Məhkəmə qərarları › İş №2(006)-3823/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3823/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3823/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh3 onun mülkiyyətində olan Nəsimi rayonu, Cavadxan küçəsi, ev 21, mənzil 114-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AR DİN X3 Qeydiyyat Haqqında ******* №-li Arayışdan görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzildə İddiaçı ilə heç bir qohumluq əlaqəsi olmayan şəxslər- X1, Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin, yəni X1, Cavabdeh3 ünvan 2 ünvanından X3 qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi, inzibati orqandır və iddiaçı həmin inzibati orqan tərəfindən qəbul edilmiş məktubu mübahisələndirməlidir. Həmin tələblərə ümumi məhkəmələrdə baxılması istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, İddiaçı tərəfindən verilmiş iddia Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid olduğundan həmin iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-263-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar