Məhkəmə qərarları › İş №2(006)-4019/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4019/2025

05.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4019/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh miras şəriki kimi hər birinə ödənilməli olan 1.571 manat olmaqla, ümumilikdə 3.142 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X8 1992-ci il may ayının 21-də birinci Qarabağ müharibəsində vəfat etmiş, bundan sonra 1992-ci ildə vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsələri hesab edilmişlər. Atalarının ikinci nikahından olan övladı Cavabdeh da onun qanun üzrə vərəsəsi sayılmışdır. 2025-ci ilin əvvələrində iddiaçılara məlum olmuşdur ki, cavabdeh məhkəmə qaydasında atalarına şəhidlik statusu almış və bununla bağlı onlara məlumat verməmişdir. Bundan xəbər tutduqdan sonra şəhid adının verilməsi üçün müvafiq qurumlara müraciət etmişlər, araşdırma aparılarkən o da məlum olmuşdur ki, cavabdeh onların miras şəriki olduqlarını bildiyi halda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən onlara ödənilməli olan 11.000 manat pulu təkbaşına almışdır. Belə ki, Bakı şəhəri 29 saylı Notariat Ofisindən verilmiş cavaba görə vəsaitin alınması ilə bağlı Cavabdeh xx.xx.2018-ci il tarixli, 8İ-6926 və 8İ-6927 saylı ərizələrlə müraciət etmişdir. Bundan başqa AR ƏƏSMN tərəfindən sorğuya verilmiş cavaba əsasən qeyd edilən ərizələr əsasında Cavabdeh bank hesabına birdəfəlik ödəniş həyata keçirilmişdir. Halbuki, cavabdeh iddiaçıların miras şəriki olduqlarını bilirdi. Nəticə etibari ilə həmin məbləğ 7 vərəsə arasında bərabər bölünməli və iddiaçılara düşən hissə onlara ödənilməli idi. Ancaq cavabdeh bunu nəzərə almayaraq əsassız varlanmışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia edilənlərin əksinə, "hərbi qulluqçuların şəxsi sığortası üzrə vəsait"in əldə edilməsi ilə bağlı qanun üzrə vərəsələr yalnız X19, X23 və Cavabdeh olaraq təsdiq edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə əks olunmuşdur. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə isə 6 noyabr 1992-ci il tarixində 14 sayılı dövlət notariat ofisində 2V-11 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Atası 1992-ci il tarixində şəhid olmuş və həmin ildən də şəhid hesab edilmişdir, lakin 2017-ci ildə atasının şəhidlik statusunun məhkəmə qaydasında təsdiqlənməsi zərurəti yaranmışdır və odur ki, status təsdiqlənmişdir. Bununla yanaşı, atasının ilk nikahından dünyaya gəlmiş övladlarını xəbərdar etmək kimi hüquqi öhdəliyi mövcud deyildir. Belə ki, müvafiq sığorta ödənişi üçün hüquqi əsas olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il 1 nömrəli Fərmanı dərc edildikdən sonra qüvvəyə minmiş və bununla əlaqədar ictimaiyyətə kifayət qədər geniş məlumat verilmişdir. Yalnız bundan sonra nazirlik tərəfindən Fərmanın icrası məqsədilə və birdəfəlik ödəmələrin verilməsi üçün müraciətlərin qəbuluna başlanılmışdır. Hesab edir ki, iddiaçıların şəxsinə qarşı iddia tələbləri qəbul edilməzdir. İddiaçıların mirasın qəbulu və ya vərəsə olmaları ilə bağlı 2018-ci ildə mirasın bölüşdürülməsinə qədər hər hansı tələblərinin olmaması və müvafiq şəhadətnamədə qanun üzrə vərəsə olaraq müəyyən edilməmələri onu deməyə əsas verir ki, iddiaçıların miras əmlakdan pay tələb etmək hüquqları yoxdur. Onun atasının ilk nikahından dünyaya gəlmiş övladları ilə heç bir münasibəti olmamış və onlar qarşısında hər hansı hüquqi və mənəvi öhdəliyi mövcud deyildir. Qanun üzrə vərəsə olaraq təsbit olunmayan iddiaçıların absurd iddialarının əksinə qanunvericilik məsələni açıq şəkildə tənzimləyir. İddiaçıların tələblərinin hər hansı hüquqi nəticəsi yoxdur. Odur ki, iddia tələbləri rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddiaçıların iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil məlumat xarakterli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən mülahizədə sığorta ödənişinin vərəsəlik şəhadətnaməsi əsasında verilməsi öz əksini tapmışdır. 1992-ci ildə vərəsəlik şəhadətnaməsi ilə payların təsbit edilməsi və bunun əsasında ödənişlərin tərəflər arasında bölünməsinə dair yanaşma öz təsdiqini tapdığından iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məlumat xarakterli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və etirazında əsaslandırdığı halları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.1980-ci il tarixli, ЮЮ seriyalı, 256415 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1980-ci il tarixdə anadan olmuş, atası X8, anası X24r. xx.xx.1982-ci il tarixli, Vİİİ-ЖГ seriyalı, 491436 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı1 xx.xx.1982-ci il tarixdə anadan olmuş, X8, anası X24r. Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində rəsmiləşdirilmiş D-10/3257, D-10/3258 nömrəli notariat işinin materialları: - xx.xx.1985-ci il tarixdə verilən boşanma haqqında şəhadətnamənin surətinə əsasən X12 və X28 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 11 yanvar 1985-ci il tarixdə qeyd edilmişdir. - xx.xx.1992-ci il tarixli, 222 nömrəli arayışa əsasən X8 xx.xx.1992-ci il tarixdə hərbi əməliyyatlar zamanı ölmüş, bununla əlaqədar 50.000 rubl sığorta vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. - X13 Bakı şəhəri Dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən ünvanlanan ərizəyə əsasən xx.xx.1992-ci il tarixdə həlak olmuş X1nun əmlakına, yəni əmanət bankında olan əmanətlərinə və sığorta dəyərinə Bakı şəhəri 13 nömrəli dövlət notariat kontoru tərəfindən 16 dekabr 1992-ci il tarixdə D-10/3257, D-10/3258 nömrəli işlərlə təsdiq edilmiş, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə ona və bacılarına verilmişdir. Lakin, mərhumun evində siyahıya alınmış əmlaklar üzərində mübahisə olduğuna görə, həmin əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Bunun üçün rayon xalq məhkəməsinə müraciət edə biləcəyi qeyd edilmişdir. - xx.xx.1991-ci il tarixdə verilən 426321 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası X8, anası X14r. - xx.xx.1990-cı il tarixdə verilən 387139 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuş, atası X8, anası X14r. - 009702 nömrəli vəsiqənin surətinə əsasən X15 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna dair bu vəsiqə 22 noyabr 1995-ci il tarixdə verilmişdir. Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisində rəsmiləşdirilmiş 11 nömrəli notariat işinin materialları: - 14 saylı notariat ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il tarixdə ölmüş X3 vərəsələri olan Cavabdeh, X19 və X23 hərbi qulluqçuların şəxsi sığortası üçün haqq üzrə bərabər pay almalıdırlar. - X19 tərəfindən Dövlət Notariat Kontoruna ünvanlanan ərizəyə əsasən bildirmişdir ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X3 vərəsələri kimi qızı X23, oğlu Cavabdeh qeyd edərək, hərbi qulluqçuların sığorta pulu üzrə qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin ərizənin arxa hissəsində qeyd olaraq onun tərəfindən ondan başqa həyat yoldaşının heç bir vərəsəsinin olmadığını qeyd edərək imzalamışdır. - 12 iyul 1989-cu il tarixdə verilən 481891 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X8 və X25 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - 28 oktyabr 1992-ci il tarixdə verilən ölüm haqqında şəhadətnaməyə əsasən X12 21 may 1992-ci il tarixdə ölmüşdür. xx.xx.1992-ci il tarixdə 13 nömrəli notariat kontoru tərəfindən tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X8 21 may 1992-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsələri X26, X20, X16 və İddiaçı1 mərhumun qanun üzrə bərabər pay hüquqlu vərəsələri kimi tanınmışdır. Hər bir vərəsənin Müdafiə Nazirliyi tərəfindən verilən 50.000 rubl sığorta ödənişə payı 1/7 hissə təşkil edir. xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı, 417006 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X16 nikaha düşdükdən sonra “Xudadanova” soyadı verilmişdir. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən edilən çıxarışlara əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli 8İ-6926 və 8İ-6927 nömrəli ərizələr ilə AR ƏƏSMN-ə müraciət edərək ona ünvan 3ntorunda 06 noyabr 1992-ci il tarixdə verilmiş 4 M “1” reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən X6 vərəsəsi kimi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmə verilməsini xahiş etmişdir. Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilən xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitin əldə edilməsi üçün sənədlərin təqdim edilməsi barədə ərizə ünvanlanmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəyə əsasən ünvan 3ntorunda 06 noyabr 1992-ci il tarixdə verilmiş 4 M “1” reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən X6 vərəsəsi kimi 1997ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmə verilməsi xahiş etmişdir. Bakı şəhəri 29 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2V-45 nömrəli, xx.xx.2018-ci il tarixli notariat işinin materialları: - xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci ildə vəfat etmiş X6 vərəsələri arvadı X19 və o miras əmlakdan 1/3 hissədə pay almalı, qızı X23 və o miras əmlakdan 1/3 hissədə pay almalı, oğlu Cavabdeh və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. - xx.xx.1992-ci il tarixdə verilən 390815 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.1992-ci il tarixdə ölmüşdür. - Notariat kontoruna Cavabdeh, X19 və X23 tərəfindən xx.xx.2016-cı il tarixdə ünvanlanan ərizələrə əsasən onlardan başqa X6 başqa vərəsəsinin olmasını qeyd etməmişlər. - xx.xx.2018-ci il tarixli X19, Cavabdeh və X23 arasında bağlanan miras əmlaka sərəncam müqaviləsinə əsasən X19 və X23 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 2V-45 reyestr nömrə ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qalmış əmlakdan mərhum X9 məxsus olmuş-Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsindəki 9 saylı binanın arxasında yerləşən 103 saylı qarajdan hər birinə çatası payı vərəsəsi oğlu Cavabdeh bağışlamışlar. xx.xx.2025-ci il tarixdə verilən 015244 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətinə əsasən İddiaçı1 şəhid ailəsi üzvü hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanan 20 may 2025-ci il tarixli cavab məktubuna əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Vərəsəlik hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata uyğun olaraq notariat ofisi tərəfindən müəyyən edilir. X1 ilə bağlı məlumatlar Nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən 23 noyabr 2018-ci il tarixində daxil edilmişdir. Daxil edilən məlumatlar əsasında notariat ofisi tərəfindən müəyyən edilmiş vərəsənin bank hesabına birdəfəlik ödəmə həyata keçirilmişdir. Vərəsəlik işi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün müvafiq notariat ofisinə müraciət edilməsi tövsiyə olunur. Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilən 11 iyun 2025-ci il tarixli, 1774 nömrəli cavab məktubuna əsasən ünvan 6Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması” ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli fərmanına əsasən xx.xx.1992-ci ildə vəfat etmiş X9 ayrılmış vəsaitə dair şəhadətnamə Bakı şəhəri 29 saylı notariat ofisində verilməmişdir. Vəsaitin alınması ilə bağlı X6 oğlu olan Cavabdeh xx.xx.2018-ci il tarixli 8İ-6926 və 8İ-6927 nömrəli ərizələr ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən edilən xx.xx.2025-ci il tarixli çıxarışlara əsasən ölmüş şəxs (miras qoyan) X3 qanun üzrə vərəsələri kimi Cavabdeh və X17 vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə dair notariat hərəkəti xx.xx.1992-ci il tarixdə, X26, X22, X18 və X10 dair isə xx.xx.1992-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanan 2555 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 6Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması" ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli fərmanına əsasən xx.xx.1992-ci ildə vəfat etmiş X9 ayrılmış vəsaitə dair “Hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi'’ üçün X6 oğlu Cavabdeh xx.xx.2018-ci il tarixli 8İ-6926 və 8İ-6927 nömrəli ərizələr ilə müraciət etmişdir, lakin bununla bağlı vərəsəlik şəhadətnaməsi Bakı şəhəri 29 saylı notariat ofisində verilməmişdir. Eyni zamanda, Bakı şəhəri 29 saylı notariat ofisində X4 miras qalmış başqa əmlaka dair xx.xx.2018-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq, mərhum X6 ata adının (Məmmədəli, Məhəmmədəli) fərqli yazılış qaydasında axtarış nəticəsində digər notariat ofislərində müxtəlif illərdə vərəsəlik işləri açılması və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanan sorğuya cavab məktubuna əsasən Cavabdeh atası mərhum X5 mülki vətəndaş kimi şəhid statusu verildiyinə görə onun ailə üzvlərinə Nazirlik tərəfindən birdəfəlik ödəmənin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanında nəzərdə tutulan 11.000 manat birdəfəlik ödəmə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilir. Nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2025ci il tarixdə məhkəməyə ünvanlanan cavab məktubuna əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Vərəsəlik hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a uyğun olaraq notariat ofisi tərəfindən müəyyən edilir. X2 ilə bağlı məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən 23 noyabr 2018-ci il tarixində daxil edilmişdir. Daxil edilən məlumatlar əsasında notariat ofisi tərəfindən müəyyən edilmiş vərəsənin (Cavabdeh) bank hesabına birdəfəlik ödəmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanan mülahizə xarakterli ərizəyə əsasən bildirilmişdir ki, X2 ilə bağlı məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən 23 noyabr 2018-ci il tarixində daxil edilmişdir. Daxil edilən məlumatlar əsasında notariat ofisi tərəfindən müəyyən edilmiş vərəsənin (Cavabdeh) bank hesabına birdəfəlik ödəmə həyata keçirilmişdir. Digər vərəsələr X15 və X17 münasibətdə notariat orqanında təsdiq edilmiş 11000 manat sığorta ödənişdən imtina barədə ərizə mövcud olduğundan, qeyd olunan pul vəsaiti Cavabdeh ödənilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli mülahizə xarakterli ərizəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Nazirlik tərəfindən verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu aizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X7 Xidmətinin, X11 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. X2 ilə bağlı məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən 23 noyabr 2018-ci il tarixində daxil edilmişdir. Daxil edilən məlumatlar əsasında notariat ofisi tərəfindən müəyyən edilmiş vərəsənin (Cavabdeh) bank hesabına birdəfəlik ödəmə həyata keçirilmişdir. Digər vərəsələr X15 və X17 münasibətdə notariat orqanında təsdiq edilmiş 11000 manat sığorta ödənişdən imtina barədə ərizə mövcud olduğundan, qeyd olunan pul vəsaiti Cavabdeh ödənilmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. 2-ci maddəsinə əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 4.1-ci bəndinə əsasən Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X7 Xidmətinin, X11 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına əsasən sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin mərhum ataları X8 21 may 1992-ci il tarixdə hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Bu hadisədən sonra onun ailəsi şəhid ailəsi statusu almışdır. Hazırki iş üzrə iddiaçılar mərhumun birinci nikahından, cavabdeh isə ikinci nikahından olan övladıdır. Hadisədən sonra 1992-ci il tarixdə mərhum X3 qanun üzrə bərabər pay hüquqlu vərəsələri kimi iş üzrə iddiaçılar və onların iki bacısı tanınmış, buna dair 13 nömrəli notariat kontoru tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən hər bir vərəsənin Müdafiə Nazirliyi tərəfindən verilən sığorta ödənişinə payı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mərhumun vəfatından sonra onun ikinci nikahından olan övladı Bakı şəhəri 29 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, mərhum X3 ölümü ilə əlaqədar sığorta ödənişinin vərəsəsi kimi ona ödənilməsini tələb etmişdir. Bununla bağlı məlumatlar notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh 11.000 manat məbləğində sığorta ödənişi tam şəkildə almışdır. Məhkəmə işin araşdırılan və müəyyən edilən hallarına əsasən hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, göründüyü kimi cavabdeh tərəf sığorta ödənişinin alınması üçün müraciət edərək həmin məbləği əldə etməklə əsassız varlanmışdır. Halbuki, iş materiallarından göründüyü kimi iddiaçılar da mərhum X3 qanuni vərəsələri kimi tanınmışlar. Qanunvericiliyin tələbinə əsasən şəxsin ölümündən sonra uşaqları bərabər pay hüquqlu vərəsə sayılırlar. Əgər şəxs öləndə bir neçə qanuni varisi varsa, onların hamısı qanun qarşısında bərabər vərəsəlik hüququna malikdir. Vəsaitin yalnız bir varisə ödənilməsi, digər qanuni vərəsələrin hüquqlarının pozulması deməkdir. Qanuni vərəsələrin miras əmlakına münasibətdə bərabər hüquqları mövcuddur və bu hüquqlar heç bir halda ayrı-seçkilik və ya birtərəfli ödənişlərlə pozula bilməz. Bu səbəbdən, iddianın təmin olunması və müvafiq məbləğin vərəsələr arasında qanuna uyğun qaydada bölüşdürülməsi hüquqi baxımdan əsaslı və zəruridir. Məhkəmə qeyd edir ki, iş üzrə mərhum X3 ölümündən sonra cavabdehə ödənilən 11.000 manat məbləğində vəsait şəhid olmuş şəxsin ölüm faktına görə kompensasiya xarakterli dövlət ödənişi olmaqla, onun hüquqi vərəsələrinə yönəlməlidir. Bu ödəniş sığorta müqaviləsi əsasında yox, sosial xarakterli, dövlət tərəfindən ayrılmış yardımdır. Vəsait şəxsin ölümündən sonra onun hüquqi varislərinə düşdüyündən, bu halda ümumi əmlak sayılıb və miras kimi bölünməlidir. Həmin vəsaitin bir varisə tam şəkildə ödənilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla hüquqi baxımdan əsassızdır. Odur ki, digər varislər məhkəmə qaydasında öz paylarının tanınmasını və haqqı olmadan alınan vəsaitin müvafiq hissəsinin qaytarılmasını tələb edə bilərlər. Çünki vəsaitin yalnız bir nəfərə ödənilməsi onların qanuni vərəsəlik hüquqlarını pozur. Odur ki, iddiaçıların tələbi əsaslı hesab edilməklə təmin edilməli, Cavabdeh 1.571 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1, 1.571 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1.571 (min beş yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 və 1.571 (min beş yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar