Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3951/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki ‘‘Neftin, qazın geotexnoloji problemləri və kimya” X7 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək , müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki ‘‘Neftin, qazın geotexnoloji problemləri və kimya” X7 direktoru Rauf Əliyarov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN №1870785 saylı qərarı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və Kimya” X10 X1 1000 manat məbləğində “X11 Haqqında” Qərarını əsassız və qanunsuz hesab etdiklərini, bu qərarın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin Кəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və Kimya” X10 X1 1000 manat məbləğində “X11 Haqqında” Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN № ******* saylı qərarını aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir, qeyd olunan bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin əməkdaşları ilə şifahi və yazılı əlaqə saxlanılmış və bildirilmişdir ki, baş verən bu hadisənin istehsalatla heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin Rəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və Kimya” X10 X2 1000 manat məbləğində “X11 Haqqında” qərarının tətbiq edilməsini əsassız və qanunsuz hesab edir, qərarın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının əsas məqsədi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsidir. Lakin mülki mühakimə icraatı yalnız şəxslərin mülki hüquq və vəzifələrindən irəli gələn mübahisələrin həllinə yönəldilmişdir. İddiaçının tələbi isə inzibati xarakterli məsələlərə – yəni cavabdeh tərəfindən tərtib edilmiş X11 haqqında qərarının ləğv edilməsi tələbinə aiddir. Bu isə İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və həmin tələb mülki icraat predmeti ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, X4 mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki ‘‘Neftin, qazın geotexnoloji problemləri və kimya” X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevin 11 İyun 2025-ci il tarixli, MN №1870785 saylı qərarı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki “Neftin, qazın geotexnoloji problemləri və Kimya” X10 X1 1000 manat məbləğində “X11 Haqqında” qərarının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti nəzdindəki ‘‘Neftin, qazın geotcxnoloji problemləri və kimya” X7 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-3951/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3951/2025
02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver