Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3487/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti-86,İnzibati Bina ünvanında pasport qeydiyyatında olan Cavabdeh ona olan 3.000 (üç min) manat pul əsas vəsaitin və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun,cəmi olaraq 3.050 (üç min əlli) manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, dostu X2 vasitəsilə tanış olduğu Cavabdeh özünü yüksək vəzifəli bəzi şəxslərin qohumu, bəzi məhkəmə hakimlərinin tələbə yoldaşı kimi təqdim edəndən sonra bildirmişdir ki, istənilən məsələni həll edib yoluna qoya bilmək gücündədir. Sonrakı görüşlərində hətta Cavabdeh ən bahalı yüksəkmərtəbəli binalardan birində yaşadığını,vaxtilə DİO-da çalışdığına görə yüksək pensiya aldığını fəxrlə bildirmişdir. Get-gedə cavabdehə inanmağa başlamışdır.Və növbəti görüşlərinin birində Cavabdeh ondan 2.000 (iki min) manat pul borc istəmişdir.Cibində olan 600 (altı yüz) manatı cavabdehlə uzun illər bundan əvvəl onu tanış edən X1 şahidliyi ilə vermiş və cavabdeh bu barədə Qəbz yazıb ona vermiş,Ələddin Rüstəmli isə həmən Qəbzə şahidlik etdiyini qeyd edərək imza etmişdir.Ertəsi günü isə Cavabdeh **********017491 saylı BANK KARTİ-na ödəmiş, Qəbz də vardır. Deyilən vaxtda ondan aldığı borcunu qaytarmayanda cavabdehlə görüşüb pulunu xahiş və tələb etməyə başlayanda cavabdeh bildirmişdir ki,narahat olma tezliklə artıqlamasıyla pulunu qaytaracaq. İddiaçı ona görə cavabdehə inanmağa məcbur qalmış ki,Cavabdeh ondan borc adı ilə aldığı sonuncu 2.000 (iki min) manata qədər olan müddətdə müxtəlif vaxtlarda,müxtəlif məbləğlərdə aldığı və Qəbz yazdığı borcunu gecikdirsə də qaytarmış, üzrxahlıq da etmişdir. Bir müddət keçəndən sonra Cavabdeh ona zəng vuraraq təcili görüşməylərini xahiş etmişdir.Ona olan borcunu qaytaracağını zənn edib cavabdehlə dediyi ünvanda görüşmüş,birlikdə çay içib söhbətləşdilər. Söhbət zamanı Cavabdeh bildirmişdir ki, ona təcili Ucar rayonuna getmək üçün 1.000 (bir min manat) pul lazımdır və orada Məhkəmə ilə bağlı bir qlobal məsələni artıq danışıb və həlli mərhələsindədir. İnşallah,qayıdandan sonra ona olan bütün borclarını ödəyəcəkdir. Sonuncu dəfə cavabdehə inanaraq xahiş etdiyi borc məbləğini, yəni 1.000 (bir min) manat pulu cavabdehə vermiş və bu barədə Qəbz də almışdır. Lakin cavabdeh söz verib öhdəlik götürdüyü vəzifəsini yerinə yetirməmiş,halal pulunu bu günə kimi qaytarmamışdır. İddiaçı cavabdehə sonuncu dəfə pulu xx.xx.2023-cü il tarixdə Bakı Sahari, Nəsimi Rayonu ərazisindəki X4 kafedə vermişdir. Odur ki aidiyyatı üzrə X7 İdarəsinə,Nəsimi Rayon Prokuroruna, o cümlədən Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə rəsmi Şikayət Ərizəsi ilə müraciət etmiş və ona məsələnin mülki xarakter daşıdığı üçün aidiyyatı üzrə Məhkməyə müraciət etmək məsləhət görülmüşdür. Bundan sonra cavabdeh onun telefon zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmağa başlamışdır. Yəni bütün mümkün variantlardan, sivil vasitələrdən istifadə etməyinə baxmayaraq Cavabdeh halal 3.000 (üç min) manat pulunu ala bilməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək iddianı qəbul etmədiyini bildirmişdir və qeyd etmişdir ki, o iddiaçıya olan bütün borcunu ödəmişdir və sübutu məhkəməyə təqdim edəcəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı verdiyi xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 572 manat pulu 2022-ci ilin dekabr ayında İddiaçı qaytaracaqdır. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı verdiyi xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh 1000 manat pulu xx.xx.2023-cü il tarixinə kimi qaytaracağını bildirmiş və özünə məxsus olan **********834298 nömrəli kredit kartını girov olaraq İddiaçı təqdim etmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli e-manat ödəniş terminalına məxsus qəbzdən görünür ki, Cavabdeh məxsus kart hesabına 1400 manat pul vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh ondan borc adı ilə aldığı, cəmi 2800 manat pulunu qaytarmadığı, etibarından su-istifadə eib dələduzluq yolu ilə pulunu ələ keçirdib mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyətinə cəlb edilməsini və onun halan pulunun qaytarılması üçün köməklik etməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflərin izahatları və işin materialları ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu qaytarmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin cavabdeh məhkəmədə iddianın əsassız olduğuna dair hər hansı arqument (sübut) göstərə bilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qismən təmin edilərək, 2800 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddianın rədd edilmiş hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 3000 manat məbləğində borc məbləğinin tutulmasını xahiş etsə də iş materiallarına əlavə edilmiş 3 ayrı iltizamdan görünür ki, ümumilikdə cavabdehə 2972 manat borc vermişdir. Lakin İddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh ondan borc adı ilə aldığı cəmi 2800 manat pulunu qaytarmadığını iddia etmişdir.Odur ki, məhkəmə digər hissədə iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borca görə 2800 (iki min səkkiz yüz manat) manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat, cəmi 2850 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz manat) manat və dövlət rüsumuna görə ödənilmiş 50 (əlli) manat, cəmi 2850 (iki min səkkiz yüz əlli manat) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3487/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3487/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver