Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3989/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişinin hansı hüquqi və ya fiziki şəxs tərəfindən yerinə yetirilməsi barədə məlumat verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişinin hansı hüquqi və ya fiziki şəxs tərəfindən yerinə yetirilməsi barədə məlumat verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi Firudin Köçərli küçəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə cavabdehdən məlumat verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi yaşayış evinə elektrik xətti çəkdirmək üçün "xxxx" MMC-ə müraciət etmişdir. "xxxx" MMC tərəfindən bildirilmişdir ki, elektrik xətti çəkilməsi üçün “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC-də elektrik yükünün hesabatı hazırlanmalı və transformator şəxsi olduğu üçün elektrik xəttini öz vəsaiti hesabına çəkiləcəyini, qonşu Rza Təhmasib, Həsən Əliyev və digər küçələrin sakinlərinin enerjidən də bu qayda ilə istifadə etdiklərini bildirmişlər. Sumqayıt şəhərinin çıxışında yerləşən metal satılan yerdən hər birinin uzunluğu 7 metr olan 12 ədəd 90 mm diametrlik, (ümumi dəyəri 312 manat) dəmir boru və Şərq bazarından 400 metr 3 naqilli (ümumi dəyəri 420 manat) kabel aldıqdan sonra xx.xx.2011-ci ildə "xxxx" MMC-nin əməkdaşlarının köməkliyi ilə evinə eletrik xətti çəkilmişdir. Üzürlü səbəbdən bir müddət Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən fərdi yaşayış evinə getməyə imkanı olmamışdır. 25 oktyabr 2017-ci ildə fərdi yaşayış evinə getdiyi zaman şəxsi vəsaiti ilə aldığı boru və kabel xəttinin çıxarılıb aparıldığını, Saray qəsəbəsində dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkildiyini görmüşdür. Şəxsi vəsaiti ilə aldığı avadanlığın özünə qaytarılması ilə əlaqədar əvvəlcə şifahi, 24 may 2019-cu ildə isə rəsmi olaraq X5 Təchizat və Satış İdarəsinin rəisi cənab X8 ilə müraciət etmişdir. xx.xx.2019-cu ildə X5 Təchizat və Satış İdarəsinin əməkdaşı mobil telefonla zəng edib vəziyyətlə tanış olmaq üçün nümayəndə göndəriləcəyini bildirmişdir. xx.xx.2019-cu ildə X5 Təchizat və Satış İdarəsinin əməkdaşı, mühəndisi telefonla əlaqə saxladılar, məlumatlı olduqlarını, şifahi olaraq kabel və boruların tenderin qalibi olmuş özəl müəssisə tərəfindən götürüldüyünü bildirdilər. 27 iyun 2019-cu il tarixdə X5 Təchizat və Satış İdarəsinin rəisinin imzası ilə göndərilən məktubda evin enerji təchizatı üçün verilən texniki şərtdə abonentin hesabına görüləcək işlər bəndində “yoxdur” yazıldığını, 7 (12) ədəd metal dayağın və 400 metr kabelin ona məxsus olması barədə heç bir rəsmi sənəd olmadığı üçün onların geri qaytarılmasından imtina olunduğu bildirilir. Belə ki, fərdi yaşayış evlərinin elektrik enerjisi ilə təchiz olunmasının layihələndirilməsi və çəkilişi “ASAN xidmət”ə verilənə qədər yalnız vətəndaşın şəxsi vəsaiti hesabına çəkilirdi. Lakin X5 Təchizat və Satış İdarəsinin rəsmi şəxslərinin imzaladığı X7 Qaydalar səhifəsinin 5-ci bəndində qeyd olunub ki, istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun olmalıdır. Bu bəndin tələbindən görünür ki, boruların və kabel xəttinin "xxxx" MMC-yə aidiyyatı yoxdur. 03 noyabr 2020-ci ildə "xxxx" ASC-nin sədrinə etdiyi müraciətə xx.xx.2020-ci ildə Texniki Departamentin direktorunun imzası ilə göndərilən cavab məktubunda "ərazidə olan bütün qeyri-standart naqillər və dayaqlar abonentlərin özləri tərəfindən sökülərək götürüldüyü bildirilir”. 01 yanvar 2021-ci ildə X5 Təchizat və Satış İdarəsinin rəisinə və 15 fevral 2022-ci ildə "xxxx" ASC-nin sədrinə boru və naqillərin nə vaxt dəyişdirildiyi barədə rəsmi məlumat verilməsi Ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2022-ci ildə təkrar göndərdiyi məktuba X5 Təchizat və Satış İdarəsinin istismar üzrə müavininin imzası ilə verilən cavab məktubunda elektrik dirəklərinin və elektrik xətlərinin 2016-cı ilin İİİ ritbündə podratçı təşkilat tərəfindən dəyişdirildiyi bildirilir. 15 yanvar 2022-ci ildə "xxxx" ASC-nin Prezidentinə və 25 mart 2022ci ildə "xxxx" ASC-nin Sədrinə göndərdiyi elektrik dirəklərinin və elektrik xətlərinin hansı podratçı təşkilat tərəfindən dəyişdirilməsi barədə məlumat verilməsi müraciətinə "xxxx" ASC-nin Texniki Departamentinin direktorunun imzası ilə göndərilən xx.xx.2022-ci il tarixli məktubda 2016-cı ilin 3-cü rübündə 10 kv-luq 27 saylı komplekt transformator məntəqəsi ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırıldığı, 0,4 kv-lıq elektrik verilişi xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunduğu, paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmadığı bildirilir. "xxxx" ASC mübahisənin məhkəmədən kənar həll olunması üçün podratçı təşkilatın adı, hüquqi ünvanı,rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi müraciətlərimə bir qayda olaraq qeyri-müəyyən cavab verməklə yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 11.070.2011-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC arasında bağlanmış və müqaviləyə əsasən “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X2” MMC Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsi, 264 saylı sahədə iddiaçıya məxsus yaşayış evinin 12,30 kVt elektrik yükünün hesabatını hazırlamaq işini görməyi öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli 10023/0439 saylı texniki şərtdən görünür ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik xəttinin texniki şərti "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehin adına ünvanlanmış 25 mart 2022-ci tarixli Ərizədən görünür ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının adına ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-02/06/M- 088/3/3281 saylı məktubdan görünür ki, 2016-ci ilin 3-cü rübündə 10 kV-luq 27 saylı komplekt transformator məntəqəsi (KTM) ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 kV-luq elektrik veriliş xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunmuşdur. Paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmamışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Firudin Köçərli küçəsində yerləşən ona məxsus fərdi yaşayış evinə xx.xx.2011-ci ildə "xxxx" MMC-nin vasitəsi ilə öz hesabına eletrik xətti çəkdirmişdir. Sonra həmin elektrik xətti sökülmüşdür. İddiaçı elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının adına ünvanlanmış xx.xx.2022-ci il tarixli 6-02/06/M- 088/3/3281 saylı məktubda qeyd edilmişdir ki, 2016-ci ilin 3-cü rübündə 10 kV-luq 27 saylı komplekt transformator məntəqəsi (KTM) ləğv olunaraq yerində yeni müasir tipli KTM quraşdırılmışdır. 0,4 kV-luq elektrik veriliş xətləri yeni ÖİN kabel xətləri ilə əvəz olunmuşdur. Paylayıcı şəbəkə sahəsi tərəfindən heç bir söküntü işləri aparılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 6-02/06/M-088/3/3281 saylı məktubla iddiaçıya verdiyi cavabda ifadə olunan hərəkəti qanunsuz hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 6-02/06/M-088/3/3281 saylı məktubda iddiaçının tələb etdiyi elektrik dirəklərinin və elektrik xəttinin hansı podratçı təşkilat tərəfindən dəyişdirildiyi barədə məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi Firudin Köçərli küçəsində (2016-ci ilin 3-cü rübündə) dövlət vəsaiti hesabına vahid standarta uyğun dəmir borularda kabellə elektrik xətti çəkilişini yerinə yetirən hüquqi və ya fiziki şəxsin adı, hüquqi ünvanı, hazırda yerləşdiyi ünvan, rəhbəri, əlaqə telefonu barədə məlumat verilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3989/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3989/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver