Məhkəmə qərarları › İş №2(006)-396/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-396/2024

25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-396/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron Rayon 2 saylı Notariat Ofisinin Xüsusi Notariusu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron Rayon 2 saylı Notariat Ofisinin Xüsusi Notariusu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-5068 nömrəli icra qeydinin ləğv edilməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli X3 müqaviləsinə əsasən bank ona illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə aylıq 113.1 manat olmaqla 3000 manat məbləğində pul vermişdir. Həmin müddətdən etibarən 11 ay müddətində hər ay aylıq ödənişləri tam olaraq ödəmişdir. Maddi imkanı olmadığı üçün həmin vaxtdan sonra ödənişləri ödəyə bilməmişdir. Cavabdeh isə uzun müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə Abşeron Rayon 2 saylı Notariat ofisinə müraciət edərək, borcun tutulması üçün icra qeydi verilməsini istəmişdir. İcra qeydinə əsasən ondan 2659,59 manat borc məbləği və 25 manat məbləğində ödənilmiş 25 manat olmaqla, cəmi 2684,59 manat tutulmalıdır. Qeyd olunan məbləğin həddindən artıq şişirdilərək hesablandığını düşünür. Qeyd olunan məbləğ necə hesablanmışdır bəlli də deyildir. İcra qeydinin veriləcəyinə dair cavabdeh tərəfindən heç bir rəsmi bildiriş mənə göndərilməmişdir. İcra qeydi icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən şöbəyə dəvət edilərək icra qeydi ilə tanış edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, bankdan tam kart üzrə 3000 manat məbləğində kredit götürüb. Aylıq 114 manat olamaqla bir il ödəniş edib. 2022-ci ildən ödəniş etmir. Bildirir ki, bankdan ona zəng ediblər, lakin Notariusdan ona bildiriş gəlməmişdir. Bankı nümayəndəsi ona zəng etdikdən sonra icra qeydi barədə məlunatı olmuşdur. Həmçinin o bildirir ki, bankı nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdəki imza ona məxsus deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, icra qeydi ilə bağlı qanunda nəzərdə tutulan iyirmi gün müddəti gözləmiş, daha sonra icra qeydi üçün müraciət etmişlər. İddiaçının əsas borcu 2271, faiz borcu 387,30 manatdır. O, borcunu oktyabr ayından ödəmir. İcra qeydinin bildirişi də tərəfə vaxtında çatdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdeh Abşeron Rayon 2 saylı Notariat Ofisinin Xüsusi Notariusu xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı və cavabdeh Abşeron Rayon 2 saylı Notariat Ofisinin Xüsusi Notariusunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli X3 müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli X3 müqaviləsinə əsasən bank ona illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə aylıq 113.10 manat olmaqla 3000 manat məbləğində pul vermişdir. İş materiallarında olan Abşeron Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2023-cü il tarixdə edilmiş icra qeydində "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********21 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2659, 59 manat borcun, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2684,59 manat pulun tutulması təklif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəzdən görünür ki, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün 25 manat ödəniş edilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.https://e-qanun.az/framework/107 Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********21 nömrəli X3 müqaviləsinə əsasən bank ona illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə aylıq 113.10 manat olmaqla 3000 manat məbləğində pul vermişdir. Həmin müddətdən etibarən 11 ay müddətində hər ay ödənişləri tam olaraq ödəmişdir. Maddi imkanı olmadığı üçün həmin vaxtdan sonra ödənişləri edə bilməmişdir. Cavabdeh yəni xx.xx.2023-cü il tarixdə Abşeron Rayon 2 saylı Notariat ofisinə müraciət edərək, borcun tutulması üçün icra qeydi verilməsini istəmişdir. İcra qeydinə əsasən ondan 2659,59 manat borc məbləği və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2684,59 manat tutulmalıdır. İddiaçı qeyd olunan məbləğlə razı olmadığından məhkəmə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, o, 2022-ci ildən banka ödəniş etmir. Yəni iddiaçı müqavilə öhdəliklərini yerinə yetirmədiyini etiraf edir. O, icra qeydində məbləğin şişirdilmiş olduğunu hesab etdiyini bildirmişdir. Lakin o, iddia etdiyi məsələlərə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin o, izahatında cavabdeh tərəfindən təqdim edilən qəbzdə olan imzanın ona məxsus olmadığını bildirir. Lakin bununla da bağlı heç bir sənəd və ya sübut təqdim etmir. Bütün bunlar iddiaçının iddia tələbinin konkret sübutlara və sənədlərə deyildə yalnız formal mülahizələrə əsaslandığını bildirir. Məhkəmə həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü icra qeydində tələb edilən məbləğin həqiqətən şişirdilmiş olması və icra qeydinin ləğv edilməsinin əsasıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığıdan təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət dövlət rüsumu özünə aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar