Məhkəmə qərarları › İş №2(006)-3738/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3738/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3738/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Bəhrəm oğlunun Cavabdehna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Bəhrəm oğlu Cavabdehna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Cavabdehna etdiyi müraciət və ona olan qoşmaların alınb iddiaçıya verilməsi barədə Cavabdeh üzərinə öhdəçilik qoyulması xahiş edilmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Tətbiq olunan normalar:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

4. Prokurorluq haqqında Azərbaycan Respublikası Qanunu: 28-ci maddə. Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.

b) məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

5. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı Cavabdehna xx.xx.2022-ci il tarixdə təqdim etdiyi ərizənin və ona əlavə olunan sənədlərin iddiaçıya geri qaytarılması barədə Cavabdeh üzərinə öhdəlik qoyulmasını xahiş edir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı ərizəsi ilə, yəni Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Şəxs rayon məhkəməsinə deyil, müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Çünki, hazırkı iddia tələbi prokurorluq orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə aid deyil, onların fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan hərəkət və ya hərəkətsizliyə dair tələbdir. Bu da onların inzibati hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olduğuna görə hazırkı iddia tələbinə baxılması rayon məhkəməsinin səlahiyyətlərinə aid deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir.

7. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı ərizəsi ilə müvafiq yuxarı prokurora və ya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Bəhrəm oğlunun Cavabdehna qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar