağını məhkəmədən xahiş etdilər. NN-ci il may ayının 4-də təcridxananın Rəşad adlı əməkdaşı gəlib dedi ki, əmrin gəlib, gedirsən. Təcridxanadan çıxdı, qardaşı, həyat yoldaşı və gəlinləri qarşılamağa gəlmişdilər. Maşında qardaşı dedi ki, onu da eyni vaxtda tutub döyüblər, işgəncə veriblər, deyiblər ki, qardaşın erməniyə işləyib, 300 nəfər hərbçini zəhərləyib. Ona da olmazın işgəncə verilib. Bu hadisə onun tutulmağından sonra baş verib. Gəncədə həbsdən çıxıb evə gəldilər. Bir ilə yaxın əlverişsiz şəraitdə yaşamağına və gördüyü ağır işgəncələrə baxmayaraq heç bir müalicə almadı. Onu sərəncama vermişdilər. Çıxdıqdan 5-6 gün sonra korpus komandiri Hikmət Həsənov, müavini, polkovnik Səmidli Babək və hərbi hissə komandiri, polkovnik Teymur Məmmədov onu Tərtərin İsmayılbəyli kəndində N saylı yeni hərbi hissəyə çağırıb görüşdülər, harda işləmək istəyirsən, deyə soruşdular. Dedi: - o, Tərtərdə işləmək istəmir, burda ona qarşı gördüyü ədalətsizliklərdən və şərəfsizlikdən dolayı. Elə bu şərəfsizliklərə inad olaraq N7-ci ildə xidmətə geri qayıtdı. İsmaylbəyliyə çağırılanda, Teymur Məmmədov yaxınlaşdı, bir səhvdi oldu dedi. Lakin o, dedi: - Olan işdi, amma anam iki dəfə infakt keçirdi, onun sağlığı necə qayıdacaq?! Anasıa qarşı xüsusi qayğısı var idi, infarktdan sonra müntəzəm müalicəsi üçün pul ayırırdı. Çıxdıqdan sonra 15.000 manat içəridə olmağından qaynaqlı olaraq faiziylə bərabər borcu var idi sələmçiyə, onu hal-hazırda endirib 5000 manat edib. Tutulanda Azərbaycan Beynəlxalq Bankının Tərtər filialına və Molbulak bank olmayan kredit təşkilatına kredit borcu var idi, içəridə olduğu üçün, ödəmə olmayıb, faiz olduqca şişmişdi, 900 manatdan çox pul verib fazini bağlamışdı. Bununla bağlı müvafiq sənədləri təqdim edəcək. Banka və kredit təşkilatına sual verdi ki, o tutulmuşdu, niyə araşdırıb ona görə iş görmürlər? Dedilər ki, məhkəmədən kağız gəlməli idi, gəlməyib. X21 dedi ki, tam olaraq haranı istəyirsən, o dedi ki, N saylı hərbi hissədə xidmət etmək istəyir. NN-ci il avqust ayının N-də 70N sayılı hərbi hissədə xidmətə başladı, hal-hazırda da orada aşbaz vəzifəsində işləyir. Vətən müharibəsində iştirak edib, müharibə zamanı bir müddət evlə əlaqə saxlaya bilmədi. Bu günlər ərzində anası həyəcanlandı və 2020-ci il oktyabrın 26-da dünyasını dəyişdi. Həmçinin İddiaçı5 sərbəst izahatında bildirmişdir ki, o, 2005-ci ildə Cəmşid Naxçivanski adına Hərbi Liseyə daxil olmuşdur, 200N-ci ildə oranı bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdur. İkinci kursdan sonra bölgüdə motoatıcı hissəyə düşmüşdür. N2-ci ildə Ali Hərbi məktəbi bitirdikdən sonra, bir il Müdafiə Nazirliyinin Təlim- Tədris Mərkəzində təkmilləşdirmə kursu keçmişdir. Kursu bitirdikdən sonra N3-cü ildə N sayılı hərbi hissədə 4-cü tabor, 12-ci bölükdə motoatıcı tağım komandiri olaraq xidmətə başlamışdır. 6 ay burada xidmət etdikdən sonra N sayılı hərbi hissənin N-ci bölüyündə xidməti davam etdirmişdir. N6-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Həmin il o, xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərildi, birinci taborun ikinci bölüyündə tağım komandiri vəzifəsinə təyin olundu. Daha sonra N saylı hərbi hissənin ikinci taborunun 6-cı bölüyündə bölük komandiri vəzifəsində xidmət etmişdir. N5-ci ildə baş leytenant rütbəsini almışdır. N7-ci ildə aprel ayının sonlarında bizim hərbçilərin erməniyə işləməsi ilə bağlı söz-söhbət yeni yayılmağa başlayarkən N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Ələsgərov bütün bölük komandirlərini, o cümlədən onu Tərtərin Cəmilli kəndinə yığdı. Onlara tapşırdı ki, içlərində satqınlar var, ətraflarına qarşı diqqətlə yanaşsınlar. Bu hadisədən sonra N7-ci il may ayının 5-də saat təxminən 11-12 radələrində onun bölüyündə olan tağım komandiri, leytenant XN hərbi hissə komandiri çağıtdırdı, getdikdən sonra ondan axşama qədər xəbər ala bilmədi, telefonu da bağlı idi. Axşam saatlarında ikinci taborun komandiri, polkovnik-leytenant Hacıyev Ruslanla əlaqə saxlayıb tabeçiliyində olan tağımın komandiri Verdiyevin gedib geri qayıtmağını bildirdi. O isə cavabında bildirdi ki, hərbi hissədədir, narahat olma. Səhər saatlarında, yəni artıq mayın 6da yenidən Hacıyev Ruslanla əlaqyə çıxıb Verdiyevi soruşdu, yenə eyni cavabı aldı. Bu söhbətdən təxminən 1 saat sonra saat təxminən 11-12 arası Hacıyev Ruslan mənimlə əlaqəyə çıxdı ki, hərbi hissə komandiri səni çağırır, hərbi hissəyə getməlisən. Tərtərin Sarov kəndində yerləşən hərbi hissəyə getdi. Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor İsmayılov Eldəniz onu qarşıladı, komandirin harada olduğunu soruşdu. Dedi, Cəmilliyə gedib, gözlə gələcək. Gözləyərkən 4-cü bölük komandiri, kapitan Abdullayev Vaqifıi və başqa bir neçə tanış zabiti gördü. Yemək vaxtı çatdığından şəxsi heyətlə birgə yeməkxanaya girdilər və oradan çıxdıqdan sonra tərbiyəvi işlər üzrə müavin onu çağırdı və bildirdi ki, hərbi hissə komandiri Cəmilli kəndində onu gözləyir, əlavə etdi ki, onun şəxsi maşınında onu Cəmilliyə aparacaqlar. Müavin qabaqda əyləşdi, onu arxada ortada əyləşdirdilər, N saylı hərbi hissənin kəşfiyyat bölüyündən bir gizir və bir MAXE sağında və solunda oturdular. Onları üzdən tanıyırdı, amma ad soyadlarını bilmirdi. Cəmilliyə çatan kimi yanında əyləşən MAXE və gizir başına qara torba saldılar. Təəccüblü halda: - nə edirsiniz? - dedi. Cavab olmadı. Maşından düşdülər, əllərini arxadan tutdular, kiməsə “gətirdik” deyə məruzə etdilər. Hərbi hissə komandiri polkovnik Ələsgərov Vüsal dedi ki, şərəfsizi gətirmisiz?! Səsindən tanıdı onu. Yaxınlaşdı, dedi: - şərəfsiz özünsən. Bunu deyən kimi arxadan dizlərinə təpiklə zərbələr vurdular, çökdü yerə, Ələsgərov Vüsal sinəsindən təpik vurdu. Yıxıldı yerə, “qaldırın şərəfsizi” - dedi, o da özünsən şərəfsiz cavabını verdi. Ayağa qalxanda paqonlarını cırıb yerə atdı, dedi: - cənab polkovnik cinayət törədirsən, o paqonları ancaq Ali Baş Komandan qopara bilər. Dedi: - kəs səsini, biqeyrət. Vurub yenidən yıxdılar onu, başına zərbələr endirməyə başladılar. Vüsal Ələsgərov dedi ki, aparın bunu, içəridə ağıllandıracaqlar. Daha sonra tibbi maşını xatırladan bir maşına yük kimi onu və daha bir neçə nəfəri atıb Mərqüşəvana apardılar. Sonradan öyrəndi ki, onları Mərqüşəvanda köhnə qərargah binasına gətiriblər. Binaya girmədən çığırtı, bağırtı, ah-nalə səsləri eşidilirdi. Binaya salıb ikinci mərtəbəyə qaldırdılar və bir otağa saldılar. Otaqda başqa şəxslərin olduğunu səslərindən bildi, onlara işgəncə verirdilər. Onu stula oturtdular, başından torbanı çıxardıb soyundurmağa başladılar. Döşəməsi kafelli bir otaq idi, yer bütün su və qan qarışığı idi. İstilik sisteminin dəmirlərinə kəndirlə və ya skoçla bağlanmış vəziyyətdə, lüt şəkildə xidmət yoldaşı Şərbətov Pərvizi gördü. Döyülmüş halda idi, inildəyirdi. Onu tam soyundurduqdan sonra əllərini və gözlərini yapışdırıcı bintlə bağlayıb yerə yıxdılar. Bunu edən 4 nəfər maskalı şəxs idi. Təhqir edib, yalın bədənimə təpiklə vurmağa başladılar, ancaq üzünə vurmurdular. Sadəcə təhqir edib vururdular, heç bir sorğu-sual yox idi. Bir müddət bu şəkildə davam etdi və maskalı şəxslərdən biri dedi ki, vətənə xəyanət etdiyini boynuna al, işin rahat olsun. Dedi: - mənim heç bir şeydən xəbərim yoxdur, nəyi boynuma alım, niyə döyürsüz, məni niyə gətrimisiniz? Plastik boruyla ayağının altına vurmağa başladılar. Sonra dedi ki, sənin tağım komandirin neynəyib bilirsən? Dedim nə olub. Dedilər ki Verdiyev Muğan erməniyə əsgər satıb. Dedi: - kim deyir, qələt edir, elə bir şey ola bilməz, özüm də qoymaram, şahid də olmamışam. Bunu dedikdən sonra əllərindəki qamçı ilə döyməyə başladılar, hər vuranda dərisini sıyırırdı. Az müddət 'sonra özündən getdi, bir nəfərin (güman edir ki, oraya gətirilmiş həkimlərdən olub) onu ayıltdığını bildikdə anladı ki, huşu özünə qayıdıb. Bir nəfər özünü hərbi prokurorluq işçisi kimi təqdim etdi və ona suallar ünvanlamağa, sonra ittiham etməyə başladı. Dedi ki, Verdiyev Muğan erməniyə əsgər satanda sən görmüsən, 2000 manat qarşılığında kimsəyə deməyəcəyini demisən. Mən də dedi: - mən o qədər şərəfsizəm ki, iki min manata şərəfimi satam? Mən o pulu iki aya onsuz da maaşımla qazanıram. Mən bu işə vətənpərvərlik ruhuyla gəlmişəm, atam da Qarabağ veteranıdır. Siz nə danışırsınız ?! Dedi ki, yox boynuna almalısan, sonra yandakılara dönüb dedi ki, bu ağıllanmayıb, biraz da döyün. Başladılar yenə döyməyə. Bir müddət sonra yenə eyni işçi gəldi, dedi ki, Xəlilov boynuna al, yoxsa burada öləcəksən. O dedi ki, ölsə də, etmədiyi əməli boynuna alan deyil. Bunu dedikdən sonra, onu ağzı üstə uzadıb, ayaqlarını belinə və ayağına qoydular. 100-lük mismarı götürüb bədənimə sürtərək, bu nədi bilirsən deyə biri soruşdu. Sızıldayaraq – mismardır – dedi. Mismarı sağ ayağına çəkiclə vurdular, çıxarıb səkkiz dəfə təkrar vurdular. Yenidən özündən getdi. Oyananadan sonra yenə boynuna heç nə almadı, bu səfər elektrik vermə işgəncəsinə başladılar. Elektrik verdikləri vaxt, bədəninin bir neçə yerində partlama oldu. Bunu da qeyd edir ki, elektrik verilməzdən əvvəl, kənarda bir nəfər sızıldayırdı, maskalı şəxs yaxınlaşdı ona, silahını çıxarıb başına atəş açdı. Gözləri bağlı olduğundan həmin şəxsə atəş açıb-açmadığını görə bilmirdi, amma atəşdən sonra sızıldama səsi kəsildi. Ona dönüb dedi ki, boynuna almasan səni də bu gözləyir. Elektrikdən sonra bütün taqəti çökdü, dayana bilmirdi artıq, gətirin nəyi istəsəniz imzalayacam – dedi. Verdiyevi də otağa gətizdirib üzünə durdurdular. Ona ora dedi: utanmırsan yalan danışırsan? Mən nə vaxt pul almışam səndən?! İmza atmağa nə taqəti, nə də imkanı var idi, çünki sağ əl dırnaqları çəkilmişdi, əlim əzik idi. Barmağının arasına qələmi qoyub, özləri hansısa kağıza imza atdılar. İmzadan sonra, bizi sürüyərək gətirib mindirdilər tibb maşınına, səsindən tanıdığı qədəriylə, Allahverdiyev Elmar və Verdiyev də orada idi. Verdiyevə dedi: - niyə bunu etdin? Niyə yalan danışdın? Dedi: - işgəncəyə dözə bilmədim, mənə deyirdilər ki, bölük komandirinin adı ver, dözə bilməyib qəbul etdim dediklərini. Gecə saatlarında yola çıxdılar, səhərə yaxın Bakıda haputvaxta gətirildilər. Verdiyev Muğan, kapitan Abdullayev Vaqif, başqa bir leytenant (adını xatırlamır) və o, eyni hücrədə qaldılar. Təxminən may ayının 11 yaxud 12-ə kimi orada qaldılar. Burada da nə su, nə də yemək verirdilər. Hamısnın gözləri açıq idi, mütəmadi olaraq, hauptvaxtın rəisi və prokurorluq əməkdaşı hücrədən çıxartıdırıb başqa bir otaqda döyürdülər. Mismar ilə deşilmiş yerlərə basırdılar. İşgəncəyə dözməyib yalandan verdiyi izahatı yenidən almaq istəyirdirlər. Orada da çox dayana bilmədi, təkrar yalan izahatı verib imzaladı. Burdan sonra onları Mingəçevirdə yerləşən 70N sayılı hərbi hissənin köhnə kazarmasına apardılar. Yolda gözləri bağlandı. Orada yemək verdilər, lakin yeyə bilmirdi, üzüm bədənim şişib çirk edirdi. Hətta orada biri dedi ki, buna heç olmasa sistem taxıb qlükoza verək, yemək yeyə bilmir. Ayağı da çirk edib kəsiləcək yoxsa. Dedilər ki, onsuz da vətən xainidir, ölsün. Sistem qoşulmağına icazə verilmədi. 16 may tarixinə qədər mütəmadi döyüldü orada. Yemək olaraq bir tikə çörək, mannı sıyığı verirdilər, gözləri bağlı, əlləri bağlı saxlanılırdı. May ayının 16-da olduqları yerə hakimin gəldiyi elan olundu, məhkəmə quruldu, o, ancaq onu bildim ki, ona 4 ay sanksiya veridli. Məhkəmə zamanı huşu getdi. Onu səhər DTX-nin hospitalına apardılar, normal günləri orada başladı. DTX-nin müstəntiqləri gəldilər, - işi biz götürmüşük, necə var çəkinmədən danış - dedilər. Başına gələnləri, yalandan üzə durmalar və ifadələri, verilən işgəncələri danışdı. O hospitalda 3 dəfə ayağından əməliyyata girdi, son əməliyayt uğurlu keçdi, ayağı kəsilməkdən qurtuldu. Bir ay xəstəxanada yatdı, ondan sonra DTX-nın təcridxanasına köçürdülər. Hospitalda gözləri açıq, əlləri bağlı idi, yeməkləri normal idi. Hospitaldan çıxanda dedilər ki, Verdiyev də qəbul edir ki, komandirə şər atıb. …Təsdiqini tapsa, sənin işin rahat olacaq. DTX-nin təcridxanasında bir aydan çox yatdı. Ona Lyudmila adında xanım bir vəkil də təyin etdilər. Ona dedi ki, nə istəyir. O da dedi ki, evlə əlaqə yaratsın ki, bilsinlər sağdır. Bir də vəkil istəyir. Daha sonra bir nəfər yaşlı hakim gəldi. Dedi ki, işi araşdıracaq, əgər günahı yoxdursa axıra qədər gedəcəklər, varsa götürə bilməz. Dedi ki, heç bir günahı yoxdur, əmin ola bilər. 4 ay qaldı orada, 4 ayın sonunda məhkəməsi oldu, 4 ay daha artırdılar. Bundan sonra onu Kürdəxanı təcridxanasına göndərdilər. Onu da deyir ki, DTX təcridxanasında olarkən hərbi prokurorluğun müstəntiqləri gəlib iki yeni əsgər gətirib üzünə durdurdular ki, o, guya onları döyüb. O dedi ki, bu əsgərlər yenidir, o nə vaxt bunları gördü ki, hələ bir döysün də. Neçə aylardır burdadır, köhnə əsgərlər belə olsa, o, əsgər döyən deyil. Amma xeyri olmadı, əsgər döymə maddəsini də üstünə yüklədilər. Kürdəxanıda 4 ay yatdıqdan sonra, Verdiyevin də ifadəsi onunki ilə üst-üstə düşür dedilər, onun üstündən vətənə xəyanət götürüldü, lakin proses əsgər döymə ilə davam edirdi. Daha sonra onu gətirdilər Gəncə təcridxanasına , orada Tərtər Hərbi Məhkəməsində ona 11 ay iş kəsildi, bir az orada qaldı və 14 aprel NN-ci il tarixində cəza bitdiyi üçün azadlığa buraxıldı. Çıxdıqdan sonra N sayılı hərbi hissəyə çağırdılar, kadrlar şöbə rəisi dedi: - sən hələ də bizdə işdə gedirsən, qal işlə. Bunu da bildirir ki, Kürdəxanıda, vətənə xainlik maddəsi üstündən götürüləndən sonra Müdafiə Nazirliyindən nümayəndələr gəlib - Xəlilov, Nazirliyin heç bir günahı yoxdur, çıxdıqdan sonra gəl işinə davam et - dedilər. O isə dedi: siz məni elə hala saldınız ki, məni o formadan iyrəndirdiniz, mən xidmətində fərqlənmiş bir hərbiçi idim, verdiyiniz qiymət bu oldu. Gəncə təcridxanasında ikən, Bərdə korpusundan da gəlib eyni təklifləri etdilər, cavabı eyni oldu. Çıxdıqdan sonra da , may ayının əvvəli hərb hissədə korpus komandiri Hikmət Həsənovla görüşdü, müavinləri, qərargah rəisi polkovnik Ruslan Ağasıyev də orada idi. Dedi ki, çıxdınız da, bir yolla. Dedi: - o nə deməkdi? Orada pul keçir ki, cənab general, siz belə danışırsız? Heç bir aydın cavab vermədi. Təklif etdilər ki, qalıb işləsin. O, - qalıb xidmət etmək istəmirəm, sizinlə heç istəmirəm - dedim. Bundan sonra sənədlərini hazırladıb xidməti uyğunsuzluq adı ilə təxris etdilər. Kadrlar söbəsi qarşısına şərt qoydu ki, ya hərbi biletdə yazacaqlar ki, tutulduğuna görə təxris edilir, ya da sadəcə xidməti uyğunsuzluq səbəbini qeyd edəcəyik. O, çarəsizlikdən xidməti uyğunsuzluğu seçdi. Onu da qeyd edir ki, hərbi hissədə işgəncə görən vaxt, Hikmət Həsənov da gəlmişdi, saçından tutub qaldırdı, adını öyrəndi, sonra silahını çıxarıb dedi ki, siz hamınız cəhənnəmdə yanmalısınız. Dedi ki, cənab general, şəxsən özünüz yaxşı xidmətimə görə bölük komandiri təyin etmisiniz, şərləyiblər bizi. Dedi burda hamı eyni şeyi deyir. O, təkidlə işə dönməyini istəməklərinə baxmayaraq, yaşadığı ağır günlər, aldığı travma və yaralardan səbəbiylə, hərbiyə olan inamını öldürmələri səbəbiylə işə geri dönmədi. Fiziki vəziyyəti də artıq buna imkan vermirdi. Onun 202N-ci ilə qədər müqaviləsi var idi. N7-ci ildə tutulduğu may ayı daxil olmaqla ondan sonrakı dövrlər üçün heç bir əmək haqqı almamışdır. Tutulduğu vaxt aylıq əmək haqqı 1200 manat civarında idi. Çıxdıqdan sonra öz hesabına müalicə aldı, lakin sənədləri qalmır. Müalicə xərcləri təxminən 300-500 manat civarında xərci çıxıb. Onu tutduqlarında götürdükləri telefonunu geri qaytardılar, dəyərli bir şey götürməmişdilər. İddiaçılara bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldıqları dövr ərzində hər ay aldıqları əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 5N.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 5N.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://eqanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçıların istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkmələri ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçıların hər birinin xeyrinə ədalətli həddə, yəni 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıların hər birinə ödənilməli mənəvi ziyanın həcmini 20.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı5 tərxis olunmamışdan öncə ortalama 1200 manat əmək haqqı, İddiaçı4 isə hər ay ortalama N00 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçılar iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşlar. Həbsdə qaldıqları müddət nəzərə alınaraq oğluna 13200 manat (1200*11), İddiaçı4 isə 10400 manat (N00*13) məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı5 vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və işsiz qaldığı dövrlə bağlı 13200 manat maddi ziyan; İddiaçı4 vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və işsiz qaldığı dövrlə bağlı 10400 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı5 vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 13200 manat maddi ziyan; İddiaçı4 vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 10400 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-346/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-346/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver