Məhkəmə qərarları › İş №2(006)-3467/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3467/2024

26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3467/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8200 manat borcun və 102 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, Yaşma bağlarından özünə bağ almaq istəmişdir. Ona görə uzun illərdir tanıdığı İbrahim Paşayevə bu barədə demiş, İbrahim Kimyacı yoldaşlıq bağçılığında nəzarətçi işləmişdir, həmdə torpaq alqısatqısı ilə də məşğul olmuşdur. Onun əlaqələri olduğundan ondan özünə Yaşma bağlarından 18 sot torpaq sahəsi tapmağını xahiş etmişdir, İbrahim təxminən 5-10 gündən sonra ona zəng edərək Yaşma bağlarında 18 sot torpaq sahəsi olduğunu, Tural adlı şəxsin satdığını bildirmişdir. O, elə Yaşmaya gedərək həmin torpağa baxmışdır. Həmin torpaq sahəsi mişar daşıyla hasara alınmışdır və içərisində də yarım tikili olmuşdur. Həmin ərazi dənizə yaxın olduğundan oranı bəyənmiş və İbrahimə almaq istədiyini bildirmişdir. Onlar bir dəfə də Tural adlı şəxslə birlikdə də oraya gedib baxmışlar. İbrahim ona həmin torpağı 20000 manata dediyini söyləmişdir. O, İbrahimə 19000 manata gücü çatacağını, hazırda 11000 manat pulu olduğunu, qalan pulu da hissə-hissə verəcəyini demişdir. Bundan başqa İbrahimə torpağın özəlləşdirməsilə ilə bağlı bütün sənədlərin onun tərəfindən düzəldiləcəyini demişdir. O, da razılaşmışdır. İbrahim ona torpağın sahibi ilə razılaşdığını bildirmişdir. O, 2020-ci ilin yanvar ayının 28-i İbrahimlə Sumqayıt şəhərində yerləşən "Bank of Baku” ASC qarşısında görüşərək ona 11000 manat pulu vermiş, İbrahim ona həmin pulu aparıb torpağın sahibi olan Tural adlı şəxsə verəcəyini, sənədlərin də 1-2 ay müddətində hazır olacağını, bütün sənədlərin onun adına olacağını bildirmişdir. Sonradan İbrahim həmin torpaq sahəsinin açarını da alaraq ona vermişdir. O, da sonradan oraya gedərək müəyyən müddət ərzində həmin torpaq sahəsinin içərisini təmizlətmiş, oranı əkin üçün qaydaya salmış və tikiliyə qapılar qoyaraq əlavə olaraq yarım tikilidə də iş gördürmüşdür. Bu prosseslər yanvar ayının axırından martın 12-ə qədər davam etmişdir. O, həmin müddət ərzində fevral ayında əlavə olaraq 500 manat pul da İbrahimə vermişdir. Çünki onların danışığı olmuşdur ki, o, hissa-hissə pulun qalanını ödəməlidir. O, tez-tez İbrahimdən sənədlərin nə yerdə olduğunu soruşmuş və İbrahim də işin getdiyini, Turalın torpağın sənədlərini verəcəyini, tezliklə hazır olacağını demişdir. Mart ayının 12-də həyat yoldaşı X1 həmin bağa gedərək iş görmüşdür və o, da evdə olmuşdur. Yoldaşı axşam evə gəldikdə Yaşmada olduqda orada olan qonşulardan həmin torpağın yiyəsinin torpağı satmaqda narazı olduğunu və həbsxanada olduğunu dediklərini bildirmişdir. O, səhər bağa getmiş və qonşuluqda yaşayan Kamal adlı şəxslə əlaqə saxlamışdır. Kamal yoldaşına dediyini ona da demişdir. Sonra Kamal telefon vasitəsilə onu bir qadınla calaşdırmışdır. Həmin qadın telefonla ona həmin torpağın sahibinin onlar olduğunu, torpağı satmadıqlarını, onu məhkəməyə verəcəklərini demişdir, o, da sonradan İbrahimlə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuş, İbrahim məlumatının olmadığını, torpağın sahibinin Tural olduğunu bildiyini, onunla danışaraq məsələni qaydasına qoyacağını demişdir. O, İbrahimə bu torpağın mübahisəli torpaq olduğunu və pulunun geri istədiyini bildirmişdir. Onlar İbrahimin yaşadığı yerdə, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində görüşmüşlər. Orada o, İbrahim Tural var olmuşdur. O, Turaldan nə məsələ olduğunu, torpağın sahibinin kim olduğunu soruşmuş Tural torpağın, sahibinin dayısı Kərimov Eİçin Əhmədağa oğlunun olduğunu, həmin qadının Elçinin arvadı olduğunu, Elçinin hazırda həbsxanada olduğunu, pul lazım olduğu üçün ona həmin torpağı satmağı tapşırdığını demişdir. Söhbət əsnasında Tural İbrahimdən 10000 manat pul aldığını, qalan pulun İbrahimin zəhmət haqqı kimi götürdüyünü demişdir. Tural həmin pulu Elçinə göndərdiyini, sənədlərin də Elçinin ailəsində olduğunu, sənədləşməni qaydasına qoyacağını demişdir. O, Turala torpağın mübahisəli olduğunu, ona görə də istəmədiyini, pulunun qaytarmasını demişdir. Tural ona 10000 manat pulunun onda olduğunu, tezliklə qaytaracağını demişdir, İbrahim də 1500 manat pulun onda olduğunu, qaytaracağını demişdir. Sonradan polisə şikayət etmiş, Sumqayıt Şəhər Polis İdarəsində araşdırılma aparılmış və əməldə cinayət təkibi olduğundan iş məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmədə olduğu müddətdə Tural ödənişləri edirdi xx.xx.2022-ci il tarixdə 500 manat, 05.042022-də 400 manat, xx.xx.2022də 300 manat, xx.xx.2023-də 300 yüz manat ümumilikdə 1800 manat ödəniş etmişdir. Halhazırda Cavabdeh ona 8200 manat pul ödəməlidir. Nərimanov Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində ittihamedici hökm çıxarılaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, İddiaçı tanıyır. İddiaçı Novruz oğlu o pulu ona yox, 3-cü bir şəxs Paşayev İbrahimə vermişdir. Paşayev İbrahim həmin pulu ona vermişdir. O, pulu iddiaçıdan bibisi oğluna görə almışdır. Bibisi oğlu cəzaçəkmə müəssisəsində olduğu üçün ona pul lazım idi. Paşayev İbrahimdən pulu aldıqdan sonra bibisi oğluna vermişdir. İbrahim ilə bibisi oğlu Elçin dostdurlar. O, sadəcə pulu verməkdə vasitəçi olmuşdur. O puldan ona heçnə çatmamışdır. Bir müddət keçdikdən sonra onun barəsində Nərimanov Rayon Məhkəməsində işə baxılmışdır. Onun başqa bir şəxsə 35.000 manat borcu olmuşdur. Həmin işə baxılarkən İddiaçı da zərərçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının gedişatında 28 fevral 2022-ci il tarixdə İddiaçıla barışıq sazişi bağlamışlar və 10.000 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə razılığa gəlmişlər. O, həmin puldan 2000 manata yaxın borcu ödəmişdir. Daha sonra maddi sıxıntılarına görə borc məbləğini ödəyə bilməmişdir. İşləmək üçün Türkiyə Respublikasına getmişdir. Uzun müddətdir ki, burada deyildir. Burda olmadığı üçün iddiaçının onu məhkəməyə verdiyini bilməmişdir. Bu yaxınlarda öyrənmişdir. Bildirmişdir ki, o, həmin borc məbləğini ödəməyi öz öhdəsinə götürür. Ancaq hal-hazırda 8200 manat məbləğində pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, zərərçəkmiş İddiaçı ilə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan pul tələbinə dair məhkəmə mübahisəsi ilə əlaqədar razılığa gəlmişlər ki, Cavabdeh 10000 manat pulun mart ayı 2022-ci ildən başlayaraq qarşıdan gələn hər ayın 15-dən gec olmayaraq aylıq 500 manat olmaqla ödəyəcəkdir. 2022-ci ilin iyun ayında birdəfəlik 2000 manat ödəniş edəcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı borc almış, lakin borc məbləğini aralarında razılaşdırılmış müddətdə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini protokola qeyd edilməklə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8200 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8200 manat və ödənilmiş dövlət rüsumuna görə 102 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar