Məhkəmə qərarları › İş №2(006)-3605/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3605/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3605/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmanətin sığorta fondu tərəfindən qaytarılacağı haqqında dəqiq tarixin müəyyən edilməsi” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmanətin sığorta fondu tərəfindən qaytarılacağı haqqında dəqiq tarixin müəyyən edilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmanətlərinin sığorta fondu tərəfindən qaytarılacağı haqqında dəqiq tarixin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, cavabdehlər qismində cəlb olunan Cavabdeh1 və Cavabdeh2 ata adları, o cümlədən onların şəxsiyyətini eyniləşdirən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeydiyyatda olduğu ünvan) iddiaçı tərəfindən iddia ərizəsində göstərilməmişdir. Bununla yanaşı, Məhkəmə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını da nəzərə alaraq iddiaçıya izah edir ki, iddia ərizəsində tələbin fiziki şəxslərə, yoxsa müvafiq hüquqi şəxslərə yönəldiyi dəqiq müəyyən edilməli və iddia tələbi aydın olmalıdır.

4. Tələb fiziki şəxsə yönələrsə, həmin fiziki şəxslərin şəxsiyyətini eyniləşdirən məlumatlar (ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, rəsmi qeydə alındığı ünvan) göstərilməli, tələb hüquqi şəxsə qarşı yönələrsə, həmin hüquqi şəxslərin eyniləşdirmə məlumatları (VÖEN) qeyd edilməlidir.

5. Tələb kimə qarşı yönəlmişdirsə, yəni fiziki şəxsə qarşı yönələrsə, həmin fiziki şəxsin qeydiyyat ünvanı üzrə, hüquqi şəxsə qarşı yönəlmişdirsə, hüquqi şəxsin ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edilməlidir.

6. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 149.2.2-ci maddə. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddə. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

8. Hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsiyyətlərini eyniləşdirmək mümkün olmadığı üçün hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmanətin sığorta fondu tərəfindən qaytarılacağı haqqında dəqiq tarixin müəyyən edilməsi” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı2 geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar