Məhkəmə qərarları › İş №2(006)-383/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-383/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-383/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 267630 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı xeyrinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli etibarnaməsi ilə ona verilmiş səlahiyyətlərinin Ş.Mustafayevə verilməsinə dair Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli etibarnamə, həmin etibarnamə əsasında mənzilin satılmasına dair etiraz etməməsi ilə bağlı imzaladığı xx.xx.2012-ci il tarixli ərizə və ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzilin birgə mülkiyyətdə olan əmlak kimi Cavabdeh ilə İddiaçı arasında bərabər payda bölünməklə, Cavabdeh mənzildə 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hər birinin nizamnamə kapitalında olan 100% və "xxxx" MMC-nin nizamnamə kapitalında olan 50 % təsis paylarının ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölünməsi, İddiaçı adına olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 4,0 ha və 10,0 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətdə olan əmlak kimi tərəflər arasında bölünməsi, həmin torpaq sahələri üzrə Cavabdeh 1/2 hissədə payının müəyyən edilməsi, İddiaçı mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısından əldə olunan 170.000 manat, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısından əldə olunan 190.000 manat, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.48 kv.m torpaq sahəsinin alqı-satqısından əldə olunan 120.000 manat, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısından əldə olunan 160.000 manat, cəmi 1.220.000 manat məbləğində pul vəsaitinin ümumi birgə mülkiyyət kimi Cavabdeh ilə İddiaçı arasında bərabər şəkildə bölünməsi və həmin pul vəsaitindən 610.000 manatın İddiaçı alınıb Cavabdeh verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi qismən icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh 332.000 manat borcu qalmışdır. İcra vərəqəsinin icraya yönəldilməsi prosesində borclar qarşılıqlı şəkildə əvəzləşdirilmiş və nəticədə İddiaçı Cavabdeh 278.000 manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixdə Səbail rayon icra və probasiya şöbəsi tərəfindən icraat başlanmışdır. İddiaçı icra məmuruna müraciət etmiş və onun təklifi əsasında Cavabdeh məxsus bank hesabına həmin vəsaiti ödəməyə başlamışdır. Səbail rayon icra və probasiya şöbəsi xx.xx.2018-ci il tarixdə icraata başladıqdan sonra, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh məxsus bank hesabına aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir: xx.xx.2018-ci il tarixdə 3950 AZN, xx.xx.2018-ci il tarixdə 400 AZN, xx.xx.2018-ci il tarixdə 10000 AZN, xx.xx.2018ci il tarixdə 3650 AZN, xx.xx.2018-ci il tarixdə 300 AZN, xx.xx.2018-ci il tarixdə 3250 AZN, xx.xx.2018-ci il tarixdə 3250 AZN, xx.xx.2018-ci il tarixdə 3000 AZN, xx.xx.2018-ci il tarixdə 3000 AZN, xx.xx.2018-ci il tarixdə 750 AZN, xx.xx.2018-ci il tarixdə 14480 AZN, xx.xx.2018-ci il tarixdə 17350 AZN, xx.xx.2018-ci il tarixdə 34000 AZN, xx.xx.2018-ci il tarixdə 7000 AZN, xx.xx.2018-ci il tarixdə 5000 AZN, xx.xx.2018-ci il tarixdə 20000 AZN, xx.xx.2018-ci il tarixdə 25000 AZN, xx.xx.2019-cu il tarixdə 10000 AZN, xx.xx.2019-cu il tarixdə 20000 AZN, xx.xx.2019-cu il tarixdə 10000 AZN, xx.xx.2019-cu il tarixdə 20000 AZN, xx.xx.2019-cu il tarixdə 20000 AZN, xx.xx.2019cu il tarixdə 20000 AZN, xx.xx.2019-cu il tarixdə 10000 AZN olmaqla, ümumilikdə 267.630 AZN məbləğində ödəniş edilmişdir. Lakin borc hesabına olunan ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh olan borc ödənişi kimi qəbul edilməmişdir, iddiaçının sabiq həyat yoldaşı Cavabdeh ödənilmiş pul vəsaitlərinin təyinatı borcun ödənilməsi deyil, “uşaqların təhsil, səyahət və digər ehtiyaclarının ödənilməsi” kimi qiymətləndirilmişdir. Halbuki, Cavabdeh ilə iddiaçının uşaqlarının təhsil, səyahət və digər tələbatlarının ödənilməsi üçün sözügedən məhkəmə qərardadından əvvəlki dövrlərdə iddiaçı tərəfindən bu kimi ödənişlər aparılsa da, heç bir vaxt Cavabdeh bank hesabına köçürülməmişdir. Eyni zamanda, İddiaçı uşaqlarının ehtiyaclarının ödənilməsi üçün 2012-ci ildən bu günə qədər, o cümlədən 2018-2019-cu illərdə pul ödəmələrini birbaşa özü həyata keçirirdi. 2018-2019-cu illərdə bu ödəmələri Cavabdeh bank hesabına köçürməsi məntiqsizdir. “BSB” X6 Məktəbi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 005/3152 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının qızı X1 2017/2018 və 2018/2019 təhsil illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. xx.xx.2018-ci il tarixli 0274 saylı arayışdan və xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 4680 manat məbləğində və əlavə olaraq 1561 manat pul ödənilmişdir. xx.xx.2018-ci il tarixli 0582 saylı arayışdan və xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdeh və uşaqların səyahəti üçün “Travel Time” şirkətinə 8318,70 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçı bir qayda olaraq, uşaqların təhsil haqqı və səyahət xərclərini şəxsən özü ödədiyi halda, eyni tipli xərclərin ödənilməsini kəskin münasibətdə olan sabiq həyat yoldaşının bank hesabına köçürməzdi. İddiaçı 267630 manat məbləğində olan pul vəsaitini Cavabdeh olan borc məbləğinin ödənilməsi üçün onun bank hesabına köçürmüşdür. Belə ki, Səbail rayon icra şöbəsinə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, “məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mülkiyyətində və tələbkar Cavabdeh istifadəsində olan “Prado” markalı avtomaşını borc əvəzi sonuncuya təklif etmiş, lakin Cavabdeh həmin avtomobili qəbul etməkdən imtina etmişdir. Qəbzlərə görə tələbkarın hesabına 94930 manat pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınlarının səhayətə getməsi ilə əlaqədar 14600 manat pulun ödənilməsini xahiş etmişdir. Həmin dövrdə tələbkar Cavabdeh cəmi 109400 manat ödənilmişdir. Səbail rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən “tələbkar Cavabdeh 75000 manat məbləğində ödəniş edilmişdir. Səbail rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsində İddiaçı qeyd edir ki, “icra işi başlandığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən sonra, xx.xx.2018-ci il tarixdən başlayaraq, indiyədək tələbkar Cavabdeh borcunu ödəmiş və bu günədək onun bank hesabına 282630 manat pul köçürmüşdür. Bundan əlavə uşaqlarının ehtiyacları üçün təhsil haqqı və sair onun tərəfindən ödənilmişdir”. İddiaçı ərizəsində xahiş edir ki, 282630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilsin. İki dəfə eyni növ xərclərə iddiaçının ödəniş etməsi heç bir məntiqə sığmır. İddiaçı tərəfindən ödənilən 267630 manat məbləğində olan pul vəsaiti cavabdeh tərəfindən “uşaqlarının təhsil, yemək, geyim, istirahət xərcləri və sair” ödənişlər kimi qiymətləndirilmişdir. Əgər həqiqətən də belə idisə, iddiaçı təhsil və istirahət xərclərini əlavə olaraq ödəməli idi. Digər tərəfdən, ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən təyinatı üzrə (uşaqların təhsil haqqı, geyim, səyahət və sair) xərclənməsinə dair hər hansı sübutu varsa, tədqim edilsin. Cavabdehin əsas gətirdiyi “vhatsap yazışmaları” iddiaçının ödədiyi 267630 manat məbləğlə üstüstə düşmür. Belə ki, cavabdehin təqdim etdiyi “vhatsap yazışmaları” ilə “uşaqların ehtiyacları üçün ödənişlər” arasındakı fərq 87400 manat təşkil edir. Digər tərəfdən, İddiaçı uşaqların saxlanılması üçün 2012-ci ildən indiyədək mütəmadi olaraq aliment ödəyir. Uşaqların bahalı xarici səyahətləri, ödənişli təhsil almaq və digər bu kimi xərclərin imperativ şəkildə ödənilməsi isə ailə qanunverciliyində nəzərdə tutulmamışdır, bu məsələlər tərəflərin qarşılıqlı razılığı əsasında könüllü və müştərək qaydada həll olunur. Cavabdeh bank hesabına ödənilmiş 267.730 manat məbləğində pul vəsaiti, uşaqların ehtiyacı üçün deyil, cavabdehə olan 332000 manat borcun ödənilməsi məqsədi ilə həyata keçirilmişdir. İddiaçının uşaqları ilə sosial şəbəkələrdə yazışmaları ilə bağlı qeyd etmək zəruridir ki, “vhatsapp yazışmaları” mötəbərliyi və həqiqiliyi baxımından şübhə yaratmamalı, onların kimin tərəfindən kimə ünvanladığı qanunla müəyyən edilmiş qaydada müəyyən olunmalıdır. Bundan əlavə, İddiaçı tərəfindən tələbkar Cavabdeh bank hesabına ödənilən pul vəsaitlərinin üzərində sonuncunun sərəncam hüququ vardır, yəni Cavabdeh ona məxsus olan pul vəsaitini istədiyi yerə, o cümlədən uşaqlara xərcləyə bilərdi. Bununla yanaşı, heç bir fakt təsdiq etmir ki, iddiaçı tərəfindən Cavabdeh bank hesabına köçürülən pullar uşaqların ehtiyacları üçün xərclənmişdir. İddiaçının bu barədə mümkün olan məsləhətləri cavabdeh üçün məcburi deyildir. Cavabdeh ona köçürülən pul vəsaitini özü bildiyi kimi xərcləmişdir. Ödəniş olduğu müddətdə Cavabdeh həmin bank hesabından aldığı pulları uşaqların ehtiyacları üçün ödənilməsi barədə icra məmuruna bildirməmişdir. Belə olan halda, cavabdehin bank hesabına ödənilmiş 267630 manat məbləğində pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilərək, cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilmiş pul vəsaitinin “uşaqların ehtiyaclarının ödənilməsi” kimi qiymət verilməsi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı mülki iş üzrə deyil, icra məmurunun qərarından şikayət üzrə icraat qaydasında çıxarılmışdır. Odur ki, hazırki iddia tələbi üzrə sübutlar mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun təhlil edilməli və onlara obyektiv qiymət verilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ərizəsində cavabdehdən 267630 manat məbləğində pul vəsaitinın alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi faktiki cəhətdən onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası zamanı iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əsassız olaraq cəmi 267.630 manat məbləğində pul vəsaiti ödənilib. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəalarına (maddə 439.4, 1091.1, 1091.2, 1091.3) istinad edib. Cavabdeh iddia tələbini qəbul və etiraf etmir, iddiaçıya etiraz olaraq bildirir ki, iddiaçının mübahisə predmeti olan 267.630 manat məbləğində pul vəsaitinin guya cavabdehə əsassız ödənilməsi iddiası tərəflər arasındakı mübahisənin faktiki hallarına və həqiqətə uyğun deyil. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı 610.000 manat məbləğində pul alınıb tələbkar Cavabdeh verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsində xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış və borclu İddiaçı tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilərək, əks təqdirdə tələbin məcburi qaydada icra ediləcəyi bildirilmiş, lakin tələb borclu İddiaçı tərəfindən könüllü icra müddəti ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh 320.000 manat məbləğində pul alınıb tələbkar İddiaçı verilməlidir, həmin icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsində xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılmış, icra zamanlı tələb borclu Cavabdeh mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satışı nəticəsində borcun 42.000 manatı ödənilmiş və 278.000 manat borc qalmışdır. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, hər iki icra işinin bir icraatda birləşdirilməklə qarşılıqlı əvəzləşdirmə aparılmasını xahiş etmişdir. Qarşılıqlı razılığa əsasən Ali Məhkəmənin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh İddiaçı verməli olduğu qalıq 278.000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh verməli olduğu 610.000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Ali Məhkəmənin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə Cavabdeh İddiaçı hər hansı məbləğdə borcu qalmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi isə qismən icra olunmaqla, həmin icra sənədi üzrə İddiaçı Cavabdeh 332.000 manat məbləğdə borcu qalmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək, Ali Məhkəmənin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə qalıq 332.000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir, qeyd edilən icra sənədinin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən borclu İddiaçı mülkiyyətində pul vəsaiti, avtomaşın, bağ və digər daşınar və daşınmaz əmlakların olub-olmaması barədə aidiyyəti orqan və təşkilatlara müvafiq sorğular verilib cavablar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin həmin sorğulara cavablar əsasında müəyyən olunan əmlaklara yönəldilməsi üçün icra məmurunun müvafiq təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(009)- 473/2018 saylı qərardadı ilə borclu İddiaçı məxsus bir daşınar və başqa daşınmaz əmlakların (ünvan 8 ünvanında yerləşən 15 və 18 saylı mənzillər, həmin ünvanda yerləşən 15 və 30 kv.m qeyri-yaşayış sahələri - qarajlar), Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən 673,4 kv.m qeyriyaşayış sahəsi, ünvan 10 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsi, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı və 15,0 ha, 2,50 ha, 4,0 ha sahibkarlıq təyinatlı torpaq sahələri, “BMW 528İ” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı və “Toyota Land- Cruiser-Prado” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-487/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Borclu İddiaçı Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən 673,4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(009)-39/2020 saylı qərardadı ilə rədd edilmişdir. Həmin qərardaddan borclu İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-190/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Üzərinə həbs qoyulmuş əmlaklar icra məmurunun müvafiq sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatları ilə qiymətləndirilmiş, lakin borclu İddiaçı həmin hesabatları məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6087/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə iddia qismən təmin olunaraq, ünvan 8 ünvanında yerləşən 15 saylı mənzilin qiyməti 182.000 manat, həmin ünvanda yerləşən 18 saylı mənzilin qiyməti 81.500 manat, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 15.000 manat, ünvan 12 ünvanında yerləşən 673.4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 1.481.000 manat, ünvan 10 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 45.600 manat, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 2,0 ha torpaq sahəsinin qiyməti 8.000 manat müəyyən edilmiş, iddia qalan hissədə, yəni ünvan 8 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin qiymətləndirmə hesabatının ləğvi tələbi hissəsində rədd olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə üzərinə həbs qoyularaq qiymətləndirilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq mövcud 332.000 manat borc məbləğinin hissəsi olan 324.100 manat müqabilində tələbkar Cavabdeh təklif olunmuşdur. Tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə təklifdə qeyd olunan əmlakları qəbul etdiyini bildirmişdir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən 15 və 18 saylı mənzillərin, həmin ünvanda yerləşən 15 kv.m qeyri-yaşayış sahəsinin və ünvan 10 ünvanında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar Cavabdeh verilməsi və onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Tələbkar Cavabdeh məhkəməyə şikayətə qarşı yazılı etiraz təqdim edərək, etirazda göstərilən dəlillərə görə şikayətin əsassız olduğunu bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Tələbkar Cavabdeh bu qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş və borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Bu qərardad onunla əsaslandırılmışdır ki, “işin materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən borcluya borcun ödənilməsi ilə bağlı təklif verilmiş, lakin borclu tələbi könüllü icra etmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. İşin materiallarında borclunun icra sənədi üzrə olan borcunun hissə-hissə ödənilməsi barədə də tələbkarla hər hansı bir danışığının, razılığının olması müəyyən edilmir. Əksinə, işin materialları ilə müəyyən olunur ki, borclu məcburi icra tədbirlərinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə müxtəlif məhkəmə mübahisələri açmış və bu da icra sənədi üzrə icranın həyata keçirilməsinə süni maneələr yaratmışdır. Borclunun icra sənədi üzrə borcu könüllü olaraq ödəmək niyyəti, zəruri vəsaiti var idisə, onda onun borcu vaxtında ödəməyib məcburi icra tədbirlərini müxtəlif məhkəmə mübahisələri ilə mübahisələndirməsi anlaşılan deyil. Borclu tərəfindən tələbkarın bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə ödənilmiş cəmi 282.360 manat məbləğində ödənişlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borcun ödənişi kimi qiymətləndirilə bilməz. Çünki həmin ödənişlərə dair qəbzlərdə ödənişlərin təyinatının məhz hazırki icra sənədinin icrası ilə bağlı olması göstərilməmiş və borclu tərəfindən məhkəməyə bu halı təsdiq edəcək heç bir mötəbər sübut təqdim olunmamışdır. Qəbzlərdə ödənişin təyinatı kimi ya “hesaba mədaxil”, ya “cari hesaba mədaxil”, ya “kart hesabına mədaxil”, ya da “hesabın möhkəmləndirilməsi” göstərilmişdir. Əslində isə həmin məbləğlər uşaqların ümumi ehtiyaclarının (təhsil, yemək, geyim, istirahət xərcləri və s.) ödənilməsinə yönəlmişdir. Bunu borclu ilə uşaqları (oğlu Heydər və qızı Mehrin) arasında olan “whatsapp” yazışmaları birmənalı şəkildə təsdiq edir. Həmin yazışmaların məzmunundan açıqaydın görünür ki, uşaqların qeyd olunan ehtiyaclarını qarşılamaq üçün borclu İddiaçı xx.xx.2018-ci il tarixdə göndərdiyi mesajda anasının (yəni tələbkarın) bankda öz adına hər hansı hesab nömrəsi açdırıb verməsini və onun bu hesaba etdiyi köçürmələri çıxarıb bütün lazımi ödənişləri həyata keçirməsini təklif etmiş, bu məqsədlə tələbkar Cavabdeh adına “X16” ASC-də AZ36AZRT******************** nömrəli hesab açılmış və hesabın rekvizitləri “whatsapp”la borclu İddiaçı göndərilmişdir. Qəbzlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.2018 il tarixdən xx.xx.2019-cu il tarixədək etdiyi və hazırda guya icra sənədi üzrə borcun ödənişi kimi qələmə vermək istədiyi pul köçürmələrinin hamısını məhz həmin hesab nömrəsinə ödəmiş və həmin ödənişlər barədə uşaqlarına “whatsapp”-la göndərdiyi mesajlar vasitəsilə məlumat vermiş, ödəniş qəbzlərinin şəkillərini göndərmiş, bəzi mesajlarda isə hətta ödənişlərin konkret təyinatlarını belə qeyd etmişdir. Misal üçün, İddiaçı xx.xx.2018-ci il tarixdə edilmiş 3.950 manat məbləğdə ilk ödənişlə bağlı oğlu Heydərə xx.xx.2018-ci il tarixdə “whatsapp”la ödəniş qəbzlərinin şəkillərini göndərməklə yazdığı mesajlarda qeyd edir ki, “Pul artıq köçürülüb, hesabdan getdiyi üçün yəqin sabah görəcəksiniz. Kirayəyə - 1000 manat; Xadiməyə - 200 manat; Bağın mühafizəçisinə - 400 manat; Mehrinin müəllimlərinə - 1.000 manat; Heydərin müəllimlərinə - 1.050 manat; Cəmi məbləğ – 3.650 manat. Qoy anan nağdlaşdırsın və bütün xərcləri bağlasın. Ananın hesabına əlavə 300 manat da qoymuşam ki, ondan götürəsən. 3.650 manat sizin xərclərinizə, 300 manat da sənə görə, ümumilikdə 3.950 manat qoymuşam”. xx.xx.2018-ci il tarixdə edilmiş ümumilikdə 13.950 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda bu gün anasının hesabına Heydərlə onun məktəbinə görə 10.000 manat, mənzilin kirayəsinə, bağın mühafizəçisinə, müəllimlərə və xadiməyə görə 3.650 manat, bazarlığa görə 300 manat, cəmi 13.950 manat pul qoyduğunu qeyd edir, ona 3 ədəd qəbzin şəkillərini göndərir və anasına pulları götürüb hər şeyi etməsini tapşırır. xx.xx.2018-ci il tarixdə edilmiş ümumilikdə 16.500 manat məbləğdə ödənişlə bağlı oğlu Heydərə “whatsapp”la göndərdiyi başqa bir mesajda qəbzlərin şəkillərini göndərməklə, bu gün cəmi 16.500 manat ödədiyini bildirir və təyinatlarını göstərir: “Mənzil – iyun, iyul, avqust; Müəllimlər – iyul, avqust, sentyabr; Mühafizəçinin və xadimənin əmək haqqı - iyun, iyul, avqust; 3.000 manat səninlə bacının xərcləri - iyul, avqust, sentyabr - hər aya görə 1.000 manat; 3.000 manat – məktəbə görə; düşərgəyə görə - 750 manat.” xx.xx.2018-ci il tarixdə edilmiş ümumilikdə 31.830 manat və xx.xx.2018-ci il tarixdə olan 34.000 manat məbləğdə ödənişlərlə bağlı oğlu Heydərlə olan “whatsapp” yazışmalarından müəyyən olunur ki, həmin məbləğ uşaqların anaları ilə birlikdə xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Barselona və Bilbao şəhərlərinə səyahətə getmək xərclərini (bilet üçün 17.350 manat, otel üçün 14.480 manat, 34.000 manat alış-veriş və sair xərclər üçün) qarşılamaq məqsədilə köçürülmüş və qəbzlərin şəkilləri göndərilmişdir. xx.xx.2019-cu il tarixdə edilmiş 20.000 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda qəbzin şəklini göndərməklə, anasının hesabına müəllimlərə hədiyyə almaq və sair üçün 20.000 manat pul qoyduğunu bildirir. xx.xx.2019-cu il tarixdə edilmiş 1.000 manat məbləğdə ödənişlə bağlı qızı Mehrinə “whatsapp”la göndərdiyi mesajda qəbzin şəklini göndərməklə, anasının hesabına səfirlikdən müsahibədən keçmək üçün 10.000 manat pul qoyduğunu bildirir. xx.xx.2019-cu il tarixdə edilmiş 20.000 manat, xx.xx.2019-cu il tarixdə edilmiş 20.000 manat, xx.xx.2019-cu il tarixdə edilmiş 20.000 manat və xx.xx.2019-cu il tarixdə edilmiş 10.000 manat manat məbləğdə ödənişlərlə bağlı olan “Whatsapp” yazışmalarından həmin pulların uşaqların London və Paris şəhərlərinə səyahətə getmək, Bakı və Şamaxı şəhərlərində istirahət etmək və “Жара” konsertinə bilet almaq xərclərini qarşılamaq üçün ödənildiyi görünür. Misal kimi göstərilən yazışmaların məzmunundan birmənalı olaraq görünür ki, tələbkarın bank hesabına köçürülən vəsaitlər uşaqların ehtiyacları və digər zəruri xərclərin qarşılanması məqsədilə edilmişdir. Həmçinin yazışmasında, digər yazışmalarında tələbkarın hesabına köçürülən pulun icra sənədi üzrə borcun əvəzi olaraq köçürülməsi barədə hər hansı bir qeyd əks olunmamışdır. Məhkəmə iclasında iştirak edən borclu İddiaçı bu yazışmaların ona məxsus olmasını inkar etməməklə yanaşı, hətta özü də məhkəməyə həmin yazışmalardan bir neçə nümunələr təqdim etmişdir. Bundan başqa o faktı da nəzərə almaq lazımdır ki, borclu İddiaçı vaxtı ilə hazırki icra sənədinin icrası ilə bağlı ona məxsus 673.4 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsini də məhz həmin icra sənədi üzrə borcdan 282.630 manat ödəniş etməsi ilə əsaslandırmış, lakin bu ərizəni rədd edən məhkəmələr (Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadları) sözügedən ödənişə borcun ödənişi kimi qiymət verməmişlər. Bütün bunlar ona dəlalət edir ki, borclu İddiaçı icra sənədi üzrə borcun ödənişi kimi iddia etdiyi ödənişlərin təyinatı əslində tamamilə fərqli olmaqla, onun həmin iddiası həm icra şöbəsini, həm də məhkəməni yanlış istiqamətə yönəltməklə icra sənədinin icrasından yayınmaq cəhdidir. Belə olan halda mübahisələndirilən Qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun çıxarılmış və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Çünki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılaraq, borcluya tələbin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilmiş, lakin tələb borclu tərəfindən könüllü icra müddəti ərzində icra edilməmiş, bundan sonra məcburi icra tədbirləri kimi tələbin borclunun əmlakına yönəldilməsi prosesinə başlanılmış, sorğu əsasında müəyyən olunan əmlaklarına məhkəmə qərarı ilə həbs qoyularaq qiymətləndirilmiş, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinin tələbinə uyğun olaraq açıq hərracda satışa çıxarılmazdan öncə ilk növbədə tələbkara təklif olunmuş və tələbkar həmin əmlakları qəbul etdiyi üçün əmlakların borcun qismən ödənilməsi hesabına tələbkara verilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin bu qərardan borclunun verdiyi şikayətə baxan məhkəmə borclu ilə uşaqları arasında olan “whatsapp” yazışmalarından qəbzlərdəki ödənişlərin hər birinin təyinatının nədən ibarət olmasının açıq-aydın şəkildə məlum olmasına baxmayaraq, həmin yazışmaları ümumiyyətlə nəzərə almadan və onlara hər hansı hüquqi qiymət vermədən, əsassız olaraq bu ödənişləri guya icra sənədi üzrə qalıq borcun ödənişi kimi qiymətləndirmişdir. Kollegiya qeyd edilən mülki prosessual qanunverciliyin tələblərini nəzərə alıb, qeyd edir ki, iş materiallarında olan və tərəflərin özləri tərəfindən məhkəməyə təqdim edilmiş borclunun öz övladları ilə “whatsapp” yazışmalarındakı məlumatlar mübahisə doğurmadığından, sübut kimi qəbul edilib işin materialları ilə əlaqəli qiymətləndirilməlidir. Çünki, həmin yazışmalarda olan məlumatlar mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hazırki apellyasiya icraatında borclunun uşaqları ilə olan “whatsapp” yazışmalarını bir daha təhlil edib hesab edir ki, həmin yazışmalardakı məlumatlar tələbkarın hesabına ödənilməli olan pul vəsaitinin borcun əvəzi olaraq ödənilməsi qənaətinə gəlməyə əsas vermir. Lakin işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin sübutların obyektiv, qərərsiz, hərtərəfli və tam baxıldıqdan sonra tətbiq edilən hüquq normalarına qiymət verilməsinə dair 88-ci maddəsinin tələblərinə əməl etməmiş və tələbkarın təqdim etdiyi və yuxarıda qeyd edilən qəbzlərdəki ödənişlərin konkret təyinatlarını açıq-aydın göstərən “whatsapp” yazışmalarını əsassız olaraq nəzərə alıb qiymətləndirməmiş və bunun səbəbini izah etməmişdir. Qeyd edilənlərə əsasən kollegiyanın yekun mövqeyi ondan ibarətdir ki, məhkəmənin müəyyən edilmiş hesab etdiyi və iş üçün mühüm əhəmiyyəti olan hal, yəni borclunun təqdim etdiyi qəbzlərdəki ödənişlərin məhz icra sənədi üzrə borcun ödənişi olması iş materialları ilə sübuta yetmir. Bu səbəbdən də borclunun icra məmurunun qərarından verdiyi şikayətin təmin olunması üçün əsaslar olmadığı halda, işə baxan məhkəmənin gəldiyi qənaət əsassız olmuşdur”. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad) müəyyən və sübut olunub ki, hazırda mübahisənin predmetini təşkil edən 267.630 manat məbləğində pul vəsaiti tərəflərin birgə nikahından doğulmuş uşaqların ümumi ehtiyaclarının (təhsil, yemək, geyim, istirahət xərcləri və s.) ödənilməsinə yönəlmişdir. Bunu iddiaçı ilə uşaqları (oğlu Heydər Heydərov və qızı Mehrin Heydərova) arasında olan və məzmunundakı məlumatlar mübahisə doğurmayan “whatsapp” yazışmaları birmənalı şəkildə təsdiq edir. İddiaçı həmin yazışmalarda etdiyi ödənişlərin hər birinin konkret təyinatlarını göstərmiş, yuxarıda qeyd edilən məhkəmə iclasında bu yazışmaların ona məxsus olmasını inkar etməməklə yanaşı, hətta özü də məhkəməyə həmin yazışmalardan bir neçə nümunələr təqdim etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının iddia ərizəsində istinad etdiyi “Bakı Apellyasiya Məhkəməsinin qərardadının mülki iş üzrə deyil, icra məmurunun qərarından verilmiş şikayət üzrə icraat qaydasında çıxarılması, odur ki, hazırki iddia tələbi ilə bağlı sübutların mülki prosessual qanunverciliyin tələblərinə uyğun təhlil edilib obyektiv qiymətləndirilməli olmasına” dair mülahizələri tamamilə əsassız olmaqla məsələnin mahiyyətinə təsir göstərən və mövcud vəziyyətə fərqli yanaşma tələb edən amil kimi çıxış etmir. İddiaçının iddia ərizəsində göstərdiyi “whatsapp” yazışmaları mötəbərliyi və həqiqiliyi baxımından şübhə yaratamamalı, kim tərəfindən kimə ünvanlanmasının müəyyən edilməli olmasına dair mülahizə də əsassız olmaqla, hazırki iddiaya qiymət verilməsi zamanı əlavə müzakirə və araşdırma predmeti ola bilməz. Çünki həmin sübutların mötəbərliyinə və həqiqiliyinə artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad) hüquqi qiymət verilmiş, iş materiallarında olan və tərəflərin özləri tərəfindən məhkəməyə təqdim edilmiş borclunun öz övladları ilə “whatsapp” yazışmalarındakı məlumatlar mübahisə doğurmadığından, sübut kimi qəbul edilib iş materialları ilə əlaqəli qiymətləndirilmişdir. Eyni fikirlər iddiaçının iddia ərizəsində qeyd etdiyi “heç bir faktın iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülən pulların təyinatı üzrə uşaqların ehtiyacları üçün xərclənməsini təsdiq etməsini, cavabdehin həmin pul vəsaitlərini özü bildiyi kimi xərcləməsini və uşaqların ehtiyaclarına sərf olunmasını icra məmuruna bildirməməsinə” dair mülahizəsinə münasibətdə də keçərlidir. Çünki mübahisəli pulların məhz uşaqların müxtəlif ehtiyaclarını qarşılamaq məqsədilə ödənilməsi də artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə (8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad) müəyyən və sübut olunmuş haldır. İddiaçının iddia ərizəsində bir tərəfdən, mübahisə predmeti olan 267.630 manat məbləğində pul vəsaitinin uşaqların ehtiyacları üçün deyil, cavabdehə olan 332.000 manat borcun ödənilməsi məqsədilə həyata keçirildiyini göstərməsi, yəni bu ödənişin qanuni əsası kimi müvafiq icra sənədinə istinad etməsi, digər tərəfdən isə həmin məbləği əsassız varlanma qaydasında geri istəməsi bir-biri ilə tam ziddiyyət təşkil edən hallardır. Çünki əmlakın əsassız varlanma qaydalarına uyğun tələb edilə bilməsi üçün başlıca şərt əsassız varlanan şəxsin həmin əmlakı heç bir hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan əldə etməsidir. Bu isə ona dəlalər edir ki, iddiaçı işin hallarının hazırki vəziyyətini düzgün qiymətləndirə və bu səbəbdən də hələ nə istədiyini belə konkret müəyyənləşdirə bilmir. İddiaçı mübahisə predmeti olan 267.630 manat məbləğində pul vəsaitini əsassız varlanma qaydasında tələb etmək hüququnu itirmişdir. Belə ki, iddiaya əsasən, iddiaçı tərəfindən cavabdehə əsassız ödənildiyi iddia edilən 267.630 manat məbləğində pul vəsaiti müxtəlif tarixlərdə və məbləğlərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə ödənilməklə, həmin ödənişlərdən 2 ildən artıq müddət keçmişdir. Belə olan halda Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məlum olduğu kimi, qeyd edilən müddət iddia müddəti deyil, kəsici müddətdir, yəni bu müddət keçdikdə, şəxs müvafiq tələb hüququnu itirir. Göstərlənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının, həmin iddianın əsassızlığına dair onlar tərəfindən verilən yazılı etirazda göstərilən dəlillərlə yanaşı, həmçinin bu tələbin irəli sürülməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyi üçün təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində cavabdehdən 267.630 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi faktiki cəhətdən onunla əsaslandırılıb ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası zamanı iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə əsassız olaraq cəmi 267.630 manat məbləğində pul vəsaiti ödənilib. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəalarına (maddə 439.4, 1091.1, 1091.2, 1091.3) istinad edib. Cavabdeh iddia tələbini qəbul və etiraf etməyərək, məhkəməyə iddia tələbinin əsassız olmasına dair yazılı etiraz təqdim etmişdir. Bununla yanaşı, iddiaçı mübahisə predmeti olan 267.630 manat məbləğində pul vəsaitini əsassız varlanma qaydasında tələb etmək hüququnu itirmişdir. Belə ki, iddiaya əsasən, iddiaçı tərəfindən cavabdehə əsassız ödənildiyi iddia edilən 267.630 manat məbləğində pul vəsaiti müxtəlif tarixlərdə və məbləğlərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə ödənilməklə, həmin ödənişlərdən 2 ildən artıq müddət keçmişdir. Belə olan halda, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göstərilənlərə əsasən, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkillərin çıxışını dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan borclu İddiaçı tərəfindən yazılmış və xx.xx.2018-ci il tarixdə Səbail rayon İcra Şöbəsinə daxil olmuş ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə borclu Cavabdeh 320.000 manat alınaraq ona verilməsi qət edilmişdir. İş hazırda Nəsimi rayon İcra Şöbəsinin icraatındadır. Səbail Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qətnaməsi (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı) ilə 610.000 manat pulun ondan alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Ona görə də hər iki icra işinin bir icraatda birləşdirilməsi və qarşılıqlı əvəzləşdirmə aparılması xahiş edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Səbail rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Mülki işin materiallarında olan “Whatsapp” yazışmalarının “screenshot”larından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə oğlu Heydərə yazdığı mesajlarda qeyd edir ki, “Pul artıq köçürülüb, hesabdan getdiyi üçün yəqin sabah görəcəksiniz. Kirayəyə - 1000 manat; Xadiməyə - 200 manat; Bağın mühafizəçisinə - 400 manat; Mehrinin müəllimlərinə - 1.000 manat; Heydərin müəllimlərinə - 1.050 manat; Cəmi məbləğ – 3.650 manat. Qoy anan nağdlaşdırsın və bütün xərcləri bağlasın. Ananın hesabına əlavə 300 manat da qoymuşam ki, ondan götürəsən. 3.650 manat sizin xərclərinizə, 300 manat da sənə görə, ümumilikdə 3.950 manat qoymuşam. İddiaçı qızı Mehrinə yazdığı mesajlarda qeyd edir ki, “Bu gün anasının hesabına Heydərlə onun məktəbinə görə 10.000 manat, mənzilin kirayəsinə, bağın mühafizəçisinə, müəllimlərə və xadiməyə görə 3.650 manat, bazarlığa görə 300 manat, cəmi 13.950 manat pul qoymuşdur, ona 3 ədəd qəbzin şəkillərini göndərir və anasına pulları götürüb hər şeyi etməsini tapşırır. İddiaçı oğlu Heydərə yazdığı mesajlarda qeyd edir ki, “Bu gün cəmi 16500 manat ödəmişəm. Mənzil – iyun, iyul, avqust; Müəllimlər – iyul, avqust, sentyabr; Mühafizəçinin və xadimənin əmək haqqı - iyun, iyul, avqust; 3.000 manat səninlə bacının xərcləri - iyul, avqust, sentyabr - hər aya görə 1.000 manat; 3.000 manat – məktəbə görə; düşərgəyə görə - 750 manat.” İddiaçıla oğlu arasında olan yazışmalardan görünür ki, 31.830 manat uşaqların anaları ilə birlikdə Barselona və Bilbao şəhərlərinə səyahətə getmək xərclərini qarşılamaq məqsədilə köçürülmüş və qəbzin şəkli göndərilmişdir. 20000 ABŞ dolları məbləğində olan köçürməyə dair qəbzin şəklini göndərərək, nə lazımdırsa almalarını qeyd etmişdir. Başqa bir mesajda 500 manat anasının hesabına, 300 manat isə hədiyyə kartına köçürdüyünü bildirmişdir. Qızı Mehrinə yazdığı mesajda qeyd etmişdir ki, anasının hesabına səfirlikdən müsahibədən keçmək üçün 10.000 manat pul qoymuşdur. İddiaçı 20000 məbləğində pulu göndərdiyi oğlu Heydərə yazdığı başqa bir mesajdan aydın olur. İddiaçı oğluna yazdığı digər mesajda Şamaxıda istirahət etmələri üçün 5000 manat pul köçürdüyünü qeyd etmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış icra icraatına xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Cavabdeh ona verməli olduğu qalıq 278.000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə onun Cavabdeh verməli olduğu 610.000 manat borcun müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi tam icra olunmaqla, həmin icra sənədi üzrə Cavabdeh ona hazırda hər hansı məbləğdə borcu yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan “X16” ASC tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına: - xx.xx.2018-ci il tarixdə 400 (dörd yüz) manat; - xx.xx.2018-ci il tarixdə 300 (üç yüz) manat, 10000 (on min) manat və 3650 (üç min altı yüz əlli) manat; - xx.xx.2018-ci il tarixdə 3 dəfə 3250 (üç min iki yüz əlli) manat, 2 dəfə 3000 (üç min) manat və 1 dəfə 750 (yeddi yüz əlli) manat; - xx.xx.2018-ci il tarixdə 14480 (on dörd min dörd yüz səksən) manat, 17350 (on yeddi min üç yüz əlli) manat; - xx.xx.2018-ci il tarixdə 20000 (iyirmi min) ABŞ dolları; - xx.xx.2018-ci il tarixdə 7000 (yeddi min) manat; - xx.xx.2018-ci il tarixdə 5000 (beş min) manat; - xx.xx.2018-ci il tarixdə 20000 (iyirmi min) manat; - xx.xx.2018-ci il tarixdə 25000 (iyirmi beş min) manat; - xx.xx.2019-cu il tarixdə 10000 (on min) manat; - xx.xx.2019-cu il tarixdə 20000 (iyirmi min) manat; - xx.xx.2019-cu il tarixdə 10000 (on min) manat; - xx.xx.2019-cu il tarixdə 20000 (iyirmi min) manat; - xx.xx.2019-cu il tarixdə 20000 (iyirmi min) manat; - xx.xx.2019-cu il tarixdə 20000 (iyirmi min) manat; - xx.xx.2019-cu il tarixdə 10000 (on min) manat məbləğlərində pul vəsaitləri mədaxil edilmişdir. Mülki işin materiallarında olan “X15” MMC-nin xx.xx.2018-ci il tarixli 0274 saylı sənədindən görünür ki, “X12” (475 ABŞ dolları), “Transfer: Airport DXB - Atantis Hotel – Airport DXB” (280 ABŞ dolları), “X13” (1998 ABŞ dolları) - 7 gün ərzində səyahətlə əlaqədar Cavabdeh 2753 ABŞ dolları (4680.10 manat) məbləğində invoys təqdim edilmişdir. Mülki işin materiallarında olan “X15” MMC-nin xx.xx.2018-ci il tarixli 0582 saylı sənədindən görünür ki, Heydərov Heydər, Cavabdeh və Əsgərova Xuramanın “X8” 7 gün ərzində qalmaları ilə əlaqədar Cavabdeh 4161 avro (8318.70 manat) məbləğində invoys təqdim edilmişdir. Mülki işin materiallarında olan “X15” MMC-nin xx.xx.2018-ci il tarixli 0581 saylı sənədindən görünür ki, Heydərov Heydər, Cavabdeh, Heydərova Mehrin, Əsgərli Mövsüm, Əsgərova Xuraman, İsmiyeva Gülarə və İsmi Əzizənin hava uçuşu ilə əlaqədar Cavabdeh 1561 manat məbləğində invoys təqdim edilmişdir. Mülki işin materiallarında olan “X15” MMC tərəfindən verilmiş DAB seriyalı 552310 nömrəli xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “aviabilet satışı” üçün 1561 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan “X15” MMC tərəfindən verilmiş DAB seriyalı 552311 nömrəli xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “mehmanxana” üçün 8318.70 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan “X15” MMC tərəfindən verilmiş DAB seriyalı 552312 nömrəli xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “qarşılama və yola salma servisi” üçün 4680.10 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə yazılmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 610.000 manat məbləğində pul alınıb tələbkar Cavabdeh verilməlidir. İcra sənədi üzrə Səbail rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 320.000 manat pul alınıb tələbkar İddiaçı verilməlidir. İcra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2018-cı il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı tələb borclu Cavabdeh mülkiyyətində olan “Toyota Prado” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, həmin əmlakın açıq hərracdan satılması nəticəsində borcun 42.000 manatı ödənilmiş və 278.000 manat borc qalmışdır. Qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3253/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdehnnın tələbkar İddiaçı verməli olduğu qalıq 278.000 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı Cavabdeh verməli olduğu 610.000 manat borcu müvafiq məbləğdə olan hissəsi (yəni 278.000 manat) ilə əvəzləşdirilmiş və beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi qismən təmin olunmaqla, həmin icra sənədi üzrə İddiaçı hazırda Cavabdeh 332.000 manat borcu qalmışdır. Göstərilənlərin nəzərə alınması və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə qalıq 332.000 manat məbləğdə borcun ödənilməsi üçün müvafiq icra tədbirlərinin görülməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan borclu İddiaçı tərəfindən yazılmış və xx.xx.2018-ci il tarixdə Səbail rayon İcra Şöbəsinə daxil olmuş ərizədən görünür ki, tələbkar Cavabdeh pul ödənilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin vaxt onun maliyyə imkanı olmadığından mülkiyyətində və hazırda istifadəsində olan “Prado” markalı avtomobil, digər başqa daşınmaz əmlakları təklif etsə də, o, qəbul etməkdən imtina etmişdir. Hal-hazırda ödənişləri bank vasitəsilə tələbkarın hesabına ödəyir. xx.xx.2018-ci il tarixdə - 16500 manat, xx.xx.2018-ci il tarixdə - 31.830 manat, xx.xx.2018-ci il tarixdə - 20000 ABŞ dolları, yəni - 34.600 manat, xx.xx.2018-ci il tarixdə - 7000 manat, xx.xx.2018-ci il tarixdə 5000 manat pul ödəmişdir. Qəbzlərə görə 94.430 manat Cavabdeh hesabına pul ödənilmişdir. Bundan əlavə, tələbkar anası və yaxınları ilə istirahətə gedən zaman ondan otel və digər xərcləri ödəməyi, qarşılığında isə ümumi borcdan çıxmağı xahiş etmişdir. Bunlara görə də 14600 manat pul ödəmişdir. Ümumilikdə 109490 manat pul tələbkara ödənilib. Ümumi borcdan həmin pulların çıxarılması xahiş edilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən yazılmış və xx.xx.2019-cu il tarixdə Səbail rayon İcra Şöbəsinə daxil olmuş ərizədən görünür ki, o, tələbkar Cavabdeh xx.xx.2018-ci il tarixdə 20000 manat, xx.xx.2018-ci il tarixdə 25000 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, cəmi 75000 manat pul ödəmişdir. Mülki işin materiallarında olan “BSB” X6 Məktəbi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 005/3152 nömrəli arayışdan görünür ki, X3 həmin məktəbin 7-ci sinif şagirdidir, onun 2017/2018 və 2018/2019-cu tədris illəri üçün təhsil haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. Mülki işin materiallarında olan borclu İddiaçı tərəfindən Səbail rayon İcra Şöbəsinə yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı icra sənədinə əsasən ərizəçidən Cavabdeh xeyrinə 610.000 manat pul tutulmalı idi. xx.xx.2017-ci il tarixdə icra başlamışdır. Cavabdeh ona olan borcu əvəzləşdirilmiş və onun Cavabdeh 332.000 manat borcu qalmışdır. xx.xx.2018-ci il tarixdən başlayaraq o borcunu ödəmiş və bu günədək Cavabdeh bank hesabına 282.630 manat pul köçürmüşdür. Eyni zamanda bundan əlavə övladlarının təhsili və digər xərcləri onun tərəfindən ödənilmişdir. Həmin pulun Cavabdeh hesabına ödənilməsi icra işinin başlanmasından sonra baş vermişdir. 282.630 manat borcun Cavabdeh hesabına ödənilməsi barədə rəsmi arayış verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan “BSB” X6 Məktəbi tərəfindən verilmiş ********** və ********** nömrəli xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, həmin məktəbin 11-ci sinif şagirdi X2 və həmin məktəbin 9-cu sinif şagirdi X1 2020/2021 tədris ilinə təhsil haqqı borcu yoxdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus ünvan 8, mənzil 18, ünvan 8, mənzil 15, ünvan 8-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, ünvan 10-da yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin borcun qismən ödənilməsi hesabına tələbkar Cavabdeh verilməsi və onun adına rəsmiləşdirilməsinin və qərardadın icra edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, tələbkar Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 8(009)-205/2022 saylı qərardadının ləğv edilməsi, borclu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-6016 saylı arayışından görünür ki, ailə mübahisəsi ilə bağlı pul tələbi üzrə ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil3 və Cavabdeh iştirak etmişlər. Lakin mediator mediasiya prosesini həyata keçirməkdən imtina etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 559 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş əmlaklarının bölgüsü ilə əlaqədar baş tutmuş çoxsaylı məhkəmə mübahisələri nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı xx.xx.2017ci il tarixli icra sənədi üzrə yekun olaraq iddiaçının cavabdehə 332.000 manat məbləğdə borcu qalmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 267630 manat məbləğində pul vəsaitini cavabdehin bank hesabına məhz həmin icra sənədi üzrə ödədiyini bildirmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin pul vəsaitinə “uşaqların ehtiyaclarının ödənilməsi” kimi qiymət verilməsi ilə əlaqədar olaraq hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlandığından 267630 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən həmin pul vəsaitinin icra sənədi üzrə deyil, uşaqlarının təhsil, səyahət, əyləncə və s. kimi xərclərinin qarşılanması ilə əlaqədar onun hesabına göndərildiyini bildirir və iddiaçının həmin pulların təyinatı ilə əlaqədar uşaqlarına “WhatsApp” tətbiqi üzərindən göndərdiyi mesajlara istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə uşaqları arasında olan yazışmalardan iddiaçının müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürməsi və həmin köçürmələrin təyinatı aydın görünür. Belə ki, iddiaçı müəyyən məbləğlərdə pul vəsaitlərini cavabdehin bank hesabına köçürdükdən sonra uşaqlarına yazdığı mesajlarda “xadimənin, mühafizəçinin əmək haqqları, müəllimlərin pulu, kirayə haqqı, düşərgə üçün, səyahət və s.” kimi təyinatları göstərərək, cavabdehin hesabına nə üçün nə qədər pul göndərdiyini qeyd etmişdir. Bu yazışmaların heç birində iddiaçı tərəfindən uşaqlara analarına olan borcun (onun bir hissəsinin) ödənişi ilə bağlı qeyd edilməmişdir. Yazışmaların mahiyyətindən pulların əsasən uşaqların xərcləri üçün cavabdehin hesabına göndərildiyi müəyyən olunur. Yəni yazışmalardan görünür ki, iddiaçı həmin pulları uşaqlarının zəruri xərclərini qarşılaması məqsədilə cavabdehə bağışlamışdır. Əgər həmin pullar icra sənədi üzrə borcun ödənilməsi məqsədilə cavabdehə göndərilsəydi, iddiaçının həmin pulların təyinatını mesajlarda göstərməsi absurd olardı. Belə ki, qeyd edildiyi kimi, o, cavabdehə olan borcunu ödəmiş olsaydı, cavabdehin əldə etdiyi pulları hansı istiqamətə xərcləməsi barədə uşaqlara yazdığı mesajlarda göstəriş vermək onun cavabdehin vəsaiti üzərində sərəncam verməsi hesab olunardı. Hazırki vəziyyətdə isə məhkəmə hesab edir ki, iddiaçı, uşaqlarının zəruri xərclərini ödəməkdə cavabdehə kömək etmək məqsədilə və həmin xərclərin ödənilməsi şərtilə ona həmin pulları bağışlamış, bağışlamanın məqsədi uşaqlarına layiqli həyat səviyyəsini təmin etmək olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-666.2-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İddiaçı tərəfindən göndərilən pulların məbləğləri ilə əlaqədar qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş “X16” ASC-nin ödəniş qəbzlərindən iddiaçının ümumilikdə 226430 manat və 20000 ABŞ dolları məbləğlərində pul vəsaitlərini cavabdehin bank hesabına köçürməsi müəyyən edilir. Bundan əlavə olaraq iddiaçı tərəfindən ümumilikdə 14559,8 manat məbləğində pul vəsaitinin “X15” MMC-nin hesabına ödənilməsi həmin şirkət tərəfindən təqdim edilmiş qəbzlərdən görünür. İddiaçının iddia tələbinin qanuni əsası kimi istinad etdiyi əsassız varlanma halı ilə bağlı qeyd edilməlidir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması məhkəmə tərəfindən aşağıda göstərilən hüquq normalarına əsasən müəyyən edilmir: Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, müəyyən olunur ki, hazırki mübahisənin predmetini təşkil edən münasibətlər əsassız varlanma deyil, bağışlama müqaviləsindən irəli gələn münasibətlərdir. Belə ki, iddiaçı ümumilikdə 226430 manat və 20000 ABŞ dolları məbləğlərində pul vəsaitini cavabdehə əsasən uşaqların xərclərini qarşılamaq şərtilə bağışlamış, cavabdeh isə həmin pulu qəbul etmişdir. İddiaçı tərəfindən 14559,8 manat məbləğində pul vəsaiti isə uşaqlarının səyahət etməsi üçün sərf edilmişdir. İddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiyini mübahisələndirmir. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (Mülki Məcəllənin 666.1-ci maddəsi) uyğun gəlir. Bu baxımdan hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin. Məhkəmə yuxarıdakıları ümumiləşdirərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 267630 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı xeyrinə qaytarılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Hazırda iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, icra sənədi üzrə cavabdehə olan borcunu ödəmək məqsədilə müxtəlif tarixlərdə ümumilikdə 267630 manat məbləğində pul vəsaitini cavabdehin hesabına köçürmüş, lakin cavabdeh bunu borcun ödənişi kimi qəbul etməyərək iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Belə olan halda iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları (Mülki Məcəllənin 1091-ci və 1093-cü maddələri) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, sübutetmə yükü, yəni cavabdehə həmin pulları məhz icra vərəqəsi üzrə borcun ödənişi kimi göndərməsini, habelə cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. İddia tələbini sübuta yetirmək üçün iddiaçı məhkəməyə müxtəlif tarixli qəbzlər, cavabdeh isə etirazının əsası kimi iddiaçı ilə uşaqlarının arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış yazışmaları təqdim etmişdir. Həmin qəbzlərdən iddiaçı tərəfindən cavabdehin hesabına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə mədaxillər edilməsi, yazışmalardan isə hazırki mübahisənin predmetini təşkil edən pul vəsaitlərinin uşaqların zəruri xərclərinin qarşılanması şərtilə cavabdehə bağışlanması aydın olur. “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış yazışmaların sübut qismində qəbul edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçı ilə uşaqları arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparımış yazışmaların məzmunu iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olmadığı və hazırki mübahisənin predmetini təşkil edən münasibətlərin bağışlama müqaviləsindən irəli gələn münasibətlər olması nəticəsinə gəlməyə əsas verir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Məhkəmə yekun olaraq Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan, iddia müddətinin tətbiqinə ehtiyac qalmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 559 (beş yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 559 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar