Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4048/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər X5 və X6 ilə onlara məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihələşdirilərək sənədləşdirilməsi barədə ümumi razılığa gəlmişlər və bu barədə şifahi müqavilə bağlamışlar. Həmin şifahi müqaviləyə əsasən cavabdeh X5 bu məqsədlə iddiaçıya 120.000 manat ödəniş etməyi öhdəlik olaraq öz üzərinə götürmüşdür. Qeyd edilən müqaviləni bağlayan zaman Azər və Kəmaləddin adlı Gədəbəy sakinləri də danışıqda iştirak etmişlər. Cavabdehlər X5 və X6 həmyerliləri Azər və Kəmaləddinin vasitəsi ilə 40.000 manat pulu qabaqcadan iddiaçıya vermiş, qalan 80.000 manatı isə sonra verəcəklərini bildirmişlər. İddiaçı da hazırlatdığı layihəni və digər texniki sənədləri cavabdehlər X5 və X4 təhvil vermişdir. Cavabdehlər X5 və X6 iddiaçıya çatası borcu, yeni 80.000 manat məbləğində pulu vaxtında ödəmədikləri üzündən iddiaçı layihə firmasına və mülkün DƏDRX-nin Bakı Ərazi İdarəsinə müxtəlif instansiya məhkəmələrinə əmlakın sənədləşdirilməsinə 37.000 manat pul xərcləmişdir. Beləliklə tərəflər arasında bağlanmış şifahi müqavilə əsasında cavabdehləriniddiaçıya 80.000 manat məbləğində borcları yaranmışdır.Belə ki, cavabdehlər X5 və X6 ilə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Dairəsi küçəsi, 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi üçün iddiaçı tərəfindən tərtib edilmiş sənədlər əsasında obyektin üzərinə qoyulmuş həbs götürülmüş, məhkəmədə qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onların mülkiyyət hüququ tanınmışdır. Hal-hazırda cavabdehlər nə iddiaçıya şifahi müqavilə əsasında olan borcunu verir, nə də ki iddiaçının sənədlərini qaytarırlar. Əksinə, iddiaçı əldə etdiyi sənədlər əsasında məhkəmədə cavabdehin xeyrinə çıxarılmış qətnamələr əsasında onlara məxsus qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə etmişdir. Sadəcə olaraq cavabdehlər bu qeyri-etik yolla iddiaçını işdən kənarlaşdıraraq ona olan borcları verməkdən yayınmaq istəyirlər. İddiaçı cavabdehlər X5 və X2 pulunu tələb etməsinə baxmayaraq, cavabdehlər pulu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar.Sonra cavabdehlər X5 və X6 aidiyyəti dövlət orqanlarına şərböhtan xarakterli şikayətlər edərək bildirdilər ki, verilmiş sənədləri qaytarırlar, bunun müqabilində verdikləri 40.000 manat pulu tələb edirlər. İddiaçı cavabdehlərə 22.000 manat məbləğində pulu qaytarmış, lakin cavabdehlər iddiaçının verdiyi sənədləri qaytarmamışlar. Sonra məlum oldu ki, onlar müəllifi iddiaçı olduğu sənədlər əsasında işi baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə veriblər. Odur ki, iddiaçı cavabdehlərə tələb barədə dəfələrlə şifahi və rəsmi qaydada müraciət etsə də, müraciətləri cavabsız qalmışdır.Göstərilənlərə əsasən cavabdehlər X5 və X2 80.000 (səksən min) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda, ərizələr təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbərsübutlarıməhkəməyətəqdimedə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehlərin ona 80.000 manat borclarının olmasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4048/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4048/2020
28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver