Məhkəmə qərarları › İş №2(006)-3925/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3925/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3925/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2150 manat borcun və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın dostu İlqar İsmayılovun vasitəsilə tanış olduğu Cavabdeh ilə sonralar aralarında səmimi münasibət yaranmışdır. Onun Cavabdeh yeganə xahişi ondan ibarət olmuşdur ki, istənilən Bankdan Kredit götürməsinə yardımçı olsun. Çünki cavabdeh bu sahədə öz dediyinə görə iş görə bilir, tanışları da vardır. Lakin, cavabdehlə aralarında yaranan bu münasibətdən sui-istifadə etməyi qarşısına məqsəd qoyan Cavabdeh məkrli planından xəbər tutmadığı üçün ona, yəni cavabdehə inanıb etibar etmişdir. Nəticədə Cavabdeh borc adı ilə ondan aldığı 4.100 manat pulu ələ keçirərək mənimsəmiş və bu günə kimi halal pulunun bir hissəsini qaytarmamışdır. Baxmayaraq ki, cavabdeh ondan aldığı pula görə ona kredit ayrılmasına da kömək edəcəyini dəfələrlə bildirsə də, bu günə kimi kredit almamışdır. O, cavabdehə verdiyi pula dair qəbz və iltizam da almış və buna dair sənədi də vardır. Dəfələrlə cavabdehlə görüşməsinin, mobil telefon vasitəsilə əlaqə saxlamasının, mesajlar yazmağının köməyi o olmuşdur ki, cavabdeh ona ümumi borcdan hissə-hissə olaraq 1.950 manat pulunu qaytarmış, qalan 2.150 manat pulunu qaytarmır, heç qaytarmaq fikri də yoxdur. Cavabded Cavabdeh halal pulunu almaq məqsədilə bütün sivil vasitələrdən istifadə etməsinə baxmayaraq xeyiri olmamışdır. Artıq cavabdeh onunla təhqir dilində danışır, başına qışqırır, onu təhdid etməkdən çəkinmir. Cavabdehlə aralarında dostluqdan, səmimiyətdən əsərəlamət qalmamışdır. Həm də cavabdeh onu ələ salaraq aldadır. Bu gün sabahlarla vaxtı uzadır möhlət qazanır və borcunu qaytarmır. Bununla da bütün vacib məqamlardan, variantlardan yararlanmaqla verilən pulu Cavabdeh ala bilməyəndən sonra hüquq-mühafizə orqanlarına, o cümlədən Yasamal Rayon Prokuroruna, Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, xeyiri olmamışdır. Adı çəkilən təşkilatlar ona məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Yuxarıda qeyd olunanlardan sonra ona tam aydın olmuşdur ki, Cavabdeh tərəfindən aldanılmış, göstərilən pul vəsaiti etibarından sui-istifadə edilməklə, sırf dələduzluqla ələ keçirilərək mənimsənilmişdir. Həm də məlumat ala bilmişdir ki, cavabdeh ondan savayı da başqa vətəndaşların etibarlarından sui-istifadə etməklə külli-miqdarda pullarını əmlaklarını ələ keçirib dələduzluq yolu ilə mənimsədiyinə görə haqlı olaraq barəsində cinayət təqibi aparılır, haqlı olaraq barəsində qətnamə qəbul edilmişdir. Cavabdeh yuxanda qeyd olunanlara baxmayaraq bu günə kimi ondan borc adı ilə aldığı pulunu qaytarmamışdır və qaytarmaq fikrində də deyildir. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsası vardır. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, keçiriləcək məhkəmə prosesində səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, borc verən İddiaçı xx.xx.2023-cü il tarixdə 4100 manat pulu borc olaraq Cavabdeh vermişdir. Borc alan Cavabdeh İddiaçı 4100 manat pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında təqdim edilmiş sübutlar və iddiaçının bildirdiklərinə əsasən müəyyən edildi ki, iddiaçı cavabdehlə şifahi qaydada qəbzdə qeyd edilməklə 4100 manat dəyərində pul vermiş, lakin cavabdeh yalnız 1950 manat ödəniş etməklə 2150 manat iddiaçıya borclu qalmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh ona qarşı borc tələbinə dair iddianın mövcudluğu barədə məlumatı olmuş, iddiaya qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş 2150 manat pul alınmaqla iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2150 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar