Məhkəmə qərarları › İş №2(006)-352/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-352/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-352/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Sığrota Şirkəti ASC-nin Cavabdeh qarşı “Subroqasiya tələbinin təmin edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Atəşgah” Sığrota Şirkəti ASC Cavabdeh qarşı Subroqasiya tələbinin təmin edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığrota Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyev 14 mart 2022-ci il tarixdə məhkəməyə “iddia ərizəsinin və bütün əlavə edilmiş sənədlərin və dövlət rüsumunun iddiaçıya geri qaytarılması”na dair yazılı ərizə təqdim edərək, icraatda olan İddiaçı Sığrota Şirkəti ASC-nin Cavabdeh qarşı 2(006)-352/2022 saylı mülki işin baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə edilmiş bütün sənədlərin iddiaçıya geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı Sığrota Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyevin ərizəsi təmin olunmalı, iddia baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sığrota Şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyevin ərizəsi təmin edilsin. İddiaçı İddiaçı Sığrota Şirkəti ASC-nin Cavabdeh qarşı “Subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar