Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4030/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat, iddiaçının evinə əsassız olaraq elektirik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat olmaqla, ümümilikdə 24.900 manat pulun, 164.70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsindən cavabdeh 2008-ci ildən onun razılığı olmadan istifadə etmişdir. Belə ki, cavabdeh uzun illər onun razılığı olmadan qeyd edilən torpaq sahəsində elektrik dirəyi basdırmış, eyni zamanda ərazisindən elektrik naqilləri keçirmişdir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh 2020-ci ilin avqust ayında həmin dirəyi oradan çıxarmışdır. Qeyd edilən elektrik dirəyi ona məxsus olan torpaq sahəsindən çıxarılsa da, elektirik naqilləri onun torpaq sahəsindən keçməkdə davam etmişdir. Bundan sonra cavabdehə müraciət etdikdən sonra həmin elektrik xətləri 2022-ci ilin iyun ayında qeyd edilən ərazidən çıxarılmışdır. Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona məxsus olan torpaq sahəsindən razılığı olmadan və onunla heç bir müqavilə bağalamadan istifadə etmişdir. Bununla əlaqədar olaraq cavabdehə iki dəfə müxtəlif vaxtlarda müraciət edərək müvafiq qaydada haqq ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Müraciətlərinə isə aiddiyyəti üzrə cavab verilməmiş və məsələnin həllindən yayınılmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin ona məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat pul ödəməlidir. Bundan əlavə cavabdeh onun hüquqlarını kobud şəkildə pozaraq qeyd edilən ərazidə yerləşən ona məxsus olan fərdi yaşayış evinə elektirik enerjisinin verilməsindən əsassız olaraq imtina etmiş, buna görə də məhkəməyə müraciət olunmuş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci tarixli qərarı ilə ona məxsus olan evə elektirik enerjisinin verilməsi təmin edilmişdir. Qeyd edilən vaxt ərzində elektirik enerjisindən məhrum olmuş, özümə məxsus olan fərdi yaşayış evində təmir işləri apara bilməmiş nəticədə evinə köçə bilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən hüquqlarının kobud şəkildə pozulmasına və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə cavabdeh ona 6.500 manat pul ödəməlidir. Həmçinin cavabdeh qeyd edilən elektrik xətlərini texniki normalara (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” tələblərinə) uyğun çəkmədiyindən, qeyd edilən vaxt ərzində onun və ailə üzvlərinin həyatını yüksək təhlükə ilə üzbəüz qoymuşdur. Bu səbəbdən də cavabdeh onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onda yerləşən ümumi sahəsi 194,90 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçının evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin zəruri səbəbdən 0.4 kV-luq ÖİN kabel xətti abonentin həyətindən keçir ki, bu da həmin evə xətt çəkib sayğac quraşdırılması üçün heç bir maneçilik törətmir. İddiaçı məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-524/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı mülkiyyət hüququ ilə Abşeron rayonu, Masazır kəndində mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin giriş hissəs ndə Xırdalan ETSİ tərəfindən kabel dayağı quraşdırılmışdır. Həmin kabel dayağının torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdırılması ilə bağlı İddiaçı Xırdalan ETSİ müraciət etmiş və ona yazılı məktubla bildirilmişdir ki, həmin kabel dirəyi tez bir zamanda torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdıracaq. Lakin cavabdeh təşkilat verdiyi vədə əməl etmədiyinə görə İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət eımişdir. Lakin məhkəmə araşdırılması ərəfəsində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, avqust ayının ortalarında Xırdalan ETSİ tərəfindən kabel dirəyinin ona məxsus olan torpaq sahəsinin qarşısından uzaqlaşdırılmasıni bildirmiş və məsələ öz həllini tapdığı üçün iddia tələbindən imtina etmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/05-06/275 saylı məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 6-02/06/A-384/4969 saylı məktubundan görünür ki, elektrik veriliş xətti cavabdehin əməkdaşları tərəfindən kənarlaşdırılmışdır. Hal-hazırda həyətyanı sahəsindən kabel xətti və açıq naqillər keçmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 5-ci bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində müqavilə bağlamadan və iddiaçının razılığı olmadan elektrik dirəkləri quraşdırmaqla və elektrik xətləri çəkməklə sonuncunun torpaq sahəsindən istifadə etmişdir. Torpaq qanunvericiliyinin tələbindən göründüyü xüsusi mülkiyyətdə olan torpaq sahəsindən digər şəxsin istifadəsi yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən onunla müqavilə bağlamadan istifadə etməklə, yəni həm qanuni, həmçinin müqavilə əsası olmadan, iddiaçının hesabına əsassız varlanmışdır ki, bu halda cavabdeh əldə etdiyini iddiaçıya geri qaytarmalıdır. Belə ki, əsasız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, torpaq sahəsindən istifadəyə görə cavabdehdən pul tələb etməsində haqlıdır. İddiaçı tələb etdiyi pul məbləğini 12 il müddətinə hesablamaqla tələb etsə də, hazırki mübahisə xarakterinə görə əsassız varlanma olduğundan cavabdehdən tutulmalı pul məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələblərinə əsasən son iki il üçün hesablanmalıdır. Eyni zamanda iddiaçı torpaq sahəsindən istifadəyə görə hər ay üçün 100 manat tələb etsə də, məhkəmə torpaq sahəsindən istifadəyə görə tərəflərin xeyrinə ədalətli həddə hər ay üçün 50 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmasını ağlabatan məbləğ hesab edir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəyə ödənilməli olan məbləğ hər ay 50 manat olmaqla iki il üçün 1200 manat (50 x 24 ay = 1200 manat) təşkil etdiyindən məhkəmə hesab edir ki, cavabdehdən müəyyən edilən məbləğ tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad etməklə onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pul tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi normada yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən iddiaçıya sözügedən zərərin vurulması müəyyən olunmur, eyni zamanda bu hal iddiaçı tərəfindən sübuta yetirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan torpaq sahəsindən istifadə edilməsinə görə 1200 manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan torpaq sahəsindən istifadə edilməsinə görə 1200 manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4030/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4030/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver