Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4009/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 01.09.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış «Doblo Cargo» markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30.01.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan «Mercedes Benz E320» markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili lə toqquşması nəticəsində zədələnmişdir. Bakı şəhəri BDYPİnin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 8900 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərvurmanın sığortaçısı olan "xxxx" ASC tərəfindən 4944,44 manat "xxxx" ASC-yə ödənilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 3955,56 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 885284 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «X2» yük markalı ** JC *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə M10393/20 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə məxsus X3» yük markalı, ** JC *** dövlət nömrə nişanlı avtomaşın 01.09.2020-ci il tarixdən 31.08.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan AR DİN BDYPİ-nin arayışından görünür ki, «Mercedes Benz E320» minik markalı ** VP *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 31.01.2021-cı il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbah vermə haqqında qərara əsasən, Cavabdeh 30.01.2021-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində «Mercedes Benz E320» minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yolların hərəkət hissəsinin işarələrin tələblərinə riayət edilməməsi, nəticədə Cavabdeh AR İXM-nın 327.6-cı, 327.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair aktının surətindən görünür ki, «X3» markalı, ** JC *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 9000 manat təşkil edir. İş materiallarında olan MİG-0032/21 nömrəli sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, 30.01.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində «X3» yük markalı, ** JC *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 9000 manat, "xxxx" MMC-yə ödənilmiş sığorta ödənişinin məbləği 8900 manat təşkil edir. İş materiallarında olan 10.03.2021-ci il tarixli, 76064 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə MİG-0022/21 saylı sığorta aktına əsasən 8900 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarışından görünür ki, 21.04.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə PXA84101 saylı sığorta aktına əsasən 4944,44 manat sığorta ödənişi ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5228-8/1732 saylı, 24 sentyabr 2021-ci il tarixli məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən məhkəmə-avtotexniki ekspertizası üzrə: - nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunun ki, baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə: - nəzəri hesablama yolu ilə "xxxx" ASC-nin 15.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qismətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı «X3» markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7545,0 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh «Mercedes Benz E320» markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "xxxx" MMC-nin mülkiyyətində olan və "xxxx" ASC tərəfindən sığortalanmış «X3» yük markalı, ** JC *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən zərər dəymiş avtomobilin sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş,zərərvuranın sığortaçısı olan "xxxx" ASC tərəfindən 4944,44 manat "xxxx" ASC-yə ödənilmiş, hazırda isə "xxxx" ASC 3955,56 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən, habelə Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin inzibati xəta haqqında protokoluna əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, ekspertiza rəyinə əsasən avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7545,0 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2500,56 (7545- 4944,44 ("xxxx" ASC tərəfindən ödənilmiş)-100 (azadolma məbləği)= 2500,56) manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 2500,56 (iki min beş yüz manat, əlli altı qəpik) manat zərərin əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 2530,96 (iki min beş yüz otuz manat, doxsan altı qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 2500,56 (iki min beş yüz manat, əlli altı qəpik) manat zərərin əvəzi və işə baxılması ilə əlaqədar ödənilən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 2530,96 (iki min beş yüz otuz manat, doxsan altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4009/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4009/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver