Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3938/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixli, CİF ******* nömrəli kredit xətti müqaviləsi üzrə 1900 manat məbləğində pulun kart hesabına qaytarılması, həmin müqavilə üzrə hesablanmış faiz borcunun silinməsi və 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh ASC məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit xətti üzrə pulun kartına qaytarılması, borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin əlaqəli olduğu Sumqayıt Şəhər Məhkəməsinin (hakim: Vəfa Şirəliyeva) icraatında olan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(060)-3484/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərəsi xahiş edilmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.
Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Belə ki, proses iştirakçısının izahatından və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, BRCB6171850B299 nömrəli kredit müqaviləsi əsasında 1900 manat əsas, 458,82 manat faiz borcunun, ümumilikdə 2358,82 manat pul vəsaitinin və ödənilmiş 43,59 manat dövlət rüsumunun onun xeyrinə cavabdeh İddiaçı tutulmasını xahiş etmişdir (mülki iş № e-2(060)- 3484/2025, daxil olma tarixi: xx.xx.2025), bundan sonra isə İddiaçı Cavabdeh ASC-yə qarşı hazırki iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
Əsaslandırıcı hissə:
8. Məhkəmə hər iki iş üzrə iddia ərizəsini araşdıraraq, işlərin biri-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 43.1-ci maddə. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəş Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.
10. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mülki iş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(060)-3484/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(060)-3484/2025 nömrəsi verilməlidir.
Nəticə:
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Cavabdeh ASC-nin ərizəsi (vəsatəti) təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3938/2025 nömrəli mülki iş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(060)-3484/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(060)-3484/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Günay Abidova