Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3657/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 5522 09** *** 9261 nömrəli bank kartına səhvən göndərilmiş 222 manat pul məblğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə vermiş, cavabdeh "xxxx" ASC əsl Cavabdeh ilə əvəz edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı özünə məxsus M10 hesabından onun adına olan "xxxx" ASC-yə məxsus bank kartına 222 manat pul köçürmək istəyirdi. Lakin səhvən həmin məbləği "xxxx" ASC-yə məxus tanımadığı şəxsin adına olan bank kartına köçürmüşdür. Həmin məbləğin ona geri qaytarılması ilə bağlı M10 sisteminə və "xxxx" ASC-yə müraciət edərək pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin bu məsələ bank sirri təşkil etdiyindən ona imtina edilmişdir. Bu barədə Polis şöbəsinə də müvafiq müraciət etmişdir. Lakin məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyini bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, keçən proseslərdə cavabdeh tərəf gəlmişdi, bildirdilər ki, "xxxx" ASC əsl cavabdehi tapa biləcək. O, məhkəmədən sonra onlarla əlaqə saxladı və bildirdilər ki, həmin şəxs haqqında sadəcə yaşadığı ərazini deyə bilərlər. Şəxs Naxçıvanlı imiş. O da Naxçıvanlı olduğundan əlaqə nömrəsini alıb şəxslə danışmışdır. O da təsdiq etdi ki, ona həmin pul gəlib, lakin sonra kartından çıxıb. Təklif etmişdir ki, işi məhkəmədənkənar həll etsinlər. Lakin qarşı tərəf bildirmişdir ki, pul onun kartından çıxıb və həmin pulu qaytara bilməyəcək. Məhkəmənin əvvəlki iclasında videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh izahatında bildirdi ki, pulun köçürüldüyü kart kart onun adınadır, amma kartı anası işlədir, sistemdən baxdıqda 222 manat pulun kartına gəldiyini görmüşdür. Lakin elə həmin gün də pul çıxarılmışdır. Pulun onun kartından hara köçürüldüyünü bilmir. Məhkəmə qərarı olarsa pulu qaytarmağa hazırdır, lakin hissə-hissə qaytarmağa qadirdir. Tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Kart köçürməsindən görünür ki, +994 50*****22 nömrədən 552209*****9261 saylı kart hesabına 222.00 manat pul köçürülmüşdür. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda onun 37-ci PB-nə müraciət etdiyi ərizəsi mülki xarakterli olduğundan araşdırmanın dayandırıldığı bildirilmişdir. "xxxx" ASC-nin məktubuna əsasən xx.xx.2025-ci il tarixdə “M10” hesabından 222 manat pul Cavabdeh (FİN xxxxxxx) 5522-0993-6157-9261 nömrəli karta köçürülmüşdür. Ödəniş qəbzinə əsasən iddiaçı məhkəməyə 30.60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2, 14.2.7-ci maddələrinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı 222 manatı göndərdiyi kart sahibinin Cavabdeh olduğu müəyyən olunmuş, iddiaçının ərizəsi əsasında cavabdeh "xxxx" ASC əsl Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə iclası zamanı Cavabdeh iddianı etiraf edərək istifadəsində olan **********579261 saylı kartına 222 manat miqdarında pul köçürüldüyünü və həmin pulu özü üçün istifadə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus olmayan vəsaiti əldə etməsi nəticəsində İddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır. Beləliklə, hazırda tərəflər arasında əsassız varlanma hüquq münasibətləri, yəni cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması halı meydana gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia təmin edilməli, Cavabdeh 222 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 222 (iki yüz iyirmi iki manat) pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi 30,60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 222 (iki yüz iyirmi iki) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30,60 (otuz manat altmış qəpik) manat, cəmi 252,60 (iki yüz əlli iki manat altmış qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3657/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3657/2025
19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver