Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3920/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi ilə İddiaçı cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasına səhhəti ilə əlaqədar iştirak edə bilmir. Bu səbəbdən məhkəmə iclasının onsuz keçirilməsinə etiraz etmir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən məhkəməyə ərizə göndərilərək, iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.8-ci maddəsinə əsasən hakim işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarına əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş lisenziya ləğv olunmuş və şirkətin müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(l13)-l575/2020 saylı qətnaməsinə əsasən ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti müflis elan olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən borclu müflis elan olunarkən: -bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; -borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; -qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Beləliklə, məhkəmə hesab edir ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ləğv prosesində olduğundan, Cəmiyyətin adından yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olduğundan, Cəmiyyətə qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırıldığından, Cəmiyyət barəsində məhkəmə icraatına başlanılmadığından, o cümlədən, Cəmiyyətə qarşı bütün tələblər yalnız qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürüldüyündən, bununla da cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından İddiaçı cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı “pul tələbi"nə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə qarşı “pul tələbi"nə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3920/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3920/2020
18.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver