Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3781/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı “texniki pasportun surətinin təqdim edilməsi” tələbinə dair ilkin iddia üzrə; iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı “texniki pasportun surətinin təqdim edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 29 saylı ərzaq mağazasının texniki pasportunun surətini MMC-yə təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 118 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin əsaslı vəziyyətdə təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qeyri-yaşayış sahəsinin əsas sahəsinin daxildən hesablanmaqla çatışmayan 6,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzi olaraq 41000 manat nağd şəkildə pulun, son-ayın icarə haqqı olan 3000 manat məbləğində pulun və 3000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 ilkin iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı t vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx xxxxxx 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh arasında 03QYS saylı, xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, Cavabdeh ünvan 2 ünvanında yerləşən 103,6 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, əvəzinə həmin ünvanda inşa edilən 124,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilir. Daha sonra, həmin Müqavilənin 1.1.3-cü bəndinə əsasən qarşılıqlı razılaşma əsasında 24,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 6,0 kv.m-dan ibarət sahəsinin dəyəri 26 000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh yuxarıda göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququ haqqında” şəhadətnamə təqdim etmiş və həmin şəhadətnamədə ünvan 2 ünvanında yerləşən 29 saylı ərzaq mağazasının əmlakı qeyd edilsədə, lakin şəhadətnamədə əmlakın sahəsi barədə heç bir məlumat yoxdur. Tərəflərindən müvafiq sənədlərə baxış keçirilərkən bəlli olmuşdur ki, Cavabdeh mülkiyyətində olan 29 saylı ərzaq mağazasının texniki pasportu iş materiallarında mövcud deyildir. Bununla bağlı Cavabdeh şifahi və yazılı şəkildə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin texniki pasportunu təqdim etməkdən imtina etmişdir. Hazırda əldə etdikləri məlumatlara əsasən, Cavabdeh mülkiyyətində olmuş 29 saylı ərzaq mağazasının ümumi sahəsi, müqavilədə göstərilən sahədən daha az olmuşdur. Ona görə də, hesab edir ki, Cavabdeh tərəfindən texniki pasportun surəti İddiaçı MMC-yə təqdim edilməli, texniki pasportunda göstərilmiş dəqiq sahəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarına uyğun olaraq sahəsi müəyyən edilməlidir. Sonda ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, “İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 103,6 kv.m-dən ibarət qeyriyaşayış sahəsini sökülmək üçün “İddiaçı"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxx“Tikinti Şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində Cavabdeh üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməli, "Tikinti Şirkəti" ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 2-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 124 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bundan əlavə aralarında olan razılaşmaya əsasən “Tikinti Şirkəti" 118.0 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsini və qalıq kimi 6.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzi olaraq 41000 manat nağd şəkildə bu Müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürdüyü halda, müqavilədə “Tikinti Şirkəti" 118.0 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini və qalıq kimi 6.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzi olaraq 26000 manat nağd şəkildə bu Müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh yaşlı qadın olmaqla savadsız qadındır, “Tikinti Şirkətinin nümayəndələri Cavabdeh yaşlı və savadsız qadın olmağından istifadə etməklə müqavilənin şərtlərini öz xeyrlərinə şərh etməklə tərtib etmişlər və Cavabdeh isə müqaviləni savadsız olduğu üçün oxuya bilməmiş və “Tikinti Şirkəti”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Tikinti Şirkəti” Cavabdeh yalnız qeyri-yaşayış sahəsinin ölçüsü çöl divardan götürülməklə 118 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh təklif olunur, həmçinin təmirsiz vəziyyətdə. Halbuki, bütün binada digər sakinlərlə də razılaşma mənzillərin təmirli vəziyyətdə sakinlərə verilməsi razılaşdırılmışdır. Bundan başqa müqavilənin şərtlərinə əsasən “Tikinti Şirkəti" inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini bərpa etmək məqsədi ilə “Əmlak mülkiyyətçisinə aylıq 1500 (bir min beş yüz) manat məbləğində icarə haqqını xx xxxxxxx 2017-ci il tarixindən etibarən əvvəlcədən ilkin ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq “Tikinti Şirkəti" müqavilə şərtlərini bu hissədə də pozaraq Cavabdeh icarə haqqını ödəməkdən də yayınaraq son - ayın icarə haqqı olan pulu Cavabdeh ödəməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxaranın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələbinə əsasən mənzilin (qeyri-yaşayış sahəsinin) əsas sahəsi daxildən hesablanır. Hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur və mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunsuzluq və özbaşınalıq edən “İddiaçı" MMC tərəfindən Cavabdeh dəfələrlə psixoloji təzyiqlər olmuş, nəticədə ağır iztirab və sarsıntı keçirməyi ilə nəticələnmişdir. Bütün bunların nəticəsində mənəvi zərərə, təzyiqlərə, sarsıntılara məruz qalmış, bununla da, ona 3 000 (üç min) manat məbləğində mənəvi ziyan dəymişdir. Sonda ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 208 saylı xx xxxxxx 2016-cı il tarixli yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamında qeyd edilir: “ Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi » inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx- 1068 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, İddiaçınə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın: sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin; ərazinin və obyektin tikintisi üçün eskiz layihəsinin memarlıqplanlaşdırma bölməsini İcra Hakimiyyəti ilə razılaşdırsın; aidiyyəti qurumların müvafiq rəyi alındıqdan sonra işçi layihəsinin memarlıq- planlaşdırma bölməsini razılaşdırılması üçün Rayon icra Hakimiyyətinə təqdim etsin; layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların öz vəsaiti hesabına köçürülməsini əlaqədar təşkilatlarla razılaşdırsın; layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsini tikintiyə icazə verilməsi barədə sərəncamın və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Rayon icra Hakimiyyətinə təqdim etsin; layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarının 1.1-ci bəndinə və Azərbaycan Respublikası "Torpaq Məcəlləsi’’nin 50, 51, 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Rayon İcra Hakimiyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin və eləcə də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir. Görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilməsi Rayon icra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Qurban İsmayılova tapşırılsın. Tikinti obyektinin istismarına icazə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 309 №-li, 25 02 2016-cı il tarixli 86 №-li və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101, 102, 103 və 104-cü maddələrinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilsin. Sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yavər Allahverdiyevə həvalə edilsin”. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqaviləyə əsasən xx xxxxxx 2004-cü il tarixində 4 saylı reyestr kitabında 1 səhifə, qeydə alınma 002097 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında şəhadətnamə tərəfindən verilmiş 002097 ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 103,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün “xxxxxxxxxxxxxx” MMC-yə təhvil verir, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir. “Tikinti şirkəti” ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 2-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 124,0 kv.m-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini Cavabdeh mülkiyyətinə verir. Cavabdeh xahişini nəzərə alaraq “Tikinti şirkəti” 118,0 kv.-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini və qalıq kimi 6,0 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin əvəzi olaraq 26000 manatı nəğd şəkildə bu müqavilə imzalandığı gün ödəməyi üzərinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Cavabdeh qeyri yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə Cavabdeh aylıq 1500 manat məbləğində icarə haqqını xx xxxxxxx 2017-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 dəfə ödəyir. Cavabdeh kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir” İş materiallarından görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən 29 saylı ərzaq mağazasının əmlakına dair Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən mülkiyyət hüququ haqqında xx xxxxxx 2004-cü il tarixdə şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ varadır. ünvan 3 ünvanında yerləşən 29 saylı ərzaq mağaza üzrə Cavabdeh adına daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçinəsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq İddiaçı MMC-nin iddia tələbi əsassız olduğundan təmin edilməsi qanuna ziddir. Odur ki, İddiaçı MMC-nin Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı “texniki pasportun surətinin təqdim edilməsi” tələbinə dair ilkin iddia rədd edilməlidir. İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Belə ki, Cavabdeh 118 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin əsaslı vəziyyətdə təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, qeyri-yaşayış sahəsinin əsas sahəsinin daxildən hesablanmaqla çatışmayan 6,0 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin əvəzi olaraq 41000 manat nağd şəkildə pulun, son-ayın icarə haqqı olan 3000 manat məbləğində pulun və 3000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını və bununla bağlı mənəvi sarsıntı keçirməsini məhkəmədə sübuta yetirə bilmədi. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə qarşı “texniki pasportun surətinin təqdim edilməsi” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3781/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3781/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver