Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-368/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-nin Gəncə filialı ilə bağlanmış depozit müqaviləsinə əsasən banka 32.500 manat və 10.000 ABŞ dolları qoyduğu əmanətin ödənilməmiş 26.865,27 manatının (sığortaya düşən məbləğ) Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-nin Gəncə filialı ilə bağlanmış depozit müqaviləsinə əsasən banka 32.500 manat və 10.000 ABŞ dolları vəsait qoymuşdur. 2012-ci ildə bank ləğv olunduğu üçün onun ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fonduna zəruri olan sənədləri təqdim etmişdir. Müqavilədə fors-major bankın bankrot olması və bağlanması göstərilməmişdir. Belə ki, həmin məbləğin 12.500 manatı 14 aylıq illik 14 faizlə qoyulduğu üçün sığortaya düşməyə bilər, lakin qalan 20.000 manat və 10.000 ABŞ dolları isə 14 aylıq 13 faizlə qoyulduğu üçün, «Banklar haqqında» Azərbaycan Respublikasının qanununa əsasən depozit faiz dərəcəsi 12 faizdən aşağı və məbləğ 30.000 manatdan aşağı olduğu üçün sığortaya düşür. Dəfələrlə müraciət etməsinə baxmayaraq, həmin sığortaya düşən məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ödənilməmişdir. Bununla bağlı 11 avqust 2023-cü il tarixli 6-1/1-B-351-0/2023 saylı məktubla Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi X5 12 iyul 2012-ci il tarixli qərarı ilə "xxxx" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 02 avqust 1993-cü il tarixli 158 saylı bank lisenziyası ləğv edilmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-2410/2012 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi və məhkəmənin 07 sentyabr 2016-cı il tarixli 2iqt(81)-2410/2012 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 14 avqust 2023-cü il tarixli 6-1-26/2-B-351-0-8389/2023 saylı məktubla bildirilmişdir ki, müraciəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırılması və cavablandırılması üçün Fonda göndərilmiş və nəticə barədə 7 iş günü ərzində Mərkəzi Banka və müraciət edənə məlumat verilməsi tövsiyə olunmuşdur. 23 avqust 2023-cü il tarixli **********565 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavab məktubunda bildirilmişdir ki, onun hesabında qalmış vəsaitin ödənilməsinə dair məktuba Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqi(81)-2410/2012 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Bildirilmişdir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti, yəni 12-ci tranş üzrə ödənişlərinin aparılmasına xx.xx.2021-ci il tarixdən etibarən başlanılmış və həmin tranş üzrə 241,21 manat məbləğində vəsait təqdim edilmiş bank rekvizitlərinə köçürülmüşdür. Növbəti tranş üzrə ödənişlərin başlanılması barədə məlumat veriləcəkdir. 28 sentyabr 2023-cü il tarixli **********690 saylı Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin cavab məktubunda bildirilmişdir ki, «hesabınızda qalmış vəsaitin ödənilməsinə dair müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqi(81)-2410/2012 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Bildiririk ki, eyni məzmunlu müraciətinizə tərəfimizdən xx.xx.2023-cü il tarixli **********565 saylı məktubla cavab verilmişdir». Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, "xxxx" ASC-nin Gəncə filialı ilə bağladığı depozit müqaviləsinin 5.1 və 5.2-ci bəndlərində göstərilir ki, bank xx.xx.2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Bank tərəfindən əmanətçilərdən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. O, banka əmanət qoyan vaxtda bildirmişlər ki, «sizin bütün əmanətiniz sığortalanmışdır». Lakin uzun müddət keçsə də, dəfələrlə müraciət etməsinə baxmayaraq, banka qoyduğu əmanətin xeyli hissəsi ödənilməmişdir. Onu da bildirir ki, 2013-cü ildə bu məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin həmin ildə Azərbaycan Respublikasında keçirilən növbəti prezident seçkiləri ilə əlaqədar (3 məntəqədə YAP-ın nümayəndəsi kimi iştirak etdiyi üçün) Bakı şəhərinə gedə bilməmiş və məhkəmədən ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Ona görə də, məcbur olub yenidən məhkəməyə müraciət edir. Bu günə kimi olan inflyasiyanı və depozit faizlərini hələ ki tələb etmir. Nəzərə çatdırır ki, Fond tərəfindən axırıncı ödəniş xx.xx.2021-ci il tarixdə olduğu üçün onun məhkəməyə müraciət etmək hüququ qüvvədədir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək göstərmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi, 165, 166, 167, 168, 169 və 170 nömrəli müqavilələr 14 aylıq 13 faizlə bağlanmışdır. O vaxtki qanunvericiliyə uyğun olaraq 20.000 manat və 10.000 ABŞ dolları 30.000 manatadək və illik 12 faizdən aşağı olduğu üçün sığortaya düşür. Lakin 185 və 186 nömrəli müqavilələrdə isə 12.500 manat illik 14 faizlə olduğu üçün sığortaya düşmür. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 8 ay müddətində dəfələrlə ekspertiza mərkəzinə gedib onların niyə cavab vermələri ilə maraqlanmışdır. Ona bildirilmişdir ki, fond onlara sənədləri tam təqdim etməmişdir. Təxminən 3 ay əvvəl məhkəməyə məktub yazaraq həmin sənədləri fonddan tələb edilərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsini xahiş etmişdir. Məhkəməyə dəfələrlə təqdim edilmiş xx.xx.2017-ci il tarixli Əmanətlərin Sığortalanması Fondunun və "xxxx" ASC Gəncə filialının verdiyi arayışdan onun 22.495 manat depozitin fondda qaldığı sübut olunur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etiraz təqdim etdi və bildirdi ki, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının analoji qərarında məhkəmənin mövqeyi belə olmuşdur ki, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə görə isə bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətinə saxlanılır. İddiaçı Fonda və məhkəməyə müraciət edərkən bu müddəti ötürmüşdür (anonimləşdirilmiş qərar əlavə edilir). İddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Artıq 12 tranş üzrə vəsaitlər iddiaçı tərəfindən əldə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-2410/2012 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi X5 12 iyul 2012-ci il tarixli qərarı ilə "xxxx" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1993cü il tarixli, 158 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-cı il tarixli 2iqt(81)-2410/2012 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi və məhkəmənin 07 sentyabr 2016-cı il tarixli 2 iqt(81)-2410/2012 saylı qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, müraciət tərəflərindən araşdırılması və cavablandırılması üçün Fonda göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-2410/2012 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Bildirilmişdir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti, yəni 12-ci tranş üzrə ödənişlərinin aparılmasına xx.xx.2021-ci il tarixdən etibarən başlanılmış və həmin tranş üzrə 241,21 manat məbləğində vəsait təqdim edilmiş bank rekvizitlərinə köçürülmüşdür. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 165 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 ABŞ dolları məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 166 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 ABŞ dolları məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 167 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 168 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 169 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 170 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə 13%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 185 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 5.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə illik 14%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 186 nömrəli depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 7.500 manat məbləğində pul vəsaitini 3***-***-**-**5196 nömrəli hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 14 ay müddətinə illik 14%-lə qoyulur. Müqavilənin 5.2-ci bəndinə əsasən, bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalardan qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Müqavilənin 5.6-cı bəndinin f hissəsinə əsasən, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanlanmış (xx.xx.2024-cü il tarixli 6-1-26/2-B-11803/2-21-19216/2024 nömrəliyə cavab) məktubun surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-2410/2012 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2010-cu il tarixli 20 nömrəli iclas protokolunun çıxarışından göründüyü kimi, həmin qərara uyğun olaraq, xx.xx.2010-cu il tarixindən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən olunmuşdur. Tərəflərindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 12-5/2-B-19xx-xx-5244/2024 nömrəli cavab məktubunda texniki səhvə yol verilərək milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 15 faiz qeyd edilmişdir. Həmin məktubun nəzərə alınmaması nəzərə çatdırılır. “Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.20ci maddəsinə uyğun olaraq əmanətin cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır və kompensasiya ödənişi nəzərdə tutulmur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bolgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Bildirilir ki, qəbul edilmiş təminatsız kreditor tələblərinin ödənişi üzrə sonuncu dəfə 21 sentyabr 2021-ci il tarixində olmaqla, İddiaçı tərəfindən 12 bölgü cədvəli üzrə cəmi 10.369,58 manat, 7.723 ABŞ dolları məbləğində vəsait əldə edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2010-cu il tarixli iclasının 20 saylı protokolunun surətindən görünür ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin xx.xx.2010-cu il tarixindən etibarən 12% müəyyən edilməsinin məqsədəuyğun hesab edilməsi və bu faiz dərəcəsinin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırılması qərara alınmışdır. LPO "xxxx" ASC-nin Maliyyə Bazarlarına Nəzarət Palatasına və İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli 226/17 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nazərət Palatasının direktorlar şurasının sədri R.Aslanlıya ünvanlanmış sığortalı əmanətinin qaytarılmasına dair ərizə baxılması üçün aidiyyəti üzrə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş və müraciət araşdırılmışdır. Bununla bağlı qeyd edilmişdir ki, bankların müflisləşməsini və iflas prosedurlarını tənzimləyən «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinin tələbinə görə bu Qanunun 82-ci maddəsinə uyğun olaraq, təsdiq edilmiş tələblər ödəniş növbəliliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Nəzərə çatdırılmışdır ki, yuxarıda istinad olunan Qanunun 82.1.8-ci maddəsində təsbit olunan təminatsız kreditorların tələblərinin ödənilməsi növbəliliyi daxilində tələblərin birdəfəlik və tam şəkildə ödənilməsinə vəsait çatışmaması səbəbindən ləğvedici tərəfindən kreditorlara ödənişlər tələblərə proporsional faizlə bölüşdürülməklə, tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafikinə uyğun icra edilir. Belə ki, ləğv prosesində olan "xxxx" ASC-yə qarşı olan 32.500 manat kreditor tələbinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.2013-cü il tarixdə 4.663,09 manat, xx.xx.2013-cü il tarixdə 5.680 manat, xx.xx.2013-cü il tarixdə 933 manat, xx.xx.2014-cü il tarixdə 1.110 manat, xx.xx.2015-ci il tarixdə 699 manat, xx.xx.2016-cı il tarixdə 411 manat, ümumilikdə 13.496,09 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qalan 26.865,27 manat tələbi təminatsız kreditorların tələbləri siyahısına aid olduğundan və bu siyahıda olan kreditorların tələblərini eyni vaxtda tam icra etmək üçün yetərli pul vəsaiti olmadığından, tələb aktivlərin idarə edilməsi və realizə edilməsi nəticəsində pul vəsaiti toplandıqca «Banklar haqqında» Qanunun 82.1.8-ci və 87.1-ci maddələrinin tələbinə uyğun olaraq bütün kreditorlar arasında proporsional bölünərək hissə-hissə ödəniləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, kassa məxaric orderləri, elanlar, cari, ssuda və faiz hesablarından çıxarışlar təqdim edilmədiyindən 2(006)-3839/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Eyni zamanda həmin məlumatda göstərilmişdir ki, İddiaçı bağladığı əmanət müqavilələrinin tarixləri 2011-ci ilin avqust və noyabr aylarında olmuşdur. Lakin, Bank tərəfindən İddiaçı yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhat edən cari hesabdan çıxarışları təqdim edilmişdir. Həmin hesabdan çıxarışların hansı əmanət müqaviləsinə aid olduğunu müəyyən etmək mümkün olmur. Bu səbəbdən, yəni 2011-ci il tarixdən 2017-ci il tarixədək olan dövrü əhatə edən cari hesabdan çıxarışlar və bütün dövri əhatə edən ssuda və faiz hesablarından çıxarışlar təqdim edilmədiyindən hesablamalar aparmaq mümkün olmur. Azərbaycan Respublikası Mərkəzi Bankının 06 fevral 2025-ci il tarixli 6-1-31/2- 1733/2025 saylı (məhkəmənin müraciətinə cavab) məktubundan görünür ki, məhkəmənin icraatında olan 2(006)-3839/2024 nömrəli iş üzrə müraciətə Azərbaycan Respublikası Mərkəzi Bankında aidiyyəti üzrə baxılmışdır. «Əmanətlərin sığortalanması haqqında» Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlər hesab edilir. Depozit müqavilələri imzalanan zaman (22 avqust 2011) qüvvədə olan qanunvericiliyə uyğun olaraq qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % olmuşdur. Müraciətə surəti əlavə olunmuş 165, 166, 167, 168, 169 və 170 saylı depozit müqavilələrinin hər birində əmanət üzrə faizin qarşısında «illik» sözündən istifadə edilməmişdir («...14 ay müddətinə 13 %-lə qoyulur»). Bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə əsasən əmanət müqavilələri üzrə mübahisələrin və qeyri-müəyyənliyin yaranmaması üçün bir qayda olaraq, müqavilələrdə hesablanacaq faizlərin aid olduğu «illik» sözündən istifadə edilir. Qeyd olunanları nəzərə alaraq, 13 % gəlirlilik göstəricisinin ümumilikdə müqavilə müddəti üzrə 14 aya aid olması kimi anlaşıla bilər. Mülki Məcəllənin 419.2-ci maddəsinin tələblərinə əsasən, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. «Banklar haqqında» Qanunun 41.2.12-ci maddəsinə müvafiq olaraq müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bank tərəfindən məhkəmələrə verilir. Qanunun 71-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir və banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Qanunun sözügedən maddəsinə görə ləğv edilən bankın sənədləri və əmlakı bankın inzibatçılarından ləğvediciyə təhvil verilir. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan Qanunun 72.1.6cı maddəsinə müvafiq olaraq bankın öhdəlikləri (depozitlər daxil olmaqla) üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, vətəndaşın əmanətləri ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada Fonddan əldə edilə bilər. Qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 949.1-ci maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. 949.2-ci maddəsinə əsasən əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. 950.1-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. 950.2-ci maddəsinə əsasən bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir. 950.3-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. 950.4-cü maddəsinə əsasən bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var. 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (18 dekabr 2020-ci il tarixədək olan redaksiyada). 27.1-ci maddəsinə əsasən Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur. 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilmsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə əsasən həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşdırılmış huquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından aydın olduğu kimi iddiaçı və "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə müxtəlif əmanət məbləğlərinin depozitə yerləşdirilməsinə dair bir neçə müqavilə bağlamışdır. Müqavilənin məzmununda yerləşdirilmiş məbləğlərin məbləği, faiz dərəcəsi və müddəti göstərilmişdir. Lakin müqavilələrin məzmununda faizin hansı müddət üçün hesablanması hissəsində qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş və təcrübədə tətbiq edilən “illik” sözü öz əksini tapmamışdır. Bu haldan çıxış edərək iddiaçı bildirir ki, onun əmanətləri üzrə faiz dərəcəsi qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsindən aşağı faizlə hesablandığı üçün onun tərəfindən yerləşdirilmiş əmanətlər qorunan əmanətlər kateqoriyasına aid edilməli və onun əmanəti qaytarılmalıdır. İddiaçının dəlili məhz müqavilədə “illik” sözü göstərilmədiyi üçün müəyyən edilmiş 13 faizin 14 aya bölünməsi zamanı müəyyən edilən ədədin 12 ədədindən daha aşağı ədəd olmasından ibarət olmuşdur. Qeyd edilən məsələ ilə bağlı ekspertiza təyin edilsə də, bu məsələ öz həllini tapmamışdır. Digər tərəfdən isə Mərkəzi Bankın məsələ dair mütəxəssis arayışında müqavilənin standart şərtlərinin təfsiri ilə bağlı mövqe sərgilənmişdir. Mərkəzi Bankın mövqeyi faizlə bağlı müddəanın həmin müddəanı təklif etmiş tərəfin zərərinə təfsirindən ibarət olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı ilə əmanəti qəbul etmiş bank arasında xx.xx.2011-ci il tarixdə 5, xx.xx.2011-ci il tarixdə isə bağlanmış 2 müqavilə təqdim edilmişdir. xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilələrdə “illik” sözü göstərilməsə də, xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilədə “illik” sözü göstərilmişdir. İddiaçının əmanətçi olduğu xx.xx.2011-ci il tarixli müqavilədə də əmanətin 14 ay müddətinə illik 14 faizlə yerləşdirilməsi şərtləşdirilmişdir. Belə olan halda hətta illik sözünün xx.xx.2011-ci il tarixli 5 müqavilədə qeyd edilməməsi texniki bir hal kimi qiymətləndirilə bilər. Hər bir halda məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərtinin bankın əleyhinə təfsir edilməklə faizin illik və ya digər müddət üçün müəyyən edilməsini ifadə etmək bankla əmanətçi arasında münasibətlərin formalaşmış işgüzar adətlərinə, mövcud təcrübəyə əsasən zidd hesab edilməlidir. Hamıya bəlli olan haldır ki, əmanətlərə faizlərin hesablanması zamanı faizin illik göstərici qeyd olunur. Bundan başqa isə həmin müqavilələrin 5.6-cı bəndinin f yarımbəndində göstərilmişdir ki, cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. İnternet resurslarından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Mərkəzi Bank tərəfindən xx.xx.2011-ci il tarixdə müəyyən edilmiş bank uçot dərəcəsi 5,25% təşkil etmişdir. Müqavilənin qeyd edilən yarımbəndi nəzərə alınmaqla aparılan hesablama ilə (5,25x1,8=9,45) müəyyən edilir ki, hazırki iddia üzrə təqdim edilmiş əmanət müqavilələrində müəyyən edilmiş faiz həmin an etibarilə qüvvədə olan uçot faiz dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi (14%) olduğundan hazırki əmanət də qorunan əmanət meyarlarına cavab vermir. Məhkəmə bir məqamı da diqqətə çatdırır ki, iddiaçının əmanət müqavilələri üzrə tələbləri kreditor tələb kimi qeydə alınmaqla iddiaçıya ləğvetmə prosesi çərçivəsində müəyyən ödənişlər də həyata keçirilmişdir. Habelə məhkəmə hazırki iddia tələbinin əmanətin qorunan əmanət hesab edilməklə Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülməsi ilə bağlı qanunvericilikdə müəyyyən edilmiş 1 illk müddət də, habelə üzürlü səbəblərin mövcudluğu halında 5 illik müddət belə ötürülmüşdür. Lakin məhkəmə hər bir halda iddiaçının əmanətinin qorunan əmanətlərə dair qanunvericiliklə və müqavilə şərti ilə müəyyən edilmiş şərtləri ödəməməsi baxımından onun hazırda qorunmayan əmanətə görə cavabdehə qarşı tələbi əsassız hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-368/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-368/2025
01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver