Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3919/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı 2 saylı Sumqayıt şəhər xəstəxanası və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7nə qarşı «vurulmuş maddi və mənəvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7nə qarşı «vurulmuş maddi və mənəvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiçı xx.xx.2022-ci il tarixdə iş görərkən hündürlükdən sağ dirsəyi üstə yıxılmışdır. TƏBİB-in tabeliyində olan Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müalicə almaq məqsədilə müraciət etmişdir. Həkimtravmatoloq Quliyev Xankərəm iddiaçını rentgen müayinəsinin cavabına əsasən ona «Sağ dirsək oynağın sümüklərin tamlığın pozulması müşahidə olunmadı» diaqnozu qoyulmuşdur. Dirsəyinə gips qoyulmuş və göndərilmişdir evə. Evdə dirsəyində ağrılar hiss etdiyinə görə xx.xx.2022-ci il tarixdə Sümqayıt şəhər 1 saylı xəstəxanaya müraciət etmişdir. Həkim-travmotoloq X3 xx.xx.2022-ci il tarixdə keçdiyi rentgen müayinəsinin cavabına baxaraq demişdir ki, «dirsəkdə heç nə yoxdur, gipsi çıxart və əl ilə çoxlu fiziki hərəkət elə». O, evdə gipsi çıxartmış, hər dəfə fiziki hərəkət edəndə dirsəyinin sümük sürtünməsi səsi gəlirdi. 3 gündən sonra ağrılar şiddətlənmiş və dözülməz hala düşmüşdür. xx.xx.2022-ci il tarixdə iddiaçı yenidən TƏBİB-in tabeliyində olan ünvan 1sına müraciət etmişdir. Həkim-travmatoloq X2 rentgen müayinəsinə göndəriş vermişdir. Bu dəfə iddiaçıya «Dirsək oynağında oynaq əlaqəsi məsafəsi normaldır» diaqnozu qoyulmuş və ona ambulator fizioterapiya təyin olunmuşdur. Xeyli vaxt keçdikdən sonra sağ dirsəyimdə ağrılar daha da kəskinləşmiş və o, artıq sağ əli ilə iş görmə qabiliyyətini itirməyə başlamışdır. Sağ əli ilə hər fiziki hərəkət dirsəyində kəskin və dözülməz ağrılara gətirirdi. xx.xx.2022-ci il tarixdə iddiaçı yenidən TƏBİB-in tabeliyində olan ünvan 1sına müraciət etmişdir. Həkim-travmotoloq X2 yenidən rentgen müayinəsinə göndəriş vermişdir. Bu dəfə rentgen müayinəsindən TƏBİB-in tabeliyində olan Sumqayıt şəhər 2 saylı xəstəxanasında keçmiş və ona «Mil sümüyü yuxarı proksimal nahiyənin qismən düz bitişməyən sınığı» diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixə qədər iddiaçıya düzgün diaqnoz qoyulmadığına görə bilməyərək dirsəyində sınıq sümük ilə ağrılar, iztirab və stress içində yaşamışdır. Bu haqda TƏBİB-ə şikayət etmişdir. TƏBİB-in iddiaçıya ünvanlanan cavabda qeyd etmişdir ki, «xx.xx.2022-ci il tarixdə ünvan 1sında radiologiya şöbəsində ECO REY HF 525 tipli rentgen cihazı nasaz vəziyyətdə olduğuna görə bariz sınıq xətti izlənməmişdir». Bu cavabdan bir sual çıxır - «onda elə çıxır ki, xx.xx.2022-ci il tarixdə, hansı xəstəyə bu rentgen cıhazından cavab verilib, hansı səhv olub?». TƏBİB-in ictimayyətlə əlaqədar və marketinq departamentinin rəhbəri Zamirə Əbilova APA TV-yə xx.xx.2023-cü il tarixdə müsahibədə qeyd edib ki, «TƏBİB-in tabeliyində olan tibb müəssisələrində mütəmadi monitorinqlər aparılır, cıhazlar yoxlanılır. Normaya uyğun olmayan avadanlıqdar istifadəsi dayandırılır». Bəs necə olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Sumqayıt şəhər tibb müəssisələrində monitorinq aparılmayıb? Monitorinq aparılıbsa, hansı səbəbdən normaya uyğun olmayan və nasaz vəziyyətdə olan rentgen cıhazların istifadəsi istifadəsi dayandırılmayıb? Artıq bir ildən çoxdur TƏBİB-in işçilərin məsuliyyətsizliyindən iddiaçı əziyyət çəkir, normal iş qabiliyyətini itirmişdir. TƏBİBin təyin etdiyi ambulator müalicə heç bir fayda vermir. Göstərilənlərə əsasən cavabdehdən TƏBİB-dən məruz qaldığı maddi zərərə görə 500 (beş yüz) manat, mənəvi zərərin əvəzi kimi isə 9.500 (doqquz min beş yüz) manat tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi, cavabdehin əməllərində cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra İddiaçı iddia ərizəsinə müvafiq dəqiqləşdirmə edərək cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 əsl cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7 ilə əvəz edilməsini xahiş etmişdir.
4. İş üzrə cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 əsl cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7 ilə əvəz edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə hündürlükdən sağ dirsəyi üstünə düşmüşdür. Daha sonra bununla bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt şəhər Təcilib Tibbi Yardım Xəstəxanasına müraciət etmişdir. Oranın həkimi X.Quliyev onu rentgen müayinəsinə göndərmişdir. Rentgen müayinəsinə əsasən ona «sağ dirsək oynağının sümüklərinin tamlığının pozulması müşahidə olunmadı» diaqnozu qoyulmuş və dirsəyinə gips qoyularaq evə göndərilmişdir. Ancaq evdə dirsəyində ağrılar hiss etdiyinə görə xx.xx.2022-ci il tarixdə ünvan 1ya müraciət etmişdir. E.Zeynalov əvvəlki rentgen müayinəsinin nəticələrinə baxaraq, heç bir problem olmadığını və gipsi çıxararaq çoxlu fiziki hərəkət etdiyini tövsiyə edilmişdir. 3 gün sonra isə ağrılar şiddətlənmiş və o, xx.xx.2022-ci il tarixdə yenidən ünvan 1ya müraciət etmişdir. Həkim İ.Paşayev yenidən rentgen müayinəsinə göndəriş vermişdir. Bu dəfə də ona «dirsək oynağında oynaq əlaqəsi məsafəsi normaldır» diaqnozu qoyulmuş və ambulator fizioterapiya məsləhət görülmüşdür. Lakin bu vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirmiş və o, məcbur qalıb xx.xx.2022-ci il tarixdə ünvan 1ya müraciət etmiş və yenidən rentgen müayinəsinə göndəriş verilmişdir. Bu dəfə rentgen müayinəsindən Sumqayıt şəhər 2 saylı xəstəxanasında keçmiş və ona «mil sümüyü yuxarı proksimal nahiyənin qismən düz bitişməyən sınığı» diaqnozu qoyulmuşdur. Yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona dəfələrlə yanlış diaqnoz qoyulmuş və o, nəticədə şiddətli ağrılar, iztirab və stress içində yaşamağa məcbur qalmışdır. O, bununla bağlı TƏBİB-ə də müraciət etmiş və oradan ona həmin müddətlər ərzində rentgen cihazının nasaz olması səbəbindən yanlış diaqnozun qoyulması bildirilmişdir. Artıq bir ildir ki, tibb işçilərinin və müəssisələrinin məsuliyyətsizliyi ucbatından əziyyət çəkir. Normal iş qabiliyyətini itirmişdir. Təyin olunan ambulator fizioterapiya heç bir fayda vermir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «Sumqayıt Tibb mərkəzi» X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 2 saylı Sumqayıt şəhər xəstəxanasının və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmənin iclasında cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onlar hazırki iş üzrə subyektiv cavabdehlik daşımırlar. «Sumqayıt Tibb Mərkəzi» X7 cavabdeh kimi qoyulmalıdır. Belə ki, iddiaçının xidmətindən narazı qaldığı işçilər Sumqayıt Tibb Mərkəzi X4 tabeliyində olan şəxslərdir. Onların yol verdiyi nöqsanlarla bağlı cavabdehliyi özü müstəqil şəkildə daşıyır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rentgen müayinəsinin surətindən görünür ki, İddiaçı sağ dirsək oynağının sümüklərintamlığın pozulması müşahidə olunmadı.
10. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X4 1 nömrəli xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sağ dirsək oynağının rentgenoqrafiyasının surətindən görünür ki, İddiaçı dirsək oynağında oynaq əlaqəsi məsafəsi normaldır, travmatik dəyişikliklər izlənilmir.
11. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı «Sumqayıt Tibb Mərkəzi» tabeliyində olan 1 nömrəli şəhər xəstəxanasının tibbi xidmətin keyfiyyətindən şikayət barədə müraciətinə xx.xx.2022-ci il tarixli PHŞ/6-A-1-2022-3297 nömrəli məktubuna Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyində (TƏBİB) müvafiq qaydada baxılmış, qeyd edilən məsələnin araşdırılması məqsədilə Sumqayıt 1 nömrəli şəhər xəstəxanasına sorğu ünvanlanmışdır. Xəstəxanadan sorğuya verilən cavabda bildirilir ki, radiologiya şöbəsinin rentgen cihazı (Eco Ray HF 525) nasaz vəziyyətdə olduğuna görə bariz sınıq xətti izlənməmişdir. Həmçinin məsələnin araşdırılması və müvafiq tədbirin görülməsi üçün müəssisə rəhbərdiyinə müvafiq göstərişlər verilmişdir.
12. İş materiallarında olan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rentgen müayinəsinin surətindən görünür ki, İddiaçı sağ dirsək oynağının mil sümüyü barizin bitişmiş sınığı izlənilməsi göstərilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı müraciətə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) aidiyyəti üzrə baxılmış, müraciəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinə (Sumqayıt TM) sorğu göndərilmişdr. Sumqayıt TM tərəfindən təqdim edilmişh məlumatda məsələnin araşdırılaraq Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının həkim-radioloqu A.Şibəliyevadan izahat alındığı, xəstəni düzgün diaqnostika etmədiyinə görə ciddi xəbərdarlıq edildiyi bildirilmişdir. O cümlədən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təcili Tibbi Yardım Xəstəxanasında həkim-müayinəsi zamanı İddiaçı ambulator müalicəsi təyin edilmişdir. Ambulator müalicə zamanı xəstənin dərman təminatı mümkün deyildir. «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nə daxil olan «Fizioterapiya» tibbi xidmətlərinlən yararlanmaq üçün ərazi tibb müəssisəsinə müraciət etməsi tövsiyyə olunur.
14. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 «Sumqayıt Tibb Mərkəzi» X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının radiologiya şöbəsinə müraciət etmişdir, «Sağ dirsək oynağının» rentgen müayinəsi aparılıb (Eco Ray HF 525 aparatı nasaz vəziyyətdə olduğuna görə) bariz sınıq xətti izlənməmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt 2 nömrəli şəhər xəstəxanasında rentgen şöbəsində müayinədən keçmişdir, «Mil sümüyü yuxarı proksimal nahiyənin qismən düz bitişməyən sınığı» diaqnozu qoyulub. Bu məsələ araşdırılaraq Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının həkim-radioloqu A.Şibiliyevadan izahat alınmış, xəstəni düzgün diaqnostika etmədiyinə görə ona ciddi xəbərdarlıq edilmişdir. Bu kimi məsələlərlə bağlı xəstəxananın baş həkiminə tapşırıq verilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 «Sumqayıt Tibb Mərkəzi» X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə dirsək oynağından zədə aldığı üçün Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsinə müraciət etmişdir. Həkim-travmatoloq tərəfindən rentgen müayinəsinə göndəriş verilib, müayinə olunduqdan sonra növbətçi həkim-travmatoloq tərəfindən gips langet qoyularaq ambulator şəraitdə cərrahın nəzarətinə göndərilmişdir. Rentgen aparatının istehsal tarixinin köhnə olması və müasir olmadığı üçün rentgen müayinəsinin cavabında sınıq aydın şəkildə aşkar edilməmişdir. Həkim-radioloq Aygün Ağayeva izahatında qeyd etmişdir ki, rentgen şəkilləri tam və keyfiyyətli alınmadığı üçün bəzən xətti yerdəyişməyən çınıqlar görünməyə bilər. Yalnız Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki 1 nömrəli ASM-də olan müasir distansion rentgen müayinəsi zamanı İddiaçı sağ dirsək sümüyündə xətti sınıq aşkar olunub. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparmışdır. Hər bir vətəndaşa tibbi xidmət göstərmək Sumqayıt Tibb mərkəzinin RHŞ-in tabeçiliyində olan tibb müəssisələrinin işçilərinin hər zaman borcudur. İddiaçı da hər hansısa tibb müəssisəsinə müraciət etdiyi təqdirdə ona tibbi xidmət göstəriləcəkdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə iddiaçı hündürlükdən sağ dirsəyi üstünə düşmüş və bununla bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etmişdir. Həmin tibbi təşkilatı tərəfindən iddiaçıya 3 dəfə yanlış diaqnoz qoyulmuş, qolunda sınıq olmadığı və fizioterapiya vasitəsi ilə düzələcəyi bildirilmişdir. Bununla bağlı iddiaçı TƏBİB-ə müraciət etmiş və ona həmin müddətlər ərzində rentgen cihazının nasaz vəziyyətdə olması səbəbindən yanlış diaqnozun qoyulması bildirilmişdir. Sonra iddiaçı Sumqayıt şəhər 2 saylı xəstəxanasında rentgen müayinəsindən keçmiş və ona «mil sümüyü yuxarı proksimal nahiyənin qismən düz bitişlməyən sınığı» diaqnozu qoyulmuşdur. Yanlış müayinə və müalicə nəticəsində iddiaçı iş qabiliyyətini itirmiş, qolu ilə bağlı əziyyət çəkmişdir. Hazırda iddiaçı cavabdehdən maddi zərərə görə 500 (beş yüz) manat, mənəvi zərərin əvəzi kimi isə 9.500 (doqquz min beş yüz) manat tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehin əməllərində cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
23. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş maddi ziyan kimi məhkəmə prosesləri zamanı çəkilmiş xərc , yol xərci və s nəzərdə tutsada bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununlada maddi ziyanı sübuta yetirə bilməmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
29. İddia tələbinin 9.500 (doqquz min beş yüz) manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd olunmasını zəruri bilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
31. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
32. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
33. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
34. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
35. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
36. Məhkəmə qeyd edir ki, cavabdeh tibbi mərkəzində iddiaçıya düzgün diaqnostika etmədiyinə görə onun sağlamlığına zərər dəyməsi nəticəsində iddiaçının çəkdiyi ağrının, iztirabın və stresin hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 (beş yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 2 saylı Sumqayıt şəhər xəstəxanası və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7nə qarşı «vurulmuş maddi və mənəvi» tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7ndən İddiaçı xeyrinə mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə iddiaçının cavabdehin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir.
46. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.
47. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
48. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.
49. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir.
50. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.
51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı 2 saylı Sumqayıt şəhər xəstəxanası və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7nə qarşı «vurulmuş maddi və mənəvi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7ndən İddiaçı xeyrinə mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.