Məhkəmə qərarları › İş №2(006)-3832/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3832/2020

03.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3832/2020 03.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “protokolların ləğv edilməsi və s tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “protokolların ləğv edilməsi və s tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə X1 “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM- nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətməkdə təqsirli bilinərək xx xxxxxx 2018-ci il tarixli, 1568/11 saylı inzibati xəta haqqında protokol, xx xxxx 2018-ci il tarixili, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxx 2018-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, 09 avqust tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxxxxx 2018-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxxx 2018-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxx 2019- cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, xx xxxxx 2019-cu il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolların ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən İddiaçı MMC Azərbaycan Respublikası İXM- nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətməkdə təqsirli bilinərək yuxarıda göstərilən tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göründüyü kimi İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İXM-nın müvafiq maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı MMC isə həmin protokolların ləğv edilməsi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi mülki məhkəmə icraatı qaydasında inzibati xətaya dair mübahisələrə baxmaq (inzibati xəta haqqında protokolların ləğv edilməsi və s.) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “cərimənin silinməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia ərizəsi verməsinə mane olur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar