Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3781/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizzəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli PBR131 saylı mənzil və 196(37A) nömrəli avtomobil dayanacağı üzrə alqı-satqı müqaviləsinə əsasən cavabdehin 7653.68 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 96.54 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7750.22 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehdən 7653.68 manat, dövlət rüsumuna görə 96.54 manat və vəkilə ödənilmiş 300 manatın tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiada imtina etdiyi üçün mülki işin icraatına xitam verilməsi, lakin, dövlət rüsumuna görə ödənilmiş 96.54 manatın və 300 manat hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manatın cavabdehdən alınaraq İddiaçı MTK-ya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata cavabdehdən 7653.68 manatın tutulması hissəsində xitam xitam verilməklə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 96.54 manat dövlət rüsumunun Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı MTK-ya qaytarılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, “Yusif Allahverdiyev və Partnyorlar” Vəkil Bürosuna iddiaçı tərəfinədn 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 300 manat məbləğində pul tutulmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh hüquqi yardıma görə 300 manat alınaraq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3781/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3781/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver