Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-405/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibiQuluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ona maşın verilməsi və əlavə olaraq 20.000 (iyirmi min) manat digər maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 il ərzində "xxxx" ASC rəhbərliyinə, Prezident Aparatına, Nazirlər Kabinetinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddiaçının etmiş olduğu çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Müraciət etdiyi dövlət orqanlarının hər birində bir neçə dövlət məmurunun hər birinə 300 dəfədən artıq müraciəti nəticəsində 1500-dən çox ərizənin kompüterdə yazdırılması üçün azı 5-6 min arayışların kserokopiyalarının çıxarılması üçün maddi ziyan çəkmişdir, ərizələrin paylanılması üçün nəqliyyat xərcləri ödəmişdir, 300 gün vaxt itkisinə məruz qalmışdır, həm də mənəvi ziyan vurulmuşdur. Bütün maddi, mənəvi, izafi çəkmiş olduğu ziyanlara görə 20.000 manat kompensasiya tələb etməyə haqqı vardır. Əmək əlili olmağı ilə əlaqədar Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının V bəndinə əsasən indiyə kimi müəssisə tərəfindən ona 3 ədəd verilməli idi. Avtomobilin istismar müddəti 10 il müddəti götürülür. İndiyə kimi etmiş olduğu çoxsaylı müraciətlərinə müəssisə tərəfindən bir dəfə də olsun cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan X2 Xidməti də öz vəzifə borcunu yerinə yetirməmişdir. Müəssisə “İnzibati xətalar haqqında” Qanunla maşının dəyərində cərimələnməli, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülməli idi və nazirlik tərəfindən ona maşın verilməli idi. İndiyə kimi müəssisə tərəfindən 3 ədəd maşınla təmin oluna bilərdi, yaxud maşınların 100% dəyərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülməsi yolu ilə də indiyə kimi ona 3 ədəd maşın verilməli idi. Məhkəmə müəssisə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə maşının 100% dəyərinin ödənilməsini təmin etməlidir, eyni zamanda qeyd olunan Agentlik tərəfindən ona maşın verilməsini təmin etməlidir. Müəssisə bir ay ərzində ərizəsinə cavab verməli idi, qanunla pozulmuş hüququnu-ona maşın verilməsini təmin etməli idi. Müəssisə tərəfindən həm bu hüquqları pozulmuş, həm də hüququnun vaxtında təmin edilməməsi səbəbindən digər maddi və mənəvi ziyan da çəkmişdir. Hüquqlarının "xxxx" ASC tərəfindən pozulması və iddia tələbinin ədalətli, əsaslı olması əsaslandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər tərəfindən ona maşın verilməsi və əlavə olaraq 80.000 ( səksən min) manat digər maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinə əlavəni mümkün hesab edir və icraata qəbul edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin cavabdehlər qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının göstərişi nəzərə alaraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli AR Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanan məktublardan görünür ki, İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmana əsasən nəzərdə tutulan tədbirlərin icrası başa çatdığından onun ailəsinin evlə təmin olunması imkan xaricində olmuşdur. Məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN DƏMX 5 saylı region üzrə X2 tərəfindən verilən məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-dən zərərə görə ödəncin düzgün ödənilməməsi ilə bağlı müraciətinə əsasən, cavabdehə göstəriş verilmiş, lakin göstəriş yerinə yetirilmədiyindən xx.xx.2013-cü il tarixli, 002955 №-li İnzibati Xəta haqqında Protokol tərtib edilərək, xx.xx.2014-cü il tarixli 003523 №-li İnzibati Xəta haqqında Qərar ilə cavabdeh müvafiq inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, cavabdeh "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixdən cəmiyyətin fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-242/2021 saylı qətnaməsilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və "xxxx" ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4911/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-242/2021 saylı qətnaməsindən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışvə qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan həmin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3959/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, iddiaçının ilk tələbi 2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobillə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi olsa da, sonrakı tələbi cavabdehlərdən maşın və çəkilmiş xərcə görə maddi, mənəvi zərər olaraq 20.000 manat kompensasiyanın ödənilməsi olmuşdur. Yəni, tələblər fərqli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-də 2000-ci ildən maşın növbəsində durması, Nazirlər Kabinetinin 433 №-li təlimatına əsasən "xxxx" ASC tərəfindən ona 3 ədəd avtomobilin verilməsi, lakin daha sonra avtomobillərin verilməməsi və ona görə də ona 80000 manat məbləğində maddi və mənəvi zərərin vurulmasınıqeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda müzyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixdən etibarən fəaliyyəti dayandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-405/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-405/2022
30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver