Məhkəmə qərarları › İş №2(006)-3868/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3868/2025

12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3868/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər “X4” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “X4” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-12803/2016 saylı qətnaməsi ilə "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan 2339.72 dollar borc məbləği üçün artıq tutulan 2.152.54 manat məbləğin və ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə 48 ay müddətinə illik 28 faiz ödəməklə 3800 USD məbləğində "xxxx" Kommersiya Bankı ASC-dən kredit götürmüşdür. Qrafik üzrə 1460 USD məbləğində ödənişlər etmiş, lakin müəyyən səbəblərə görə öhdəlik götürdüyü borcun ödənişlərində gecikmələr yaranmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-12803/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" Kommersiya Bankı ASC-nin iddiası təmin edilərək ümumilikdə 2339,72 USD məbləğində pulun tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi qət edilmişdir. O, 2018-ci ilin may ayının əvvəlində "BOA" Agency şirkətinə dəvət olunaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan borcun qalan hissəsini bu şirkətə ödəniş etməsini bildirmişlər. 2018-ci ilin may ayından həmin şirkətə aylıq ödənişlər vemişdir. Bir müddət etdiyi ödənişlərdən sonra Şirkətdən Unibanka olan borcun hansı səbəblə şirkətə ödəməyi bağlı sual verdikdə, rəsmi sənəd tələb etdikdə şirkət nümayəndəsi bunun tam rəsmi şirkət olduğunu və rəsmi sənədin ünvanına göndərilməsi ilə bağlı söz vermişdir. Qeyd etmişdir ki, şirkət rəsmiləri tərəfindən qeydiyyatda olduğu və hal hazırda yaşadığı ünvana heç bir rəsmi məktub daxil olmamışdır. Şirkətin fəaliyyətindən şübhə elədiyi üçün ödəniş etməyi dayandırmışdır. "BOA" Agency şirkətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Binəqədi Rayon İcra Probasiya şöbəsi tərəfindən hər ay aldığı müavinətin 50%-i (181.94 manat) məbləğində ondan pul tutulur. xx.xx.2019-cu il tarixdə Cənab Prezident "Problemli kreditlər"lə bağlı ümumi məbləği 10000 ABŞ dollarına qədər krediti olan şəxslərə müəyyən güzəştlər edilməsi və borcun müəyyən hissəsinin silinməsi ilə bağlı sərəncam imzalamışdır. İmzalanmış sərəncamın onun öhdəlik götürdüyü borca nə üçün şamil olunmadığını şirkət nümayəndələrinə deyəndə şirkət tərəfindən sərəncamın onlara aid olmadığını bildirmişdir. Dəfələrlə "xxxx" Kommersiya Bankı ASC-nə və "ВОA" Agency şirkətinə tərəfindən ərizə məktub ünvanlanmışdır. Ünvanladığı məktuba cavab olaraq Bank tərəfindən ona restrukturizasiya ilə bağlı sms bildirişi göndərilməsi və filiala yaxınlaşma ilə bağlı məlumat verildiyi qeyd olunur, lakin məlumat verildiyi əlaqə nömrəsinin ona və ailə üzvlərinə məxsus olmaması ilə bağlı cavab məktubu göndərilmişdir. BOA şirkəti və “Unibank" Kommersiya Bankı ASC-yə ünvanladığı məktublara cavab gəlməmişdir. Cavabdeh2 ASC iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X4” ASC və Cavabdeh2 ASCyə qarşı artıq tutulan məbləğin silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində 2-1(112)-13519/2024 nömrəli iş olmuşdur. Həmin iddiada tələb edilirdi ki, 1) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı tətbiq edilsin, 2) iddiaçının aylıq müavinətindən tutulmalar dayandırılsın, 3) artıq tutulmuş ödənişlər geri qaytarılsın. Həmin iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkünsüz hesab edilmişdir. Bunun üçün o hallar əsas götürlmüşdür ki, iddiaçının ümumi kredit borclarının məbləği 10.000 ABŞ dollarından artıqdır, ona görə Fərman kompensasiya hissəsində ona şamil edilə bilməz. Digər iki tələb mülki xarakter daşıdığından, inzibati məhkəmədə baxıla bilməz. Hazırda Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-3868/2025 nömrəli mülki işdəki iddia yuxarıda qeyd etdiyi iddia ilə eyniyyat təşkil edir. Belə ki, bu sonuncu iddiada da iddiaçı Fərmana istinad edib, artıq ödəmə olduğunu bildirir və geri ödəniş tələb edir. Sözügedən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərman iddiaçının istinad etdiyi kredit borcuna tətbiq edilə bilməz. Buyna görə də, borclunun ödəmiş olduğu artıq vəsait də yaranmır. Fərmanın tətbiqi dairəsi geniş ictimaiyyətə məlumdur və buna görə də əlavə araşdırmaya və sübuta ehtiyacı yozdur. AR MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ona məxsus kredit müqaviləsi üzrə gecikmələrin olması səbəbi və ödənişlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə 2019-cu il tarixində zənglər daxil olmuşdur. **********39 nömrəyə xx.xx.2019-cu il tarixində restrukturizasiya ilə bağlı sms bildirişi göndərilmişdir. Buna baxmayaraq güzəştlə bağlı filiala yaxınlaşma aşkar olunmamışdır. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya irəlicəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış laiz və dəbhə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydaya uyğun olaraq, fiziki şəxslərin banklara 10000 ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borcları üzrə kompensasiyanın ödənilməsi, kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası məqsədilə Palata tərəfindən həmin dövrdə banklara təqdim edilmiş fiziki şəxslərin siyahısı üzrə müvafiq kompensasiya ödənişləri həyata keçirilmiş, o cümlədən həmin siyahı üzrə müraciət edən şəxslərin əsas kredit borclarının restrukturizasiya olunması məqsədilə onlarla yeni güzəştli kredit müqavilələri bağlanmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-da başa çatmışdır. Eyni zamanda bildirdilmişdir ki, “BOA” Agency və Ünibank” KB ASC arasında bağlanmış kreditlərin qaytarılması üzrə xidmət göstərilməsi haqqında olan müqaviləyə əsasən, kreditin qaytarılması agentliyə güzəşt edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-12803/2016 saylı icra sənədinə əsaəsn ondan 2339.72 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. Hazırda onun 14790nkADJƏ13 saylı kredit müqaviləsi üzrə heç bir məbləğdə kredit borcu və ya hər hansı öhdəliyi qalmamışdır. İş materiallarında olan Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş kompüter məlumatından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixində xxxxxxx Fin kodlu vətəndaşın 70 536 08 39 mobil nömrəsinə - “məhkəmə işinizin xitamı, kredit borcunun 1 illik güzəştlə 5 illik restrukturizasiyası üçün baş idarə yanındakı məntəqəyə yaxınlaşın” məzmunda sms göndrilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6-cı bəndinə əsasən: 6.1. fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. 6.2. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. 6.3. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Qaydaların 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 12803/2016 saylı qətnaməsi üzrə tutulmuş məbləğ iddiaçı tərəfindən tam ödənilmiş, onun bank qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Hazırda iddiaçı onun borc məbləğinin restrukturizasiya edilməməsi səbəbindən banka artıq ödənilmiş hesab etdiyi hissənin cavabdehlər tərəfindən ödənilməsinin heç bir hüquqi əsası mövcud olmamışdır. Belə ki, kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmış, iddiaçı qeyd olunan müddətədək banka müraciət etməməklə, etdiyi halda isə bunun sübutunu təqdim edə bilməməklə həmin güzəştin ona tətbiq edilməsindən məhrum olmuşdur. Odur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “X4” ASC-yə və Cavabdeh2 ASC-yə qarşı pul ələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar