Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3753/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması” barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 3*14-cü məhəllə, A.Məhərrəmov küçəsi ev 4-də tikilən binanın həbsdən azad edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının cavabdeh qismində Cavabdeh göstərərək Sumqayıt Şəhər Məhkəməsinin 8(*6*)-665/2*24 saylı *1.1*.2*24-cü il tarixli qərardadına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən icra mərhələsində borclunun əmlakına qoyulmuş həbsin aradan qaldırılmasına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən qeyd olunmalıdır ki, iddiaçı əmlak üzərinə həbsin qoyulmasına dair məhkəmənin müvafiq qərardadından və ya icra məmurunun hərəkət (hərəkətsizliyindən) müvafiq qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina olunsun. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi: **********, tarix: 13.*6.2*25, saat: 1*:44) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya məhkəmə qərarlarının icrası qaydasında qərardaddan şikayət və ya icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3753/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3753/2025
17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver