Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3971/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (digər iddia üzrə də cavabdeh) Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı "əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qasımov X1 şəhərində fərdi avtomobil təmiri sexlərinin birində “təkəryamıyan” kimi işləyir. Halal zəhməti ilə qazandığı pulla özünə avtmobil almaq istəyirdi. İddiaçı bu məqsədlə xx.xx.2020-ci ildə Sumqayıt şəhərində yerləşən avtomaşın bazarına getdi. Bazarda “Mercedes Benz C240” markalı, ** BO *** nömrə nişanlı avtomaşını gördü və bəyəndi. Avtomobilin yanında olan və onu satmaq istəyən Soltan adlı şəxslə tanış oldu. Sövdələşmə zamanı Soltan avtomobili 12 000 manata satdığını bildirdi. İddiaçı isə baha olduğunu, ancaq 11000 manata gücü çatacağını bildirdi. Səhərisi gün onlar telefonla zəngləşdilər və 11300 manata razılaşdılar. Saat 15 radələrində iddiaçının qardaşı Mübariz və yeznəsi Savalanla birlikdə Bakı şəhəri “Şamaxinka” deyilən əraziyə gedərək orada yerləşən “Mərd” petrolun yanında Soltanla görüşdülər. İddiaçı orada Soltana 11 300 manat pulu verdi. Soltan isə avtomobilin mülkiyyətçisi Cavabdeh1 adından avtomobilə sahiblik hüququ verən bir il müddətinə qüvvədə olan etibarnaməni, avtomobilin qeydiyyat şəhadətnaməsini və avtomobilin özünü iddiaçıya verdi. Onlar halallaşıb ayrıldılar. Evə qayıdanda anası və evdəkilər iddiaçıya dedilər ki, avtomobili baha almışdır. İddiaçının avtomobili almaqda məqsədi işi ilə əlaqədar olaraq işlənmiş təkərləri lazımı yerlərə daşımaq, təzələrini isə Bakı şəhərindən alıb iş yerinə gətirmək idi. Sonradan bildi ki, avtomobilin mülkiyyətçisi Cavabdeh1 avtomobilə sahiblik hüququ verən etibarnaməni xx.xx.2020-ci ildə ləğv etmişdir. İddiaçı tapdalanmış hüquqlarının bərpası ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinə müraciət etdi. İddiaçıdan sonra C. Ahmet ərizə ilə Bakı şəhər Səbail rayon Polis İdarəsinə müraciət edərək, guya iddiaçının Soltanla əlbir işlədiyini, ikisinin də birləşib onu aldatdıqlarını bildirmişdir. Halbuki, iddiaçı Cavabdeh2ı təsadüfən Sumqayıt maşın bazarında tanımışdır. Əvvəllər heç bir tanışlığı olmamışdır. Sonradan bilmişdir ki, Soltan iddiaçıdan aldığı pulun 7000 manatını C. Ahmetə vermiş, pulun qalanını isə bir neçə günə qaytaracağını bildirmişdir. Soltan göstərilən müddətdə pulu qaytarmadığı üçün C. Əhmət etibarnaməni ləğv etmişdir. Bu günə kim göstərilən məbləğ Cavabdeh1 qaytarılmamışdır. Göstərilən fakt əsasında Bakı şəhəri Səbail rayon Polis İdarəsində araşdırma aparılmış, xx xxx 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Araşdırma zamanı iddiaçının göstərdikləri öz təsdiqini tapmışdır. Beləliklə 4 aydır ki, nə iddiaçının verdiyi halal pul qaytarılmır, nə də dəfələrlə təşəbbüs göstərdiyinə baxmayaraq, avtomobilə sahiblik hüququ verən etibarnamə bərpa olunmur. İddiaçı işi ilə əlaqədar işlənmiş və təzə təkərləri daşımaq, habelə təkər yamamaq üçün lazım olan materialları almaq məqsədilə 4 ( dörd) aydır ki, taksidən istifadə edir. Bu müddət ərzində iddiaçıya 3000 ( üç min) manat maddi ziyan dəymişdir. Avtomobildən istifadə edə bilmədiyi 4 ay ərzində dəfələrlə cavabdehlərə problemin həll olunması məqsədilə müraciət etmişdir. Bundan başqa, iddiaçı hüquq mühafizə orqanlarına çağırılıb izahatlar vermişdir. Bu hərəkətləri edərkən iddiaçı dəfələrlə mənfi emosiyalar qəbul etmişdir. Bunula da cavabdehlər öz qanunsuz hərəkətləri ilə iddiaçıya 2000 (iki min) manat mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddiaçının avtomobil almaq üçün verdiyi 113xx xxxxxxxx 7000 manat Cavabdeh1 Nicat oğlundan, 4300 manatı və 30 manat dövlət rüsumu Cavabdeh2, 3 000 manat maddi zərər və 2000 manat mənəvi ziyanın cavabdehlər Cavabdeh1 Nicat oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı "əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, keçmiş polis əməkdaşı Cavabdeh2 iddiaçının işlədiyi idarənin mühafizəsində xidmət edərkən yaranmış etibardan sui-istifadə edərək iddiaçının şəxsi mülkiyyətində olan ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı, C-240 modelli minik avtomobilini xx.xx.2020-ci il tarixdə razılaşmaya əsasən 12000 manat məbləğində aldığını bildirərək bir həftə içərisində pulu tam və nağd şəkildə ödəyəcəyinə söz verərək yaşadığı evin həyətindən aparmış və qaytarmamışdır. Cavabdeh2 xx.xx.2020-ci ildə iddiaçıya zəng edərək notariatda görüşməyi xahiş etmiş, avtomobili öz mülkiyyətinə götürəcəyini bildirmiş, bu məqsədlə cavabdehin şərik kimi təqdim etdiyi İddiaçı adına etibarnamə verilməsini xahiş etmişdir. Cavabdehdən nəyə görə öz adına rəsmiləşdirmədiyi soruşulduqda ”əlavə pul xərcləmək istəmir, o şərikidir, sonradan öz adına keçirəcək” cavabını vermişdir. İddiaçı notariat hərəkətlərində iştirak etmədən Bakı şəhəri 1 N-li Notariat Kontorunda 70381 reyestr nömrəsi ilə onun adına etibarnamə verilmişdir. Həmin anda Cavabdeh2 12.000 manat pulu gün içərisində çatdıracağını vəd etmiş, iş gününün sonuna yaxın zəng edərək iş yoldaşı, eyni zamanda, avtomobilinin satışında iddiaçıya yardım edən Əbil Zeynalova 7000 manat verdiyini, qalan 5000 (beş min) manat borcun üç gün içərisində ödəyəcəyini vəd etmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 iddiaçı Əbil Zeynalova xaricdən minik avtomobili gətirəcəyini vəd edərək onu aldatmış, xx.xx.2019-cu il tarixdə sonuncunun bankdan kredit olaraq götürdüyü 5000 (beş min) manatı, sonradan əlavə olaraq 1500 (min beş yüz) manat məbləğində pulunu almış, lakin verdiyi sözə əməl etməyərək avtomobili gətirməmiş və aldığı pulu qaytarmamış, nəticədə Cavabdeh2 tərəfindən Əbil Zeynalova cəmi 7220 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh2 sonrakı müddətdə öhdəliklərinin yerinə yetirilməsi tələblərinə cavab olaraq verdiyi 7000 (yeddi min) manat pulun bəzi hallarda Əbil Zeynalova borcun qarşılığı olduğunu, bəzi hallarda isə iddiaçıdan aldığı avtomobilin dəyərinin bir hissəsi olduğunu söyləyərək dələduzluq əməlini törətmişdir. Cavabdeh2 qanunsuz əməllərinə son vermək və problemi hüquqi yollarla həll etmək məqsədilə xx.xx.2020-ci il tarixdə 46 saylı Notariat Kontoru vasitəsilə verdiyi etibarnaməni ləğv edilərək avtomobilin geri qaytarılmasını tələb etmişdir. Sonradan məlum olur ki, “** BO ***” dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı, C-240 modelli avtomobil qanunsuz şəkildə cavabdeh İddiaçı və Sumqayıt şəhərindəki “Car 039” salonu tərəfindən internet səhifələrində 13600 manata satışa çıxarılmışdır. Cavabdeh İddiaçı bildirmişdir ki, Cavabdeh2 həmin avtomobili guya 11300 manata ona satmışdır. Əlbəttə ki, Cavabdeh2 aldığı əmlakı dəyərindən 700 manat ucuz qiymətə satdığı barədə izahatlar həqiqəti əks etdirmir və məntiqsizdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı, “C-240” modelli avtomobilin saxlanması barədə qərar çıxarılmış və axtarış elan edilmişdir. Lakin cavabdeh İddiaçı həmin avtomobili qanunsuz olaraq ələ keçirərək gizləyir və sahibinə qaytarmaqdan imtina edir. Göstərilənlərə əsasən iddiaçının şəxsi mülkiyyətində olan ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı, “C-240” modelli minik avtomobilinin cavabdehlər - Cavabdeh2 və Qasımov Ramiz Abdurrəhman oğlundan alınıb iddiaçıya qaytarılması və mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı öz iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, Cavabdeh1 tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 həm İddiaçı, həm də Cavabdeh1 tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” markalı avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə onun tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixədək ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. İş materiallarında olan Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı M.Məhərrəmovun xx xxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Cavabdeh2 İnşalla oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 İnşalla oğlu izahatında bildirmişdir ki, o, avtomobilin sənədlərini və avtomobili İddiaçı verərək ondan 11.300 manat almışdır. Həmin günün axşamı o, Əbili ilə görüşərək Əbiliyə Cabir müəllimə verməsi üçün 7000 manat pul vermişdir. Qalan pulu isə 20-25 günə verəcəyini bildirmişdir. Onun qardaşı həmin vaxt yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Buna görə də o, həmin pulu qardaşının müalicəsinə xərcləmiş və Cabir müəllimin pulunu verə bilməmişdir. O, Cabir müəllimlə razılaşmışdır ki, o, avtomobilin pulundan 7000 manat versin, qalan 5000 manatı isə sonra verməli idi. Məhkəmə iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci madddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Eyni Məcəllənin 573.2-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında sözügedən avtomobilin alqı-satqısı barədə razılaşmada İddiaçı mülki-hüquqi vicdanlılıq vəziyyətində olmuş, faktiki olaraq həmin avtomobilin sahibi olmuşdur. Lakin sözügedən avtomobilə dair etibarnamə Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Buna səbəb avtomobilin dəyərinin digər Cavabdeh2 tərəfindən tam şəkildə ona ödənilməməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh2 cəmi 11.300 manat pul verilmiş, həmin puldan Cavabdeh2 7.000 manatı Cavabdeh1 vermiş, qalan 4.300 manat məbləğində pulu isə öz ehtiyaclarına xərcləmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi həmin hissədə təmin edilərək, cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 Nicat oğlundan 7000 (yeddi min) manat, Cavabdeh2 4300 (dörd min üç yüz) manat olmaqla, cəmi 11300 (on bir min üç yüz) manat məbləğində pul alınaraq iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin “3 000 manat maddi zərər və 2000 manat mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin bu hissədə əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı (digər iddia üzrə cavabdeh) Cavabdeh1 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Göründüyü kimi Cavabdeh1 “Mercedes Benz C240” markalı, ** BO *** nömrə nişanlı avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobildən mülkiyyətçi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə hesab edir ki, ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı, “C-240” modelli minik avtomobili cavabdehlər Cavabdeh2 və Qasımov Ramiz Abdurrəhman oğlundan alınıb Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə iddiaçı (digər iddia üzrə cavabdeh) Cavabdeh1 iddia tələbinin “mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı (digər iddia üzrə cavabdeh) Cavabdeh1 isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPMin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia tələbi qismən təmin edilməli, cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 Nicat oğlundan 7000 (yeddi min) manat, Cavabdeh2 4300 (dörd min üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 11330 (on bir min üç yüz otuz) manat məbləğində pul alınaraq iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı ödənilməli, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı "əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Qasımov Ramiz Abdurrəhman oğlundan ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C-240” markalı avtomobil alınıb iddiaçı Cavabdeh1 qaytarılmalı, iddiaçı Cavabdeh1 iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 Nicat oğlundan 7000 (yeddi min) manat, Cavabdeh2 4300 (dörd min üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 11330 (on bir min üç yüz otuz) manat məbləğində pul alınaraq iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı "əmlakın qaytarılması və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qasımov Ramiz Abdurrəhman oğlundan ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz C-240” markalı avtomobil alınıb iddiaçı Cavabdeh1 qaytarılsın. İddiaçı Cavabdeh1 iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3971/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3971/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver