Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-400/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndə X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilində yerləşən tualetdən onun mənzilinə axan suyun qarşısının alınması barədə və həmçinin cavabdehdən ona dəymiş 5.000 manat məbləğində maddi və 2.000 manat məbləğində isə mənəvi ziyarın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzilində (4-cü mərtəbə) yaşayır. Həmin binanın 5-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilin sahibi Cavabdeh davamlı olaraq çoxmənzilli binalarda ümumi yaşayış və mənzildən istifadə qaydalarının kobud və bilərəkdən pozulması faktı ilə üzləşmişəm. Belə ki, son bir neçə il ərzində davamlı olaraq Cavabdeh yaşadığı mənzildən onun mənzilinə su axıtmış mənzilimi bərbad vəziyyətə salmış və onun mənzilimə maddi ziyan vurmuşdur. Hal-hazırda cavabdeh onun hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olan bu hərəkətlərini davam etdirir. Borudan axan suyun bir hissəsinin mənzilinin içərisinə tökülməsi nəticəsində tualet və hamamın divarlarına vurulmuş kafelləri, habelə onların çöl divarına vurulmuş divar kağızlarını yararsız hala salmışdır və onların uçub tökülmə təhlükəsi vardır. Bu vəziyyət həmdə evində daim üfunət yaratmaqla orada yaşamağını qeyri-mümkün etmişdir. Cavabdeh onun mənzilinə axıdılan suyun qarşısını nə özü almış, nədəki vaxtı ilə tərəfindən həmin işləri görməsinə qismən də olsa maddi dəstəyin edilməsinə imkan verməmişdir. Mənzilinə axan suyun mənbəyi xüsusi aparat müəyyən edilmiş və məlum olmuşdur ki, mənzilinə axan su Cavabdeh yaşadığı Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospekti 89 saylı evin 35 saylı mənzilinin tualetindən axır. O, Bakı şəhəri İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 52 saylı Mənzil Kommunal İslismar Sahəsinə, "xxxx" ASC-yə, "xxxx" ASC-nin Nəsimi rayon su kanal idarəsinə və Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinə müraciətlər etmişdir. Həmçini bu məsələnin sülh yolu ilə həll edilməsinin mümkün olan yollarını cavabdehə təklif etməyinə baxmayaraq, onun bu cəhdləri cavbdeh tərəfindən etinasızlıqla qarşılanmış, habelə əksinə olaraq onun ona qarşı daha da hörmətsiz davranışı ilə nəticələnmişdir. Bununla bağlı olaraq binanın istismarına məsul olan Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti 52 saylı Mənzil Kommunal İstismar Sahəsinə etdiyi müraciətə əsasən müvafiq akt tərtib edilmişdir. Cavabdehin ümumi yaşayış qaydalarına zidd olan bu əməli yəni onun mənzilinə suyun axıdılması nəticəsində evi yarasız vəziyyətə düşmüşdür. Cavabdehin qaununsuz hərəkətləri nəticəsində onun mənzilinə 4.000 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin cavadeh qərəzli hərəkətləri nəticəsində onun sağlamlığı da pozulmuşdur. Sağlamlığını bərpa etmək üçün tibb müəsissəsinə müraciət etmiş və müvafiq olaraq ailə büdcəsindən 1.000 manat məbləğində pul xərcləmişdir. Onun maddi ziyana düşməsinə əsas səbəbkar cavabdeh olmuşdur. Həmçinin cavabdehin qanunsuz hərəkətli nəticəsində o maddi ziyan çəkmişdir. Belə ki, hər dəfə cavabdeh etdiyi hərəkətlərin qarşısını alımaqda onun tərəfindən edilən cəhdlərin nəticə verməməsi ona mənəvi iztirablar vermişdir ki, bunun da sonunda ona 2.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə X4 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun aid hissədə təmir aparıldığını və Mənzil İstismar Sahəsinə aid borulardan sızmanın baş verdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarındakı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Nəsimi rayon İcra Hakimiyyəti 52 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, su axıntısı X3 yaşadığı 35-ci mənzildə tualetin döşəməsindən keçən su və kanalizasiya xətlərindən boruların köhnələrək deşilməsi və çatlaması nəticəsində baş verir. Həmin xətlər divarın və döşəmənin içərisindən keçir. Su axıntısı ilə bağlı Rəna Əlizadəyə dəfələrlə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli, 10/7707 №-li ekspert rəyindən görünür ki, 33 saylı mənzilə su sızması 35 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 35 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən 33 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3239 manat məbləğində olduğu müəyyən edildi. Ekspertiza xərci 50 manat müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 33 saylı mənzilə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 saylı evin 35 saylı mənzildən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3239 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 3239 manat miqdarında olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 89 ünvanında yerləşən 33 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3239 manat məbləğində olduğu müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 3239 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 3239 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 3239 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-400/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-400/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver